Məhkəmə qərarları › İş №1(039)-169/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-169/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-169/2021 08.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, tələbə, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 iyul 2021-ci il tarixdə saat 17 radələrində B1,B, C1,C kateqoriyalı BD202020 nömrəli sürücülük vəsiqəsi ilə tanışı Zərərçəkmiş şəxs4 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes E220” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Malbinəsi asfalt yolunda Yevlax-Bərdə asfalt yolu istiqamətində hərəkətdə olarkən Yevlax rayonunun Malbinəsi kəndinin ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və “həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, həmin avtomobili etibarnamə olmadan maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətinin təmin olunması üçün vaxtında yerinə yetirməli olduğu halda bunları etməyərək ehtiyatsızlıqdan idarə etdiyi avtomobili yolun sol hərəkət zolağına istiqamətləndirərək idarəetməni itirmiş və avtomobilin yoldan sağ tərəfə çıxaraq yolun kənarında olan kanala aşması nəticəsində ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 sağlamlığa ağır zərər vuran bədən xəsarətləri, Zərərçəkmiş şəxs3 sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri, Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri almasına və Zərərçəkmiş şəxs4 məxsus “Mercedes E220” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7000 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 11 iyul 2021-ci il tarixdə günorta saatlarında dostu Avtandil ona, birlikdə Qarabağ su kanalına çimmək üçün getməyi təklif etmişdir. O, Avtandilə əvvəlcə İrəvanlı qəsəbəsinə gedib Elşənlə görüşmələrini, oradan isə birlikdə çimmək üçün getmələrini təklif etmişdir. Avtandil onunla razılaşmışdır. Onun və Avtandilin avtomobili olmadığı üçün onlar İrəvanlı qəsəbəsinə Avtandilin atası Vüqara məxsus avtomobillə getmək qərarına gəlmişlər. O, Avtandillə birlikdə sonuncunun yaşadığı ünvana getmişdir. Avtandil, atası Vüqardan “Mercedes Benz 200” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobili istəmiş və həmin avtomobillə İrəvanlı qəsəbəsinə Elşənlə görüşmək üçün gedəcəklərini demişdir. Avtandilin avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmadığı üçün atası Vüqar avtomobili Avtandilə verməmişdir. Bundan sonra Avtandil avtomobili onun idarə etməyinə icazə verməsini atası Vüqardan xahiş etmişdir. Onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi olduğu üçün Vüqar avtomobilini idarə etmək üçün ona vermişdir. Sinif yoldaşı Əli də Elşənlə görüşmək istədiyini ona dediyi üçün o, mobil telefonla Əliyə zəng edərək Avtandillə birlikdə Elşənlə görüşmək üçün gedəcəklərini demişdir. O, Əlidən onlarla birlikdə getmək istəyib-istəmədiyini soruşmuşdur. Əli getmək istədiyini və Yevlax şəhərində yerləşən 3 nömrəli tam orta məktəbin qarşısında olduğunu demişdir. O, idarə etdiyi avtomobillə həmin məktəbin qarşısına getmiş və Əlini avtomobilə götürmüşdür. Bundan sonra o, avtomobili idarə edərək Avtandil və Əli ilə birlikdə İrəvanlı qəsəbəsinə Elşənin yaşadığı ünvana getmişdir. Onlar Elşənlə görüşmüş və Elşənin yaşadığı evdə təxminən 30-40 dəqiqə olmuşlar. Onlar çimmək üçün Qarabağ su kanalının Yevlax rayonu Qaraməmmədli kəndindən keçən hissəsinə getmək qərarına gəlmişlər. Onlar Elşənin yaşadığı evdən çıxmış və birlikdə Yevlax rayonu Qaraməmmədli kəndinə getmişlər. Onlar bir neçə saat ərzində su kanalında çimmişlər. Saat 18 radələrində onlar yaşadıqları evə qayıtmağı qərara almışlar. O, avtomobilin sükanı arxasına əyləşmişdir. Avtandil qabaq sağ, Elşən arxa sağ, Əli isə arxa sol oturacaqda əyləşmişlər. O, avtomobili idarə edərək Yevlax rayonu “Malbinəsi yolu” adlanan asfalt yolla Yevlax-Bərdə avtomobil yolu istiqamətində hərəkət etmişlər. Yolda başqa avtomobil olmadığı üçün o, avtomobilin sürətini artırıb 90 km/saat sürətlə idarə etmişdir. O, avtomobili idarə etdiyi sağ hərəkət zolağında ön tərəfdə nahamar, çökək hissənin olduğunu görmüşdür. Bu səbəbdən o, avtomobilin sükanını sola döndərmiş və avtomobili sol hərəkət zolağına keçirmişdir. Həmin vaxt avtomobilin arxa sağ təkəri çökəyə düşmüşdür. O, avtomobilin tormozunu sıxmış, avtomobil fırlanmış və asfalt yolda sürüşüb yolun sağ tərəfinə çıxmışdır. Avtomobil dayanmamış və yolun sağ kənarı ilə hərəkətinə davam etmişdir. Avtomobilin sükanı onun bədəninə dəyərək onu qabaq sol qapının pəncərəsindən yerə atmışdır. O, zərbədən gözlərini aça bilməmiş və ətrafda baş verənləri görə bilməmişdir. Yoldan keçən şəxslər gələrək ona kömək etmişlər. Hadisə yerinə çağırılmış təcili yardım avtomobili onu, Əlini və Avtandili Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. Həkimlər onlara tibbi yardım göstərmişdir. Cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onlara vurulmuş ziyanı ödədiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 11 iyul 2021ci il tarixdə saat 12 radələrində, sinif yoldaşı Asif Quliyev ona zəng edərək dostunun hərbi xidmətdən gəldiyini, dostu ilə görüşmək üçün gedəcəyini demiş və onunla birlikdə getməyini təklif etmişdir. O, Sadiqdən kimin yanına gedəcəyini soruşmuşdur. Sadiq İrəvanlı qəsəbəsində yaşamış Elşənin yaşadığı ünvana gedəcəyini demişdir. O, Elşəni tanıdığı üçün Sadiqlə birlikdə getməyə razılıq vermişdir. Saat 13 radələrində Sadiq idarə etdiyi, onun dostu Avtandilin atası Vüqara məxsus “Mercedes” markalı avtomobillə gələrək onu götürmüşdür. Sadiq və Avtandil ona Elşənə baş çəkdikdən sonra Qaraməmmədli kəndində yerləşən “Şuluz” adlanan yerdə çiməcəklərini demişlər. Sadiqin idarə etdiyi avtomobillə onlar Yevlax rayonu İrəvanlı qəsəbəsinə, Elşənin yaşadığı evə getmişlər. Onlar Elşənlə görüşmüş və təxminən 30 dəqiqə ərzində onlar Elşəngildə olmuşlar. Sonra onlar birlikdə Sadiqin idarə etdiyi avtomobillə Yevlax rayonu Qaraməmmədli kəndinə getmişlər. Onlar su kanalında çimmişlər. Saat 17 radələrində onlar yaşadıqları evə qayıtmağı qərara almışlar. Sadiq avtomobilin sükanı arxasına əyləşmişdir. Avtandil qabaq sağ oturacaqda, o, arxa sol oturacaqda, Elşən isə arxa sağ oturacaqda əyləşmişlər. Sadiq avtomobili idarə etməyə başlamışdır. Sadiq avtomobili Mingəçevir-Bəhramtəpə asfalt yolu ilə idarə edib Malbinəsi asfalt yoluna döndərmişdir. Təxminən 5 dəqiqə sonra Sadiq avtomobili 100 km/saat sürətdən yüksək sürətlə idarə etmişdir. Həmin vaxt o, arxa oturacaqda əyləşmişdir. Onun diqqəti əlindəki mobil telefona yönələn zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Lakin, o, hadisənin necə baş verdiyini xatırlamamışdır. O, ayıldıqda Yevlax şəhər mərkəzi xəstəxanasına olduğunu görmüşdür. Xəstəxanada stasionar şəkildə müalicə olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışıb və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 11 iyul 2021-ci il tarixdə günorta saatlarında Əli, Avtandil və Sadiq hərbi xidmətdən qayıtdığı üçün Yevlax rayonu İrəvanlı qəsəbəsində yaşadığı evə gələrək ona baş çəkmişlər. Onlar təxminən 30-40 dəqiqə ərzində onlarda olmuşlar. Bundan sonra Avtandil, Sadiq və Əli ona birlikdə Qarabağ su kanalına gedib çiməcəklərini demişlər. O, onlarla getməyə razı olmuşdur. Onlar bir neçə saat ərzində kanalda çimmişlər. Saat 17 radələrində onlar yaşadıqları evə qayıtmağı qərara almışlar. Sadiq avtomobilin sükanı arxasına əyləşmişdir. Avtandil qabaq sağ oturacaqda, o, arxa sağ, Əli isə arxa sol oturacaqda əyləşmişlər. Sadiq avtomobili idarə edərək Yevlax rayonu “Malbinəsi yolu” adlanan asfalt yolla Yevlax-Bərdə avtomobil yolu istiqamətində hərəkət etmişlər. Sadiq avtomobili təxminən 90 km/saat sürətlə idarə etmişdir. O, diqqətini əlindəki mobil telefona yönəltmişdir. Həmin vaxt Sadiq avtomobilin idarə etməsini itirmişdir. Avtomobil asfalt yolun sağ tərəfinə çıxmışdır. O, başını aşağı əyib oturacaqdan tutmuşdur. Avtomobil yolun kənarı ilə hərəkət edib su kanalına düşmüşdür. Yoldan keçən şəxslər hadisə yerinə gəlib onları avtomobildən çıxarmışlar. Əlinin, Avtandilin və Sadiqin xəsarət aldığını görmüşdür. O, belindən xəsarət aldığını hiss etmişdir. Həmçinin, onun sağ qolu cızılmışdır. Hadisə yerinə gəlmiş təcili yardım avtomobili Avtandili, Əlini və Sadiqi xəstəxanaya aparmışdır. O isə yaşadığı İrəvanlı qəsəbəsinə getmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışıb və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 11 iyul 2021ci il tarixdə saat 14 radələrində oğlu Zərərçəkmiş şəxs2 dostu Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı evə gələrək Yevlax rayonu İrəvanlı qəsəbəsində yaşayan dostları Elşənin hərbi xidmətdən təxris edilib yaşadığı evə gəldiyini, Elşənə baş çəkmək üçün birlikdə Elşənin yaşadığı ünvana getmək istədiklərini demişdir. Avtandil ona avtomobilinin açarını verməyini, avtomobilini idarə edərək Sadiqlə birlikdə İrəvanlı qəsəbəsinə Elşənin yaşadığı ünvana gedəcəklərini demişdir. O, Avtandilə avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığını, bu səbəbdən avtomobilini Avtandilə verə bilməyəcəyini demişdir. Həmin vaxt Sadiq ona “BC” kateqoriyalı sürücülük vəsiqəsinin olduğunu, avtomobil idarə etməyi bacardığını və onun avtomobilini idarə edə biləcəyini demişdir. O, avtomobilini Sadiqin idarə edib Avtandillə birlikdə İrəvanlı qəsəbəsinə getmələrinə razı olmuşdur. Bundan sonra o, avtomobilinin açarını Sadiqə vermişdir. Sadiq avtomobilinin sükanı arxasına əyləşmiş və Avtandillə birlikdə yaşadığı ünvanı tərk edib getmişlər. Həmin gün saat 17:10 radələrində tanımadığı bir nəfər şəxsə ona zəng edərək Yevlax rayonu Malbinəsi asfalt yolunda ona məxsus avtomobillə yol-nəqliyyat hadisəsinin törədildiyini demişdir. O, idarə etdiyi xidməti avtomobillə hadisə yerinə getmişdir. O, hadisə yerində təcili tibbi yardım avtomobilinin olduğunu, hadisə yerinə çoxlu sayda insanların toplaşdığını görmüşdür. O, Avtandilin, Sadiqin və sonradan adı ona məlum olmuş Əlinin yolun kənarında torpağın üzərində uzanmış vəziyyətdə olduqlarını görmüşdür. Həkimlər Avtandili, Sadiqi və Əlini yerdən götürüb təcili tibbi yardım avtomobilinə yerləşdirmiş və xəstəxanaya aparmışlar. O, avtomobilinin yolun kənarında yerləşən su kanalına bitişik olan dərin arxa düşdüyünü, avtomobilin tamamilə əzilib yararsız vəziyyətdə olduğunu görmüşdür. Bundan başqa o, asfalt yolda avtomobilə məxsus tormoz izinin olduğunu görmüşdür. O, Yevlax şəhər mərkəzi xəstəxanasına getmişdir. O, həkimlərin Avtandilə, Sadiqə və Əliyə tibbi yardım göstərdiyini görmüşdür. Avtandil və Sadiqin ciddi xəsarəti olmasa da, Əlinin xəsarətlərinin daha ciddi olduğu məlum olmuşdur. Həmin gün Avtandil və Sadiq xəstəxanadan evə buraxılmışdır. Əli isə xəstəxanada stasionar qaydada müalicə olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışıb və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlandığı teleqramdan görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs ilə barışıb, ona vurulmuş ziyan ödənilib və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, 09 iyul 2021-ci il tarixdə Yevlax rayonu İrəvanlı qəsəbəsində yaşayan dostu Zərərçəkmiş şəxs3 hərbi xidmətini başa vurub yaşadığı evə gəlmişdir. O, dostu Təqsirləndirilən şəxs ilə birlikdə olarkən İrəvanlı qəsəbəsinə gedib Elşənə baş çəkmələri barədə qərara gəlmişlər. O, Sadiqlə birlikdə yaşadığı ünvana getmişdir. Atası Vüqara “Mercedes Benz 200” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ona verməsini, avtomobillə İrəvanlı qəsəbəsinə Elşənlə görüşmək üçün gedəcəklərini demişdir. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmadığı üçün atası Vüqar avtomobili ona verməmişdir. O, atası Vüqara Sadiqin sürücülük vəsiqəsinin olduğunu, avtomobili idarə etmək üçün Sadiqə verməsini demişdir. Bundan sonra atası Vüqar avtomobili Sadiqə verməyə razı olmuşdur. Sadiq mobil telefonla sinif yoldaşı Əliyə zəng etmiş və Yevlax şəhərində Əlini də avtomobilə götürmüşdür. Sadiqin idarə etdiyi avtomobillə o və Əli İrəvanlı qəsəbəsinə Elşənin yaşadığı ünvana getmişlər. Onlar Elşənlə görüşmüş və təxminən 30-40 dəqiqə müddətində həmin ünvanda olmuşlar. Onlar çimmək üçün Qarabağ su kanalının Yevlax rayonu Qaraməmmədli kəndindən keçən hissəsinə getmək qərarına gəlmişlər. Onlar Elşənin yaşadığı evdən çıxmış və birlikdə Sadiqin idarə etdiyi avtomobillə həmin kəndə getmişlər. Onlar bir neçə saat ərzində su kanalında çimmişlər. Saat 17 radələrində onlar yaşadıqları evə qayıtmağı qərara almışlar. Sadiq avtomobilin sükanı arxasında əyləşmişdir. O, avtomobilin qabaq sağ oturacağında, Əli və Elşən arxa oturacaqda əyləşmişlər. Sadiq avtomobili əvvəlcə Mingəçevir-Bəhramtəpə asfalt yolu ilə idarə etmiş və avtomobili həmin yoldan Malbinəsi yoluna döndərmişdir. Sadiq avtomobili həmin asfalt yolla Yevlax-Bərdə asfalt yolu istiqamətində idarə etmişdir. Sadiq avtomobili təxminən 100- 110 km/saat sürətlə idarə etmişdir. Yolun nahamar hissəsinə çatmağa az məsafə qalmış Sadiq avtomobilə tormoz verib avtomobilin sürətini 90 km/saat sürətə endirmişdir. Sadiq yolun nahamar hissəsindən avtomobili yayındırmaq üçün avtomobilin sükanını döndərmişdir. Həmin vaxt avtomobilin arxa hissəsi fırlanmış və avtomobil asfalt yolda sürüşüb yolun sağ tərəfinə çıxmışdır. Avtomobil yolun kənarı ilə hərəkət edib su kanalına düşmüşdür. Yoldan keçən tanımadığı şəxs onu, Sadiqi, Elşəni və Əlini avtomobildən çıxarmışdır. O, mobil telefonu ilə atası Vüqara zəng edərək hadisə barədə məlumat vermişdir. Ambulans avtomobili gələrək onu, Əlini və Sadiqi Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. Həkimlər ona tibbi yardım göstərmişdir. Həmin gün o, xəstəxanadan evə buraxılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 11 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu Yevlax rayonu Malbinəsi kəndinin asfalt yoludur. Avtomobil yolu asfalt-beton örtükdən ibarətdir, yol örtüyünü eni 5,86 metrdir, hərəkət zolaqlarının sayı iki, hərəkət hissəsinin eni 2,93 metrdir. Nişanlanma xətti yoxdur, yol sol kənarının eni 1,20 metrdir. Maksimum hərəkət surəti 60km/saat sürətlə məhdudlaşdırılıb. “Mercedes Benz 200” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil asfalt yolun sağ kənarında yerləşən arxa düşmüşdür (iş vər.10-20); məhkəmə-tibb ekspertizasının 12 iyul 2021-ci il tarixli 431 №li rəyindən görünür ki, Mahmudov Avtandil Vüqar oğlunda aşkar edilmiş xəsarətlər- sol alın qabarının, hər iki dirsək oynağının çoxsaylı sıyrıqları, sağ kürəküstü nahiyyənin qançırı küt alətin təsirindən törənmişdir, törənmə müddətləri 11.07.2021-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir (iş vər.38-39); məhkəmə-tibb ekspertizasının 12 iyul 2021-ci il tarixli 432 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 aşkar edilmiş xəsarətlər- sağ bazu oynağında aktiv və passiv hərəkətin məhdudluğu ilə müşayiət olunan sağ bazunun yuxarı və orta 1/3-nin qançırı, dərialtı hematoması küt alətin təsirindən törənmişdir, törənmə müddətləri 11.07.2021-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir (iş vər.40-41); məhkəmə-tibb ekspertizasının 23 iyul 2021-ci il tarixli 439 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər- qarın boşluğunun küt travması, diafraqmanın sol yarısının travmatik cırılması, mədənin, nazik bağırsağın döş boşluğuna yerini dəyişməsi, sol tərəfli hemotoraks, dalağın, sol böyrək parenximasının cırılması, daxili qanaxma, sol peitonarxası hematoma, L2-L3 fəqərə cisimlərinin kompression sınıqları, L3- L4 fəqərələrinin sol yan çıxıntılarının qəlpəli sınığı bərk küt alətin təsirindən törənmişdir, törənmə müddətləri 11.07.2021-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir (iş vər.45- 46); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 oktyabr 2021-ci il tarixli, 9/6522 №li rəyindən görünür ki, respublikada yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda fotoşəkillərdə göstərilən 1992-ci il buraxılışlı “Mercedes Benz 200 minik” markalı, açıq yaşıl metalik rəngli, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 7000 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır (iş vər.124-125); məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 29 sentyabr 2021-ci il tarixli, 8/2285 №li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz 200” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz 200” markalı avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır (iş vər.127-129); AC seriyalı 359432 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz E220” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs4dur (iş vər.82); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Yevlax RQİTBŞ tərəfindən 06.04.2021-cı il tarixdə verilmiş sürücülük vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə 06.04.2031-ci ilədək qüvvədədir (iş vər.97); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 08.09.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( iş vər. 119); “sübutların qiymətləndirilməsi haqqında” 14.10.2021-ci il tarixli qərardan görünür ki, “Mercedes Benz E 220” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax RPŞ-nin DYPB-nin cərimə meydançasına yerləşdirilmişdir (iş vər.132-141); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15.10.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( iş vər. 182-183); zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim etdiyi edilmiş ərizələrdən və teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan ödənilmiş, sonuncu ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən zərərçəkmiş şəxslərin məhkəməyə ünvanlamış ərizələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsilə başlanılmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsilə başlanılmış cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, maddi sübut hesab edilən avtomobil sahibinə qaytarılmalı, müdafiəçiyə məhkəmədə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan “Mercedes Benz E220” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs4 qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli ) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olubolmamasına qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs vəkil Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq vəkil Müdafiəçi oğluna ödənilsin. Qərardan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar