Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-178/2021 25.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1982-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 06 avqust 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, R.İbrahimov küçəsi, ev 14-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 noyabr 2021-ci il tarixdə Yevlax rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdə, saat təxminən 22:30 radələrində idarə etdiyi özünə məxsus “Mersedes Benz” markalı MO-666-SU nömrəli avtomobil ilə Yevlax şəhəri, Füzuli küçəsində hərəkətdə olarkən əvvəllər tanıdığı qonşusu Şahid1 əl edib avtomobili saxladaraq onu sərnişin qismində dəmiryolu vağzalı istiqamətində aparmasını bildirdikdən sonra o, Şahid1 avtomobilinə mindirib dəmiryolu vağzalı istiqamətində idarə edib hərəkətdə olan zaman Şahid1 üzərində narkotik vasitə olduğunu və polis əməkdaşlarının onun üzərində narkotik vasitə olmasından şübhələnərək onu izlədiklərini deyərək həmin narkotik vasitəni sonradan ona qaytarmaq şərtilə saxlamaq üçün əmanət olaraq Təqsirləndirilən şəxs vermək istədiyini bildirmiş, sonuncu bununla razılaşaraq Şahid1 8 ədəd qara rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,227 qram, 0,319 qram, 0,255 qram, 0,286 qram, 0,304 qram, 0,287 qram, 0,321 qram və 0,303 qram olmaqla ümumi təmiz çəkisi 2,302 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini sonradan Şahid1 geri qaytarmaq şərtilə əmanət olaraq saxlamaq məqsədilə əldə etməklə üzərində saxlayaraq daşımışdır. 04 avqust 2021-ci il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Füzuli küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 23:25-də müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən Şahid1 sonradan geri qaytarmaq şərtilə əmanət olaraq saxlamaq məqsədilə Təqsirləndirilən şəxs verdiyi 8 ədəd qara rəngli sellofan bükümlərdə ümumi təmiz çəkisi 2,302 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 04 avqust 2021-ci il tarixdə saat təxminən 22:30 radələrində özünə məxsus «Mersedes Benz E-220» markalı avtomobillə Yevlax şəhəri, Fizuli küçəsi ilə hərəkət edən zaman, Fizuli küçəsində yerləşən «Şahin» çörək evinin qarşısında onunla qonşuluqda yaşayan Şahid1 onu saxlatmış və onu Dəmiryol Vağzalına aparmasını xahiş etmişdir. O, Vahidlə razılaşaraq X5 aparmışdır. Dəmiryol Vağzalına çatdıqda Vahid isərisində 8 ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitəni saxlamağı xahiş etmiş, o, da həmin bükümlərdəki narkotik vasitəni şalvarının sol yanına qoyaraq saxlamışdır. Həmin gün saat 23 radələrində Fizuli küçəsində olan zaman 2 nəfər polis əməkdaşı özlərini təqdim edərək ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Zaur Bərxudarovu özünə vəkil seçmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, içərisində narkotik vasitə heroin olan sarı rəngli kapron qabı əynindəki şalvarın sol yan cibindən, özünə məxsus 1 ədəd «Samsung» markalı mobil telefonu isə əynindəki şalvarın sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Kapron qabın içərisində olan 8 ədəd bükülüdəki narkotik vasitə olan heroinin qonşuluqda yaşayan Şahid1 məxsus olduğunu, həmin heroini 04 avqust 2021-ci il tarixdə saat 22:45 radələrində Yevlax şəhəri X6 Əliyevin saxlamaq üçün ona verdiyini demişdir. Polis əməkdaşları bükülülərin içərisindəki kütlələrə baxaraq narkotik vasitə olan heroinə bənzədiyini demişlər. Təhqiqatçı heroinləri sellofan bükümlərlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisi 3,34 qram olmuşdur. Təhqiqatçı heroini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olduğunu və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis Şahid2 Ələkbər oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 04 avqust 2021ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Əlinin şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx xxxxxxxx 1982-ci il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri, R.İbrahimov küçəsi 14-də qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Əlinin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra Əlinin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 04 avqust 2021-ci il tarixli Ə-416-195-21 saylı əmri ilə onun, BNMİ-nin Qərb Regional şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi, polis mayoru X7 həmin qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 23 radələrində o, polis əməkdaşı Şahid3lə birlikdə Yevlax şəhəri Fizuli küçəsində Əliyə yaxınlaşaraq Əliyə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Əli üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Şahid3lə birlikdə Əlini Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X4yə təhvil vermiş və Əlinin gətirilməsi barədə raport yazmışdır. X2 tərtib etdiyi sənədlər əsasında Əlini şübhəli şəxs qismində tutmuşdur. Əli Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X9 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Mirzalı Əhmədzadə onun, Şahid3 və Zaur Bərxudarovun iştirakı ilə Əlinin üzərində şəxsi axtarış aparmışdır. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Əli əynindəki şalvarın sol yan cibindən bir ədəd kapron qutuda sellofana bükülmüş 8 ədəd bükülünü təqdim edərək bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, heroini onunla qonşuluqda yaşayan Şahid1 saxlamaq üçün ona verdiyini və bu səbədən də üzərində saxladığını bildirmişdir. X4 bükülüləri açmış və bükülülərdə heroinə bənzər kütlələrin olduğunu görmüşdür. Mirzalə Əhmədzadə həmin kütlələri sellofan bükümlərlə birlikdə elektiron tərəzidə çəkmiş, çəkisi 3,34 qram olmuşdur. Mirzalı Əhmədzadə zərfdə qablaşdırdığı maddənin heroin olubolmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Əlinin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Mirzalı Əhmədzadə protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirksçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, narkotik vasitə olan heroindən təxminən 5-6 aydır ki, istifadə edir. 2021-ci il avqust ayının 2-də Vüsal adlı şəxsə 150 manat pul verərək əvəzində 10 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin almış və özü istifadə etmək üçün üzərində saxlamışdır. 04 avqust 2021-ci il tarixdə saat təxminən 22:30 radələrində Yevlax şəhəri, Fizuli küçəsində yerləşən “Şahin” çörək evinin qarşısında Əlinin maşınına oturmuşdur. Avtomaşına oturandan sonra Əliyə «məni dəmiryol vağzalına apar» demiş, Əli buna etiraz etməyərək onu dəmiryol vağzalına aparmışdır. Dəmiryolvağzalına yaxınlaşan zaman polislərin dairədən döndüklərini görmüş və həmin vaxt üzərində olan 10 ədəd bükümdə narkotik vasitə olan heroinin 8 ədədini saxlamaq üçün Əliyə vermişdir. Qalan 2 ədəd bükümdə narkotik vasitə heroini üzərində saxlayaraq Əlinin maşınından düşmüş və Əli avtomoşını sürərək çıxıb getmişdir. Həmin axşam saat 23:35 radələrində Yevlax şəhəri, Nizami prospektində polislər ona yaxınlaşaraq özlərini təqdim edərək ona narkotik vasitə istifadə etməkdə, satışında və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Fərhad Məmmədovu özünə vəkil seçmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, içərisində narkotik vasitə heroin olan 2 ədəd bükülünü əynindəki şalvarın sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Bükülülərdəkinin narkotik vasitə olan heroin olduğunu, Vüsal adlı şəxsdən 150 manata 10 büküm heroin aldığını, həmin 10 büküm heroindən 8 ədəd bükümlərdə heroini saxlamaq üçün qonşusu Əliyə verdiyini, qalan 2 ədəd bükümdə olan heroini isə üstündə saxladığını bildirmişdir. Polis əməkdaşları bükülülərin içərisindəki kütlələrə baxaraq narkotik vasitə olan heroinə bənzədiyini demişlər. Təhqiqatçı heroinləri sellofan bükümlərlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisi 0,790 qram olmuşdur. Təhqiqatçı heroini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində heroin olan bir ədəd kapron qutuda sellofana bükülmüş 8 ədəd bükülünü əynindəki şalvarın sol yan cibindən çıxardıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2021-ci il tarixli 17/579 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərəindən aşkar edilmiş 8 ədəd bükümdə narkotik” sözləri yazılmış zərfin içərisindəki 08 (səkkiz) ədəd qara rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,227qr, 0,319qr, 0,255 qr, 0,286 qr, 0,304 qr, 0,287qr, 0,321qr, 0,303 qr, ümumi təmiz çəkisi-2,302 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroinlərdir. Tədqiqata sərf edildi-0,400 qram (hər ob.0,050 qram), qalıq-1,902 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 11 oktyabr 2021-ci il tarixli 17/731 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid1 üstündən aşkar edilmiş 2 (iki) ədəd narkotik maddə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd qara rəngli sellofan bükümlərdə olan heroinlər ilə üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8 ədəd bükümlərdə narkotik vasitə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 08 (səkkiz) ədəd qara rəngli sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. a) Heroinlərin ümumi təmiz çəkisi-0,488 qram, tədiqata sərf edildi 0,100 qram (hər ob-0,050 aram), qalıq-0,388 qram. b) Heroinlərin ümumi təmiz çəkisi-1,902 qram, tədqiqata sərf edildi-0,400 qram, (hər ob-0,050 qram), qalıq-1,502 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 19 oktyabr 2021-ci il tarixli 1269 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 avqust 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 4(039)-115/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü Zəhra və 2012-ci il təvəllüdlü Vilayət adlı iki azyaşlı uşağı var. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını və himayəsində iki azyaşlı uşağıının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 04 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,388 qram və 1,502 qram narkotik vasitə olan heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkiləri 0,388 və 1,502 qram olan heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 23 (iyirmi üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 138 (bir yüz otuz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-178/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-178/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver