Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-17/2022 05.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Yevlax rayonu Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Yevlax rayonu Cırdaxan kəndində qeydiyyatda olmaqla, Yevlax rayonu Nərimanabad kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən 2021-ci ilin may ayının sonlarında, yaşadığı Yevlax rayonu Nərimanabad kəndindəki fərdi yaşayış evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq edərək, 11 sentyabr 2021-ci il tarixədək həmin çətənə bitkilərini yetişdirib kultivasiya etmiş, kultivasiya etdiyi hündürlükləri 110 sm-dən 160 sm-dək, ümumi təmiz kisi - 950,00 qram olan xeyli miqdarda 7 ədəd çətənə bitkiləri 11 sentyabr 2021-ci il tarixdə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saat 17:30-dan 18:30-dək olan müddətdə mütəxəssis-aqronomun iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı onun yaşadığı evin həyətindən aşkar edilərək qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan marixuana istifadəçisidir. Yevlax rayonu Nərimanabad kəndindən keçən dəmiryolunun yaxınlığında qurumuş çətənə bitkisinin ağaclarını görmüş və üstündə olan toxumlarını yığıb saxlamışdır. Təxminən 2021-ci ilin may ayının sonlarında həmin toxumları yaşadığı Yevlax rayonu, Nərimanabad kəndində yerləşən evinin həyətyanı sahəsində əkmişdir. Bu toxumlara qulluq etmiş, diblərini belləyib sulamışdır. 11 sentyabr 2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onun yaşadığı evə gələrək evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər və o, buna etiraz etməmişdir. Baxış zamanı əkdiyi 07 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmişdir və həmin kollar götürülmüşdür. Əməlindən peşman olduğunu, Birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax rayon İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. 11 sentyabr 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsində olan zaman Yevlax rayonu Nərimanabad kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkməsi barədə məlumat daxil olmuşdur. Şöbənin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə, habelə aqronom Vüqar Mahmudovla birlikdə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş və o, buna etiraz etməmişdir. Video çəkilişlə oraya baxış keçirilən zaman həyətyanı sahədən 7 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Rasim bildirmişdir ki, çətənə kolları ona məxsusdur, özü əkmiş və qulluq etmişdir. Çətənə kolları maddi sübut kimi ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və kolların yerləşdiyi sahəyə baxış keçirilməsi əks olunduğu video yazıya baxış keçirilmiş və həmin yazıda təqsirləndirilən şəxsin və şahidin bildirdikləri hallar təsdiqini tapmışdır. Məhkəmə-bioloji ekspertizasının 12 sentyabr 2021-ci il tarixli 17/686 sаylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “... Təqsirləndirilən şəxs yaşadığı... həyətyanı sahəyə baxış keçirilən zaman aşkar edilmiş 7 (yeddi) ədəd...” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki, hündürlükləri 110 sm-dən 160 sm-dək, ümumi təmiz çəkiləri -950.00 qram olan 07 (yeddi) ədəd bitkilər əkilib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Vüqar Mahmudovun 11 sentyabr2021-ci il tarixli rəyinə əsasən 07 (yeddi) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (səh. 49) Məhkəmə-narkoloji ekspertizasının 10 oktyabr 2021-ci il tarixli 1216 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.97) Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmədə təqsirli olması özünün etirafı, şahidin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, övladının Vətən müharibəsində iştirakını cəzasını yüngülləşdirən hallar kimi, eyni zamanda cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona, istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X3 saxlanılan 949.65 qram olan 07 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 90 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci il tarixdən 13 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut Yevlax Rayon Polis şöbəsində saxlanılan 949.65 qram olan 07 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ **********0002088501 коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi oğluna ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-17/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-17/2022
05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver