Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-167/2022 26.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2001-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2022-ci ilin fevral ayının 25-də saat 13 radələrində qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus Yevlax şəhəri, Şahid3 küçəsi, 35 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə barının üzərindən aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdə yerləşən yaşayış sahəsi hesab edilən evin damına qalxaraq dam örtüyünü qıraraq evin qonaq otağına daxil olmuş evin qonaq otağından 2 ədəd ümumi dəyəri 100 (yüz) manat olan alüminium qazan, 2 ədəd ümumi dəyəri 50 (əlli) manat olan “Kzubr” markalı drel, 2 ədəd ümumi dəyəri 100 (yüz) manat olan alüminium ləyən, ümumi dəyəri 40 (qırx) manat olan 10 ədəd meyvə qoymaq üçün istifadə edilən boşqab, dəyəri 200 (iki yüz) manat olan “Regal RDD345FS” markalı soyuducu mühərrikinin mis borusunu, dəyəri 50 (əlli) manat olan “ORVİCAİ” markalı paltaryuyan mühərrikini və dəyəri 50 (əlli) manat olan 42 ekranlı televizor transformatorunu gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 590 (beş yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, 2022-ci ilin fevral ayında maddi ehtiyacı olduğundan, qonşuları və uzaq qohumları olan Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişdir. 25 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhərində olduğunu və onun evində heç kimin olmadığını bildiyindən, saat təxminən 13:00-da küçəyə nəzər yetirərək küçədə heç kimin olmadığına əmin olduqdan sonra Zərərçəkmiş şəxs yaşadığı həyətinin hasarından aşaraq həyətinə daxil olmuşdur. Evin həyət qapısı dəmirdən olduğundan qapıdan evə daxil ola bilməyəcəyini anlamış və evin damına qalxaraq dam örtüytüyünün altından, evin tavan hissəsini özü ilə gətirdiyi çəkiclə qıraraq evə daxil olmuşdur. Evə daxil olduqdan sonra evdə olan 2 ədəd drel, 2 ədəd qazan, 2 ədəd ləyəni götürüb əyərək torbaya qoymuşdur. Daha sonra isə evdə olan soyuducunun arxa hissəsində olan motorun mis borusunu, evdə olan televizoru sökərək televizorun arxasında olan transformatoru çıxararaq, paltaryuyan maşının motorunu sökərək, 10 ədəd boşqabı götürərək həmin torbaya qoymuşdur. Həmin torbanı da götürüb evə daxil olduğu yerdən də evdən çıxıb həyətə düşmüş, orada isə hasarı aşıb küçəyə çıxmışdır. Oradan uzaqlaşdıqdan sonra motoru, drelləri və transformatoru sökərək içindəki misləri çıxarmışdır. 10 ədəd boşqabdan başqa digər oğurladığı əşyaları aparıb “Kitay mağazası” adlanan mağazanın yaxınlığında yerləşən metal qəbulu məntəqəsində çalışan Əhliman adlı şəxsə cəmi 30 manata satmışdır. 10 ədəd boşqabı isə Yevlax şəhər mərkəzi bazarının yaxınlığında tanımadığı şəxsə 10 manata satmışdır. Həmin pulu şəxsi tələbatları üçün xərcləmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs Yevlax şəhərinə qayıtmış və onun anası Şahid1 bildirmişdir ki, onun oğullarının evindən oğurluq etməsindən şübhələnir. Anası bu barədə soruşduqda Gülxanımın evindən oğurluq etdiyini etiraf etmişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs 2 ədəd qazan, 2 ədəd drel və 2 ədəd ləyən alaraq vermişdir. Oğurluq edərkən tək olmuşdur. Əməlindən peşman olduğunu, mülki iddianı qəbul etdiyini və vurulmuş zərəri tam olaraq ödəyəcəyini, himayəsində bir azyaşlı övladının olduğunu qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, Yevlax şəhəri, Şahid3 küçəsi, ev 35 ünvanında yaşayır. Qızının xəstəliyi il əlaqədar çox zaman Bakı şəhərində olmağa məcburdur. 2022-ci ilin fevral ayında yenə də Bakı şəhərinə getmiş və yalnız fevral ayının sonlarında Yevlax şəhərinə qayıtdıqdan sonra yaşadığı evə daxil olduqda evin tavanından kənar şəxsin daxil olaraq evdə olan bəzi əşyaları oğurladığını və bəzi əşyaları yararsız hala saldığını görmüşdür. Evə baxdıqda evdən 2 ədəd “Kzubr” markalı orta ölçülü drelin, 2 ədəd alüminium qazanın, 10 ədəd meyvə yığılan boşqabın, 2 ədəd alüminium ləyəninin oğurlandığını aşkar etmişdir. Bundan əlavə “Regal RDD345FS” markalı soyuducunun mühərrikindən çıxan mis boruları, “Orvicai” markalı paltaryuyan maşının motoru, “Samsung” markalı köhnə tipli 42 ekranlı televizorun transformatoru sökülmüş və oğurlanmışdır. Qonşuluqda yaşayan və qohumu olan Şahid1 oğlu Təqsirləndirilən şəxs şübhələnmiş və bu barədə onun anasına irad tutmuşdur. Şahid1 bunu etiraf etmiş və ondan xahiş etmişdir ki, bu barədə polisə məlumat verməsin və bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs oğurladığı əşyaları ona qaytaracaqdır. Buna görə də Təqsirləndirilən şəxs polisə şikayət etməmişdir. Bundan təxminən 5 gün sonra Şahid1 Asifin oğurladığı əşyaların əvəzinə ona 2 ədəd qazan, 2 ədəd ləyən və 2 ədəd drel alaraq qaytarmışdır. Mürvətlə onun razılaşmasına əsasən Mürvət ona məxsus soyuducunu, paltar yuyan maşını və televizorunu təmir etdirməli və ya əvəzinə yenisini almalı, meyvə qabları da almalı idi. Lakin, bundan bir neçə ay keçməsinə baxmayaraq Mürvət ona verdiyi vədə əməl etməmişdir. Məhz bundan sonra polisə müraciət etmişdir. Əslində ona dəyən ziyanın məbləği ittiham aktında qeyd ediləndən çoxdur. Belə ki, Təqsirləndirilən şəxs yararsız hala saldığı soyuducu, paltaryuyan maşın və televizorun təmir edilməsi mümkün deyil və yeniləri alınmalıdır. Bundan başqa ona mənəvi ziyan da dəymişdir. Mülki iddianın təmin edilməsini, ödənilməli dövlət rüsumunun da cavabdehə aid edilməsini, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs isə qohumudur. Zərərçəkmiş şəxs onlarla qonşuluqda, Yevlax şəhəri, Şahid3 küçəsi, ev 35 ünvanında yaşayır. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs ona bildirmişdir ki, onun evindən oğurluq olub və o, oğlu Asifdən şübhələnir. Bu barədə Asifdən soruşduqda Asif oğurluq etdiyini etiraf etmişdir. Asif bildirmişdir ki, Gülxanımın evindən 2 ədəd drel, 2 ədəd qazan, 2 ədəd ləyən, soyuducunun motorun mis borusunu, evdə olan televizorun arxasında olan transformatoru, paltaryuyan maşının motorununu və 10 ədəd boşqab oğurlamışdır. Gülxanımdan xahiş etmişdir ki, polisə məlumat verməsin və ziyanı ödəyəcəkdir. 2 ədəd drel, 2 ədəd qazan, 2 ədəd ləyəni bazardan alaraq Gülxanıma vermiş, qalan ziyanı da aradan qaldıracağıa vəd vermişdir. Lakin, maddi çətinlik çəkdiyindən qalan ziyanı ödəyə bilməmişdir. Vurulmuş ziyanı hissə-hissə ödəyəcəklər. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyul 2022-ci il tarixli 9/4186 saylı rəyində qeyd olunur ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 06 adda malların 2022-ci ilin fevral-mart aylarına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 600.00 manat müəyyən edilir. Digər 04 adda mallar haqqında kifayət qədər məlumat (markası, çəkisi texniki göstəriciləri, materialı və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətlərin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət Prosessual Məcəllə: Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Maddə 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Maddə 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Mülki Məcəllə: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə, yəni yaşayış sahəsinə daxil olmaqla oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və ona qeyd edilən maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, himayəsində bir azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Onun 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunan cəzadan çıxılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs mülki cavabdeh kimi mülki iddianı qəbul etdiyini və onun qanuna zidd əməli nəticəsində mülki iddiaçıya maddi və mənəvi ziyanın vurulduğu sübuta yetirildiyini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli və 1,500 manat ondan mülki iddiaçı olan zərər çəkmiş Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Mülki iddia üzrə ödənilməli olan dövlət rüsumu Təqsirləndirilən şəxs dövlət büdcəsi xeyrinə tutulmalıdır. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardıma görə məhkəmə dövrü üçün 60 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 08-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 1,500 (bir min beş yüz) manat mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Ödənilməli olan 35 (otuz beş) manat Təqsirləndirilən şəxs dövlət büdcəsi xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ **********0002088501 коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-167/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-167/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver