Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-17/2020 10.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı X2 və onun nümayəndəsi, vəkil X3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Müdafiəçi, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Ağdam rayonu, Seyidli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olan, hazırda Yevlax rayonu, Yeni köçkün qəsəbəsi 3/44 ünvanında faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx xxxxx 2019cu il tarixdə saat 01 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Yevlax rayonu ərazisindən keçən 267-ci kilometrində idarə etdiyi Mercedes-Benz Vito 115C markalı B4250E15 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək özündən qarşıda eyni istiqamətdə hərəkətdə olan bir rəst atı vurmuş, nəticədə ehtiyatsızlıqdan atın üstündə olan Zərərçəkmiş şəxs1 Nağı oğluna xəsarətlər yetirərək onun ölümünə, habelə atın sahibi Zərərçəkmiş şəxs2 1,200 manat məbləğində maddi ziyan vurmaqla bir rəst atın tələf olunmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli hesab etməyərək söyləmişdir ki, xx xxxxx 2019-cu il tarixdə dostu Pərvizlə birlikdə idarə etdiyi özünə məxsus X8 115C markalı avtomobillə Mingəçevir şəhərinə gedərkən, avtomobili o idarə etmiş, Pərviz isə yanında qabaq sağ oturacaqda əyləşmişdir. Yevlax şəhərindən Mingəçevir şəhərinə yola düşəndə saat 00:30 olardı. Saat təxminən 01 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olmuşdur. Hava qaranlıq olmuş, avtomobilinin işıqları yanılı halda olmaqla yolu kifayət qədər məsafədə işıqlandırmışdır. Bu məqamda qarşısına at çıxmış və o heç bir tədbir görə bilməmiş, idarə etdiyi X8 115C markalı V4250E15 dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol tərəfi ilə atı vurmuşdu. Atı vurandan sonra at avtomobilin üzərində olmaqla idarə etdiyi avtomobil təxminən 35-40 metr məsafədə irəliyə hərəkət etmiş, o, avtomobili yolun kənarında saxlamış və at sürüşüb yolun hərəkət hissəsinə düşmüşdür. O, Pərvizlə avtomobildən düşmüş, ata yaxınlaşanda görmüşlər ki, at can verir. Təxminən 10-15 dəqiqədən sonra hadisə yerinə YPX əməkdaşı gəldikdən sonra onlar atı sürüyüb yolun kənarına çəkmişlər. Polis əməkdaşı bildirmişdir ki, atın yəhəri olduğundan mütləq onun sahibi olmalıdır və bu səbəbdən hadisə yerinin kənarında atın sahibini axtarmağa başlamış, lakin heç kimi tapmamışdır. Öz mobil telefonunun şarjı bitdiyi üçün dəqiq yadında deyil, ya Pərviz, ya da ki, polis əməkdaşının telefonu ilə qaynına zəng edib at vurmağı barədə məlumat vermişdir. Onlar hadisə yerində olan zaman, onların getdiyi istiqamətdən gələn yük avtomobilinin sürücüsü onların yanında saxlayıb bildirmişdir ki, arxada yolun kənarında yaralı adam var. Onlar təxminən 80-90 metr geriyə qayıdanda yolun sağ kənarında orta yaşlı kişinin yaralı vəziyyətdə yerdə uzandığını görmüşlər, polis əməkdaşı təcili-tibbi yardıma məlumat verib hadisə yerinə çağırmışdır. Bir qədər sonra təcili-tibbi yardım briqadası gəlib adını sonradan bildiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs1 xəstəxanada olan zaman onun qohumları onu xəstəxanada ziyarət etmiş və ona zəruri olan dərman preparatları almaqla maddi yardım göstərmişlər. Hətta Zərərçəkmiş şəxs1 xəstəxanadan çıxardıqdan sonra onu Bakı şəhərində xəstəxanaya aparmağı onun arvadına təklif etsələr də, sonuncu, bundan imtina etmişdir. Atı vuran zaman onun üstündə atlı olmamışdır. Güman edir ki, Zərərçəkmiş şəxs1 həmin zaman yol kənarı ilə getmiş və onu başqa bir nəqliyyat vasitəsi vurmuşdur. Ona qarşı verilmiş mülki iddianın təmin edilməməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı Rayisə Nağıyeva bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun əri olmuşdur. Zərərçəkmiş şəxs1 təsərrüfatla məşğul olub ailəsini dolandırmışdır. Hadisədən bir neçə gün əvvəl özünə at almışdır. xx.xx.2019-cu il tarixdə axşam saatlarında at məhəllədən qaçdığı üçün Azad, onun qardaşı Firaminə məxsus atla həyətdən çıxıb həmin atı axtarmağa getmişdir. O evdən çıxan vaxt saat təxminən 23:00 olardı. Gecə saat təxminən 01 radələrində kəndçilərdən kimsə zəng edib bildirmişdir ki, Azadı magistral yolda avtomobil vurub. Onlar dərhal evdən çıxıb X1 getmişlər. Orada məlum olmuşdur ki, Azadı reanimasiya şöbəsinə yerləşdiriblər, vəziyyəti ağırdır. Hadisə barədə maraqlananda məlum olmuşdur ki, Azad atı axtarmaq üçün yolun kənarı ilə Xaldan istiqamətində atın üstündə hərəkət edərkən arxadan gələn Mercedes-Benz Vito markalı avtomobil tərəfindən vurulmuşdur. Həmin avtomobilin sürücüsünü xəstəxanada görməmişlər, təxminən 1 saatdan sonra həmin sürücünün yaxınları olan, tanımadığı 2-3 kişi xəstəxanaya gəlmişlər. Əvvəl-əvvəl sürücünün qohumları Azadın müalicəsi üçün bir müddət köməklik etsələr də, sonradan heç bir köməklik göstərməmiş, ümumiyyətlə xəstə ilə maraqlanmamışlar. Azad təxminən 4 aya yaxın xəstəxananın reanimasiya şöbəsində qalmış, vəziyyəti stabilləşdiyindən avqustun 3-də onu palataya köçürmüşlər. Həmin vaxtlar onun vəziyyəti bir qədər yaxşılaşmışdır. Azad bildirmişdir ki, onu vuran sürücü ilə bir nəfər onu sürüyərək yolun kənarına çəkmişlər ki, izi itirsinlər. Avqustun 20-də xəstəxanadan bildirmişlər ki, Azadın müalicəsini ev şəraitində də davam etdirsin. Onlar razılaşmasa da, həkimlər məcbur etmişlər ki, onu evə aparsınlar. Məcbur qalıb ayın 20-si onu xəstəxanadan çıxarıb kəndə aparmışlar. Sentyabr ayının 3-də, axşam saatlarında Azadın vəziyyəti pisləşmiş və o, ölmüşdür. Hadisəni törədən şəxs Təqsirləndirilən şəxs onlardan üzr istəməmiş, onlara vurulmuş maddi zərəri ödəməmişdir. Belə ki, ərinin qəbir daşı üçün 6,000, cənazə aparmaq üçün avtomobilə 100 manat, tabut üçün 250 manat, cənazə yuyan molla üçün 100 manat, üç mərasimi üçün 2,000 manat, kişi mollaya 100 manat, qadın mollaya 60 manat, birindən üçünədək süfrə yeməkləri 2,000 manat, üçündən yeddisinə qədər 4-cü gün 300 manat, 5-ci gün 400 manat, 6-cı gün 300 manat, yeddisində 360 manat, qadın mollası 50 manat, kişi mollası 150 manat, 5 cümə axşamı üçün hər dəfə 200 manat, mərhumun qırx mərasimində 2,000 manat, qadın və kişi mollası üçün 150 manat xərcləmiş, atın ölməsi nəticəsində 1,200 manat, ümumi 15,820 manat maddi ziyanın, mənəvi ziyan olaraq 100,000 manatın və ödənilmiş dövlət rüsumu olan 30 manat pulun Təqsirləndirilən şəxs onun xeyrinə tutulması və ona qanunverciliklə nəzərdə tutulan ağır cəzanın verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Rayisə Nağıyeva onun bacısıdır, mərhum Zərərçəkmiş şəxs1 isə həmin bacısının əri olmuşdur. Azad təsərrüfatla məşğul olub ailəsini dolandırmışdır. Hadisədən bir neçə gün əvvəl özünə at almış, xx.xx.2019-cu il tarixdə axşam saatlarında həmin at məhəllədən qaçdığı üçün Azad ona məxsus atla həyətdən çıxıb həmin atı axtarmağa getmişdir. O evdən çıxan vaxt saat təxminən 23:00 olardı. Gecə saat, təxminən 01:00-da kimsə zəng edib məlumat vermişdir ki, Azadı magistral yolda avtomobil vurmuşdur. Hadisə barədə maraqlananda məlum olmuşdu ki, Azad atı axtarmaq üçün yolun kənarı ilə Xaldan istiqamətində ona məxsus atın üstündə hərəkət edərkən arxadan gələn Mercedes-Benz Vito markalı avtomobil tərəfindən vurulmuşdur. Azad təxminən 4 aya yaxın xəstəxananın reanimasiya şöbəsində qalmış, vəziyyəti stabilləşdiyindən avqustun 3-də onu palataya köçürmüşlər. Həmin vaxtlar onun vəziyyəti bir qədər yaxşılaşmışdır. Ona məxsus at yol məqliyyat hadisəsi zamanı öldüyündən ona 1,200 manat məbləğində maddi ziyan dəymişdir. Lakin, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməmiş, buna heç bir cəhd etmişdir. Təqsirləndirilən şəxs ağır cəzanın təyin edilməsini xahiş edir. Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun atası olmuşdur. Hadisədən bir neçə gün əvvəl atası özünə at almışdı. xx.xx.2019-cu il tarixdə axşam saatlarında at məhəllədən qaçdığı üçün, atası, onun dayısı Firaminə məxsus atla həyətdən çıxıb həmin atı axtarmağa getmişdir. Gecə saat təxminən 01:00-da, evdə yatdıqları zaman kəndçilərdən kimsə zəng edib məlumat vermişdi ki, Azadı magistral yolda avtomobil vurub. Onlar dərhal evdən çıxıb X1 getmişlər. Orada məlum olmuşdur ki, atası reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə barədə maraqlanarkən məlum olmuşdur ki, atası atı axtarmaq üçün yolun kənarı ilə Xaldan istiqamətində atın üstündə hərəkət edərkən arxadan gələn Mercedes-Benz Vito markalı avtomobil tərəfindən vurulmuşdur. Həmin avtomobilin sürücüsünü xəstəxanada görməmişdir. Lakin, təxminən 1 saatdan sonra sürücü tərəfdən tanımadığı 2-3 kişi xəstəxanaya gəlmiş və bildirmişlər ki, yol nəqliyyat hadisəsini törədən sürücünün yaxınlarıdırlar. Əvvəl-əvvəl sürücünün qohumları atasının müalicəsi üçün bir müddət köməklik etsələr də, sonradan heç bir köməklik göstərməmiş, ümumiyyətlə xəstə ilə maraqlanmamışlar. Atası təxminən 4 aya yaxın xəstəxananın reanimasiya şöbəsində qalmış, vəziyyəti stabilləşdiyindən avqustun 3-də onu palataya köçürmüşlər. Həmin vaxtlar onun vəziyyəti bir qədər yaxşılaşmışdır. O zaman atası ara-sıra danışmağa başlamış və bildirmişdir ki, atın üstündə Xaldan istiqamətində yolun hərəkət hissəsi ilə hərəkətdə olan zaman arxadan zərbə almış və yerə yıxılaraq huşunu itirmişdir. Avqustun 20-də xəstəxanadan bildirmişlər ki, atasının müalicəsini ev şəraitində də davam etdirsinlər. Həkimlərin təkidi ilə atasını evə aparmışlar, lakin sentyabr ayının 3-də, axşam saatlarında atasının vəziyyəti pisləşmiş və o, ölmüşdür. Hadisəni törədən şəxs Təqsirləndirilən şəxs onlardan üzr istəməmiş, vurulmuş maddi ziyanın ödənilməsi üçün heç bir tədbir görməmişdir. Şahid2 bildirmişdir ki, BDYPİ YPXA-nın 8-ci tağımının inspektoru vəzifəsində işləyərkən, xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixə keçən gecə, növbədə olan zaman, saat təxminən 01:00-da, idarə etdiyi patrul avtomobili ilə Xaldan dairəsində xidmətdə olmuşdur. Bu zaman hazırda xatırlamadığı avtomobil yanında dayanıb tanımadığı sürücü ona bildirmişdir ki, bir qədər arxada, Yevlax istiqamətində yol-nəqliyyat hadisəsinin baş vermişdir. Dərhal avtomobillə həmin yerə getmiş və çatanda görmüşdü ki, Yevlax istiqamətində yolun sol tərəfində göy rəngli Mercedes-Benz Vito markalı avtomobil dayanmış, ondan arxada isə at cəsədi vardır. Avtomobildən enib hadisə yerinə yaxınlaşmış və orada, əvvəllər tanımadığı iki nəfər cavan oğlanın olduğunu görmüşdür. Onlardan bir nəfər adını sonradan bildiyi Qalib adlı şəxs sürücü olduğunu bildirmişdir. Hadisənin necə baş verdiyini soruşduqda o, bildirmişdir ki, hadisədən əvvəl dostu ilə birlikdə Mingəçevir şəhəri istiqamətində hərəkət edərkən bir anlıq qarşısına at çıxmış və o, hərəkətdə olan atı vurmuşdur. Atın üstündə yəhərin olduğunu görüb atlının harada olduğunu sürücüdən soruşduqda o, bildirmişdir ki, atın üzərində atlı olmayıb. Buna baxmayaraq həmin ərazinin ətrafına baxış keçirsə də, ətrafda kimsənin olmadığını müəyyən etmişdir. Daha sonra qarşı tərəfdən gələn yük avtomobili onlara hadisə yerindən bir xeyli məsafədə yaralı bir şəxsin yol kənarında uzandığını bildirmişdir. Bundan sonra onlar bir qədər Yevlax istiqamətində hərəkət edib yolun sol kənarında orta yaşlı kişinin yaralı vəziyyətdə uzandığını görmüşlər. Bu zaman Təqsirləndirilən şəxs “dayı ölmə” diyə ağlamağa başlamışdır. Bundan sonra telefonum vasitəsilə 113 təcili-tibbi xidmətinə zəng edib məlumat vermiş və növbətçi hissəyə hadisə zamanı xəsarət alan şəxsin olduğunu bildirib hadisə yerinə təhqiqatçı göndərilməsini xahiş etmişdir. Bir qədər sonra təcili-tibbi yardım briqadası gəlib yaralı şəxsi X1 aparmışdır. Sonra isə təhqiqatçı gəlib sürücü ilə birlikdə hadisə yerinə baxış keçirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yevlax rayon Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 31 №-li rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs1 Nağı oğlunun meyitində aşkar edilmiş xəsarətlər beyin koması, subaraxnoidal qansızıma, sağ bud sümüyünün, sağ İİ-İİİ-V-Vİ qabırğaların sınığı, oturaq sümüyünün sınığı - bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərərvurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb baş beynin atrofiyası ilə ağırlaşan baş beynin yumşaq toxumalarına qansızıma olmuşdur. Erkən meyit əlamətləri ölümün qərarın təsviri hissəsində göstərilən vaxtını inkar etmir.(səh. 101-103) Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli 29306 saylı rəyində qeyd olunur ki, Mersedes-Benz Vito 115 C markalı B425ƏE15 rus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(səh.133-134). Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli 08/20 saylı rəyində qeyd olunur ki, Nağıyevin xx xxxxx 2019-cu il tarixdə avtomobil tərəfindən vurularkən onun at üzərində və ya atın yanında olub-olmaması, Nağıyevin və ya atın vurulduğu yerin müəyyən edilməsi, onun həmin zaman hərəkət istiqaməti, atın hərəkət surəti, Nağıyevin hadisədən sonra atın cəsədindən uzaq məsafədə olması təsvir edilən şəraitə uyğun olub-olmamasının müəyyən edilməsi üçün yol-nəqliyyat hadisələri ekspertizaları şöbəsində işlənib-hazırlanmış və ekspertizada istifadə olunması üçün təsdiq edilmiş metodik vəsait olmadığından həmin məlumatları məhkəmə yol nəqliyyat hadisələri ekspertizası tədqqiqatı yolu ilə müəyyən etmək mümkün deyil. İstintaq tərəfindən müəyyən edilən hadisə mexanizminə əsasən Mercedes-Benz Vito markalı, B425OE15 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodiki vəsaitlərin tələblərinə əsasən yol-nəqliyyat ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət surəti hadisə yerində qalan tormoz izinə əsasən müəyyən edilir. İş materiallarında xx.xx.2019-cu il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, onun sxemi və hadisə yerinin fotoşəkillərində hadisə yerində nəqliyyat vasitəsinə məxsus tormoz izinin olması haqqında məlumat olmadığından Mercedes-Benz Vito markalı avtomobilin hadisədən əvvəlki hərəkət surətini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən sürücü Abbasov hərəkət zolağında qarşısı ilə hərəkətdə olan atlının olmasını kifayət qədər böyük məsafələrdən görmək imkanına malik olmuşdur. Yevlax rayonu. X5 tərəfindən verilmiş 05-li, xx xxxx 2019-cu il tarixli arayışdan görünür ki. hadisə zamanı tələf olmuş bir baş at Zərərçəkmiş şəxs2 məxsusdur və atın dəyəri 1,200 (bir min iki yüz) manat olmuşdur. (səh. 108) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 36 hissə 1 bənd 3 yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarının pozmasını inkar etsə də, onun təqsirli olması zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin istintaq zamanı toplanmış digər obyektiv və təkzibedilməz materiallarla tam sübuta yetirilmişdir. Bu səbəbdən o, ona qarşı verilmiş ittiham üzrə təqsirli bilinməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona istinad edilən maddədə nəzərdə tutulmuş həddə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 200 manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia ilə əlaqədar məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddia tələbi üzrə mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq araşdırılma aparılmalı və sübutlar təqdim edildiyi təqdirdə həmin sübutlara ayrı-ayrılıqda qiymət verilməlidir. Lakin, hazırkı iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, iddiaçı öz tələblərini əsaslandırdığı hallara istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 179.1 cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Maddə 179.2 mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Maddə 354.1.3 məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçıya mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ41NABZ 013601**********3944 S.W.İ.F.T. BİK: CTREAZ 22 hesaba keçirilsin. Hökmün icrasına nəzarət Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərər çəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı X2 mülki iddiası baxılmamış saxlanılsın. Mülki iddiaçı X4 izah edilsin ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-17/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-17/2020
10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver