Məhkəmə qərarları › İş №1(039)-176/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-176/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-176/2021 22.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1969-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq 1 ədəd göy-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,605 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 06 avqust 2021-ci il tarixdə saat 22:30 radələrində Yevlax şəhəri, Q.B.Zərdabi küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, saat 22:55 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 05 avqust 2021-ci il tarixdə, Q.B.Zakir küçəsində yolun kənarından bir ədəd kağız bükülü tapıb götürərək açmış və içində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin heroini sonra istifadə etmək üçün əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Növbəti gün 06.08.2021-ci il tarixdə, saat təxminən 22.00 – 22.30 radələrində yaşadığı küçədə olan zaman 2 nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və ona polis şöbəsinə getməyi təklif etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirilmişdir. Baxış zamanı üzərində saxladığı bir kağız bükülü əynindəki şalvarının sağ yan cibindən aşkar olunmuşdur. Etiraf etmişdir ki, narkotik vasitələrdən istifadə edir, bükülüdə olan narkotik maddə olan heroindir. Ondan öncəki gün yerdən tapmış və sonra istifadə etmək üçün cibində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1, bildirmişdir ki, Yevlax RPŞ Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 avqust 2021-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməklə üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında şöbənin rəhbərliyinə raportla müraciət etmiş və müvafiq qərarla əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri, Q.B.Zakir küçəsinə getmişlər. Saat təxminən 22:30-da həmin ərazidə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinin inzibati binasına getmişdir. Burada müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs özü, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd kağız bükülü çıxarıb təqdim etmişdir. Bildirmişdir ki, bükülü ona məxsusdur, bükülünün içində olan heroindir, bükülünü yaşadığı küçədə yolun kənarından tapmışdır və özü istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitə tərəzidə çəkilmiş və sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şahid X1 bildirmişdir ki, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. 06 avqust 2021-ci il tarixdə əməliyyat qrupunun üzvü olaraq Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə onun üzərində baxış keçirilərkən üzərindən bir ədəd kağız bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülünü yaşadığı küçədə tapmış və istifadə etmək üçün saxlamışdır, içində olan maddə isə narkotik maddə olan heroindir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sağ yan cibindən bir ədəd göy rəngli bükülünün aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X2 07 avqust 2021-ci il tarixli 17/586 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş...kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,605 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. (səh.39) Məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2021-ci il tarixli 1218 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.91) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, eyni zamanda anasının onun himayəsində olmasını, habelə törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Onun şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxıl Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X3 saxlanılan 0,555 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 71.94 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 150 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdən 08 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 22 dekabr 2021-ci il tarixdən hesablansın . Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut - X3 saxlanılan 0,555 qram çəkidə narkotik vasitə olan heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri-71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 150 (yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar