Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-167/2023 20.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Əlövsət oğlunun və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Yevlax şəhərində doğulmuş, ailəli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Əlövsət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Əlövsət oğluna qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofan bükümdə çəkisi 9,985 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, H.Əliyev prospektində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 16:10-dan saat 16:20-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibində olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü ilk olaraq qismən təqsirli bilərək söyləmişdir ki, ara-sıra narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 13 avqust 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Yevlax şəhəri, M.Ə.Sabir küçəsi ilə gedərkən yolun kənarında sellofan bükülü görüb götürmüşdür. Bükülünü açıb içinə baxdıqda isə içində qurudulmuş marixuana olduğunu görmüş və marixuananı sonra istifadə etmək məqsədi ilə bükülünü cibinə qoymuşdur. Növbəti gün, günorta saatlarında Yevlax şəhəri, M.Ə.Sabir küçəsində olan zaman 2 polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları Yevlax RPŞ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə, video çəkilişlə onun üstünə baxış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən narkotik vasitə olan marixuana aşkar etmişlər. Daha sonra Təqsirləndirilən şəxs ifadəsini dəyişərək bildirmişdir ki, qeyd edilən tarixdə saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşlarının təzyiqi nəticəsində onların təqdim etdiyi, içində narkotik vasitə olan bükülünün ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşlarının təzyiqindən qorxduğundan həmin zaman vəkilə bu barədə heç nə bildirməmişdir. Bununla bağlı hər hansı orqana şikayət etməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, əməlindən peşman olduğunu və himayəsində 3 övladının olduğunu söyləyib ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 avqust 2023-cü il tarixdə səhər saatlarında iş yerində olarkən Yevlax şəhəri Sabir küçəsi 42 saylı evdə yaşayan Təqsirləndirilən şəxs Əlövsət oğlunun üzərində külli miqdarda narkotik vasitə olan marixuana olması barədə məlumat daxil olmuş və həmin məlumatı rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra Azərbaycan Respublikası DİN-nin Baş Narotiklərlə Mübarizə İdarəsinin əməliyyat baş müvəkkili Şahid2 ilə birlikdə saat 15 radələrində Xanın yaşadığı Yevlax şəhəri H.Əliyev prospekti ilə M.Ə.Sabir küçəsində müşahidə aparmışlar. Xanın H.Əliyev prospektində olduğunu görmüşlər. Xana yaxınlaşıb özlərini təqdim etmiş və ona Yevlax RPŞ inzibati binasına getməyi təklif etmişlər. Xan bununla razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Xanın üstünə baxış keçirmişlər. Baxış zamanı Xanın əynindəki şalvarın sağ cibindən bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar etmişlər aşkar etmişlər. Sorğu-sual zamanı Xan bükümdəki kütlənin narkotik vasitə olan marixuana olduğunu, özü istifadə etmək üçün cibində gəzdirdiyini etiraf etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək götürülmüş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, Yevlax RPŞ-nin inzibati binasına aparılarkən, habelə inzibati binada ona qarşı hər hansı təzyiq göstərilməmiş, hədə qorxu olmamışdır. Şahid Azərbaycan Respublikası DİN-nin Baş Narotiklərlə Mübarizə İdarəsinin əməliyyat baş müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazı nümayiş etdirilmiş, bu zaman onun əynindəki şalvarın sağ cibindən bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin aşkar olunduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2023-cü il tarixli 3-16-16/2-7/1164 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd qara rəngli politelen bağlamada təmiz çəkisi- 9.985 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (səh. 38) Məhkəmə-narkoloji ekspertizasının 31 oktyabr 2023-cü il tarixli 1790 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs Əlövsət oğlu narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh.74) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ilk olaraq cinayət əməlini etiraf etsə də, daha sonra ona qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə söylədiyini, bununla da ziddiyyətli ifadələr verməsini məhkəmə onun özünü müdafiə etmək məqsədi daşıdığı qənaətinə gəlir. Eyni zamanda nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs özü bildirmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən təzyiqlərin olması barədə hər hansı orqana şikayət etməmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Şübhəli şəxs kimi saxlanıldığı müddət qanunvericiliyin tələblərinə uyğun hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X1 saxlanılan, qalıq 9.935 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 78 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 6 saat 30 dəqiqə hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Əlövsət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Əlövsət oğlunun 14 avqust 2023-cü il tarixdən 16 avqust 2023cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesablanmaqla 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Əlövsət oğlunun üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Əlövsət oğlu yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 9.935 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs Əlövsət oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs Əlövsət oğluna dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 39 (otuz doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əli
Məhkəmə qərarları › İş №1(039)-167/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-167/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver