Məhkəmə qərarları › İş №1(039)-177/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-177/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-177/2022 20.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 06 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Yevlax şəhəri, Nizami prospekti, ev 39, mənzil 7-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını gizli talama məqsədilə 10 mart 2022-ci il tarixdən 24 mart 2022-ci il tarixdə saat 12 radələrinədək olan müddətdə vahid niyyətlə Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq oradan cəmiyyətə məxsus 400 manat dəyərində olan 2 kub işlənmiş vəziyyətdə şam ağacından olan taxtaları və 500 manat dəyərində 250 metr ölçüdə 20 mm-lik işlənmiş vəziyyətdə olan armaturları gizli yolla talayaraq "xxxx" ASC-nə ümumilikdə cəmi 900 (doqquz yüz) manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq oradan cəmiyyətə məxsus 2 kub işlənmiş vəziyyətdə şam ağacından olan taxtaları və 250 metr ölçüdə 20 mm-lik işlənmiş vəziyyətdə olan armaturları gizli yolla oğurlamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmişdir və zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şiakyət və tələbi yoxdur. Məhkəmədən əməlini səmimi etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənildiyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə cəmiyyətin həyətindən 1000 manat dəyərində taxta və armatur oğurlanmışdır. Sonuncu dəfə cəmiyyətin həyətindən armatur oğurlanarkən Arzu oğurluq edən şəxsi müəyyən etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Yevlax şəhəri, Ordubadi küçəsində yerləşən fəaliyyətini dayandırmış "xxxx" ASC-də mühafizəçi işləyir. xx.xx.2022-ci il tarixdə işlənmiş vəziyyətdə olan 300 manat dəyərində 250 metr uzunluğunda 20 diametirlik armatur və 700 manat dəyərində 2 kub şam ağacından olan 5-lik taxtaları sökdürərək həyətə yığdırmışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində söküntü apardığı yerdə olarkən söküntü aparılan yerdən 200 metr aralıda evlərin arxa tərəfində motosiklet səsi eşitmiş və oraya getmişdir. Həmin vaxt görmüşdür ki, tanıdığı Habil adlı şəxs cəmiyyətə məxsus armaturları oğurlayaraq motosikletə yığır. O, Habilin yanına getmiş və motosikletə yığılmış armaturların cəmiyyətə məxsus olduğunu deyərək onun üstünə yeriyib onu tutmaq istəmişdir. Lakin Habil qaçdığına görə onu tuta bilməmişdir. Motosikleti idarə edən tanıdığı Kamran adlı şəxs onu oraya Habilin çağırdığını, armaturların Habilə məxsus olduğunu və Habilin armaturları oğurlamasından xəbərinin olmadığını bildirmişdir. Bundan sonra cəmiyyətin həyətinə getmiş və görmüşdür ki, həyətə yığdığı 250 metir armatur və 2 kub 5-lik şam ağacından olan taxta yerində yoxdur. Taxta və armaturlar 10 mart 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə oğurlanmışdır. Həmin materialları Habilin oğurladığını bildiyi üçün polis şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, fərdi əməklə məşğuldur. xx.xx.2022-ci il tarixdə qonşusu Akifə məxsus «Muravey» markalı motosikletlə evə gedərkən, qonşusu Xalis onu saxladaraq ona fəaliyyətini dayandırmış taxıl qəbulu məntəqəsinin qarşısındakı küçədə qonşuları Habilin metal yığdığını və Akifin də motosiklet ilə gəlsə gəlib metalı aparmağa köməklik etsin demişdir. O, Akifin gec gələcəyini və Habilin qonşuları olduğu üçün metalı gətirmək üçün Habilin olduğu yerə getmişdir. Taxıl qəbulu məntəqəsinə keçib küçə ilə gedərkən küçədə Habili görüb dayanmışdır. Habil küçəyə yığdığı armaturları motosikletə yığmağa başlamışdır. Habil armaturların oğurluq olmadığını və sökülmüş barak evlərindən topladığını demişdir. Həmin vaxt oraya taxıl qəbulu məntəqəsinə nəzarət edən Arzu adlı şəxs gəlmişdir. Arzu Habilin motoskletə yığdığı armaturların cəmiyyətə məxsus olduğunu və Habilin armaturları oğurladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin əmtəəşünaslıq ekspertizasının 10 may 2022-ci il tarixli 9/2444 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq normal vəziyyətdə 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminə 900 manat müəyyən olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-69/2020 nömrəli hökmümün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2 (iki) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-75/2022 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(039)-69/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunduğu 2 (iki) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 06 (altı) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəza çəkmə müddətinin əvvəli 16 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin nümayəndəsi, Zərərçəkmiş şəxs ilə barışıq əldə edərək, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5ci maddəsinə əsasən 06 (altı) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 01 (bir) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməli və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, 25 ədəd armatur hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdən 27 mart 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıdığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən əvəzlənmiş 06 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 01 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, 25 ədəd armatur hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarısın. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar