Məhkəmə qərarları › İş №1(039)-169/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-169/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-169/2022 24.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Gəngə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Kəlbəcər rayonu, Abdullauşağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Kəlbəcər rayonu, 11 saylı orta məktəbdə müəllim işləyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Abdullauşağı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, 2 saylı Trestin sanatoriyasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs övladı Şahid1 Gürcüstan Respublikasında “A.A.Boqomolets adına milli tibb universitetinin” stomatologiya fakültəsində təhsil almasına dair KB 43251724 nömrəli təhsil haqqında diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyində tanınması üçün prosedurları həyata keçirib həmin diplomu tanıtdıracığı ilə bağlı Zərərçəkmiş şəxs yalandan vəd verib aldatmaqla vahid niyyətlə 2018-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında Yevlax şəhər avtovağzalında Zərərçəkmiş şəxs tanışı Şahid2 Zərərçəkmiş şəxs 4000 manat pulunu, 2018-ci ilin dekabr ayının ortalarında günorta saatlarında Yevlax şəhər avtovağzalında Şahid2 Zərərçəkmiş şəxs 2000 manat pulunu, 2019-cu ilin dekabr ayının sonlarında günorta saatlarında ünvan 1 ünvanında yerləşən evdə Şahid2 Zərərçəkmiş şəxs 1600 manat pulunu aldadıb alaraq, ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla 7600 manat pulunu qəsdən aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 2-3 il bundan qabaq qohumu Asəf ona telefonla zəng edərək yaxın dostu olduğunu, Gürcüstanda universitet qurtardığını, diplomunu təsdiq elətdirmək lazım olduğunu demiş, həmin vaxt təcili pula ehtiyacı olmuş, buna görə də həmin şəxsdən Asəfin vasitəsilə pul almağı fikirləşmiş, Asəfə dostunun sənədlərini göndərməsini, işi düzəltməyə çalışacağını demiş, Asəf İslam adlı Yevlax şəhər sakininin sənədini ona Gəncə şəhərinə göndərmişdir. Təxminən bir neçə gün sonra Asəfə bu işin xərcinin 6000 manat olduğunu bildirmiş, Asəf də “narahat olma, bu iş düzələndir və İslam nə qədər lazım olsa pul verəcək” demiş, Asəf həmin ərəfələrdə, təxminən 2018-ci ilin oktyabr ayının ortalarında İslamın atası Akifdən aldığı 4000 manat pulu ona vermiş, həmin vaxt Bakı şəhərinə getmiş, yolüstü Yevlax şəhərindən keçən zaman günorta saatlarında həmin pulu Yevlax şəhər avtovağzalında Asəfdən götürmüş, həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, səhhətində problemlər olduğu üçün müalicə olunmuşdur. Təxminən iki ay sonra isə Asəfə pulun qalan 2000 manatını göndərməsini bildirmiş, Asəf həmin ərəfələrdə, yənin 2018-ci ilin dekabr ayının ortalarında günorta satlarında İslamın atası Akifdən aldığı 2000 manat pulu Yevlax şəhər avtovağzalında ona vermiş, həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmiş, evini təmir etdirmiş, müalicə almış, daha sonra isə Asəfə 2000 manat da lazım olduğunu demiş, Asəf də təxminən 2019-cu ilin sonlarına yaxın İslamın atası Akifdən aldığı 1600 manat pulu da ona Yevlax şəhərində vermiş, həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmiş, maddi imkanım olmadığı üçün həmin 7600 pulu qaytara bilməmiş, ancaq qanun qarşısında məsuliyyət daşımağa hazır olmuş, bundan başqa həmin 7600 manat puldan Asəfə və ya başqa şəxslərə heç bir şey verməmiş, diplomun təsdiqi üçün isə təhsil nazirliyinə və ya başqa qurumlara, həmçinin başqa şəxslərə rəsmi və ya qeyri-rəsmi qaydada heç bir müraciət etməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək, habelə vurduğu ziyanın 25% hissəsini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şahid1 onun oğludur. İslam 2013-cü ildə Gürcüstan Respublikası stomotologiya üzrə Ukrayna filialını bitirmiş, lakin onun diplomu Təhsil Nazirliyi tərəfindən təsdiq olunmamış, İslamın diplomunun təsdiq olunması məsələsi üzrə maraqlananda qonşuluqda yaşayan Asəf adlı şəxs təxminən 3 il qabaq onun Gəncə şəhərində həm qohumu, həm də tanışı olan Rasim adlı şəxsin bu işi görə biləcəyini demiş, Asəf diplomu təsdiq etdirmək üçün pul lazım olduğunu söyləmiş, oğlu İslamla birlikdə Asəflə razılaşmıdır. Təxminən 2018-ci ilin oktyabr ayının ortalarında Asəf evlərinə gəlmiş, Asəf Rasim adlı şəxsin qohumu olduğunu, İslamın diplomunu təsdiq etdirə biləcəyini onlara demiş, Asəf həmçinin Rasim adlı şəxsin İslamın diplomunun təsdiqi üçün 6000 manat pul istədiyini demiş, həmin gün saat təxminən 12:00 radələrində oğlu İslamın diplomunu təsdiq etdirmək üçün yaşadığı evin həyətində Asəfə Rasim adlı şəxsə verməsi üçün 4000 manat pul vermiş, həmin vaxt oğlu İslam da yanlarında olmuş, Asəf pulu aldıqdan bir gün sonra pulu Yevlax avtovağzalında Rasim adlı şəxsə verdiyini bildirmişdir. Təxminən 2018-ci ilin dekabr ayında isə Asəf Rasim adlı şəxsin işi düzəltmək üçün 2000 manat da istədiyini bildirmiş, 2018-ci ilin dekabr ayının ortalarında saat təxminən 11:00 radələrində yaşadığı evin həyətində Asəfə Rasim adlı şəxsə verməsi üçün 2000 manat da vermiş, Asəf yenə pulu aldıqdan sonra, həmin gün pulu Yevlax şəhərində yerləşən avtovağzalın yaxınlığında Rasim adlı şəxsə verdiyini demiş, İslam 2019-cu ilin dekabr ayında Asəfə zəng edib işin nə yerdə olmasını soruşmuş, Asəf isə İslama oxuduğu müddətin son zamanlarında sərhədi iki dəfə keçmədiyini, buna görə də iki möhürünün çatmadığını demişdir. İslam isə Asəfə “ya mənim sənədimi-pulumu ver, ya da işimi həll elə” demiş, Asəf İslama 5 dəqiqə sonra zəng edəcəyini demiş, 5 dəqiqə sonra isə Rasim adlı şəxs İslamı yığaraq işlərinin hazır olduğunu, yalnız sərhəd xidmətində iki möhürlə bağlı problemin olduğunu, buna görə də 2000 manat pul verilsə o məsələnin də həllini tapacağını demiş, İslam da Rasimlə razılaşmış, Rasim adlı şəxs İslama pulu Asəfin götürəcəyini bildirmiş, ancaq Asəf İslamla telefonla danışaraq pulu avtobusla Gəncə şəhərinə göndərməsini demiş, lakin İslam Asəfə həmin pulu gəlib özü Yevlax şəhərində yerləşən evlərində götürməsini bildirmişdir. Asəf təxminən 2019-cu ilin dekabr aylarının sonunda onlara gələrək 2.000 manat pul istəmiş, telefonla Rasimlə danışan zaman İslam 1500 manat pul verəcəyini demiş, 2019-cu ilin dekabr ayının sonlarında saat təxminən 15:00 radələrində yaşadığı evin həyətində Asəfə 1600 manat pul verərək diplomun təsdiq olunması məsələsini yekunlaşdırmasını bildirmiş, Asəf pulu aldıqdan sonra həmin pulu Yevlax şəhərində yaşadığı evdə Rasim adlı şəxsə vermiş, Ümumilikdə 7600 manat pulu diplom təsdiqi üçün Asəf adlı şəxsin vasitəsilə Təqsirləndirilən şəxs vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şahid1 tanıyır, İslamla qonşudur, münasibətləri olmuşdur. İslam təxminən 2-3 il qabaq ona diplomu olduğunu, təsdiq olunası olduğunu demiş, İslam ona Rasim adlı qohumunun olduğunu, diplomu təsdiq etdirə biləcəyini demiş, həmin diplomu təsdiq elətdirməyə köməklik etməsini xahiş etmiş, İslam həkimin yanında Rasim adlı qohumuna zəng edərək islamın yaxını olduğunu, diplomun təsdiqi üçün köməklik lazım olduğunu demişdir. İki gün sonra Rasim ona zəng edib “get İslamın yanından mənə zəng elə” demiş, İslamın evinə gedərək İslamın yanından Rasimə zəng vurmuş, İslamın özünün yanında Rasim mikrafonla İslamla danışmış, Rasim İslama sənədləri və müəyyən yerlərə çatası 6000 manat pulu göndərmək lazım olduğunu demiş, İslamın atası Akif də 2018-ci ilin oktyabr ayının ortalarında yaşadıqları evin həyətində ona Rasimə verməyi üçün 4000 manat pul vermiş, Rasim səhərsi gün, yənin 2018-ci ilin oktyabr ortalarında günorta saatlarında Bakı şəhərinə gedən zaman Yevlaxdan keçəndə Yevlax şəhər avtovağzalında 4000 manat pulu ondan götürmüş, təxminən iki ay sonra isə Rasim ona zəng edib əlavə 2000 manat da lazım olduğunu demiş, İslamın atası Akifdən təxminən iki ay sonra, yəni 2018-ci ilin dekabr ayının ortalarında 2000 manat pulu yaşadıqları evin həyətində alaraq pulu həmin gün günorta saatlarında Yevlax şəhər avtovağzalında Rasim adlı şəxsə vermişdir. Daha sonra Rasimdən işin nə yerdə olduğunu soruşmuş, Rasim işi həll edəcəyini, ancaq bəzi problemlər olduğunu, onları həll etməli olduğunu, 2000 manat da lazım olduğunu demiş, bu barədə Akif və İslama bildirmiş, Akif daha sonra, təxminən 2019-cu ilin dekabr ayının sonlarında ona yaşadığı evin həyətində 1600 manat pul vermiş, həmin pulu təxminən ikiüç gün sonra, yənin 2019-cu ilin dekabr ayının sonlarında günorta saatlarında yaşadığı evdə Rasim adlı şəxsə vermiş, Rasim dilindən kağız yazanda pulu 4 ay müddətinə qaytaracağını və ya ona tapşırılan işi gördürəcəyini bildirmiş, həmin 7600 manat puldan Təqsirləndirilən şəxs ona və ya başqa şəxslərə heç bir şey verməmiş, Rasimdən bir neçə dəfə diplomun təsdiqi üçün təhsil nazirliyinə müraciət edib-etmədiyini soruşmuş, Rasim isə təhsil nazirliyinə müraciət etmədiyini, başqa məsələlər olduğunu, onları həll etməyə çalışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və icraata götürülməsi barədə 14 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlansın və istintaq aparılması üçün icraata götürülmüşdür (iş vər.01); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( iş vər. 34); qətimkan tədbirinin seçilməsi haqqında 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (iş vər.8 3); Kəlbəcər rayon 11 №-li tam orta məktəbinin direktoru Ə.Qarayev tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi müddətdə kollektivin dərin hörmətini qazanmış və müsbət xarakterizə olunur (iş vər.67); Yevlax Rayon Məhkəməsinin 06 oktyabr 20222-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Yevlax RPŞ-nin növbətçi hissəsinə təqdim edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqdim edilmiş qəbzdən görünür ki, Hünbət Abbasovun əvəzindən dövlət büdcəsinə 1900 manat ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hisssinin 1-ci bəndinə əsasən Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan tələbnamədən də göründüyü kimi Təqsirləndirilən şəxs hazıradək cinayət məsuliyyətinə cəlb olunmayan şəxsdir. Odur ki, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq olunmasında hər hansı bir qadağa müəyyən edilmir. Belə olan halda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar