Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-173/2021 23.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Yevlax rayonu, Qaraoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 03 avqust 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Qaraoğlan kəndində qeydiyyatda olan, Yevlax şəhəri, R.Balakişiyev küçəsi, ev 17-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamış, daşımış və eyni zamanda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri qəsdən xeyli miqdarda kultivasiya etmiş, yəni onların hissələrini toplamışdır. Belə ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə gecə saat 00:30 radələrində etibarnamə əsasında idarə etdiyi “BMW” markalı, ** UT *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisinə gələrək, Aşağı Qarxun bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində əvvəllər gördüyü yabanı halda bitmiş əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hündürlükləri 123 sm-dən 204 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 2 kq 335 qram olan xeyli miqdarda 05 (beş) ədəd hissələrini qəsdən kultivasiya etməklə toplamış və həmin tarixdə və həmin saatda Aşağı Qarxun bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində əvvəllər gördüyü yabanı halda bitmiş əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisindən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda küstar üsulla hazırlanmış təmiz çəkisi 3 kq 625 qram narkotik vasitə qurudulmamış marixuananı qəsdən əldə edərək “BMW” markalı, ** UT *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yük hissəsinə sərərək orada saxlamaqla daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi 02 avqust 2021-ci il tarixdə saat 04:20-də Yevlax rayonunun Aşağı Qarxun kəndində saxlanılıb Yevlax RPŞ-nə gətirilərək orada müdafiəçinin iştirakı və video çəkiliş vasitəsilə onun etibarnamə əsasında idarə etdiyi “BMW” markalı, ** UT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük hissəsinə sərərək orada saxladığı təmiz çəkisi 3 kq 625 qram narkotik vasitə qurudulmamış marixuana və Yevlax rayonu, Aşağı Qarxun kəndi ərazisindən keçən magistral yolun üzərində yerləşən körpünün yaxınlığında yolun kənarına müdafiəçisinin iştirakı və video çəkilişlə saat 08:30dan 08:50-dək keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yolun kənarına atdığı 01 ədəd boz rəngli qısaqol kişi köynəyinə bükülmüş hündürlükləri 123 sm-dən 204 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 2 kq 335 qram olan xeyli miqdarda 05 (beş) ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə olan marixuanadan çox nadir hallarda istifadə etmişdir. 2021-ci ilin iyul ayının sonlarında evdə olan zaman iri buynuzlu heyvanının itdiyini görüb həmin heyvanı axtarmaq üçün sahəyə getmişdir. Sahədə iri buynuzlu heyvanını axtaran zaman Yevlax rayonu, Aşağı Qarxun kəndində sahədə bir neçə ədəd çətənə bitkisinin olduğunu görmüşdür. Həmin çətənə bitkilərinə toxunmadan evə qayıtmışdır. 01 avqust 2021-ci il tarixdə saat təxminən 21 radələrində dostları İsmayıl və Mahir ilə birlikdə etibarnamə əsasında idarə etdiyi “BMW” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Varvara kəndində yerləşən kafelərdən birində şam yeməyinə getmişlər. Saat təxminən 00:30 radələrində onlar kafedə yeyib-içdikdən sonra yaşadıqları Qaroğlan kəndinə qayıtmışlar. Həmin zaman avtomobili özü idarə etmişdir. Şahid6 Şahid5lə birlikdə arxa oturacaqda əyləşmişlər. Bakı-Qazax magistralının Yevlax rayonu, Aşağı Qarxun kəndindən keçən hissəsi ilə gedən zaman yadına təxminən 1 həftə əvvəl həmin ərazidə görmüş olduğu çətənə bitkiləri düşmüş və avtomobili həmin yerin yaxınlığında saxlamışdır. Mahirə və İsmayıla avtomobildə əyləşmələrini, təxminən 5-10 dəqiqə sonra gələcəyini dedikdən sonra avtomobildən düşüb həmin əraziyə getmişdir. Çətənə bitkilərinin yanına çatdıqda 4 ədəd çətənə kolu görmüş və həmin çətənə bitkilərini qıraraq əlində aparmış olduğu 2 ədəd sellofan torbalara yığdıqdan sonra həmin çətənə kollarını ərazinin yanındakı kanala atmışdır. Sonra sellofan torbaları özü ilə götürüb maşına tərəf gedərkən sellofanlardan biri cırılmışdır. Əynində olan boz rəngli qısaqol polo köynəyi çıxardıb həmin çətənə bitkisini köynəyin içinə yığıb avtomobilə yaxınlaşmışdır. Sellofan torbanı avtomobilin yük hissəsinə qoymuş, köynəyin içərisinə yığdığı çətənə bitkilərini isə Yevlax rayonu, Aşağı Qarxun kəndində yolun kənarına atmışdır. Həmin çətənə bitkilərini atdıqdan sonra avtomobilinə əyləşmişdir. Həmin vaxt yol patrul xidmətinin maşını onun avtomobilinin arxasında dayanmışdır. Bu zaman tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq, özlərini dövlət yol polisinin əməkdaşları kimi təqdim etmişlər və nə üçün dayandığını soruşmuşlar. O, polis əməkdaşlarına avtomobilinin nasaz olduğunu yəni, qızdırdığını demişdir. Adlarını bilmədiyi polis əməkdaşları avtomobildən qəribə iy gəldiyini, buna görə də ondan şübhələndikləri üçün avtomobilin baqaj hissəsini açmağını xahiş etmişlər. O, avtomobilin baqaj hissəsini açmış və polis əməkdaşları həmin vaxt baqajda sellofan torbalara baxmışlar. Bundan sonra həmin polis əməkdaşları Yevlax RPŞ-nin PPXni əraziyə dəvət etmişlər. Daha sonra PPX-nin əməkdaşları onu Yevlax rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Polis şöbəsinə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş, əvvəlcə üzərində şəxsi axtarış aparılmış, şəxsi-axtarış zamanı üzərindən hər-hansı bir əşya aşkar olunmamışdır. Daha sonra istifasində olan “BMW” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobilin baqajında sellofan torbada olan əşyanın narkotik maddə olan marixuana (nəşə) olduğunu etiraf etmişdir. Polis şöbəsində olarkən Yevlax rayonu, Aşağı Qarxun kəndində yolun kənarına içərisində çətənə bitkisi olan köynəyini yolun qırağına atdığını demişdir. Daha sonra qeyd etdiyi əraziyə atmış olduğu içərisində çətənə bitkiləri olan əynindən çıxardığı boz rəngli köynəyin olduğu yerə polis əməkdaşlarının, onun və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin əraziyə atmış olduğu köynək və köynəyin içərisində olan narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Polis şöbəsində polis əməkdaşlarının, müdafiəçisinin və onun iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, мярщум atasının вя дайысынын birinci qarabağ müharibəsinин иштиракчысы olmasını, аиляляринин йеэаня газанъ эятирян шяхси олмасыны və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisi deyil və əvvəllər də istifadə etməmişdir. Təqsirləndirilən şəxs onun həmkəndlisi, həmçinin sinif yoldaşı olmuşdur. 01 avqust 2021-ci il tarixdə doğum gününü qeyd etmək məqsədi ilə təxminən saat 21 radələrində onunla eyni kənddə yaşayan dayısı oğlu Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı, ** UT *** dövlət nömrə nişanlı avtomobillə Yevlax rayonu Varvara kəndində Kür çayının sahilində yerləşən kafeyə getmişlər və orada balıq sifariş etmişlər. Özləri ilə gedərkən 1 lt araq götürmüş və kafeyə gətirmişlər. Kafedən də yarım litr araq almışlar və yeyib içdikdən sonra evə yola düşmüşlər. Təqsirləndirilən şəxs da onlarla birlikdə spirtli içki qəbul etmişdir. Onlar avtomobilə əyləşərkən təxminən gecə yarısı, yəni 00:00 radələri olardı. Arxa oturacaqlar rahat olduğuna görə dayısı oğlu Şahid5lə birlikdə avtomobilin arxa oturacağına əyləşmişlər. Avtomobilə əyləşdikdən sonra içkili olduqları üçün dayısı oğlu ilə birlikdə mürgüləmişlər. Təqsirləndirilən şəxs avtomobili Aşağı Qarxun kəndi ərazisində, Bakı magistral yolunun üzərində yerləşən dairəyə tərəf sürmüş, onlar Təqsirləndirilən şəxs haraya getməsini soruşmuş, Nurlan isə Aşağı Qarxun kəndində işi olduğunu bildirmişdir. Nurlan avtomobili Aşağı Qarxun dairəsinin yaxınlığında saxlamış və avtomobildən yerə enərək 5-10 dəqiqə ərzində qayıdacağını demişdir. O, buna görə Şahid5lə avtomobildə yatmışdır. Az sonra anidən səs-küyə ayılmışdır. Ayıldıqda avtomobilin yanında yol patrul xidməti avtomobili dayandığını və Təqsirləndirilən şəxs avtomobilin yanında olduğunu görmüşdür. Avtomobildən enib Təqsirləndirilən şəxs nə olmasını soruşduqda Nurlan bildirmişdir ki, YPX əməkdaşları gəldikdə onlara avtomobilin matorunun qızdırdığını bildirib. Bir neçə dəqiqə sonra yanlarına post patrul xidməti əməkdaşları gəlmiş və polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmişdir. Avtomobilin baqaj yerindən torbada narkotik vasitə olan çətənə bitkisi aşkar edilmişdir. Nə o, nə də dayısı oğlu Şahid5 Təqsirləndirilən şəxs narkotik vasitəni torbaya yığmasını və avtomobilin yük yerinə qoymasını görməmişlər. Polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilərkən narkotik vasitəsi aşkar olunduqda bu barədə xəbərləri olmuşdur. Nurlanın narkotik vasitə istifadə etməsini bilməmişdir. Təqsirləndirilən şəxs dövlət qulluqçusu olduğuna görə narkotik vasitə istifadə etməsi heç ağlına belə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 Şahid6 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, Yevlax RPŞ-nin Post-patrul xidmətində işləyir. 02 avqust 2021-ci il tarixdə təxminən saat 04:20 radələrində xidməti ərazidə olduğu zaman Yevlax rayon polis şöbəsinin növbətçi hissəsindən DBYPİ-nin YPX 8-ci tağımın yol patrul xidməti əməkdaşları tərəfindən zəng daxil olmuşdur. DBYPİ-nin yol patrul xidməti əməkdaşları zəng edərək tanımadıqları şəxslərin özlərini şübhəli apardıqlarını bildirmişlər. Həmin zəng əsasında xidmət yoldaşı Şahid3la birlikdə həmin əməkdaşların qeyd etdiyi əraziyə getmişlər. Həmin vaxt oraya çatdıqda 3 nəfər şəxsin “BMW” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında DBYPİ-nin yol patrul xidməti əməkdaşları ilə söhbət etdiklərini görmüşlər. Həmin zaman o, “BMW” markalı avtomobilin sürücüsü ilə fərdi söhbət aparmış və həmin avtomobilə baxış keçirmək məqsədi ilə həmin şəxslərlə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Avtomobili Yevlax rayon polis şöbəsinə təhvil verdikdən sonra o öz xidməti ərazisinə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 02 avqust 2021-ci il tarixli 17/568 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “şübhəli şəxs Təqsirləndirilən şəxs ** UT *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin baqajından aşkar edilmiş narkotik vasitə” sözləri yazılmış 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi - 3 kq 625 qram, yaş vəziyyətdə olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yol kənarına atdığı narkotik vasitə çətənə kollarının yaş kütlələri” sözləri yazılmış 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd boz rəngli, qısaqol kişi köynəyinə bükülmüş, 05 (beş) ədəd, hündürlükləri 123 sm-dən 204 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi-2 kq 335 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. a) Çətənə bitkisinin hissələrinin ümumi təmiz çəkisi-2 kq 335 qr, tədqiqata sərf edildi- 0,25 qram (hər hissədən-0,05 qr), qalıq-2 kq 334,75 qram b) qurudulmamış marixuananın təmiz çəkisi-3 kq 625 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq-3kq 624,95 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 10 avqust 2021-ci il tarixli, 943 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Aşağı Salamabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 008884 вя 004047 nömrəli vəsiqəлярин surətindən görünür ki, Təqsirləndirilən şəxs мярщум атасы Ъяфяров Назим Огтай оьлу вя dayısı X3 ölkəmizin ərazi bütövlüyü uğrunda gedən 1-ci Qarabağ döyüşlərində iştirak etmişdir və müharibə veteranıdırлар. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 avqust 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 avqust 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1 və 237.1-ci maddələri ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 avqust 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, R.Balakişiyev küçəsi, 17 saylı evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 avqust 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kobinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, R.Balakişiyev küçəsi, 17 saylı evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 2 kq 335 qram olan narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-173/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-173/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver