Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-169/2024 18.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax şəhəri R.Balakişiyev küçəsi mənzil 23-də qeydiyyatda olan və ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin otağında qızı, evli olan Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun əvvəllər digər şəxslərin yanında qardaşı Haqverdi Abdurahmanlının anası Təqsirləndirilən şəxs tərəfindən ailə məsələsinə görə danlanmasını və onun qardaşı Haqverdi Abdurahmanlının barəsində xoşagəlməz sözlər deməsinin səbəblərinə aydınlıq gətirməsi ilə bağlı söhbət edən zaman aralarında baş vermiş mübahisə zamanı şəxsi münasibətlər zəminində qızı Zərərçəkmiş şəxs qəsdən əlləri ilə vuraraq sonuncuya səhhətin qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran hər iki gözətrafı nahiyədə dərialtı hematoma fonunda qırmızımtılgöyümtül rəngdə qançır və hər iki gözün ağlı qişasının iç bucağına tünd qırmızı rəngdə yayılmış qansızma xəsarətini və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən burun belinin şişkinliyi, qançırı, hər iki qulaq sırğalığının sıyrığı xəsarətini yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddət pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, Yevlax rayonu Malbinəsi kənd sakini Şahid1 ilə evlidir. 2024-cü ilin mart ayının 30-da saat 21 radələrində qızı Zərərçəkmiş şəxs baldızı Həcərin evində sonuncunun azyaşlı övladının doğum günü mərasimində iştirak etdikdən sonra onunla görüşmək üçün yaşadığı evə gəlmişdir. Nisə onun evinə gəldikdə azyaşlı oğlu Haqverdi Abdurahmanlının kefsiz olduğunu görərək Haqverdidən nə baş verdiyini soruşmuşdur. Haqverdi də xx.xx.2024-cü il tarixdə günorta saatlarında mərhum atası İlhamın atası, yəni babası Haqverdi ilə mobil telefonla danışdığı üçün onun acıqlandığını Nisəyə demişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində qızı Nisə oğlu Haqverdiyə acıqlandığını bildikdən sonra onunla yaşadığı evdə mübahisə etmişdir. Lakin həmin gün onların arasında hər hansı münaqişə baş verməmişdir. Qızı Nisə onunla sağollaşdıqdan sonra yaşadığı evdən çıxaraq öz evinə getmişdir. Ancaq bundan sonra qızı Nisə qayınanasının və digər qohumlarının yanında onun oğlu Haqverdiyə acıqlanmağı ilə bağlı məlumatlar vermişdir. Buna görə də həmin gündən sonra o, qızı Nisədən qohumları yanında onun barəsində xoşagəlməz ifadələr işlətdiyi üçün incimişdir. Onun Nisə ilə ana evində olan məsələ ilə bağlı “xəbərçilik” etməsi ilə bağlı mobil telefonda bir neçə dəfə danışığı olsa da həmin gündən sonra Nisəni görməmişdir. O, xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə gedəcəyi üçün qızı Nisə ilə nəvəsini görmək istəmiş və xx.xx.2024-cü il tarixdə Nisə ilə mobil telefonla danışan zaman Nisədən nəvəsi ilə birlikdə onun evinə gəlməsini istəmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində qızı Nisə azyaşlı övladı ilə birlikdə onun yaşadığı evə gəlmişdir. Lakin Nisə onun yaşadığı evə daxil olduqdan sonra onunla salamlaşmayaraq evinin qonaq otağında olan ikimərtəbəli çarpayının birinci mərtəbəsində oturaraq övladını döşəmənin üzərinə qoymuş və tərs-tərs onun üzünə baxmağa başlamışdır. Nisə təxminən 30 dəqiqə müddətində heç bir söz demədən ona baxmışdır. O, eyniylə Nisəyə baxaraq heç bir söz danışmamışdır. Bir müddət sonra Nisə gülə-gülə övladını oynatmağa başlamışdır. Bir qədər sonra isə oğlu Haqverdi də evə gəlmiş, lakin Nisə Haqverdi ilə də görüşməmişdir. Haqverdi evə gəldikdən sonra o, Nisəyə “sən necə bacısanki qardaşına qarğış edirsən” demişdir. Onun bu sözündən sonra Nisə “yaxşı edib qarğış etmişəm” demişdir. O, Nisənin sözündən əsəbləşdiyi üçün uzandığı iki nəfərlik yataqdan duraraq Nisəyə yaxınlaşmış və şillə zərbələri ilə 2 dəfə dəfə qızı Nisənin sifət nahiyəsindən vurmuşdur. O, Nisəni şillə zərbəsi ilə vuran zaman əlindəki üzük Nisənin xatırlamadığı qulağındakı sırğaya ilişmiş və qızı Nisə qulaq nahiyəsindən xəsarət almışdır. Hazırda əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmışlar. Zərərçəkmiş şəxəsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan iş üzrə icraata xitam verilməsini və məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. 2024-cü ilin mart ayının 30-da saat 21 radələrində o, baldızı Həcərin evində sonuncunun azyaşlı övladının doğum günü mərasimində iştirak etdikdən sonra anası ilə görüşmək üçün yaşadığı evə getmişdir. Bu zaman anasının qardaşı Haqverdiyə əsəbləşdiyini görmüş və onların arasında qardaşına əsəbiləşdiyi üçün sözlü mübahisə baş vermişdir. Lakin həmin gün aralarında münaqişə olmamışdır. Bundan sonra anası onun evində baş verən hadisələri qohumlarına danışdığını, guya onun xəbərçilik etdiyini bildirərək ondan incimiş və mobil telefon vasitəsi ilə onu təhqir etmişdir. Həmin gündən sonra o, anası ilə küsülü olmuşdur. xx.xx.2024-cü il tarixdə anası Nuranə ona zəng edərək xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə gedəcəyini, onu görmək istədiyini və xx.xx.2024-cü il tarixdə onun yanına gəlməsini istəmişdir. O da xx.xx.2024-cü il tarixdə saat 15 radələrində 1 yaşlı oğlu İzzətlə birlikdə anasının evinə getmişdir. Belə ki, əri Hümmbət onu anası Nuranəyə məxsus olan evə aparmış, lakin əri Hümmbət anasının evinə daxil olmamışdır. O, evə daxil olduqdan sonra anası ilə küsülü olduğu üçün anası Nuranə ilə görüşməmişdir. Həmçinin anası Nuranə də onunla danışmamışdır. Bir müddət sonra qardaşı Haqverdi evə daxil olmuşdur. Haqverdi onunla görüşmək istəsə də anası qardaşının onunla görüşməsinə icazə verməmişdir. Bir qədər sonra anası Nuranə onun üzərinə gələrək üzünə iki dəfə sillə zərbəsi ilə vurmuş, saçından yolmuşdur və daha sonra yumruq zərbələri ilə onun sifət nahiyəsinə vurmuşdur. Anası Nuranə ona sillə zərbələri ilə vurduqda anasının əli onun sol qulağındakı sırğaya ilişmiş və o, qulağından da xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, cinayət işinin icraatına xitam verilməsini və təqsirləndirilən şəxsin məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ərizə ilə Yevlax RPŞ-nə müraciət etmişdir. Qayınanası Təqsirləndirilən şəxs əsəbi insan olduğu üçün heç bir əsaslı səbəb olmadan arvadı Nisə və onunla münaqişə edir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində o, arvadı Nisəni anası Nuranə ilə görüşməsi üçün 1 yaşlı oğlu İzzətlə birlikdə Nuranənin evinə aparmışdır. Lakin özü evə girməmişdir. Təxminən 40-45 dəqiqə sonra arvadı Nisə ona zəng edərək anası Nuranənin onu döydüyün, gəlib onu anası evindən götürməsini istəmişdir. O da geri qayıdaraq Nuranənin evinin qarşısına getmişdir. Evə girməzdən öncə Nuranənin onu şərləyəcəyindən qorxduğu üçün yeznəsi Faxrayıla onunla birlikdə Nuranənin evinə getməsini xahiş etmişdir. Çünki Nuranənin hər cür şər-böhtandan istifadə edəcəyini bilmişdir. O, evin həyətinə daxil olaraq pilləkənlə evin ikinci mərtəbəsinə qalxmışdır ki, arvadı Nisənin evdən çıxmasına köməklik etsin. Nisə onu evin koridorunda qarşılamış və Nuranə ilə arasında olan mübahisədən sonra Nisəni götürüb getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 329 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – hər iki gözətrafı nahiyənin dərialtı hemotoması, qançırı, hər iki gözün ağlı qişasına yayılmış qansızma, burun belinin şişkinliyi, qançırı, hər iki qulaq sırğalarının sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən hər iki gözətrafı nahiyədə dərialtı hematoma fonunda qırmızımtıl-göyümtül rəngdə qançırı və hər iki gözün ağlı qişasının iç bucağına tünd qırmızı rəngdə yayılmış qansızma səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Sağlamlığa zərər vurmadığı üçün qalan digər xəsarətlərin dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onu bağışladığını, tələb və şikayətinin olmadığını göstərərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 30 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunu vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-169/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-169/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver