Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-167/2021 18.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi 24.11.2017-ci il tarixdən hesablanmaqla 14.11.2004-cü il təvəllüdlü X2 və 27.05.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Yevlax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 noyabr 2017-ci il tarixli, 2(039)-2943/2017 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Yevlax Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 3(039)-84/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün, daha sonra həmin məhkəmənin 3(039)-449/2020 saylı, 10 iyul 2020-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 15.03.2019-cu, 24.07.2020-ci, 27.10.2020-ci, 24.12.2020-ci, 15.02.2021-ci və 05.03.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 06 fevral 2021-ci il tarixədək 6560 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 03.08.2003-cü il tarixdə faktiki nikah münasibətlərinə girərək el adəti ilə toy edib ailə qurmuşlar. Nikahlarını 14 yanvar 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 14 noyabr 2004-cü il tarixdə Fatimə və 27 may 2006-cı il tarixdə isə Xədicə adlı övladları anadan olmuşdur. Ailə qurduqdan sonra onlar mehriban yaşamışlar. Lakin sonra Xurşidin anası və bacıları onlara ailə kimi yaşamağa imkan verməmiş və tez-tez onların ailə işlərinə qarışmışlar. Buna görə də 24 noyabr 2017-ci il tarixdə rəsmi boşanmışlar. Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(039)-2943/2017 saylı qətnaməsi ilə Fatimənin və Xədicənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq Xurşidə ödənilməsi qət edilmişdir. İş olanda usta kimi işləyir. Ustalıq fəaliyyətində orta aylıq qazancı 300-500 manat, bəzən də daha çox olur. O, həmişə işləmiş aylıq gəliri olmuş və uşaqlarına hər zaman maddi cəhətdən köməklik etmişdir. Lakin bunu qeyrirəsmi şəkildə etdiyinə görə aliment borcu yaranmışdır. Məşğulluq mərkəzindən ona müxtəlif işlər təklif olunsa da aylıq əmək haqqı az olduğu üçün həmin işlərdən imtina etmişdir. Hazırda usta kimi yeni işə başladığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqları Fatimənin və Xədicənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu indiyədək aliment borcunu ona tam ödəməmişdir. Borclunun cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 26 aprel 2021-ci il tarixədək 6560 manat məbləğində aliment borcu yaranmışdır. Həmin tarixdən də borclu tərəfindən heç bir ödəniş edilməmiş və aliment borcu daha da artmışdır. O, borclunun yalan vədlərinə inanmır və borcluya borcunu ödəyə bilməsi üçün kifayət qədər zaman verilmişdir. Lakin borclu indiyədək həmin məbləğdən ona heç bir ödəniş etməmişdir. Bütün bunlar göstərir ki, borclu qərəzli şəkildə aliment pulunu ona ödəmir. Aliment borcunun ödənilməsini, ödənilməyəcəyi təqdirdə təqsirləndirilən şəxsə ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iiclasında şahid qismində dindirilmiş Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(039)-2943/2017 saylı qətnaməsi ilə 14 noyabr 2004-cü il tarixdə anadan olmuş Fatimənin və 27 may 2006-cı il tarixdə anadan olmuş Xədicənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Yevlax rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Yevlax Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 3(039)-449/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu Təqsirləndirilən şəxs indiyədək tələbkara borcundan heç bir ödəniş etməmişdir. Bununla da, borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan təqdimat verilən günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(039)-2943/2017 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs 14.11.2004-ci il təvəllüdlü X2 və 27.05.2006-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir (iş vər. 9-10); Yevlax rayon icra şöbəsinin icra məmurunun 08 fevral 2018-ci il tarixli icraata başlama haqqında qərarına əsasən Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(039)-2943/2017 saylı icra sənədi üzrə icraata başlanmış, icra sənədində göstərilmiş tələbin dərhal icraya yönəldilməsi üçün borcluya 08 fevral 2018-ci il tarixli bildiriş göndərilmişdir (iş vər.11-12); Yevlax Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(039)-84/2019 nömrəli, 29 yanvar 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir (iş vər.23); Yevlax Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(039)-449/2020 nömrəli, 10 iyul 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir (iş vər.32-33); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Yevlax Rayon Məşğulluq Mərkəzinin 25.01.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məşğulluq Mərkəzi tərəfindən iş axtaran vətəndaş kimi qeydiyyatdadır. Qeydiyyata alındığı zaman ona KTİBdə fəhlə (əmək haqqı 150 manat) və Suvarma sistemləri idarəsində çilingər (əmək haqqı 130 manat) işləri təklif olunmuşdur. Lakin o, təklif olunan işlərdən, əmək haqqının az olmasını əsas gətirərək imtina etmişdir (iş vər.25); qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, 30 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04.06.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vər. 82). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002- ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1- ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən E. Əmiralıyev yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-167/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-167/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver