Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-17/2024 05.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Yevlax rayonu, Səmədabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, ərzaq şirkətində satıcı kimi çalışan, Mingəçevir şəhər Məhkəməsinin 1(051)-31/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax rayonu, Səmədabad kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan bacısı oğlu Zərərçəkmiş şəxs8 ona olan etibarından sui istifadə etməklə və aldatmaq yolu ilə qəsdən əmlakını ələ keçirmək qərarına gələrək həmin niyyətlə Zərərçəkmiş şəxs8 adını demədiyi tanıdığı şirkətdə 3000 manat pul müqabilində mühafizəçi işinə düzəldəcəyi vədini verib aldatmaqla 10 iyul 2020ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhərində yerləşən “Unibank”ın yaxınlığında Zərərçəkmiş şəxs8 3000 manat nəğd pulu alıb ələ keçirərək vədinə əməl etməməklə etibardan sui istifadə etmə və aldatma yolu ilə qəsdən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Vətən-N Mühafizə Xidmətinin” Mingəçevir şəhər şöbəsinin rəisi işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etmə və aldatmaq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək həmin niyyətlə Yevlax şəhəri Bakı küçəsi 18A saylı evdə yaşayan Zərərçəkmiş şəxs2 3000 manat pul müqabilində “Vətən-N Mühafizə Xidmətinin” Yevlax şəhərində açılacaq filialında işə qəbul edilməsindən sonra mühafizə ediləcək obyektə xidmətə çıxmaqla hər ay stabil olaraq əmək haqqı alacağını vəd verərək aldatmaqla 15 iyul 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Yevlax şəhəri Y.Yevlax küçəsi 14 saylı evdə Zərərçəkmiş şəxs2 2500 manat nağd pulunu alıb ələ keçirərək lakin həmin vədinə əməl etməməklə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Vətən-N Mühafizə Xidmətinin” Mingəçevir şəhər şöbəsinin rəisi işlədiyi dövrdə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatmaq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək həmin niyyətlə Yevlax rayonunun Aşağı Qarxun kəndində yaşayan Zərərçəkmiş şəxs5 2000 manat pul müqabilində“ Vətən-N Mühafizə Xidmətinin” Yevlax şəhərində açılacaq filialına mühafizəçi işinə düzəldəcəyi vədini verib aldatmaqla 20 oktyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Yevlax şəhəri Y.Yevlax küçəsi 14 saylı evdə Zərərçəkmiş şəxs5 2000 manat nağd pulu alıb ələ keçirərək vədinə əməl etməməklə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Vətən-N Mühafizə Xidmətinin” Mingəçevir şəhər şöbəsinin rəisi işlədiyi dövrdə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatmaq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək həmin niyyətlə Zərərçəkmiş şəxs4 600 manat pul müqabilində“ Vətən-N Mühafizə Xidmətinin” Yevlax şəhərində açılacaq filialına mühafizəçi işinə düzəldəcəyi vədini verib aldatmaqla 16 noyabr 2022-ci il tarixdə günorta saatlarında Yevlax şəhəri H.Əliyev prospektində yerləşən fəaliyyət göstərməyən «Qadın Məsləhətxanasının» inzibati binasındakı kirayələdiyi ofis otağında Zərərçəkmiş şəxs4 600 manat nağd pulunu alıb ələ keçirərək vədinə əməl etməməklə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Vətən-N Mühafizə Xidmətinin” Mingəçevir şəhər şöbəsinin rəisi işlədiyi dövrdə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatmaq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək həmin niyyətlə Zərərçəkmiş şəxs1 övladını 3500 manat pul müqabilində Yevlax ŞMX-da mühafizə xidmətinə mühafizəçi vəzifəsinə düzəldəcəyi vədini verib aldatmaqla, 30 noyabr 2022-ci il tarixdə günorta saatlarında Yevlax şəhəri H.Əliyev prospektində yerləşən fəaliyyət göstərməyən «Qadın Məsləhətxanasının» inzibati binasındakı kirayələdiyi ofis otağında Zərərçəkmiş şəxs1 3500 manat nağd pulunu alıb ələ keçirərək vədinə əməl etməməklə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Vətən-N Mühafizə Xidmətinin” Mingəçevir şəhər şöbəsinin rəisi işlədiyi dövrdə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatmaq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək həmin niyyətlə Zərərçəkmiş şəxs3 2500 manat pul müqabilində “Vətən-N Mühafizə Xidmətinin” Yevlax şəhərində açılacaq filialına mühafizəçi işinə düzəldəcəyi vədini verib aldatmaqla 26 dekabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Yevlax şəhəri Y.Yevlax küçəsi 14 saylı evdə Zərərçəkmiş şəxs3 2500 manat nağd pulu alıb ələ keçirərək vədinə əməl etməməklə qəsdən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir. Bundan Başqa Təqsirləndirilən şəxs “Vətən-N Mühafizə Xidmətinin” Yevlax rayon şöbəsinin xidmət rəisi işlədiyi dövrdə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatmaq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək həmin niyyətlə Yevlax rayonu Bəydili kəndində yaşayan Zərərçəkmiş şəxs7 özünü nüfuzlu şəxs kimi təqdim edərək sonuncunun əmisi oğlu Şahid1 arvadı X3 3000 manat pul müqabilində Yevlax şəhər mərkəzi xəstəxanası PHŞ-nin Xaldan tibb məntəqəsində tibb bacısı işinə düzəldəcəyi vədini verib aldatmaqla 18 yanvar 2023-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhərində yerləşən Asan Xidmət Mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs7 3000 manat nağd pulu alıb ələ keçirərək vədinə əməl etməməklə Zərərçəkmiş şəxs7 3000 manat məbləğində ziyan vurmaqla qəsdən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Vətən-N Mühafizə Xidmətinin” Yevlax rayon şöbəsinin xidmət rəisi işlədiyi dövrdə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatmaq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək həmin niyyətlə Yevlax rayonunun Xaldan kəndində yaşayan Zərərçəkmiş şəxs6 1500 manat pul müqabilində Yevlax şəhər mərkəzi xəstəxanası PHŞ-nin mühafizə xidmətinə mühafizəçi vəzifəsinə düzəldəcəyi vədini verib aldatmaqla, 21 yanvar 2023-cü il tarixdə günorta saatlarında Yevlax şəhəri H.Əliyev prospektində yerləşən fəaliyyət göstərməyən «Qadın Məsləhətxanasının» inzibati binasındakı kirayələdiyi ofis otağında Zərərçəkmiş şəxs6 1500 manat nağd pulu alıb ələ keçirərək vədinə əməl etməməklə Zərərçəkmiş şəxs6 1500 manat məbləğində ziyan vurmaqla qəsdən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə elan edilmiş ittihamla ilkin olaraq özünü qismən təqsirli bilərək daha sonra isə tam təqsirli bilərək ayrı-ayrılıqda epizodlar üzrə ifadəsində göstərmişdir ki: O, Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan bacısı oğlu Zərərçəkmiş şəxs8 ilə görüşmüş və ondan 3000 manat borc pul istəmişdir. Ramil razı olmuş və onunla birlikdə xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərinə getmiş, Ramil “Unibank”dan 3000 manat pul krediti götürüb ona vermişdir. O, Ramillə olan borcundan 1000 manatını qaytarsa da, qalan pulu qaytara bilməmişdir (ödənişin olunmasını təsdiqləyəcək sənəd təqdim etməmişdir). Bundan başqa o, 2021-ci ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhərində olarkən orada "xxxx" mühafizə xidmətinin Mingəçevir şəhər şöbəsi fəaliyyətə başlayacağını və həmin şöbənin müdiri olmadığını bilmişdir. O, işlə maraqlanarkən həmin vəzifənin asan olduğunu və işləyə biləcəyin güman etmişdir. Bu məqsədlə "xxxx" mühafizə xidmətinin Bakı şəhərində yerləşən baş ofislə əlaqə saxlamış, ali təhsilli olduğunu, hazırda ibtidai sinif müəlliməsi işlədiyini, işdən sonra "xxxx" mühafizə xidmətinin Mingəçevir şəhər şöbəsində işləyə biləcəyini demişdir. Ona lazım olan sənədləri hazırlayıb Bakı şəhərinə gəlməsini demişlər. O, da "xxxx" mühafizə xidmətinin Bakı şəhər Xətai rayonu H.Aslanov metro stansiyasının yaxınlığında yerləşən baş ofisinə getmiş, orada ona iş barəsində məlumat vermişlər. Həmçinin bildirmişlər ki, "xxxx" mühafizə xidmətinin Mingəçevir şəhər şöbəsinin əvvəlki müdiri işdən çıxıb, hazırda yeni müdirə ehtiyac var. O, həmin işdə işləyə biləcəyin demiş və həmin gün onun əmrini vermişlər. Ona Mingəçevir şəhərində mühfizədə işləməyə işci yığmağını və işci sayı tamam olduqdan sonra işə başlayacağını bildirmişlər. O, həmin gün Yevlax rayonuna geri qayıtmışdır. Həmin gündən bir neçə gün sonra "xxxx" mühafizə xidmətinin Mingəçevir şəhər şöbəsində müdir kimi işləməyə başlamışdır. O, gündəlik işə "xxxx" mühafizə xidmətinin formasında özüdə mayor rütübəsində getmişdir. Sonradan isə o, "xxxx" mühavizə xidmətinin Yevlax rayonu üzrə rəhbəri təyin edilmişdir. O, Yevlax rayonundan Mingəçevir şəhərinə taksi ilə gedərkən, tanımadığı adının Xəyyam olduğunu bildirən taksi sürücüsü onun əynində olan Vətən-N” mühafizə xidmətinin uniformasını görərək harada işlədiyini soruşmuş, o, da ona işlədiyi yer haqqına məlumat vermiş və tezliklə Yevlax rayonunda da mühavizə qurumu yaradıb işə qəbul başladacağını bildirmişdir. O isə tanışı olan Eldənizin iş axtardığını ona demişdir. O, cavab olaraq Eldənizin mühafizə xidmətinə işə götürə biləcəyini bildirdirmişdir. İşə düzəlmək üçün 3000 manat pul verməli olduğunu demişdir. Bundan təxminən 2 gün sonra yəni xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Xəyyam onun mobil nömrəsinə zəng etmiş və Eldənizin pulu hazır olduğunu onunla görüşmək istədiklərini bildirmişdir. O, evdə olduğunu bildirmiş, az sonra Eldəniz və Xəyyam onun yaşadığı Yevlax şəhəri Yeni Yevlax küçəsində yerləşən kirayə yaşadığı 14 saylı evə gəlmiş, Xəyyam ona yaxınlaşaraq 2500 manat pulu vermişdir. Sonra Eldəniz yanına gəlmiş, o, iş barədə Eldənizə məlumat vermiş və ayda təxminən 350-400 manat maaş alacağını və mühafizəçi kimi işə başlayacağını və lazım olan sənədləri hazırlayıb Mingəçevir şəhərində yerləşən ofisdə gətirməsini demişdir. Səhəri gün Eldəniz və Xəyyamla birlikdə "xxxx" mühafizə xidmətinin Mingəçevir şəhər şöbəsinə gəlmiş, Eldənizin işə düzəlməsi barədə Bakı şəhərində yerləşən ofisə məlumat vermişdir. Ona bildirmişlər ki, yaxşı işcidisə işə götür. O, Eldənizin sənədlərin götürmüş və lazım olan sənədlərin isə natarusda təsdiqlədib gətirməsini demişdir. Eldəniz çıxıb getmiş, bir neçə gün sonra o, Eldənizlə görüşmüş və sənədləri ondan almışdır. Bundan bir neçə gün sonra Eldəniz və o, "xxxx" mühafizə xidmətinin Bakı şəhər Xətai rayonun H.Aslanov metro stansiyasının yaxınlığında yerləşən baş ofisinə getmişlər. Ofisdən Eldənizin işləməsinə icazə almiş və Eldənizə forma tikdirməsini demişdir. Onun adına maaş alması üçün kartda sifariş verilmiş və işci sayı düzəldikdən sonra işə buraxılmasını bildirmişlər. Sonradan Eldəniz ona hərdən zəng edib iş düzəlmirsə pulunu geri istəsədə onun pulu olmadığına görə Eldənizin verdiyi pulu qaytara bilməmişdir. Sonradan isə Eldənizdən aldığı 2500 manatdan ödənişlər etmiş və həmin puldan 750 manatı bu günədək ödənilməmiş qalmaqdadır. Bundan başqa 2022-ci ilin oktyabr ayından etibarən Yevlax şəhəri H.Əliyev prospektində yerləşən keçmiş qadın məsləhətxanasının binasında özünə ofis tutmuş, Yevlax rayon Yuxarı Bucaq kəndindən olan Samirə Məmmədova adlı qadını da özünə katibə götürmüş, lakin Samirəni gələcəkdə mühafizəçi kimi işə düzəldəcəyi üçün sonuncudan 600 manat pul almışdır. DİN-in və "xxxx" mühafizə xidmətinin emblemlərini ofisin şüşəsinə yapışdıraraq işci qəbul etməsi barədə elan yazmışdır. 2022-ci ilin noyabr ayında Samirə ona bacısı Laləni də Yevlax rayon Xaldan kəndində yerləşən xəstəxanaya qeydiyyatçı düzəltməsini xahiş etmişdir. O, Samirəyə bacısını həmin işə 1500 manat pul müqabilində düzəldəcəyini demişdir. Samirə bacısı ilə danışmış, bacısı razı olmuş və pulu hazırlamaq üçün vaxt istəmişdir. Sonradan Samirə ona hərdən zəng edib iş düzəlmirsə pulunu geri istəsədə onun pulu olmadığına görə Samirənin verdiyi pulu qaytara bilməmişdir. Sonradan isə Samirədən aldığı 600 manatdan ödənişlər etmiş və həmin puldan 100 manatı bu günədək ödənilməmiş qalmaqdadır. Bundan başqa 2022-ci ilin oktyabr ayında tanıdığı Zərərçəkmiş şəxs5 onun ofisinə gəlmiş və iş yeri axtardığını bildirmişdir. O, Nurlana Yevlax ŞMX-da mühafizəçi işi olduğunu və onu həmin vəzifəyə düzəldə biləcəyini demiş, əvəzində isə 2000 manat pul alacağını bildirmişdir. Nurlan razı olub çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 onun Yevlax şəhərində yaşadığı evə gələrək 2000 manat pulu ona vermişdir. Sonradan Nurlan ona hərdən zəng edib iş düzəlmirsə pulunu geri istəsədə onun pulu olmadığına görə Nurlanın verdiyi pulu qaytara bilməmişdir. Bundan başqa 2022-ci ilin oktyabr ayında tanıdığı Nurlangilin həmkənlisi olan Zərərçəkmiş şəxs3 onun ofisinə gələrək iş axtardığını bildirmiş, o, Qürbətə Yevlax ŞMX-da iş olduğunu lakin işə düzəlmək üçün 4000 manat pul alacağını bildirmiş, Qürbət pul hazırlaya bilsə əlaqə saxlayacağını deyərək çıxıb getmiş, sonradan Qürbət özü onunla əlaqə saxlayaraq Yevlax ŞMX-da işləmək istədiyini bildirmiş, o, da onu Yevlax ŞMX-da işə düzəldəcəyini bildirmişdir. Daha sonra 2022-ci ilin oktyabr ayında yadında qalmayan tarixdə günorta saatlarında Qürbət Yevlax şəhərində yaşadığı evə gələrək ona 2500 manat pul vermiş və demişdir ki, işə düzələndən sonra pulun qalığın verəcək. O, razı olmuş Qürbət çıxıb getmişdir. Sonradan Qürbət ona hərdən zəng edib iş düzəlmirsə pulunu geri istəsədə onun pulu olmadığına görə Qürbətin verdiyi pulu qaytara bilməmişdir. Bundan başqa 2022-ci ilin noyabr ayında Yevlax şəhər sakini Zərərçəkmiş şəxs1 Yevlax şəhərində yerləşən ofisinə daxil olaraq qızı Günaya iş axtardığını bildirmiş, o, ona xəstəxanada iş olduğunu amma işə düzəltmək üçün əvəzində 3500 manat pul alacağını demiş, Zərərçəkmiş şəxs1 qızı Günayı xəstəxanaya işə düzəlməsi üçün 3500 manat verəcəyini deyib getmişdir. Zərərçəkmiş şəxs1 2023-cü ilin noyabr ayında dəqiq yadında qalmayan tarixdə iş yerimə gələrək 3500 manat pulu ona verib çıxıb getmişdir. Sonradan Sürayə ona hərdən zəng edib iş düzəlmirsə pulunu geri istəsədə onun pulu olmadığına görə Sürayənin verdiyi pulu qaytara bilməmişdir. Sonradan isə Sürayədən aldığı 3500 manatdan ödənişlər etmiş və həmin puldan 2200 manatı bu günədək ödənilməmiş qalmaqdadır. Bundan başqa 2023-cü ilin yanvar ayının əvvəllərində dəqiq yadında qalmayan tarixdə sonradan tanıdığı Zərərçəkmiş şəxs7 adlı şəxs telefonla ona əlaqə saxlayaraq qohumunu Yevlax rayon Xaldan kənd xəstəxanasında tibb bacısı kimi işə düzəldə bilibbilməyəcəyini soruşmuş, o, da ona yalandan demişdir ki, düzəldə bilər ancaq işə düzəltmək üçün əvəzində 5000 manat istəmişdir. O, Elşənə ilkin olaraq 3000 manat, işə düzəldikdən sonra isə 2000 manat alacağını demişdir. Elşən məsləhət edib bir söz deyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Elşən onunla əlaqə saxlamış pul hazır olduğunu ancaq pulu natariat qaydada verəcəyini bildirmişdir. O, razı olmuş Elşənlə görüşüb birlikdə Mingəçevir şəhər Asan xidmət mərkəzinə getmişlər. Orada Elşən pulu ona natariat qaydada vermək istəsədə dövlət rüsumu çox olduğu üçün rüsum keçirə bilməmiş, ona 3000 manat pulu və Qənirə adlı qohumunun sənədlərin vermişdir. O, da Elşənə narahat olma işin tezliklə düzəldəcəyin bildirmişdir. Sonradan Elşən ona hərdən zəng edib iş düzəlmirsə pulunu geri istəsədə onun pulu olmadığına görə Elşənin verdiyi pulu qaytara bilməmişdir. Sonradan isə Elşəndən aldığı 3000 manatdan ödənişlər etmiş və həmin puldan 2800 manatı bu günədək ödənilməmiş qalmaqdadır. Bundan başqa xx.xx.2023-cü il tarixdə katibəsi Samirənin bacısı Lalə onun Yevlax şəhərində yerləşən ofisinə gələrək ona işə düzəlməsi üçün 1500 manat pulu vermişdir. O, Laləyə bildirmişdir ki, narahat olma işini tezliklə həll edəcək. Sonradan Lalə ona hərdən zəng edib iş düzəlmirsə pulunu geri istəsədə onun pulu olmadığına görə Lalənin verdiyi pulu qaytara bilməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəyə bilmədiyini və həbsdən azad olunarsa zərərçəkmiş şəxslərin qalan pulunu hissə-hissə ödəyəcəyini, bacısı oğlu Zərərçəkmiş şəxs8 münasibətdə ittahamı qəbul edərək özünü tam təqsirli bilir. Həmin epizod üzrə məsuliyyətə cəlb etmə müddətlərinin keçməsinin nəzərə alınmasını xahiş edir. Əməlindən peşmandır. Bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2022-ci ilin noyabr ayının otalarında uşaqları dərsə apararkən hazırda işləməyən Qadın məsləhətxanasının binasının qarşısında lövhə asıldığını, lövhəyə işə qəbul yazıldığını görmüşdür. Onun qızı X2 iş axtarmış, ancaq iş yeri tapa bilməmişdir. O, həmin elan asılan otağa daxil olmuş, otaqda bir qızın oturduğunu görmüş, qızdan elan barədə soruşmuş, qız ona həmin elanı Yevlax rayonu İsmayılabad kənd məktəbində müəllimə işləyən X4 asdığını və Sevincin saat 14 radələrində işdə olacağını, o, gələndə gəlib onunla danışa biləcəyini demişdir. O, çıxıb getmiş və həmin gün saat 14 radələrində yenidən Qadın məsləhətxanasına getmiş. Sevinc iş yerində olduğunu və onunla görüşüb söhbət edən zamanı Sevinc müəlliməyə qızına iş yeri gəzdiyini və hazırda hansı işlər olduğunu soruşmuş, Sevinc müəllimə bildirmişdir ki, hazırda Yevlax şəhər Yaşıllaşdırma idarəsində, Toxumçuluq idarəsində mühafizəçi yerləri var. O, bildirdirmiş ki, onun qızı həmin yerlərdə işləyə bilməz, xəstəxanada iş yeri olsa orada işləyər. Sevinc ona demişdir ki, 2023-cü ilin yanvar ayında Yevlax ŞMX-sı ilə müqavilə bağlayacaq orada qızını mühavizəçi kimi işə düzəldə biləcək. O, onunla razı olmuş, Sevinc ona qızın həmin işə düzəlməsi üçün 3500 manat pul istəmişdir. O, bu barədə evdə danışıb cavab verəcəyini deyərək çıxıb evə getmişdir. Evdə bu barədə danışmış, qızı işlə razı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, Sevincin işlədiyi yerə getmiş və ona qızının xəstəxanada işləyə biləcəyini və həmin pulu bankdan kredit götürüb ona verəcəyini demişdir. Sevincdə bildirmişdir ki, pulu nə vaxt gətirib verərsən onda sənin işini düzəldəcəkdir. O, səhəri gün yəni xx.xx.2022-ci il tarixdə saat 17 radələrində kredit götürmək üçün Kapital bankın Yevlax şəhər şöbəsinə getmişdir. Bankdan 3500 manat pul götürmüş və həmin gün gec olduğundan səhəri gün xx.xx.2022-ci il tarixdə saat 15 radələrində həmin pulu aparıb Sevincin işlədiyi Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Qadın məsləhətxanasının binasında Sevincə vermişdir. Puldan əlavə qızının şəkilini, şəxsiyyət vəsiqəsinin surətin, kanputer kursunu qurtarması barədə diplomun surətin də Sevincə vermişdir. Sevinc ona demişdir ki, “narahat olma qızın 2023-cü ilin yanvar ayınında işə qəbul olunacaq”. O, ona öz razılığını bildirib evə getmişdir. 2023-cü ilin yanvar ayının ilk günlərində Sevincin nömrəsinə zəng etdib qızının işi ilə maraqlanmış Sevinc ona demişdir ki, dekabrın 29-da qızını işə düzəlib, yeni il bayramı olduğu üçün əmri gəlməyibdir. O, ona tam inanmış, bayram qurtardıqdan sonra Sevincə yenə zəng etmiş, Sevinc ona sizə gəlirəm demiş, az sonra Sevinc tanımadığı üzərində taksi işərəsi olan avtomobil ilə onlara gəlmiş, Sevinc ona bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə qızını gəlib özü götürüb aparıb iş yerinə təhvil verəcək. O, razı olmuş Sevinc çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələri olardı Sevinc onlara gəlmiş və ona bildirmişdir ki, qızının işini düzəldə bilmir, aldığı pulu tezliklə qaytaracaq. Bir müddət keçmiş o, Sevincə zəng etsədə Sevinc telefonu açmamış və telefonun söndürmüşdür. O, sonradan bilmişdir ki, Sevinc heç bir yerdə işləmir, onu aldadıb pulunu alıb. Ona görə şikayət etmişdir. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanın 2200 manatın ödəməmiş, ziyanı ödəmədiyi halda ondan şikayətçi olduğunu və onun barəsində ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, əvvəllər mülki mühafizəçi kimi Yevlax Mühafizə polisində işləmiş, lakin ailə vəziyyətimlə əlaqədar olaraq işdən çıxmaq məcburiyyətində qalmışdır. Sonra nə qədər iş axtarsada tapa bilməmişdir. 2022-ci ilin iyun ayında əvvəldə tanıdığı Yevlax şəhər sakini Xəyyam adlı şəxs ona demişdir ki, "xxxx" adlı mülki mühafizə xidməti var, Respublikanın bütün rayonlarında xidmət edirlər, eləcədə Mingəçevir şəhərində də ofisləri var, işə adam götürürlər. O, da Xəyyamla birlikdə Mingəçevir şəhərinə "xxxx" mühafizə xidmətinə getmiş, orada Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin vaxt Sevinc "xxxx" mühafizə xidmətinin mayor rütbəli geyimində olmuşdur. Təqsirləndirilən şəxs bildirmiş ki, bu iş mühafizə xidməti işidir, hazırda Yevlax şəhərində bu xidmət yoxdur, lakin 10 nəfər işçi düzələn kimi, sənidə ora işə götürə biləcək və ona leytenant rütbəsi verəcəkdir. O, Sevincə işə hansı formada düzələ biləcəyini soruşduqda, Sevinc ona demişdir ki, 3000 manat pul versə onu işə düzəldəcəkdir. Sevincin təlimatlarına uyğun olaraq Asan xidmətdən məhkumluğunun olmaması haqqında arayış almiş və digər sənədləri toplayıb Sevincə vermişdir. O, xx.xx.2022-ci il tarixdə kredit evi adlanan lombardan 2200 manat pul götürmüş, üstünə isə 800 manat qoyub razılaşdığı kimi 3000 manat pulu düzəltmişdir. xx.xx.2022-ci il tarixdə Xəyyamla birlikdə Sevincin yaşadığı Yevlax şəhəri Yeni Yevlax küçəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Orada 3000 manat pulu Xəyyam ondan alıb, Sevincə vermişdir. Həmin vaxt Sevinc ona demişdir ki, əgər bədən nahiyyəsində döymə və digər nişanların varsa onları sildirərsən. O, da Sevincin sözündən sonra qolundakı döymələri xüsusi məhlul vasitəsilə cətinliklədə olsa silmişdir. Bir neçə gün sonra Sevinclə birlikdə Bakı şəhərində yerləşən "xxxx" mühafizə xidmətinin baş ofisinə getmiş, orada Sevinclə birlikdə tanımadığı bir şəxsin qəbulunda olmuş, o, əvvəllərdə polisin mühavizə xidmətində işlədiyini bildirmiş, ona bu işdə işləmək çətin olmayacağını bildirmişlər. Həmin gün Yevlax şəhərinə qayıtmış, Sevinclə birlikdə dərziyə gedib, ölçülərinə uyğun olaraq "xxxx" mühafizə xidmətinin formasını sifariş vermişlər. İyul ayının sonlarında Sevincin təlimatına uyğun olaraq həmin formanı da geyinib Mingəçevir şəhərinə 38 günlük kursa getmiş, 38 günlük kurs bitdikdən sonra bir neçə gün evdə qalmış işə çıxacağını gözləmişdir. Lakin Sevinc onu heç bir yerə çağırmamış, o, arada Sevincə zəng edib, işini tələb edəndə Sevinc ona “işin düzələcək, az qalıb” demişdir. Sonradan Sevinc ilə əlaqə saxlamaq istəsədə Sevinc telefonlara cavab verməmiş, nədə ki, pulunu qaytarmamışdır. O, Sevincin ondan başqa da bir neçə nəfər şəxsi aldadıb pulların aldığını bilmiş və ona görə ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanın 750 manatın ödəməmiş, ziyanı ödəmədiyi halda ondan şikayətçi olduğunu və onun barəsində cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə Yevlax şəhər H.Əliyev prospektində yerləşən fəaliyyətini dayandırmış qadın məsləhətxanasının binasında "xxxx" adlı mülki mühafizə xidmətinin elanı olduğunu, elanda oğlan və qızları işə qəbulu yazıldığını görmüşdür. O, işə düzəlmək üçün binaya daxil olmuş, içəridə sonradan tanıdığı mühavizə qurumun yaradan Təqsirləndirilən şəxs vardır. Onunla elanla bağlı iş barəsində söhbət edərkən. Sevinc bildirmişdir ki, onu Yevlax ŞMX-da mühavizəçi kimi işə götürər, ancaq əvəzində 600 manat alacaq, o, razı olub evə getmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, 600 manat düzəldib Yevlax şəhərinə gəlmiş və Sevinclə telefonla danışmış, Sevincin iş yerində olduğunu öyrəndikdən sonra onun iş yerinə gedib 600 manat pulu Sevincə vermişdir. Sevinc bildirmişdir ki, o, Yevlax rayon İsmayılabad kəndində məktəbdə müəllimə işlədiyini, günortadan sonra mühafizə xidmətinə gələcəyini, o, işə gələnə kimi səhərlər işə gəlib giriş qapısının qarşısındakı otaqda oturub oraya gələn şəxslər olarsa qeydiyyatın aparmağın və buna görə əlavə ona maaş verəcək və o, gəldikdən sonra onu evə buraxacaqdır. O, razı olmuşdur. Sevinc ona işinin 2023-cü ilin yanvar ayı ərzində həll edəcəyini bildirmişdir. İşlədiyi müddətdə səhərlər işlə bağlı oraya gələn olanda günortadan sonra gəlib Sevinclə söhbət etmələrin bildirmişdir. İşi ilə bağlı evdə danışanda bacısı Lalə də ona iş olsa işləyə biləcəyin demişdir. O, bu barədə Sevincə demiş, Sevinc ona Lalənin Yevlax ŞMX-da mühavizəçi kimi işə götürə biləcəyin lakin əvəzində ondan 1500 manat alacağını demişdir. O, bu barədə bacısına demiş bacısı razı olmuş və 21 yanvar 2023-ci il tarixdə günorta saatlarında bacısı yanına gəlmiş, o, Laləni Sevinclə görüşdürmüş, Lalə 1500 manatı Sevincə vermiş, Sevinc Laləyə bacınla münasibəti olduğu üçün onu işə düzəlmək üçün 1500 manat aldığını və həmin işə düzəlmək üçün 3000 manatdan aşağı pul almadığını bildirdi. Bacısı Lalə ona alqış edərək çıxıb getdi. Aradan bir müddət keçmiş görmüşdür ki, Sevinc işə gəlmir, telefonuna zəng edəndə müxtəlif bəhanələr gətirərək işlə bağlı başı qarışıq olduğunu demişdir. Bundan sonra o, və bacısı dəfələrlə Sevincə ilə əlaqə saxlayıb işləri düzəlmirsə pullarını geri istəsələrdə Sevinc yalandan bəhanələr gətirərək pulu verəcəyin desədə verməmişdir. Bundan sonra Sevinc telefonlara cavab verməmiş və onlardan başqada bir neçə nəfər şəxsi də aldadıb pulunu aldığını bildiyi üçün şikayət etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş 600 manat ziyanın 100 manatını hazıradək ödəməmiş, ziyanı ödəmədiyi halda ondan şikayətçi olduğunu bildirmiş və onun barəsində cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, 2022-ci ilin noyabr ayının axırlarında bacısı Samirə ilə görüşüb söhbət edərkən Samirə bildirmişdir ki, Yevlax şəhər H.Əliyev prospektində yerləşən fəaliyyətini dayandırmış qadın məsləhətxanasının binasında "xxxx" adlı mülki mühafizə xidməti var. Oraya işə düzəlib, 2023-cü ilin yanvar ayından mühavizə qurumun yaradan Təqsirləndirilən şəxs onu Yevlax ŞMX-da mühavizəçi kimi işə düzəldəcək. O, orada müvəqqəti işlədiyi üçün ondan 600 manat pulunu alıb. O, bu barədə öz evlərində söhbət etmiş, evdə Sevincdən soruşub iş varsa onuda işə düzəltsinlər demişlər. O, bu barədə Sevincə demiş, Sevin bir neçə gün sonra ona zəng edib bildirmişdir ki, Sevinclə danışmış Sevinc onu işə düzəltmək üçün 1500 manat pul istəmişdir. O, razı olub həmin pulu düzəltmiş və 21 yanvar 2023-cü il tarixdə günorta saatlarında bacısı Samirənin iş yerinə getmiş, Sevinc işdə olmuş, o, Sevinclə görüşmüş və 1500 manat pulu Sevincə vermişdir. Sevinc onu da Yevlax ŞMX-na mühafizəçi vəzifəsinə düzəldəcəyin demiş, o, Sevincə alqış edərək çıxıb ev getmişdir. Aradan bir müddət keçmiş bacısından işi nə vaxt düzəlməyin soruşmuş, bacısı ona demişdir ki, Sevinc onu və digər şəxsləri aldadaraq yalandan işə düzəldəcəyi adı pulların almış, lakin heç bir iş yeri yoxuymuş. Bundan sonra o, dəfələrlə Sevincə ilə əlaqə saxlayıb pulumu istəsə də Sevinc yalandan bəhanələr gətirərək pulu verəcəyin desə də verməmişdir. Bundan sonra Sevinc telefonlarına cavab verməmiş ona görə ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanın ödəməmiş, ziyanı ödəmədiyi halda ondan şikayətçi olduğunu və onun barəsində cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2022-ci ilin oktyabr ayının əvvəlində Yevlax şəhər H.Əliyev prospektində yerləşən fəaliyyətini dayandırmış qadın məsləhətxanasının binasında "xxxx" adlı mülki mühafizə xidmətinin elanı olduğunu, elanda oğlan və qızların işə qəbulu yazıldığını görmüşdür. O, işə düzəlmək üçün binaya daxil olmuş, içəridə bir qadın olmuş, qadından elan barədə məlumat alarkən qadın ona mühavizə qurumu yaradılacağını, rəhbər Təqsirləndirilən şəxsdır. O, hazırda otağındadır keç nə soruşasan özündən soruş demişdir. O, içəri keçmiş, Sevinclə görüşüb iş barəsində söhbət edərkən. Sevinc bildirmişdr ki, hərbi xidmətdə olmusan o, hərbi xidmətdə olmadığını demiş, Sevinc ona onda onu "xxxx" mühafizə xidmətində mühafizəçi kimi işə götürə bilməyəcəyini, lakin Yevlax ŞMX-da mühavizəçi kimi işə götürə biləcəyin demiş və əvəzində isə 2500 manat alacağını bildirmişdir. Sevincin ona təklif elədiyi iş, xoşuma gəlmiş və o, razı olmuş və dediyi pulu hazırlayıb gələcəyin deyərək çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında. O, 2500 manat düzəldib Yevlax şəhərinə gəlmiş, Sevinclə telefonla danışıb onun yaşadığı Yevlax şəhəri Yeni Yevlax küçəsində yerləşən yaşayış evinə getmiş, Sevinclə görüşüb ona 2500 manat pulu vermişdir. Sevinc ona bildirmişdir ki, onun işin 2023-cü ilin yanvar ayı ərzində həll edəcək, o, razı lub evə getmişdir. Sevincin dediyi tarix keçdikdən sonra arada Sevincə zəng edib işin nə vaxt düzələcəyin soruşduqda Sevinc hər dəfə müxtəlif bəhanələr gətirərək tezliklə işin düzələcəyin bildirmişdir. Bundan sonra o, dəfələrlə Sevincə ilə əlaqə saxlayıb pulumu istəsə də Sevinc yalandan bəhanələr gətirərək pulu verəcəyin desə də verməmişdir. Bundan sonra Sevinc telefonlarına cavab verməmiş və ondan başqada bir neçə nəfər şəxsi aldadıb pulunu aldığını eşitmiş ona görə ondan şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanı ödənilməmişdir. Hazırda ondan şikayətçidır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 2022-ci ilin oktyabr ayının əvvəlində Yevlax şəhər H.Əliyev prospektində yerləşən fəaliyyətini dayandırmış qadın məsləhətxanasının binasında "xxxx" adlı mülki mühafizə xidmətinin elanı olduğunu, elanda oğlan və qızları işə qəbulu yazıldığını görmüşdür. O, işə düzəlmək üçün binaya daxil olmuş, içəridə bir qadın olmuş, qadından elan barədə məlumat alarkən qadın ona mühavizə qurumu yaradılacağını, rəhbər Təqsirləndirilən şəxsdır. O, hazırda otağındadır keç nə soruşasan özündən soruş demişdir. O, içəri keçmiş, Sevinclə görüşüb iş barəsində söhbət edərkən. Sevinc bildirmişdr ki, hərbi xidmətdə olmusan o, hərbi xidmətdə olduğunu demişdir. Ona Yevlax ŞMX-da mühafizəçi kimi işə qəbul edəcəyini və əvəzində isə 2000 manat alacağını bildirmişdir, Sevincin ona təklif elədiyi iş, xoşuna gəlmiş və o, razı olmiş deyilən pulu hazırlayıb gətirəcəyin bildirərək getmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında, o, 2000 manat düzəldib Yevlax şəhərinə gəlmiş. Sevinclə telefonla danışıb onun yaşadığı Yevlax şəhəri Yeni Yevlax küçəsində yerləşən yaşayış evinə getmiş və Sevinclə görüşüb 2000 manat pulu Sevincə vermişdir Sevinc bildirmişdir ki, onun işin 2023-cü ilin yanvar ayı ərzində həll edəcək. O, razı olub evə getmişdir. Sevincin dediyi tarix keçdikdən sonra arada Sevincə zəng edib işin nə vaxt düzələcəyin soruşduqda Sevinc hər dəfə müxtəlif bəhanələr gətirərək tezliklə işin düzələcəyin bildirmişdir. Bundan sonra o, dəfələrlə Sevincə ilə əlaqə saxlayıb pulumu istəsə də Sevinc yalandan bəhanələr gətirərək pulu verəcəyin desə də verməmişdir. Bundan sonra Sevinc telefonlarına cavab verməmiş və ondan başqada bir neçə nəfər şəxsi aldadıb pulunu aldığını eşitmiş ona görə ondan şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanı ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanı ödənilməmişdir. Hazırda ondan şikayətçidır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Ramis oğlu ifadəsində bildirmişdir ki, o, əmisi oğlu Şahid1 həyat yoldaşı Qənirə Məmmədovanın uzun müddətdir ki, işsiz olduğunu, Aqşin dəfələrlə ona yoldaşına tibb bacısı kimi iş axtardığını bildirmişdir. O, da öz tanışlarından hər hansı iş yerinin olub-olmaması barədə soruşmuşdur. 2022-ci ilin dekabr ayında Yevlax şəhəri mənzil kommunal təsərrüfat birliyində mexanik işləyən dostu Ərzuman ona bildirdirmişdir ki, tanıdığı Sevinc adlı qadın var, o, şəxsləri işə düzəldə bilir və qarşılığında öz haqqını alır. Həmçinin ona Sevincin telefon nömrəsində vermiş və onunla danışıb düzəldəcəyi iş yeri sərf edirsə görüş işini həll etməyi demişdir. O, Sevinc adlı qadınla əlaqə saxlamış. O, Sevincə qohumu X6 rayonu Xaldan kənd xəstəxanasında işlə təmin olunmasına köməklik etməsini xahiş etmişdir, Sevinc adlı qadın da ona 5000 manat qarşılığında Qənirəni Xaldan xəstəxanasında işə düzəlməsinə köməklik edəcəyini bildirmişdir. O, da bu barədə əmisi oğlu Aqşinə danışmış, Aqşin isə ona hazırda 5000 manat pulu olmadığını, bankdan kredit götürüb verə biləcəyini bildirmişdir. Bundan sonra Aqşin 5000 manat pulu düzəltməyə başlamışdır. Aralıqda Sevinc ona zəng edib pulunu düzəldib düzəltmədiyini soruşmuş, o, pulun hazır olduğunu və natariat yolu ilə verəcəyin demişdir. Sevincdə razı olmuş və 18 yanvar 2023-cü il tarixdə o, Sevinclə görüşüb birlikdə “Asan Xidmət Mərkəzinin” Mingəçevir şəhər filialına getmiş, orada nortariusda rüsum 200 manat puldan artıq olmasını öyrənmiş və rüsum çox olduğuna görə 3000 manat pulu orada əlbə-əl Sevincə vermiş və əlavə Qənirəyə məxsus sertifikat, dioplom və sair sənədlərin əsillərini də ona vermişdir. O, Sevincə 2000 manat pulu isə Qənirə işə başlayandan sonra verəcəyin bildirmişdir. Sevinc razı olmuş və onlar evlərinə qayıtmışlar. Səhəri gün Yevlax şəhərinə getmiş, Sevinc ilə Yevlax şəhərində yerləşən keçmiş qadın məsləhətxanasının qarşısında görüşüb Qənirənin sənədlərinin əsillərini ondan almışdır. Bundan təxminən bir ay sonra o, yaxın dostlarından öyrənmişdir ki, Sevinc Yevlaxda daha bir neçə nəfəri aldadaraq işə düzəltmək adı ilə pullarını alıb və Bakı şəhərinə qaçıb. O, dəfələrlə Sevinclə əlaqə saxlayıb pulunu geri istəsə də o, onun pulunu geri qaytarmamışdır. Daha sonra əmisi oğlu Aqşin ona verdiyi 3000 manatı geri istəmiş, o, məcbur qalıb pulu Aqşinə ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onun 3000 manat pulumu ələ keçirmiş və Sevincin barəsində tədbir görülməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanı ödənilməmişdir. Hazırda ondan şikayətçidır. Zərərçəkmiş şəxs8 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində zərər çəkmiş şəxs ona dəymiş ziyanı ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir. Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasına gələ bilməyəcəyini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, əmisi oğlu Zərərçəkmiş şəxs7 Ramis oğlu onun həyat yoldaşı Qənirə Məmmədovanın uzun müddətdir ki, işsiz olduğunu, Aqşin dəfələrlə ona yoldaşına tibb bacısı kimi iş axtardığını bildirmişdir. O, da öz tanışlarından hər hansı iş yerinin olub-olmaması barədə soruşmuşdur. 2022-ci ilin dekabr ayında Yevlax şəhəri mənzil kommunal təsərrüfat birliyində mexanik işləyən dostu Ərzuman ona bildirdirmişdir ki, tanıdığı Sevinc adlı qadın var, o, şəxsləri işə düzəldə bilir və qarşılığında öz haqqını alır. Həmçinin ona Sevincin telefon nömrəsində vermiş və onunla danışıb düzəldəcəyi iş yeri sərf edirsə görüş işini həll etməyi demişdir. O, Sevinc adlı qadınla əlaqə saxlamışdır. O, Sevincə qohumu X6 rayonu Xaldan kənd xəstəxanasında işlə təmin olunmasına köməklik etməsini xahiş etmişdir, Sevinc adlı qadın da ona 5000 manat qarşılığında Qənirəni Xaldan xəstəxanasında işə düzəlməsinə köməklik edəcəyini bildirmişdir. O, da bu barədə əmisi oğlu Elşən danışmış, Elşən isə ona hazırda 5000 manat pulu olmadığını, bankdan kredit götürüb verə biləcəyini bildirmişdir. Bundan sonra Aqşin 5000 manat pulu düzəltməyə başlamışdır. Aralıqda Sevinc ona zəng edib pulunu düzəldib düzəltmədiyini soruşmuş, o, pulun hazır olduğunu və natariat yolu ilə verəcəyin demişdir. Sevincdə razı olmuş və 18 yanvar 2023-cü il tarixdə o, Sevinclə görüşüb birlikdə “Asan Xidmət Mərkəzinin” Mingəçevir şəhər filialına getmiş, orada nortariusda rüsum 200 manat puldan artıq olmasını öyrənmiş və rüsum çox olduğuna görə 3000 manat pulu orada əlbə-əl Sevincə vermiş və əlavə Qənirəyə məxsus sertifikat, dioplom və sair sənədlərin əsillərini də ona vermişdir. O, Sevincə 2000 manat pulu isə Qənirə işə başlayandan sonra verəcəyin bildirmişdir. Sevinc razı olmuş və onlar evlərinə qayıtmışlar. Səhəri gün Yevlax şəhərinə getmiş, Sevinc ilə Yevlax şəhərində yerləşən keçmiş qadın məsləhətxanasının qarşısında görüşüb Qənirənin sənədlərinin əsillərini ondan almışdır. Bundan təxminən bir ay sonra o, yaxın dostlarından öyrənmişdir ki, Sevinc Yevlaxda daha bir neçə nəfəri aldadaraq işə düzəltmək adı ilə pullarını alıb və Bakı şəhərinə qaçıbdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaşlar Eldəniz Hüseynov, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Qürbət Nəsirova, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə HK- 1/181,1/242, 1/243, 1/244, 1/245 və 1/532 saylı materialları ilə cinayət işinin başlanmışdır.(iş vər.01-02); Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır.(iş vər.80); İttiham elan edilməli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.124-125); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vər. 163-164); Azərbaycan Respublikası "xxxx" Mühafizə Xidməti Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş 83 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs «Vətən N» mühafizə xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi vəzifəsindən azad edilərək «Vətən N» mühafizə xidmətinin Yevlax rayon şöbəsinin xidmət rəisi təyin edilmiş, lakin xidmətini apara bilmədiyi üçün xx.xx.2023-cü il tarixli 105 nömrəli əmr ilə Təqsirləndirilən şəxs «Vətən N» mühafizə xidməti baş idarəsində Yevlax rayon şöbəsinin rəisi vəzifəsindən azad edilmişdir.(iş vər.204-209); Cinayət əməlinin cinayət məcəlləsinin digər maddəsinə tövsif edilməsi və cinayət işinin istintaq aidiyyatı üzə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası Cm-nin 178.2.2 və 178.2.3 və 32,4,312.1-ci maddələrindən həmin məcəllənin 178.2.2 və 178.2.3-cü madəllərinə tövsif edilməsi qərara alınmışdır. (iş vər.221-224); Cinayət işinin icraata götürmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə olan ********* saylı cinayət işinin icratına qəbul edilmiş, iş üzrə istintaqı davam etdirilməsi qərara almışdır. (iş vər.226-227); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəriməni tam ödənilmişdir.( iş vər.256); Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökm Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin MSY-nə hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2024-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Hüseynova X5 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs8 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilməmişdir, hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir; Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, onlara dəymiş ziyan ödənilməmişdir, hazırda Təqsirləndirilən şəxs şikayətçi olduqlarını və onun barəsində ağır cəza verilməsini bildirmişdirlər; “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Nahid adlı yetkinlik yaşına çatmayan uşağı vardır; Təqsirləndirilən şəxs məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, ona Zərərçəkmiş şəxs8 münasibətdə verilmiş dələduzluq əməli üzrə ittahama müddətin ötməsi ilə bağlı xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs8 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin iyul ayının 10-da dələduzluq edilməsi ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsi onun məhkəmə iclasında verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahid ifadələri, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, hazırki ittihamda irəli sürülmüş Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayətin törədildiyi gündən 02 (iki) il müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini 2020-ci ilin iyul ayının 10-da törətmiş və həmin əməlin törədildiyi zamandan 02 ildən çox vaxt keçdiyinə görə oların barəsində CM-nin 178.1-ci maddəsi ilə CM-in 75.1.1-ci maddəsinin tələblərinə əsasən cinayə məsuliyyətinə cəlb etmə müddəti keçməsi əsası ilə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Cinayət törətdiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Eyni zamanda 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Zərərçəkmiş şəxs8 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin iyul ayının 10-da dələduzluq edilməsi ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin iyul ayının 10-da 3000 manat pulunu dələduzluq yolu ilə alması barədə epizod cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-17/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-17/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver