Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-17/2025 24.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxx 1976-cı il tarixdə Goranboy rayonunun Kürəkçay qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyən, Goranboy rayonunun Kürəkçay qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, "xxxx" QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli əmri ilə "xxxx" QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsinə təyin edilərək həmin tarixdən göstərilən vəzifədə işləyərkən, həmin sahə rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli maşinistin vəzifə təlimatına, o cümlədən Azərbaycan Dəmir Yolu “Lokomotiv” İstehsalat Birliyinin yol rəisinin xx.xx.1999-cu il tarixli 388-H nömrəli əmri ilə təsdiq edilmiş “Lokomotiv briqadalarının vəzifə təlimatına” əsasən lokomotiv briqadasının tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik etmək, onların fəaliyyətinə nəzarət etmək, onlar tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsinə qarşı tələbkarlıq göstərmək, qatarı sürərkən və manevr yerdəyişmələri zamanı texniki istismar qaydalarını, təlimatları, əmrləri və göstərişləri yerinə yetirmək, rejim xəritələrini əldə rəhbər tutmaqla hərəkət cədvəlini təmin etməklə qatarların səmərəli rejimlə idarə olunmasına riayət etmək, hərəkət təhlükəsizliyini təmin etmək, qatarların hərəkətinin və manevr iş planının yerinə yetirilməsini təmin etmək, yanacağa, elektrik enerjisinə qənaət etmək, lokomotivlərə xidmət və onların texniki cəhətdən saz saxlamaq, marşrutun və digər hesabat sənədlərinin düzgün doldurulmasını təmin etmək funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Ağstafa-Qazax-Ağstafa, Qazax- Ağstafa-Qazax, Gəncə-Böyük-Kəsik istiqamətləri üzrə 2021-ci ilin fevral ayından 2022-ci ilin oktyabr ayınadək olan dövrdə, lokomotivlərin hərəkətinin təmin edilməsi üçün "xxxx" QSC tərəfindən ayrılmış yanacaq və yağın, yəni həmin cəmiyyətə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talamaq məqsədi ilə lokomotivlərdə hərəkət marşrutunun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmasına baxmayaraq, marşrut vərəqələrinə həqiqətə uyğun olmayan marşrutlar qeyd edilməsi ilə müvafiq həqiqətə uyğun olmayan marşrutlar üzrə nəzərdə tutulmuş yanacaq və yağın təminat məntəqəsindən götürülərək Gəncə şəhəri və Ağstafa rayonu ərazisində müxtəlif şəxslərə satılıb gəlir əldə edilməsi məqsədilə cinayətkar niyyətə uyğun olaraq marşrutun açılması görüntüsü yaratmaq üçün, 05 fevral 2021-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək müddətdə Gəncə şəhəri və Ağstafa rayonu ərazisində istintaqla müəyyən edilməmiş yerdə tamah niyyətlə bilə-bilə yalan məlumatları, yəni xx.xx.2021-ci il tarixli 54 nömrəli, xx.xx.2021-ci il tarixli 234 nömrəli, xx.xx.2021-ci il tarixli 189 nömrəli, xx.xx.2021-ci il tarixli 76 nömrəli, xx.xx.2021-ci il tarixli 68 nömrəli, xx.xx.2022-ci il tarixli 64 nömrəli marşrut vərəqələri, cəmi 6 ədəd marşrut vərəqələrində həmin tarixlər üçün qatarların hərəkət qrafikində nəzərdə tutulmamış marşrutlara dair qeydləri diyircəkli qələmlə müvafiq marşrut vərəqələrinə yazıb, marşrut vərəqələrində “maşinist” qrafalarında imzalar icra edərək, həmçinin qeyd edilmiş dövr ərzində Gəncə şəhəri və Ağstafa rayonu ərazisində istintaqla müəyyən edilməmiş yerdə xx.xx.2021-ci il tarixli 185 nömrəli tələbnaməyə əsasən 4300 kq dizel yanacağı və 137 kq dizel dizel yağının Yevlax təminat məntəqəsindən götürülməsinin zəruri olması barədə qeydləri diyircəkli qələmlə müvafiq tələbnamələrə yazıb, tələbnamələrdə isə “aldı” qrafalarında imzalar icra edib, həmin marşrut vərəqələri və tələbnamələrə, yəni rəsmi sənədlərə Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin və hərəkət etdiyi istiqamətlər olan Ağstafa, Qazax, Gəncə və Böyük-Kəsik stansiyalarının dairəvi möhür əkslərinin vurulmasını təmin edərək müvafiq rəsmi sənədlər əsasında müvafiq çəkidə dizel və dizel yağını Yevlax təminat məntəqəsindən götürdükdən sonra qeyd edilmiş marşrut vərəqələrinə saxta marşrutlar əlavə etməklə həmin marşrut vərəqələri və tələbnamələr əsasında, yəni xx.xx.2021-ci il tarixli 54 nömrəli marşrut vərəqəsi üzrə 174,88 manat dəyərində 241 kq dizel və 6,87 manat dəyərində 7,23 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 234 nömrəli marşrut vərəqəsi üzrə 153,84 manat dəyərində 212 kq dizel və 6,04 manat dəyərində 6,36 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 189 nömrəli marşrut vərəqəsi üzrə 81,27 manat dəyərində 112 kq dizel və 3,19 manat dəyərində 3,36 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 76 nömrəli marşrut vərəqəsi üzrə 93,61 manat dəyərində 129 kq dizel və 7,78 manat dəyərində 3,87 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 68 nömrəli marşrut vərəqəsi üzrə 335,25 manat dəyərində 462 kq dizel və 27,88 manat dəyərində 13,86 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 64 nömrəli marşrut vərəqəsi üzrə 455,77 manat dəyərində 540 kq dizel və 26,20 manat dəyərində 16,2 kq dizel yağı, cəmi 1.294,62 manat dəyərində 1696 kq çəkidə dizel yanacağı və cəmi 77,96 manat dəyərində 50,88 kq çəkidə dizel yağını yalan məlumatlar daxil etməklə tərtib etdiyi saxta marşrut vərəqələri və tələbnamələr əsasında "xxxx" QSC-nin Yevlax təminat məntəqəsindən götürərək, Gəncə şəhəri və Ağstafa rayonu ərazisində istintaqla müəyyən edilməmiş şəxslərə sataraq, habelə eyni niyyətlə tərtib etdiyi müvafiq saxta marşrut vərəqələri əsasında 05 fevral 2021-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək olan dövrdə özünə əmək haqqı məbləğləri hesablamaqla, bilə-bilə yalan məlumatlar daxil edib tərtib etdiyi həmin vərəqələri özü tərəfindən imzalandıqdan sonra, vəzifə saxtakarlığı yolu ilə hazırlanmış həmin rəsmi sənədləri "xxxx" ASC-nin Nərimanov filialına göndərilməklə icraya yönəldib, müvafiq dövrdə özünə yerinə yetirilmədiyi marşrutlara görə həmin xidmətin dəyəri həcmində, yəni cəmi 182,18 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin Nərimanov filialında açılmış özünə məxsus ******************** nömrəli əmək haqqı kartı hesabına köçürüldükdən sonra, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospekti 101 ünvanda yerləşən bankomatdan göstərilən əmək haqqı kartı vasitəsilə nağdlaşdırmaqla çıxarıb, ümumilikdə əldə etdiyi 1.554,76 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, ona etibar edilmiş cəmi 1.554,76 manat pul vəsaitini vahid niyyətlə mənimsəməklə, habelə eyni niyyətlə tərtib etdiyi müvafiq saxta marşrut vərəqələri əsasında 05 fevral 2021-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək olan dövrdə cinayətdən xəbərsiz olan "xxxx" QSCnin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin maşinist köməkçisi – Şahid2 əmək haqqı məbləğləri hesablamaqla, bilə-bilə yalan məlumatlar daxil edib tərtib etdiyi qeyd edilmiş marşrut vərəqələrinin özü tərəfindən imzalandıqdan sonra, vəzifə saxtakarlığı yolu ilə hazırlanmış həmin rəsmi sənədləri "xxxx" ASC-nin Nərimanov filialına göndərilməklə icraya yönəldib, 05 fevral 2021-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək olan dövrdə müvafiq sənədlərdə adı qeyd edilmiş şəxsin "xxxx" ASC-nin Nərimanov filialında açılmış əmək haqqı kartı hesabına, cinayətdən xəbərsiz olan "xxxx" QSC-nin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin maşinist köməkçisi – Şahid2 məxsus ******************** nömrəli hesaba ümumilikdə 127,23 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin Nərimanov filialında açılmış əmək haqqı kartı hesablarına köçürüldükdən sonra, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Şahid2 tərəfindən ******************** nömrəli hesab üzrə qeyd edilmiş bankın Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən bankomatından göstərilən əmək haqqı kartı vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, ona etibar edilmiş cəmi 127,23 manat pul vəsaitini vahid niyyətlə israf etməklə, ümumilikdə qeyd edilən qaydada cəmi 1.554,76 manatını mənimsəməklə və 127,23 manatını israf etməklə öz qulluq mövqeyindən istifadə etməklə "xxxx" QSC məxsus olmaqla ona etibar edilmiş, cəmi 1.681,99 (min altı yüz səksən bir manat doxsan doqquz qəpik) manat pul vəsaitini vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsi, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında maddi-texniki bazanın müasirləşdirilməsi və səmərəli istifadə olunması sahəsində fəaliyyəti həyata keçirən kommersiya hüquqi şəxs kimi "xxxx" QSC-nin əmlakının qorunub saxlanılması və qarşıya qoyulmuş məqsədlərə uyğun sərf edilməsi istiqamətində qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 1998-ci ildən "xxxx" QSC-də işləmiş, 1998-ci ildən 2004-cü ilə qədər "xxxx" QSC-nin Gəncə deposunda maşinist köməkçisi vəzifəsində, 2004-ci ildən hazırki tarixədək Gəncə deposunda maşinst vəzifəsində işləmişdir. Maşinist kimi müəyyən edilmiş qrafik əsasında daxili prosedura əsasən depo növbətçisi tərəfindən işə çağırılaraq lokomotivin idarə edilməsini həyata keçirmişdir. Lokomotiv idarə edilməsi üçün işə çağırıldığı vaxt ilk növbədə depo növbətçisinə yaxınlaşmış, təlimat kitabı və lokomotivin planlaşdırılan hərəkətinə dair kitabı imzalamış, daha sonra lokomotivin marşrut vərəqəsinə dair zəruri məlumatları depo növbətçisi dolduraraq həmin vərəqəni ona təhvil vermişdir. O, həmin vərəqə ilə birlikdə həkim müayinəsindən keçmək üçün sahədə olan həkimə yaxınlaşmış, orada zəruri müayinədən keçmiş, müayinədə hər hansı qüsur aşkar edilmədiyi təqdirdə bu barədə həkim tərəfindən müvafiq vərəqədə qeydlər aparılıb, imzalanmışdır. Daha sonra həmin vərəqə ilə birlikdə yenidən depo növbətçisinə yaxınlaşmış, həmin zaman depo növbətçisi özü də vərəqəni imzalayıb, möhürləmişdir. Bundan sonra lokomotivi depodan qəbul etmiş, lokomotivi ya bilavasitə ondan əvvəl müvafiq lokomotivi idarə edən maşinistdən, ya da maşinistsiz elə depodan qəbul etmişdir. Bundan sonra o, nəzərdə tutulmuş qrafik üzrə lokomotivi idarə etmişdir. Marşrut üzrə son təyinat məntəqəsində marşrut vərəqəsinə müvafiq məntəqənin möhürü vurulmuş, həmin möhür stansiya növbətçilərində olmuş, aralıq məntəqələrdə möhür heç vaxt vurulmamışdır. Lokomotivi təhvil aldığı zaman yanacaq çənində yanacağın müvafiq marşrut üçün kifayət etmədiyini gördükdə bu barədə maşinist təlimatçısına məlumat vermiş, daha sonra onun tərəfindən tələbnaməyə maşinist kimi məlumatları, tarix, teplovozun və marşrutun nömrəsi yazılmış,daha sonra lokomotiv təminat məntəqəsinə getmiş, orada tələbnaməyə yanacağa məsul olan təminat məntəqəsinin işçiləri tərəfindən lokomotivə doldurulmuş yanacağın növü və çəkisinə dair məlumatlar əlavə edilmiş, daha sonra isə məntəqənin rəisi tərəfindən həmin tələbnamə imzalanaraq möhürlənmişdir. Bundan sonra lokomotiv tələb olunan yanacaq və yağla təmin edilmişdir. 2021-ci ilin fevral ayında aylıq təxminən 500 manat civarında əmək haqqı almış, həmin məbləğ əsasında isə ailə xərclərini ödəyə bilməmişdir. Bu səbəbdən aylıq xərclərinin qarşılanması üçün idarə etdiyi 1361 nömrəli lokomotiv üzrə saxta marşrut vərəqələri yazıb onun əsasında əlavə əmək haqqı almaq qərarına gəlmişdir. Bundan sonra əlavə əmək haqqı almaq üçün marşrut vərəqələrinə getdiyi marşrutlardan əlavə marşrutlar yazmış və yerinə yetirdiyi istiqamət üzrə guya ikinci dəfə hərəkət etdiyini qeyd etmiş, nəticədə də həmin yerinə yetirilməmiş ikinci hərəkət üzrə faktiki olaraq əmək haqqı almışdır. Qeyd edilmiş əməlləri 2022-ci ilin oktyabr ayına qədər törətmiş, 2022-ci ilin oktyabr ayından icra etdiyi marşrutlar çoxaldığı, nəticədə də aldığı əmək haqqı artdığı üçün o, daha saxta marşrutlar yazmamışdır. Saxta marşrutlar yazdığı 2021-ci ilin fevral ayından 2022-ci ilin oktyabr ayına qədər olan dövrdə məhz az qrafiklə işlədiyi gün reallıqda yerinə yetirmədiyi hərəkətə dair marşrut vərəqəsinə qeydlər yazmışdır. Göstərilən vaxt ərzində saxta marşrutlar əsasında nə qədər əmək haqqı aldığını xatırlamamışdır. 1361 nömrəli teplovoz üzrə işlədiyi dövrdə Şahid2 maşinist köməkçisi vəzifəsində işləmişdir. Həmin dövrdə hərəkət üzrə yanacaq harada azalmışdırsa oradan da yanacaq və yağ götürmüşdür. Həmin dövr ərzində Ağstafa, Gəncə, Yevlax təminat məntəqələrindən yanacaq və yağ götürdüyü hallar olmuşdur. Yanacaq və yağ lokomotivlərə istifadə edilmişdir. İdarə etdiyi teplovozu demək olar ki, hər zaman işlək vəziyyətdə saxlamış, bu səbəbdən yanacaq və yağ teplovozun işlək vəziyyətdə olmasına sərf edilmişdir. Saxta maşrutlar yazmağından Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə hər hansı şəxsin, habelə "xxxx" QSC-nin hər hansı əməkdaşının məlumatı olmamış, kiminləsə sövdələşməsi olmamışdır. Saxta marşrut yazmağı nəticəsində əldə etdiyi məbləğləri kiməsə verdiyi hallar olmamışdır. Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsinin digər əməkdaşları tərəfindən saxta marşrut vərəqələri və tələbnamələr tərtib edilməsi barədə məlumatsız olmuşdur. İş materiallarında olan və tanış olmağı üçün ona təqdim edilmiş xx.xx.2021-ci il tarixli 54 nömrəli, xx.xx.2021-ci il tarixli 234 nömrəli, xx.xx.2021-ci il tarixli 189 nömrəli, xx.xx.2021ci il tarixli 76 nömrəli, xx.xx.2021-ci il tarixli 68 nömrəli, xx.xx.2022-ci il tarixli 64 nömrəli marşrut vərəqələri və xx.xx.2021-cü il tarixli 185 nömrəli tələbnamə ilə tanış olmuş, həmin sənədlərdən marşrut vərəqələrində “Maşinistin imzası”, tələbnamədə isə “aldı” qrafasında olan imzalar onun tərəfindən icra edilmişdir. Müvafiq marşrut vərəqələri və tələbnamələrdəki xətt onun xətti olmuşdur. Həmin sənədləri əlavə əmək haqqı almaq üçün tərtib etmiş, əlavə əmək haqqı almaq üçün marşrut vərəqələrinə əlavə qeydlər aparmış və yerinə yetirdiyi istiqamət üzrə guya ikinci dəfə hərəkət etdiyimi qeyd etmiş, nəticədə də həmin yerinə yetirilməmiş ikinci hərəkət üzrə faktiki olaraq əmək haqqı almışdır. Hazırda əməlindən səmimi peşmandır. Vurduğu ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş hüquqi şəxsin ondan şikayət və tələbi yoxdur. Bundan başqa, dövlət büdcəsinə köçürülməli olan pulu da ödəmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı "xxxx" QSC ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə cəmiyyətə dəyən maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, qeyd edilən iş üzrə cəmiyyətin heç bir şikayət və tələbinin olmadığının, cəza təyin edilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxıldıqlarını göstərmişdir. Məhkəmə işə zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı "xxxx" QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin sifarişi əsasında xx.xx.2023-cü il tarixli müqavilə əsasında "xxxx" MMC-nin auditoru qismində QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə magistral lokomotivlərin idarə edilməsi sahələrində yoxlama aparmışdır. Yoxlama xx.xx.2023-cü il tarixdə başlanmış, xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Yoxlama nəticəsində ciddi maliyyə pozuntuları da aşkar olunmuşdur. Belə ki, Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində depoda “Lokomotivin qeydiyyat deposunun marşrut (yol vərəqəsi)”-nin 4-cü bölməsində “Lokomotivin işi, qatarın çəkisi və tərkibi, məsafəni qiymətləndirmə haqqında məlumatda, yəni Yevlax-Bərdə-Yevlax, Qazax- Ağstafa-Qazax, Ağstafa-Qazax-Ağstafa, Alabaşlı-Şəmkir-Alabaşlı və digər marşrutlar yazılsa da, “Qatarların hərəkətinin işlənmiş qrafiki Forma DU- 30”-da isə heç bir hərəkət qeydə alınmamışdır. Marşrutda 85 ədəd yol vərəqəsində dizel yanacağı 21139 kq dəyəri 16994,58 manat, dizel yağı 634,17 kq dəyəri 1172,02 manat, maşinistin əmək haqqı 4398,39 manat, maşinist köməkçisinin əmək haqqı 3925,51 manat olmaqla, ümumilikdə 26490,50 manat məbləğində və bundan əlavə qismən 130 ədəd yol vərəqəsində isə dizel yanacağı 25012 kq dəyəri 20218,95 manat, dizel yağı 750,36 kq dəyəri 1593,09 manat, maşinistin əmək haqqı 2313,79 maşinist köməkçisinin əmək haqqı 1978,74 manat olmaqla, cəmi 26104,56 manat məbləğində, ümumilikdə 52595,06 manat məbləğində cəmiyyətə zərər vurulmuş və 215 ədəd yol vərəqəsi ilə gediş üzrə 101897 ton (brutto), gəliş üzrə 213548 ton(brutto) yük daşınması qrafikdə öz əksini tapmamışdır. Müvafiq sahələrin hamısında yanacaq və yağ məhsulunun mənimsənilməsi mexanizmi eyni olmuşdur. Həmin sahələrin hamısında təqsirkar şəxslər saxta marşrutlar əsasında yanacaq və yağ məhsulunu götürərək müvafiq dəyərdə "xxxx" QSC-yə ziyan vurmuşlar. Həmçinin o, ifadəsində göstərmişdir ki, tərəfindən yoxlama aparıldığı zaman boşdayanma hallarına görə qatarların sərf etdiyi yanacaq və yağın həcmi nəzərə alınmışdır. Belə ki, Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli teplovozların yanacaq norma göstəricilərinə əsasən TE-33A seriyalı magistral teplovozları üçün Gəncə-Böyük kəsik sahəsi, Gəncə-Ucar sahəsi və Ucar-Hacıqabul sahələri üzrə tək və cüt istiqamətlər üzrə daşınması həyata keçirilən yük çəkisinə uyğun olaraq yanacaq norma əmsalı, boş dayanma və manevr zamanı yanacaq məsrəfi əmsalı müəyyən edilmişdir. Qeyd etdiyi norma göstəriciləri faktiki olaraq icra edilmiş marşrutlara aid olmuşdur. Yoxlama apardığı Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə TE-33A seriyalı magistral teplovozlarının hərəkətlərinə dair tərtib edilmiş saxta marşrut və tələbnamələr əsasında yanacaq və yağ götürülərək bu və ya digər formada mənimsənilmişdir. Həmin saxta sənədlər əsasında götürülmüş yanacaq və yağın boş dayanma və manevr halında sərf edilməsi mümkün olmamışdır, çünki həmin sənədlər əsasında marşrutlar faktiki olaraq icra edilməmişdir. İcra edilməmiş marşrutlar üzrə isə həmin sənədlərdə qeyd edilmiş çəkidə yanacaq və yağın boş dayanma və manevr hallarına sərfiyyatı qeyri-mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, 2014-cü ildən hazırki dövrə qədər "xxxx" QSC-nin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsində maşinist köməkçisi vəzifəsində işləmişdir. Maşinist köməkçisi kimi işi lokomotiv briqadasının üzvü kimi təhvil aldığı lokomotivin texniki sazlığının, yanacaqla və yağla təmin edilməsinin zəruri olub-olmadığının yoxlanılmasından və bu barədə maşinistə məlumat verməkdən, lokomotivin hərəkəti zamanı maşinisti müşayiət etməkdən ibarət olmuşdur. Müəyyən edilmiş qrafik əsasında daxili prosedura əsasən lokomotivin idarə edilməsi üçün işə çağırıldığı vaxt ilk növbədə depo növbətçisinə yaxınlaşmış, təlimat kitabı və lokomotivin planlaşdırılan hərəkətinə dair kitabı imzalamışdır. Sonra həkim müayinəsindən keçmək üçün sahədə olan həkimə yaxınlaşmış, orada zəruri müayinədən keçmiş, müayinədə hər hansı qüsur aşkar edilmədiyi təqdirdə bu barədə həkim tərəfindən marşrut vərəqəsində qeydlər aparılıb, imzalanmışdır. Daha sonra maşinist və həmin vərəqə ilə birlikdə yenidən depo növbətçisinə yaxınlaşmış, həmin zaman depo növbətçisi özü də vərəqəni imzalayıb, möhürləmişdir. Bundan sonra briqada lokomotivi depodan qəbul etmiş, daha sonra isə nəzərdə tutulmuş qrafik üzrə lokomotiv idarə edilmişdir. Marşrut üzrə son təyinat məntəqəsində marşrut vərəqəsinə müvafiq məntəqənin möhürü vurulmuş, həmin möhür stansiya növbətçilərində olmuş, aralıq məntəqələrdə möhür heç vaxt vurulmamışdır. Lokomotivi təhvil aldıqları zaman yanacaq çənində yanacağın müvafiq marşrut üçün kifayət etmədiyini gördükdə bu barədə maşinisti məlumatlandırmış, bununla bağlı olaraq yanacaq götürülməsi üçün maşinist tələbnamə yazmış, sonra lokomotiv təminat məntəqəsinə getmiş, orada tələbnaməyə yanacağa məsul olan təminat məntəqəsinin işçiləri tərəfindən lokomotivə doldurulmuş yanacağın növü və çəkisinə dair məlumatlar əlavə edilmiş, daha sonra isə məntəqənin rəisi tərəfindən həmin tələbnamə imzalanaraq möhürlənmişdir. Bundan sonra lokomotiv tələb olunan yanacaq və yağla təmin edilmişdir. İş materiallarında olan və tanış olmağı üçün ona təqdim edilmiş xx.xx.2021-ci il tarixli 54 nömrəli, xx.xx.2021-ci il tarixli 234 nömrəli, xx.xx.2021-ci il tarixli 189 nömrəli, xx.xx.2021-ci il tarixli 76 nömrəli, xx.xx.2021-ci il tarixli 68 nömrəli, xx.xx.2022-ci il tarixli 64 nömrəli, xx.xx.2021-ci il tarixli 16 nömrəli, xx.xx.2021ci il tarixli 18 nömrəli, 19/xx.xx.2021-ci il tarixli 19 nömrəli, xx.xx.2021-ci il tarixli 156 nömrəli, xx.xx.2021-ci il tarixli 20 nömrəli, 04/xx.xx.2021-ci il tarixli 100 nömrəli, xx.xx.2021-ci il tarixli 120 nömrəli, 08/xx.xx.2021-ci il tarixli 159 nömrəli, xx.xx.2021-ci il tarixli 130 nömrəli, xx.xx.2021-ci il tarixli 148 nömrəli, xx.xx.2021-ci il tarixli 12 nömrəli, 05/xx.xx.2021-ci il tarixli 44 nömrəli, 04/xx.xx.2021-ci il tarixli 22 nömrəli, xx.xx.2021-ci il tarixli 28 nömrəli, 01/xx.xx.2022-ci il tarixli 12 nömrəli, 09/xx.xx.2022-ci il tarixli 212 nömrəli, 13/xx.xx.2022-ci il tarixli 232 nömrəli, 21/xx.xx.2022-ci il tarixli 218 nömrəli, xx.xx.2022-ci il tarixli 552 nömrəli, 02/xx.xx.2022-ci il tarixli 44 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, 10/xx.xx.2022-ci il tarixli 58 nömrəli, xx.xx.2022-ci il tarixli 69 nömrəli, 17/xx.xx.2022-ci il tarixli 300 nömrəli, 18/xx.xx.2022-ci il tarixli 662 nömrəli, 22/xx.xx.2022ci il tarixli 570 nömrəli, 26/xx.xx.2022-ci il tarixli 262 nömrəli, 18/xx.xx.2022-ci il tarixli 130 nömrəli, xx.xx.2022-ci il tarixli 220 nömrəli, 03/xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 119 nömrəli, 07/xx.xx.2022-ci il tarixli 38 nömrəli, xx.xx.2022-ci il tarixli 524 nömrəli, xx.xx.2022-ci il tarixli 333 nömrəli, 22/xx.xx.2022-ci il tarixli 380 nömrəli, 27/xx.xx.2022-ci il tarixli 604 nömrəli, 21/xx.xx.2022-ci il tarixli 292 nömrəli, 02/xx.xx.2022ci il tarixli 110 nömrəli, 09/xx.xx.2022-ci il tarixli 120 nömrəli, 10/xx.xx.2022-ci il tarixli 281 nömrəli, 18/xx.xx.2022-ci il tarixli 290 nömrəli, xx.xx.2022-ci il tarixli 141 nömrəli, xx.xx.2022-ci il tarixli 708 nömrəli, 20/xx.xx.2022-ci il tarixli 164 nömrəli, 28/xx.xx.2022-ci il tarixli 246 nömrəli, xx.xx.2022-ci il tarixli 86 nömrəli, 13/xx.xx.2022-ci il tarixli 378 nömrəli, 16/xx.xx.2022-ci il tarixli 146 nömrəli, xx.xx.2022-ci il tarixli 184 nömrəli, xx.xx.2022-ci il tarixli 200 nömrəli, 23/xx.xx.2022-ci il tarixli 380 nömrəli, xx.xx.2022-ci il tarixli 218 nömrəli, xx.xx.2022-ci il tarixli 410 nömrəli, xx.xx.2022-ci il tarixli 88 nömrəli, xx.xx.2022-ci il tarixli 310 nömrəli, 26/xx.xx.2022-ci il tarixli 810 nömrəli, xx.xx.2023-cü il tarixli 100 nömrəli, xx.xx.2023-cü il tarixli 480 nömrəli, 29/xx.xx.2021-ci il tarixli 820 nömrəli, 05/xx.xx.2021-ci il tarixli 130 nömrəli, 08/xx.xx.2021-ci il tarixli 51 nömrəli, 03/xx.xx.2021-ci il tarixli 150 nömrəli, xx.xx.2021-ci il tarixli 39 nömrəli, xx.xx.2021-ci il tarixli 130 nömrəli, 07/xx.xx.2021-ci il tarixli 180 nömrəli, 02/xx.xx.2021-ci il tarixli 16 nömrəli, 03/xx.xx.2022-ci il tarixli 110 nömrəli, 11/xx.xx.2022-ci il tarixli 200 nömrəli, xx.xx.2022-ci il tarixli 222 nömrəli, 19/xx.xx.2022-ci il tarixli 260 nömrəli, xx.xx.2022-ci il tarixli 400 nömrəli, xx.xx.2022-ci il tarixli 150 nömrəli, 06/xx.xx.2022-ci il tarixli 155 nömrəli, 23/xx.xx.2022-ci il tarixli 430 nömrəli, 04/xx.xx.2022-ci il tarixli 115 nömrəli, xx.xx.2022-ci il tarixli 126 nömrəli, xx.xx.2022-ci il tarixli 50 nömrəli, xx.xx.2022-ci il tarixli 480 nömrəli, 18/xx.xx.2022-ci il tarixli 231 nömrəli, 08/xx.xx.2022-ci il tarixli 210 nömrəli, xx.xx.2022-ci il tarixli 260 nömrəli, 27/xx.xx.2022-ci il tarixli 690 nömrəli, 05/xx.xx.2022-ci il tarixli 111 nömrəli, 24/xx.xx.2022ci il tarixli 597 nömrəli, 30/xx.xx.2022-ci il tarixli 760 nömrəli, 12/xx.xx.2023-cü il tarixli 262 nömrəli, xx.xx.2021-ci il tarixli 150 nömrəli, xx.xx.2021-ci il tarixli 288 nömrəli, 20/xx.xx.2021-ci il tarixli 200 nömrəli. xx.xx.2021-ci il tarixli 210 nömrəli, 08/xx.xx.2021-ci il tarixli 159 nömrəli, xx.xx.2021-ci il tarixli 190 nömrəli, 20/xx.xx.2021-ci il tarixli 112 nömrəli, xx.xx.2021-ci il tarixli 541 nömrəli, 03/xx.xx.2021-ci il tarixli 100 nömrəli, xx.xx.2021-ci il tarixli 115 nömrəli, 15/xx.xx.2021-ci il tarixli 76 nömrəli, xx.xx.2022-ci il tarixli 105 nömrəli, 04/xx.xx.2022-ci il tarixli 85 nömrəli, 08/xx.xx.2022-ci il tarixli 136 nömrəli, 12/xx.xx.2022-ci il tarixli 113 nömrəli, 20/xx.xx.2022-ci il tarixli 146 nömrəli, xx.xx.2022-ci il tarixli 402 nömrəli, xx.xx.2023-cü il tarixli 216 nömrəli, 28/xx.xx.2023-cü il tarixli 561 nömrəli, 05/xx.xx.2023-cü il tarixli 24 nömrəli, xx.xx.2023-cü il tarixli 210 nömrəli, 17/xx.xx.2023-cü il tarixli 316 nömrəli, 21/xx.xx.2023-cü il tarixli 224 nömrəli, xx.xx.2022-ci il tarixli 78 nömrəli, xx.xx.2022-ci il tarixli 108 nömrəli, 19/xx.xx.2022-ci il tarixli 462 nömrəli, 26/xx.xx.2022-ci il tarixli 671 nömrəli, 12/xx.xx.2022-ci il tarixli 185 nömrəli, xx.xx.2022-ci il tarixli 248 nömrəli, 09/xx.xx.2022-ci il tarixli 66 nömrəli, xx.xx.2022-ci il tarixli 235 nömrəli, 12/xx.xx.2022-ci il tarixli 129 nömrəli, xx.xx.2022-ci il tarixli 115 nömrəli, 09/xx.xx.2022-ci il tarixli 81 nömrəli, 12/xx.xx.2022-ci il tarixli 90 nömrəli, 18/xx.xx.2022-ci il tarixli 104 nömrəli, xx.xx.2022-ci il tarixli 430 nömrəli, 22/xx.xx.2023-cü il tarixli 678 nömrəli, xx.xx.2021-ci il tarixli 390 nömrəli, xx.xx.2021-ci il tarixli 40 nömrəli, xx.xx.2021-ci il tarixli 136 nömrəli, 12/xx.xx.2021-ci il tarixli 410 nömrəli, xx.xx.2021-ci il tarixli 660 nömrəli, xx.xx.2021-ci il tarixli 70 nömrəli, 06/xx.xx.2021-ci il tarixli 140 nömrəli, xx.xx.2021-ci il tarixli 230 nömrəli, 10/xx.xx.2021-ci il tarixli 280 nömrəli, 26/xx.xx.2021-ci il tarixli 900 nömrəli, 24/xx.xx.2021-ci il tarixli 691 nömrəli, 07/xx.xx.2021-ci il tarixli 159 nömrəli, xx.xx.2022-ci il tarixli 830 nömrəli, xx.xx.2021-ci il tarixli 30 nömrəli, 11/xx.xx.2022-ci il tarixli 188 nömrəli, 05/xx.xx.2022-ci il tarixli 88 nömrəli, xx.xx.2023-cü il tarixli 107 nömrəli, xx.xx.2021-ci il tarixli 10 nömrəli, 06/xx.xx.2021-ci il tarixli 85 nömrəli, 01/xx.xx.2021-ci il tarixli 10 nömrəli, 05/xx.xx.2021-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, 04/xx.xx.2022-ci il tarixli 56 nömrəli, 02/xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 38 nömrəli, 06/xx.xx.2022-ci il tarixli 60 nömrəli, 14/xx.xx.2022-ci il tarixli 290 nömrəli, 18/xx.xx.2022-ci il tarixli 350 nömrəli, xx.xx.2022-ci il tarixli 216 nömrəli, 22/xx.xx.2022-ci il tarixli 450 nömrəli, 26/xx.xx.2022-ci il tarixli 550 nömrəli, xx.xx.2022-ci il tarixli 699 nömrəli, xx.xx.2022-ci il tarixli 42 nömrəli, 03/xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 68 nömrəli, 07/xx.xx.2022-ci il tarixli 200 nömrəli, 11/xx.xx.2022-ci il tarixli 350 nömrəli, 19/xx.xx.2022-ci il tarixli 685 nömrəli, 27/xx.xx.2022-ci il tarixli 375 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, 04/xx.xx.2022-ci il tarixli 48 nömrəli, xx.xx.2022ci il tarixli 186 nömrəli, 16/xx.xx.2022-ci il tarixli 390 nömrəli, xx.xx.2022-ci il tarixli 580 nömrəli, xx.xx.2022-ci il tarixli 210 nömrəli, xx.xx.2022-ci il tarixli 91 nömrəli, xx.xx.2022-ci il tarixli 302 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 280 nömrəli, xx.xx.2022-ci il tarixli 120 nömrəli, 07/xx.xx.2022-ci il tarixli 96 nömrəli, xx.xx.2022-ci il tarixli 144 nömrəli, 20/xx.xx.2022-ci il tarixli 258 nömrəli, xx.xx.2022-ci il tarixli 102 nömrəli, xx.xx.2022-ci il tarixli 120 nömrəli, 23/xx.xx.2022-ci il tarixli 750 nömrəli, xx.xx.2022-ci il tarixli 431 nömrəli, xx.xx.2023-cü il tarixli 610 nömrəli, xx.xx.2023-cü il tarixli 246 nömrəli, xx.xx.2021-ci il tarixli 24 nömrəli, xx.xx.2021-ci il tarixli 65 nömrəli, 16/xx.xx.2021-ci il tarixli 190 nömrəli, xx.xx.2021-ci il tarixli 277 nömrəli, xx.xx.2021-ci il tarixli 340 nömrəli, xx.xx.2021-ci il tarixli 29 nömrəli, xx.xx.2021-ci il tarixli 124 nömrəli, 09/xx.xx.2021-ci il tarixli 150 nömrəli, xx.xx.2021-ci il tarixli 200 nömrəli, 13/xx.xx.2021-ci il tarixli 220 nömrəli, 04/xx.xx.2021-ci il tarixli 70 nömrəli, 12/xx.xx.2021-ci il tarixli 156 nömrəli, xx.xx.2021-ci il tarixli 200 nömrəli, xx.xx.2021-ci il tarixli 28 nömrəli, xx.xx.2021-ci il tarixli 301 nömrəli, xx.xx.2021-ci il tarixli 9 nömrəli, 07/xx.xx.2021-ci il tarixli 25 nömrəli, xx.xx.2021-ci il tarixli 52 nömrəli, xx.xx.2021-ci il tarixli 56 nömrəli, xx.xx.2021-ci il tarixli 10 nömrəli, xx.xx.2021ci il tarixli 140 nömrəli, xx.xx.2021-ci il tarixli 320 nömrəli, xx.xx.2021-ci il tarixli 826 nömrəli, 04/xx.xx.2022-ci il tarixli 26 nömrəli marşrut vərəqələri və xx.xx.2021-cü il tarixli 185 nömrəli, xx.xx.2021-cü il tarixli 422 nömrəli, xx.xx.2021-ci il tarixli 426 nömrəli, xx.xx.2021-cü il tarixli 508 nömrəli, xx.xx.2021-cü il tarixli 429 nömrəli, xx.xx.2022-ci il tarixli 44 nömrəli, xx.xx.2022-cü il tarixli 78 nömrəli, xx.xx.2022-ci il tarixli 693 nömrəli, xx.xx.2021-cü il tarixli 507 nömrəli, xx.xx.2021-cü il tarixli 191 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-cü il tarixli 113 nömrəli, xx.xx.2022-ci il tarixli 242 nömrəli, xx.xx.2022-ci il tarixli 847 nömrəli, xx.xx.2023-cü il tarixli 915 nömrəli, xx.xx.2021-cü il tarixli 102 nömrəli, xx.xx.2022-cü il tarixli 116 nömrəli, xx.xx.2022-ci il tarixli 389 nömrəli, xx.xx.2021-cü il tarixli 512 nömrəli, xx.xx.2021-ci il tarixli 510 nömrəli, xx.xx.2021-cü il tarixli 58 nömrəli, xx.xx.2021-cü il tarixli 369 nömrəli, xx.xx.2022-cü il tarixli 37 nömrəli, xx.xx.2022-cü il tarixli 42 nömrəli, xx.xx.2022-ci il tarixli 727 nömrəli, xx.xx.2022-ci il tarixli 774 nömrəli tələbnamələr ilə tanış olmuş, həmin sənədlərdən bəzi marşrut vərəqələrində “maşinist köməkçisinin soyadı” qrafasında onun adı qeyd edilmişdir. Ancaq həmin vərəqələri o yazmamış, müvafiq vərəqələri yazmaq maşinistin vəzifəsi olmuş, vərəqələrdəki xətt onun olmamışdır. Tələbnamələrdə isə ümumiyyətlə adı, imzası və xətti olmamışdır. Qeyd edilmiş marşrut vərəqələrdində maşinist kimi qeyd edilmiş Təqsirləndirilən şəxslə birlikdə işləmiş, sonuncunun idarə etdiyi teplovozlarda maşinist köməkçisi kimi fəaliyyət göstərmişdir. "xxxx" QSC-nin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsinin hər hansı maşinisti yaxud digər hər hansı əməkdaşı ilə sövdələşmə nəticəsində marşrut vərəqələri və tələbnamələr əsasında yanacaq və yağ götürdüyü, həmin yanacaq və yağı satdığı hallar olmamışdır. İstintaq zamanı hansısa maşinistlərin saxta marşrut vərəqələri yazması əsasında ona artıq əmək haqqının köçürüldüyünü öyrənmişdir. Ona ödənilmiş əmək haqqı məbləği heç vaxt stabil olmamışdır, əmək haqqı məbləği iş saatından, getdikləri məsafədən və digər hallardan asılı olmuş, bu baxımdan ona hər hansı səbəbdən artıq əmək haqqı ödənilmişdirsə o, bunu hiss etməmişdir. Əmək haqqı məbləği 2022-2023-cü illər ərzində ən minimum 300 manat, maksimum isə təxminən 500 manat olmuşdur. İşdə olan Məhkəmə-xətşünaslıq ekspertizasının 20 may 2024-cü il tarixli 4/671 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli 54 nömrəli, xx.xx.2021-ci il tarixli 234 nömrəli, xx.xx.2021-ci il tarixli 189 nömrəli, xx.xx.2021-ci il tarixli 76 nömrəli, xx.xx.2021-ci il tarixli 68 nömrəli, xx.xx.2022-ci il tarixli 64 nömrəli marşrut vərəqələrində “Maşinistin imzası” qrafalarında olan imzalar, xx.xx.2021-cü il tarixli 185 nömrəli tələbnamədə “aldı” qrafasında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi X4 tərəfindən aparılmış yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, "xxxx" QSC-nin Gəncə magistral lokomotivlərinin idarə edlməsi sahəsinin maşinisti Təqsirləndirilən şəxs adına tərtib edilən 6 ədəd marşrut vərəqəsində faktiki olaraq həyata keçirilməyən marşrutlar barədə qeydiyyat aparılması nəticəsində 1294,62 manat dəyərində 1696 kq dizel yanacağı, 77,96 manat dəyərində 50,88 kq dizel yağı silindiyi, maşinistə 182,18 manat, maşinist köməkçisinə 127,23 manat əmək haqqı ödənildiyi müəyyən edilmişdir. İşdə olan "xxxx" QSC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən aparılmış "xxxx" QSC-nin İmişli, Gəncə və Salyan magistral lokomotivlərinin idarə edilməsi sahələrinin fəaliyyətinə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illər üzrə aparılmış yoxlama nəticəsinə dair tərtib edilmiş 09 avqust 2023-cü il tarixli müstəqil auditor hesabatından görünür ki, rəsmi sənədlər saxtlaşdırılmaqla vəzifəli şəxslər tərəfindən "xxxx" QSC-nin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə 52595,06 manat məbləğində ziyan vurulmuşdur. Belə ki, müvafiq sahə üzrə yoxlanılan dövrdə dövr ərzində depoda “Lokomotivin qeydiyyat deposunun marşrut (yol vərəqəsi)”-nin 4-cü bölməsində “Lokomotivin işi, qatarın çəkisi və tərkibi, məsafəni qiymətləndirmə haqqında məlumatda, yəni Yevlax-Bərdə-Yevlax, Qazax-Ağstafa-Qazax, Ağstafa-Qazax-Ağstafa, Alabaşlı-Şəmkir-Alabaşlı və digər marşrutlar yazılsa da, “Qatarların hərəkətinin işlənmiş qrafiki Forma DU- 30”-da isə heç bir hərəkət qeydə alınmamışdır. Marşrutda 85 ədəd yol vərəqəsində dizel yanacağı 21139 kq dəyəri 16994,58 manat, dizel yağı 634,17 kq dəyəri 1172,02 manat, maşinistin əmək haqqı 4398,39 manat, maşinist köməkçisinin əmək haqqı 3925,51 manat olmaqla, ümumilikdə 26490,50 manat məbləğində və bundan əlavə qismən 130 ədəd yol vərəqəsində isə dizel yanacağı 25012 kq dəyəri 20218,95 manat, dizel yağı 750,36 kq dəyəri 1593,09 manat, maşinistin əmək haqqı 2313,79 maşinist köməkçisinin əmək haqqı 1978,74 manat olmaqla, cəmi 26104,56 manat məbləğində, ümumilikdə 52595,06 manat məbləğində cəmiyyətə zərər vurulmuş və 215 ədəd yol vərəqəsi ilə gediş üzrə 101897 ton (brutto), gəliş üzrə 213548 ton(brutto) yük daşınması qrafikdə öz əksini tapmamışdır. Həmçinin həmin rəyə əlavə edilmiş cədvəldən görünür ki, qatarların hərəkət qrafikində olmayan Ağstafa-Qazax-Ağstafa, Qazax-Ağstafa-Qazax, Gəncə-Böyük-Kəsik istiqamətlərinə dair marşrutları üzrə Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 54 nömrəli marşrut vərəqəsi üzrə 174,88 manat dəyərində 241 kq dizel və 6,87 manat dəyərində 7,23 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 234 nömrəli marşrut vərəqəsi üzrə 153,84 manat dəyərində 212 kq dizel və 6,04 manat dəyərində 6,36 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 189 nömrəli marşrut vərəqəsi üzrə 81,27 manat dəyərində 112 kq dizel və 3,19 manat dəyərində 3,36 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 76 nömrəli marşrut vərəqəsi üzrə 93,61 manat dəyərində 129 kq dizel və 7,78 manat dəyərində 3,87 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 68 nömrəli marşrut vərəqəsi üzrə 335,25 manat dəyərində 462 kq dizel və 27,88 manat dəyərində 13,86 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 64 nömrəli marşrut vərəqəsi üzrə 455,77 manat dəyərində 540 kq dizel və 26,20 manat dəyərində 16,2 kq dizel yağı, cəmi 1.294,62 manat dəyərində 1696 kq çəkidə dizel yanacağı və cəmi 77,96 manat dəyərində 50,88 kq çəkidə dizel yağı götürülmüş, tərtib edilmiş müvafiq saxta marşrut vərəqələri əsasında Təqsirləndirilən şəxs 182,18 manat, maşinist köməkçisinə 127,23 manat əlavə əmək haqqı ödənilmişdir. İşdə olan "xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsinə təyin edilmişdir. İşdə olan Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin rəisinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli maşinistin vəzifə təlimatına, o cümlədən Azərbaycan Dəmir Yolu “Lokomotiv” İstehsalat Birliyinin yol rəisinin xx.xx.1999-cu il tarixli 388-H nömrəli əmri ilə təsdiq edilmiş “Lokomotiv briqadalarının vəzifə təlimatına” əsasən Təqsirləndirilən şəxs lokomotiv briqadasının tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik etmək, onların fəaliyyətinə nəzarət etmək, onlar tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsinə qarşı tələbkarlıq göstərmək, qatarı sürərkən və manevr yerdəyişmələri zamanı texniki istismar qaydalarını, təlimatları, əmrləri və göstərişləri yerinə yetirmək, rejim xəritələrini əldə rəhbər tutmaqla hərəkət cədvəlini təmin etməklə qatarların səmərəli rejimlə idarə olunmasına riayət etmək, hərəkət təhlükəsizliyini təmin etmək, qatarların hərəkətinin və manevr iş planının yerinə yetirilməsini təmin etmək, yanacağa, elektrik enerjisinə qənaət etmək, lokomotivlərə xidmət və onların texniki cəhətdən saz saxlamaq, marşrutun və digər hesabat sənədlərinin düzgün doldurulmasını təmin etmək funksiyalarına malik olmuşdur İşdə olan Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 54 nömrəli, xx.xx.2021-ci il tarixli 234 nömrəli, xx.xx.2021-ci il tarixli 189 nömrəli, xx.xx.2021ci il tarixli 76 nömrəli, xx.xx.2021-ci il tarixli 68 nömrəli, xx.xx.2022-ci il tarixli 64 nömrəli marşrut vərəqələri, cəmi 6 ədəd marşrut vərəqələri və xx.xx.2021-ci il tarixli 185 nömrəli tələbnamənin və eyni tarixli 6 ədəd qatarların hərəkət qrafikinin müqayisəsindən görünür ki, həmin marşrut vərəqələri və tələbnamələrdə həqiqətə uyğun olmayan məlumatlar qeyd edilməsi ilə müvafiq həqiqətə uyğun olmayan sənədlər əsasında nəzərdə tutulmuş yanacaq və yağ Yevlax təminat məntəqəsindən götürülmüşdür. İşdə olan əmək haqqı hesablanması və ödənilməsi cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş 6 ədəd müvafiq saxta marşrut vərəqələri əsasında "xxxx" QSC-nin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin maşinisti Təqsirləndirilən şəxs 182.18 manat, maşinist köməkçisi Şahid2 127.23 manat məbləğində əmək haqqı hesablanaraq ödənilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 6-2-51/2-420/2024 nömrəli məktubu ilə daxil olmuş həmin bankın Nərimanov filialında açılmış Təqsirləndirilən şəxs məxsus ******************** nömrəli, Şahid2 məxsus ******************** nömrəli bank hesablarından çıxarışlardan görünür ki, 05 fevral 2021-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş saxta marşrut vərəqələri əsasında sonuncunun əmək haqqı hesabına 182,18 manat, Şahid2 əmək haqqı hesabına isə 127,23 manat əmək haqqı məbləğləri köçürülmüş, müvafiq əmək haqqı məbləğlərindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ******************** nömrəli hesab üzrə Yevlax şəhəri, H.Əliyev prospekti 101 ünvanda yerləşən bankomatdan əmək haqqı kartı vasitəsilə nağdlaşdırılma əməliyyatı aparılmışdır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, BPM**********59 nömrəli qəbzin surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-nin hesabına 1000 (bir min) manat ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, BPM**********4 nömrəli qəbzin surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-nin hesabına 200 (iki yüz) manat ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli,BPM**********61 nömrəli qəbzin surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-nin hesabına 61 (altmış bir) manat ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli,BPM**********63 nömrəli qəbzin surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-nin hesabına 712 (yeddi yüz on iki) manat ödənilmişdir. İşdə olan "xxxx" ASC-yə aid xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 426 (dörd yüz iyirmi altı) manat ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 313cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 179.2.3 və 313-cü maddələri ilə yanaşı həmin Məcəllənin 308.1-ci maddəsi ilə də ittiham sürülsə də, ittiham aktından və məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, onun əməli qulluq mövqeyindən istifadə etməklə hissəsində Cinayət Məcəlləsinin 179.2.3 maddəsi ilə tam olaraq əhatə olunur. Bu səbəbdən ona qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 308.1-ci maddəsi maddəsi çıxarılmalıdır. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bildiyini, ittihamda nəzərdə tutulmuş əməllərin 2021-ci ilin fevral ayından 2022-ci ilin oktyabr ayınadək törədildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayətin törədilməsindən 2 (iki) ildən artıq müddət keçdiyinə görə, yəni - cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü və Cinayət Məcəlləsinin 75.1.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə 313-cü maddəyə aid hissədə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində həmin hissədə cinayət təqibinə xitam verilməlidir. Çünki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən təsnifat baxımından CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs ərizəsindən (vəsatətindən) görünür ki, o, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü, Cinayət Məcəlləsinin 75.1.1 -ci maddələrinə əsasən onun barəsində olan cinayət işinin Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.3-cü maddələrinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən həmin hissədə cinayət məsuliyyətindən azad edilməlidir. Təqdim edilmiş qəbzlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən maddi ziyan olaraq hesablanmış 1681.99 manat, habelə həmin ziyanın iyirmi beş faizini təşkil edən 426 (dörd yüz iyirmi altı) manat dövlət büdcəsinə ödənilmişdir. Cinayət Məcəlləsi: Maddə 73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Hazırkı halda zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçının təqsirləndirilən şəxsdən vurulmuş maddi ziyan ödənildiyindən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanı ödəməsini, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Mülki iddia tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əməli nəticəsində vurulmuş maddi ziyan dövlət vəsaiti olmaqla artıq dövlət büdcəsinə ödənildiyindən mülki iddianın təmin edilməsinə zərurət yoxdur. İş üzrə maddi sübut olan xx.xx.2021-ci il tarixli 54 nömrəli, xx.xx.2021-ci il tarixli 234 nömrəli, xx.xx.2021-ci il tarixli 189 nömrəli, xx.xx.2021-ci il tarixli 76 nömrəli, xx.xx.2021-ci il tarixli 68 nömrəli, xx.xx.2022-ci il tarixli 64 nömrəli marşrut vərəqələri, xx.xx.2021-ci il tarixli 185 nömrəli tələbnamənin əsillləri cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 məhkəmə dövrü göstərdiyi 13 (on üç) saat hüquqi yardıma görə 78 (yetmiş səkkiz) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə cinayət təqibinə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tam olaraq ödədiyindən, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən və CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-1.2 və 75.1.1-ci maddələrinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv edilsin. Mülki iddia təmin edilməsin. İş üzrə maddi sübut olan xx.xx.2021-ci il tarixli 54 nömrəli, xx.xx.2021-ci il tarixli 234 nömrəli, xx.xx.2021-ci il tarixli 189 nömrəli, xx.xx.2021-ci il tarixli 76 nömrəli, xx.xx.2021-ci il tarixli 68 nömrəli, xx.xx.2022-ci il tarixli 64 nömrəli marşrut vərəqələri, xx.xx.2021-ci il tarixli 185 nömrəli tələbnamənin əsillləri cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə dövrü üçün göstərilən 13 (on üç) saat hüquqi yardıma görə 78 (yetmiş səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-17/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-17/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver