Məhkəmə qərarları › İş №1(039)-175/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-175/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-175/2022 03.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi ev 10, mənzil 36-da qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə vahid niyyətlə ələ keçirmək niyyəti ilə xx.xx.2015-ci ildən xx.xx.2020-ci ildək olan müddətdə Aviasiya Təhlükəsizlik Baş İdarəsi "xxxx" Yevlax Aviasiya Şirkətində Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə qəsdən ələ keçirtmək məqsədi ilə 2019-cu ilin oktyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs işlədiyi Aviasiya Təhlükəsizlik Baş İdarəsi "xxxx" Yevlax Aviasiya Şirkətində Aviasiya Təhlükəsizlik Xidmətinə mühafizəçi işinə düzəldəcəyinə yalandan vəd verib aldatmaqla 2019-cu ilin dekabr ayındın əvvəllərində istintaqla müəyyən edilməyən gündə axşam saatlarında Yevlax rayonunun Yuxarı Qarxun kəndində yerləşən “Ağdam” adlanan kafedə Zərərçəkmiş şəxs 1500 manat pulunu almış, həmin pulu qəsdən ələ keçirtməklə Zərərçəkmiş şəxs 1500 manat maddi ziyan vuraraq qulluq mövqeyindən istifadə etməklə qəsdən dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, vaxtı ilə Zərərçəkmiş şəxs ilə birlikdə hərbi xidmətdə olduğundan onu uzun müddətdir tanımış, Zaurla münasibəti yaxşı olmuş, əsgər yoldaşı olduğu üçün ara-ara mobil telefonla danışmışdır. Bir dəfə mobil telefonla danışan zaman o, Zauru Yevlax rayonuna çay içməyə dəvət etmiş, 2019-cu ilin oktyabr ayının sonlarında dəqiq yadında qalmayan gündə axşam saatlarında Zərərçəkmiş şəxs Rövşən adında dostu ilə Yevlax rayonuna gəlmiş və onlar Yevlax şəhərində yerləşən “mayak” restoranında oturub çay içmişlər. Zaur onun Yevlax şəhər Aeroportunda işləməyini və oranın Təhlükəsizlik Xidmətinin rəisi olduğunu bilmişdir. Zərərçəkmiş şəxs heç bir yerdə işləmədiyi üçün o, Zaura aeroportda mühafizəçi ştatının boş olduğunu və Zauru həmin işə düzəldə biləcəyini demişdir. Zaur bununla razılaşmış və işləmək istədiyini demişdir. O, Zaura işə düzələ bilməsi üçün 1500 manat pul verməli olduğunu demiş və onlar razılaşmışlar. Həmçinin o, Zaura bir neçə sənəd toplamasını demişdir. Bundan bir müddət keçdikdən sonra 2019-cu ilin dekabr ayının əvvəllərində dəqiq yadında qalmayan gündə axşam saatlarında Zaur dostu Rövşənlə birlikdə Yevlax rayonuna gəlmiş və onlar Yevlax rayon Yuxarı Qarxun kəndində yerləşən “Ağdam” kafesində görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs ona onun işə düzəltmək üçün dediyi 1500 manat pulu və toplamış olduğu sənədləri vermişdir. O da həmin vaxt Zaurun qısa müddət ərzində, ən geci bir ay müddətində işə qəbul olunacağına və 500 manat miqdarında əməkhaqqı alacağına dair söz vermişdir. Lakin o, Zərərçəkmiş şəxs işə düzəltməmişdir. Belə ki, o, Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işləsə də onun işçi götürmək kimi bir səlahiyyəti yoxdur. Həmçinin o, kimisə işə götürməmiş və işə götürülməsi üçün hər hansı bir şəxslə danışmamışdır. Lakin o, tutmuş olduğu vəzifədən istifadə edərək özünün şəxsi ehtiyacları üçün pul lazım olduğuna görə Zərərçəkmiş şəxs 1500 manat pulunu almışdır. O, Aviasiya Təhlükəsizlik Baş İdarəsi "xxxx" Yevlax Aviasiya Şirkətində Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işlədiyi üçün Zərərçəkmiş şəxs onun işə düzəldəcəyinə inanmışdır. Lakin onun niyyəti Zaurun pulunu ələ keçirtmək olmuş, Zaur Musyevin pulunu aldadaraq ələ keçirən zaman hər hansı bir şəxslə qabaqcadan əlbir olmamış və bu barədə heç kimin məlumatı olmamış, həmçinin o, başqa heç kimi aldatmamış və pulunu ələ keçirməmiş, Zərərçəkmiş şəxs pulunu aldıqdan sonra onu işə düzəltmək üçün heç bir cəhd göstərməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 1999cu ildə onunla birlikdə 1 il N ay müddətində N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Onun Mahir ilə həmin vaxtdan münasibəti vardır. Təqsirləndirilən şəxsla onun münasibəti yaxşı olmuşdur. O, Mahirlə əsgər yoldaşı olduğu üçün ara-ara mobil telefonla danışmışlar. Bir dəfə mobil telefonla danışan zaman Təqsirləndirilən şəxs onu Yevlax rayonuna çay içməyə dəvət etmişdir. Yaşadığı Ləki qəsəbəsi ilə Yevlax şəhərinin arasında avtomobil ilə 15-20 dəqiqəlik yol vardır. O, 2019-cu ilin oktyabr ayının sonlarında dəqiq yadında qalmayan gündə axşam saatlarında Yevlax şəhərində yerləşən “Mayak” restoranında Təqsirləndirilən şəxsla görüşmüş və çay içmişdir. O, həmin vaxt Ağdaş rayonu Ləki kəndindən olan dostu Şahidla birlikdə gəlmişdir. O, Təqsirləndirilən şəxs Yevlax şəhər Aeroportunda işləməsini bilmişdir. Həmin vaxt söhbət əsnasında Təqsirləndirilən şəxs “aeroportda mühafiəçi ştatının boş olduğunu, istiyirsə onu orada işə düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs onun işsiz olduğunu bilmişdir. O, işsiz olduğu üçün Mahirə işləmək istədiyini demiş və Təqsirləndirilən şəxs həmin vaxt ona işə düzələ bilməyi üçün pul verməli olduğunu demişdir. O və Mahir danışaraq 1500 manat pul qarşılığında onun Aeroportda işə düzəlməyi üçün razılaşmışlar. Həmin vaxt Mahir ona pulu gətirən zaman şəxsiyyətini təsdiq edən sənədi, sağlamlıq haqqında arayış, məhkumluğunun olubolmaması haqqında arayış və s. bu kimi sənədləri gətirməsini demişdir. O, Mahir ilə razılaşmış və Rövşənlə birlikdə çıxaraq evə getmişdir. Bundan sonra 2019-cu ilin dekabr ayının əvvələrində dəqiq yadında qalmayan gündə o, Təqsirləndirilən şəxs demiş olduğu sənədləri topladığı və 1500 manat pulu düzəltdiyi üçün Mahirə zəng edərək hazır olduğunu bildirmişdir. Bu zaman Mahir ona Yevlax şəhərinə gəlməsini demişdir. O, dostu Şahidla birlikdə Yevlax şəhərinə gəlmiş və Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən “Ağdam” kafesində Təqsirləndirilən şəxsla görüşərək Mahirə 1500 manat pulu və toplamış olduğu sənədləri vermişdir. Təqsirləndirilən şəxs həmin vaxt ona qısa müddət ərzində, ən geci bir ay müddətində onun işə qəbul olunacağını və 450-500 manat miqdarında əməkhaqqı alacağını demişdir. Həmin vaxt onların yanında olan onun dostu Şahid bütün hadisələrin şahidi olmuşdur. Bundan bir müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs onu Yevlax şəhər Aeroportunda işə düzəltməmiş və onun pulunu geri qaytarmamışdır. O, bu barədə Təqsirləndirilən şəxsla dəfələrlə danışsa da Mahir müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bir müddətdən sonra Təqsirləndirilən şəxs onun mobil zənglərinə belə cavab verməmiş və o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun pulunu alan zaman niyyəti onu işə düzəltmək yox, onun pulunu ələ keçirtmək olmuşdur. Təqsirləndirilən şəxs ona Yevlax şəhər X1 Xidmətinin rəisi olduğunu və aeroporta işçi götürmək səlahiyyətinə məxsus olduğunu dediyi üçün o, Təqsirləndirilən şəxs inanaraq onu Yevlax şəhər aeroportunda işə düzəltməsi üçün Mahirə 1500 manat pul vermişdir. Şahid Əhmədiyyə oğlu məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid Əhmədiyyə oğlunun ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun dostudur. 2019-cu ilin oktyabr ayının sonlarında dəqiq yadında qalmayan gündə Zərərçəkmiş şəxs ona Yevlax şəhər Aeroportunda vəzifədə işləyən dostu ilə görüşməyə getdiyini və onunda da Zaurla birlikdə getməsini bildirmiş, o da Zaurla razılaşmış və Yevlax şəhərində yerləşən “Mayak” adlı kafeyə getmişlər və orada Təqsirləndirilən şəxsla görüşmüşlər. O, Təqsirləndirilən şəxs həmin vaxta kimi tanımamış və görməmişdir. Orada Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs sonuncunun Yevlax şəhər aeroportunda işə düzəldilməsi barədə söhbət etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt Zauru işə düzəldə bilməsi üçün Zaurun pul verməli olduğunu demiş, onlar danışaraq 1500 manat pul qarşılığında Zaurun Aeroportda işə düzəlməyi üçün razılaşmışlar. Həmin vaxt Mahir Zaura pulu gətirən zaman şəxsiyyətini təsdiq edən sənədi və hazırda yadında qalmayan bir neçə sənədləri gətirməsini demişdir. Zaur ilə Mahir razılaşdıqdan sonra o, Zaurla birlikdə çıxaraq evə getmişlər. Bundan sonra 2019-cu ilin dekabr ayının əvvələrində dəqiq yadında qalmayan gündə Zaur ona zəng edərək Təqsirləndirilən şəxs demiş olduğu pulu düzəltdiyini və birlikdə Yevlax şəhərinə getmələrini xahiş etmişdir. O və Zaur Yevlax rayon Yuxarı Qarxun kəndində yerləşən “Ağdam” kafesində Təqsirləndirilən şəxsla görüşmüş və Zaur Mahirə 1500 manat pulu və toplamış olduğu sənədləri vermişdir. O, həmin vaxt onların yanında olmuş, hər şeyi görmüş və onların danışdıqlarını eşitmişdir. Təqsirləndirilən şəxs həmin vaxt Zaura qısa müddət ərzində, ən geci bir ay müddətində işə qəbul olunacağını və 450-500 manat miqdarında əməkhaqqı alacağını bildirmiş, lakin məlum olduğu kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işə düzəltməmiş və Zaurun pulunu qaytarmamışdır. Onun bundan başqa hər hansı bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs oğunun müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); Təqsirləndirlən şəxs məcburi qaydada gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi qaydada gətirilməsi elan edilmişdir (iş vər. 44); Təqsirləndirlən şəxs haqqında axtarış elan edilməsi və tutulması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulduqda Yevlax rayon polis şöbəsinə təhvil verilməsi qərara alınmışdır. (iş vər.53-54); Yevlax rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir (iş vər. 58); İttiham elan etmək üçün şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulmuşdur (iş vər. 61-62); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vər.95-97); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( iş vər. 46); Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və onlara qarşı heç bir şikayət və tələbi yoxdur; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, habelə ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq, təyin edilmiş cəza yüngülləşdirilməli (CM-69.4), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib, 4500 (dörd min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə Təqsirləndirilən şəxs şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 4200 (dörd min iki yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar