Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-174/2021 24.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 2021-ci il iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq evin həyətindən 100 manat dəyərində 10 kiloqram miqdarında 20 ədəd aliminium materialından olan hər birinin uzunluğu 3 metr, qalınlığı 2x2 sm ölçüdə olan kantı, 400 manat dəyərində 20 ədəd aliminium profili, 400 manat dəyərində aliminium materialından olan pilləkən yanlıqlarını, 300 manat dəyərində olan dəmir konstruksiyaları, daha sonra yaşayış evinin içərisinə qapıdan daxil olub evin otaqlarından hər birinin dəyəri ayrı-ayrılıqda 300 manat olan 6 ədəd “Titan” markalı soyuducunun motorlarını və hər birinin dəyəri ayrı-ayrılıqda 300 manat olan 3 ədəd “LG” markalı kondisionerin motorlarını gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 3900 manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 2021-ci ilin iyul ayının əvvəllərində axşam saatlarında pulu olmadığı üçün oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə ünvan 3 ünvanında heç kimin yaşamadığını bildiyi üçün evin arxa tərəfindən hasardan aşmaq yolu ilə həmin evin həyətinə daxil olmuş, evə daxil olduqdan sonra evdə olan otaqların birinə keçmiş, həmin otaqda 6 ədəd soyuducu matoru, 3 ədəd kondisioner matoru və aliminium materialından olan profillərin olduğunu görmüşdür. Daha sonra həmin aliminium materialından olan profilləri və 9 ədəd matoru bir neçə dəfəyə daşıyıb evinin qarşısına yığmış, evinin qarşısında olan zaman əvvəllər tanıdığı Murad adlı taksi sürücüsünə zəng etmiş və Murada evinin qarşısına gəlməsini demişdir. Bir az sonra Murad özünə məxsus olan “Mersedes-Benz” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə evinin qarşısına gəlmişdir. Murad evinin qarşısına gələnə qədər o, alimium materialından olan profilləri ağ rəngli sintetik torbaya yığmış, Murad evinin qarşısına çatdıqdan sonra o, profilləri içərisinə yığmış olduğu sintetik torbanı avtomobilin yük hissəsinə qoymuş və Murada avtomobili pambıq zavodunun yaxınlığında yerləşən metalqəbuletmə məntəqəsinə sürməsini demişdir. Murad da onun dediyi kimi avtomobili pambıq zavodunun yaxınlığında yerləşən metalqəbuletmə məntəqəsinə sürmüş, Muradın avtomobilinin yük hissəsindən Muradla köməkləşərək sintetik torbanı götürüb metalqəbuletmə məntəqəsinə vermiş, metalqəbul edən Hümmət adlı şəxs metalları tərəzidə çəkmiş və ona çəkiyə müvafiq olaraq 23 manat pul vermiş, o həmin puldan taksi pulu kimi Murada 2 manat pul vermiş, Murad onu evinə aparmış və çıxıb getmişdir. Sabahısı gün oğurlamış olduğu 9 ədəd matoru tanımadığı taksi sürücüsü ilə İlhamın işlətdiyi metalqəbuletmə məntəqəsinə apararaq 1 ədədini 10 manata sataraq İlhamdan 90 manat pul almış, həmin puldan taksi sürücüsünə 2 manat pul vermişdir. İttihamda qeyd olunan digər əmlakları- aliminium materialından olan kantı, pilləkən yanlıqlarını da 2021-ci ilin iyul ayında xatırlamadığı tarixlərdə hissə-hissə oğurlayaraq satmışdır. Oğurlamış olduğu metallardan əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, İİ qrup əlil olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanınında yerləşən ev ona məxsusdur. 2021-ci ilin iyul ayının əvvəllərində ünvan 2 ünvanına getmiş, evin həyətini daha sonra isə evin daxilini nəzərdən keçirmişdir. Evin həyətinə və otaqlara baxan zaman, həyətdən 200 manat dəyərində 20 ədəd aliminium materialından olan kantın, 400 manat dəyərində 20 ədəd aliminium materialından olan profilin, 400 manat dəyərində aliminium materialından olan pilləkən yanlıqlarının və 300 manat dəyərində digər dəmir konstruksiyaların, evdən isə hər birinin qiyməti 300 manat olan 3 ədəd “LG” markalı kondisioner matoru və hər birinin qiyməti 300 manat olan 6 ədəd “Titan” markalı soyuducu matorunun oğurlandığını görmüş, bundan sonra o, Yevlax rayon Polis Şöbəsinə getmiş və şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin iyul ayının əvvəllərində əvvələr tanıdığı Təqsirləndirilən şəxs ona zəng edərək yaşadığı evin qarşısına gəlməsini xahiş etmişdir. O da Hafizin evinin qarşısına getmiş, Hafiz əlində olan ağ meşok torbası ilə evdən çıxmış, meşoku gətirib avtomobilin yük hissəsinə qoymuş, özü də avtomobilin qabaq sağ tərəfində əyləşmişdir. Hafiz ona avtomobili Yevlax şəhəri pambıq zavodunun yaxınlığında yerləşən metalqəbuletmə məntəqəsinə sürməsini xahiş etmiş, o da Hafizin dediyi kimi avtomobili həmin yerə sürmüşdür. Hafiz avtomobildən düşüb avtomobilin yük hissəsinə qoyduğu torbanı həmin yerdən götürmüş və aparıb metalqəbuletmə məntəqəsinə vermişdir. Metalqəbuletmə məntəqəsində Hafizə 23 manat pul verilmiş, Hafiz pulu aldıqdan sonra ona 2 manat pul vermişdir. Sonra “Kapital Bankın” qarşısında Hafiz avtomobildən düşmüş, o isə evinə getmişdir. Şahid2 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, yaşadığı ünvan 4 ünvanında metalqəbuletmə fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin iyul ayının əvvəllərində saat təxminən 21 radələrində o, evdə olan zaman qapının döyülməsini eşidib qapını açmış, iki nəfər biri uzunboylu, arıq bədən quruluşlu, digəri orta boylu, arıq bədən quruluşlu şəxslərin qapının çölündə olduğunu görmüşdür. Həmin şəxslər onun qapısına “Mersedes-Benz” markalı **- ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmiş, orta boylu, arıq bədən quruluşlu sonradan adını bildiyi Hafiz adlı şəxs ona özündə əlvan metallar və aliminium olduğunu və həmin metalları satmaq istədiyini bildirmişdir. Həmin şəxslər ağ meşok torbada metalları təqdim etmişlər və metalları tərəzidə çəkdikdən sonra ona vermiş olduqları metalların ümumi qiymətinin 23 manat təşkil etdiyini bildirmiş, Hafiz və Murad onun təyin etmiş olduğu qiymətlə razı olmuş və o, razılaşdıqları kimi onlara 23 manat pul vermişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, o, atasına məxsus metalqəbuletmə məntəqəsində işləyir. 2021-ci ilin iyul ayının əvvəllərində sonradan tanıdığı Hafiz adlı şəxs onun yanına gələrək 6 ədəd soyuducu matoru və 3 ədəd kondisioner matoru satmaq istədiyini bildirmiş, o, Hafizlə razılığa gələrək matorları ondan almış və əvəzində hafizə 90 manat pul vermişdir. Bir gün sonra o, matorları söküb metal halına salmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” 08 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxış keçirilən yer ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evidir. Baxış keçirilməsinə səbəb oğurluq edilməsi barədə Zərərçəkmiş şəxs müraciətidir. Yaşayış evi 2 mərtəbəlidir, açıq çəhrayı rəngli iki taylı giriş qapısı mövcuddur. Giriş qapısından həyətə daxil olanda sol tərəfdə soyuducu yerləşir, 1-ci mərtəbədə yerləşən ümumi otaqda müxtəlif təyinatlı əşyalar, həmçinin soyuducu yerləşir. 2-ci mərtəbəyə hər iki tərəfdən dəmir barmaqlıqlarla əhatə olunmuş beton materialdan olan pilləkənlə qalxılır. 2-ci mərtəbədə yerləşən otaqlara baxış zamanı divar və tavandan elektrik naqillərinin söküldüyü görülür (iş vər. 6-17); “götürmə və baxış keçirilməsi haqqında” 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin iyul ayının əvvəllərində Şahid2 satılmış və Zərərçəkmiş şəxs məxsus 10 kiloqram miqdarında 20 ədəd aliminium materialından olan hər birinin uzunluğu 3 metr, qalınlığı 2x2 sm ölçüdə olan kant Şahid2 götürülmüşdür (iş vər.65-66); “əşyanın maddi sübut hesab edilməsi haqqında” 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, 10 kiloqram miqdarında 20 ədəd aliminium materialından olan hər birinin uzunluğu 3 metr, qalınlığı 2x2 sm ölçüdə olan kant iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər. 67); “ifadənin yerində yoxlanılması haqqında” 14 oktyabr 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri Şadlinski küçəsində yerləşən və əməlini törətdiyi 4 saylı evi, törətdiyi əməlin başvermə mexanizmini göstərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir (iş vər.122-126); məhkəmə əmtəəşünaslıq ekspertizasının 22 oktyabr 2021-ci il tarixli, 9/7561 №li rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların təzə vəziyyətdə olmasını nəzərə alaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur; 20 ədəd aliminium materialından, ümumilikdə 10 kiloqram miqdarında, hər birinin uzunluğu 3 metr, qalınlığı 2x2 sm ölçüdə olan kant 100 manat; digər 3 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istismar müddəti, texniki vəziyyəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır (iş vər. 143-144); Yevlax Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (iş vər. 137-140); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 09.10.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 30.11.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.02.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 20.10.2017-ci il tarixli qanun tətbiq edilərək, cəzası 03 ay azadılıb, qəti cəzası 03 il 09 ay saxlanılmış, 25.09.2019-cu il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzadan 08 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuşdur ( iş vər. 84-85); Yevlax Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. (iş vər.116-119); 23 saylı Tibbi Sosial Ekspert Komissiyasının 08.06.2016-cı il tarixli müayinə olunan şəxs barəsində məlumatından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 oktyabr 2021-cu il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan 10 kiloqram miqdarında 20 ədəd aliminium materialından olan hər birinin uzunluğu 3 metr, qalınlığı 2x2 sm ölçüdə olan kant, sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçilərə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsində saxlanılan 10 kiloqram miqdarında 20 ədəd aliminium materialından olan hər birinin uzunluğu 3 metr, qalınlığı 2x2 sm ölçüdə olan kant, sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. HakimGünay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-174/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-174/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver