Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-174/2022 03.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdə günorta saat 13 radələrində X3 məxsus Yevlax rayonu Malbinəsi kəndində yerləşən çayxanada digər şəxslə domino oynayan Zərərçəkmiş şəxs ilə kobud zarafat etdikdən sonra Zərərçəkmiş şəxs həmin zarafatı ona irad tutmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edərək sonuncuya qarşı uca səslə nalayiq söyüşlər söyüb təhqir edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgə yaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib orada olan şəxslərin gözü qarşısında güç tətbiq edərək yumruqla bir dəfə qəsdən Zərərçəkmiş şəxs vuraraq sonuncuya sol gözaltı nahiyyənin qançırı, sol gözün ağlı qişasının iç buçağna qansızma, sol gözaltı nahiyyənin dərialtı hematoması ilə müşayət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, eyni zamanda da onunla qonşuluqda yaşayır. Onun Rahib ilə münasibətləri əvvəllər yaxşı olmuş, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində o, yaşadığı Yevlax rayonu Malbinəsi kəndində İlqar adlı şəxsin işlətdiyi çayxanada Zərərçəkmiş şəxs Mehbalı adlı həmkəndlisi ilə stolüstü oyun olan domino oynadığını görərək onlara yaxınlaşmış, kənarda dayanaraq onların oyununu izləmişdir. Rahib ilə əvvəllər onun arasında söyüşlə zarafatları olduğundan həmin gün də çayxanada Rahib onunla söyüşlə zarafat etməyə başlamış və o, həmin vaxt Rahibin onunla zarafat etməsindən əsəbləşərək çayxanada Rahiblə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, əsəbi olduğundan Rahibi sol göz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra çayxanada olan İsmayıl və Mehbalı adlı həmkəndliləri onu sakitləşdirmişlər. Onunla Rahib arasında baş vermiş mübahisə Yevlax rayonu Malbinəsi kəndində yerləşən çayxanada baş vermiş, mübahisə zamanı çayxanada həmin çayxananı işlədən İsmayıl və həmkəndlisi Mehbalı olmuşlar. Rahib ilə onun arasında baş vermiş mübahisə 5-10 dəqiqə davam etmişdir. Etmiş olduğu əməldən çox peşmandır. Törətdiyi əməldən səmimi peşman olduğunu, hazırda Yevlax rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birində avtoyuyucu işlədiyini, Zərərçəkmiş şəxsla barışdığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır. Əvvələr münasibətləri yaxşı olmuş, Tural ilə arasında hər hansı bir düşmənçiliyi, ədavəti olmamışdır. xx.xx.2022-ci tarixdə günorta saat 13 radələrində yaşadığı kənddə İlqar adlı şəxsin işlətdiyi çayxanada Mehbalı adlı şəxs ilə birlikdə damino oynamış, həmin vaxt çayxanaya onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs gəlmiş, sonuncu ilə əvvəllər onun arasında söyüşlə zarafatları olmuşdur. Həmin vaxt o, Tural ilə söyüşlə zarafat etmiş və bu zaman Tural onun etdiyi zarafatdan əsəbləşərək onunla mübahisə etməyə başlamış, Turala zarafat etdiyini bildirmiş, lakin Tural buna məhəl qoymayaraq çayxanada olan insanların yanında onun üzərinə gələrək sol gözaltı nahiyyəsindən bir neçə dəfə zərbə ilə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt nə baş verdiyini və Turalın onu niyə vurmasını anlamamışdır. Belə ki, onlar Tural ilə bir birilərini uşaqlıqdan tanımış və o Turaldan bu hərəkətləri gözləməmişdir. Tural onu təkrar vurmaq istəyərkən çayxanada olan digər şəxslər onu sakitləşdirmişlər. Həmin vaxt çayxanda olan İsmayıl və Mehbalı Turalı ondan uzaqlaşdırmışlar. Turala qarşı hər hansı bir fiziki güc tətbiq etməmiş, Tural onu ani bir anda yumruqla vurub xəsarət yetirmişdir. Tural ilə onun arasında mübahisə yaşadığı Yevlax rayonu Malbinəsi kəndində İlqarın işlətdiyi çayxanada olmuş və mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Mübahisə zamanı çayxanada başqa kənd sakinləri də olmuş, lakin o, həmin şəxsləri konkret olaraq xatırlamır. Təqsirləndirilən şəxs onunla barışıq əldə etdiyi üçün hazırda ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Malbinəsi kəndində Teyyub adlı şəxsə məxsus olan kəndin mərkəzində yerləşən çayxananı Teyyubla arasında olan şifahi razılığa əsasən icarəyə götürüb işlətmişdir. Həmin çayxananı 2022-ci ilin mart, aprel və may aylarına qədər işlətmişdir. X4 kənd sakini kimi tanıyır, eyni zamanda Təqsirləndirilən şəxs də kənd sakini olaraq tanımışdır. Onların heç biri ilə düşmənçiliyi və ədavəti olmamış, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində çayxanada olarkən həmin vaxt çayxanada Rahib ilə Tural arasında sözlə mübahisələri yaranmışdır. Rahib ilə Tural sözlə mübahisə etdikdən sonra çayxanadan bayıra çıxmışlar. Onlar çayxanada mübahisə edərkən biri-birilərinə qarşı yüksək səslə nalayiq sözlər demişlər. O, Rahib ilə Turalın bayıra çıxdıqdan sonra biri-biriləri ilə dalaşmalarını və Rahibin Tural tərəfindən vurularaq döyülməsini görməmiş və onların arasında yaranmış mübahisənin nə səbəbdən yaranmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); məhkəmə tibbi ekspertizasının 26 mart 2022-ci il tarixli, 209 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sol gözaltı nahiyyənin qançırı, sol gözün ağlı qişasının iç bucağına qansızma, sol gözaltı nahiyyənin dərialtı hematoması küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətinə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir.(iş vər.9-10); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(iş vər.19); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-də şübhəli şəxs qismində tutulmuşdur (iş vər.35); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 iyun 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(iş vər. 54-55); Azərbaycan Respublikası Qarabağ Müharibəsi əlilləri, vetranları, və şəhid ailələri İctimai Birliyinin 002050 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. (iş vər.58); № İ-17547 saylı xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (iş vər.59); Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 13 iyun 2022-ci il tarixli, PHŞ-1314/22 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon psixo-nevroloji kabinetdə qeydiyyatda dayanmır. (iş vər.63); X2 Yevlax rayon Narkoloji kabinetinin xx.xx.2022-ci il tarixli, 1112 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Narkoloji kabinetdə qeydiyyatda durmur. (iş vər.64); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və o, Təqsirləndirilən şəxs ilə barışmışdır; Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli özlərinin səmimi etiraf ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı qərarında izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Cinayət Məcəlləsinin cinayət məsiliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərin mövcud olması lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), törətdiyi cinayət əməlindən peşman olmasını, İİ Qarabağ müharibəsi veteranı olmasını, habelə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır və onun (CM-59.2) cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, 13 iyun 2022-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində polisin nəzatəti altına vermə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 09 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdən 15 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən islah işləri cəzasının müddətinə 1 günə 4 gün hesablanmaqla, 08 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində polisin nəzatəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-174/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-174/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver