Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-179/2021 14.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1997-ci il tarixdə ünvan 1lax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 01 oktyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, ünvan 1lax şəhəri, N.Nərimanov küçəsi, ev 79-da qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 dekabr 2021-ci il tarixdə ünvan 1lax rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə-heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda 0,238 qram və 0,241 qram miqdarlarda, cəmi 0,479 qram miqdarında narkotik vasitə-heroini əynindəki şalvarının sağ yan cibində iki ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə saxlamış, ünvan 1lax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 24 avqust 2021-ci il tarixdə saat 12:30 radələrində, yaşadığı ünvan 1lax şəhəri, N.Nərimanov küçəsi, 79 nömrəli ev ünvanının qarşısında saxlanılıb ünvan 1lax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 13:25 dəqiqədən saat 13:55 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən iki ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda 0,238 qram və 0,241 qram miqdarlarda, cəmi 0,479 qram miqdarında narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ünvan 1lax şəhərində doğulmuş və ailə üzvləri ilə birlikdə ünvan 1lax şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, dolanmaq üçün ünvan 1lax şəhərində yerləşən atası Xəyyama məxsus sexdə avtomobil slesar ustası işləmişdir. 2021-ci ilin aprel ayından narkotik vasitə-heroin istifadə etmişdir. 23 avqust 2021-ci il tarixdə saat 18 radələrində ünvan 1lax şəhəri, H.Əliünvan 1 prospektində yerləşən istifadə edilməmiş Aran Mehmanxanasına getmişdir. Mehmanxananın içərisində yerdə iki ədəd ağ rəngli kağız bükümün olduğunu görmüşdür. Həmin bükümləri götürüb açmış və hər birinin içərisində təxminən 0,2 qram miqdarında heroin olmuşdur. Həmin heroini istifadə etmək üçün götürüb əynindəki şalvarının cibinə qoymuşdur. Heroini istifadə etməmiş və üzərində saxlamışdır. 24 avqust 2021-ci il tarixdə saat 12:30 radələrində N.Nərimanov küçəsində yaşadığı evin yaxınlığında olan zaman iki büküm heroin əynindəki şalvarının sağ yan cibində olmuşdur. Həmin vaxt ünvan 1lax rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə-heroin istifadəsi ilə məşğul olduğunu, həmin maddədən saxlamağı barədə məlumat aldıqlarını və üzərində şəxsi axtarış aparılmalı olduğunu demişlər. Polis əməkdaşlarının onu polis şöbəsinə gətirməsinə və polis şöbəsində üzərində şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir. Polis əməkdaşları onu ünvan 1lax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirib onu tutmuşdur. ünvan 1lax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olub Zaur Bərxudarovu özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı Zauru ünvan 1lax rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərindəki qanunsuz əşyaları çıxarıb təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əynindəki şalvarının sağ yan cibində olmuş iki ədəd gümüşü rəngli bükümdəki heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. İki ədəd bükümün içərisindəki maddənin heroin olduğunu, heroini yerdən tapıb əldə etdiyini və istifadə etmək üçün üzərində saxladığını demişdir. Həmin vaxt əynindəki şalvarın sağ yan cibindən iki ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda 0,238 qram və 0,241 qram, cəmi 0,479 qram miqdarında narkotik vasitə-heroin aşkar edilmişdir. Aşkar edilmiş həmin heroin ona məxsus olmuşdur. O, narkotik vasitə istifadəçisi olmuş, həmin heroini də özü istifadə etmək üçün yerdən tapıb əldə etmiş və üzərində saxlamışdır. Polis əməkdaşları bükümlərin içərisindəki maddəyə baxaraq heroinə bənzədiyini demişlər. Təhqiqatçı heroini bükümləri ilə birlikdə ağ rəngli zərfə qoymuş, zərfin açıq yerini yapışdırmışdır. O və müdafiəçisi Zaur Bərxudarov zərfin üzərinə imza çəkmişlər. Təhqiqatçı heroini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən ünvan 1lax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1lax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvvəkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir. ünvan 1lax şəhərində yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə 24 avqust 2021-ci il tarixdə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Xəyalın şəxsiyyəti barədə məlumatları yoxlayaraq xx xxxxxxx 1997-ci ildə ünvan 1lax şəhərində doğulduğunu, ünvan 1lax şəhəri, N.Nərimanov küçəsi, ev 79-da qeydiyyatda olmaqla, həmin ünvanda yaşadığını müəyyən etmişdir. Daxil olmuş məlumatı həmin gün raportla ünvan 1lax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Xəyalın cinayət əməlini ifşa etmək üçün ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildi. Bundan sonra o, Xəyalın barəsində əməliyyat tədbirlərinin keçirilməsi və üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul etmişdir. ünvan 1lax rayon polis şöbəsinin 24 avqust 2021-ci il tarixli Ə499-195-21 saylı əmri ilə onun, polis sahə rəisi Şahid2, X2in iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 12 radələrində o, polis əməkdaşı Şahid2lə birlikdə polis şöbəsindən çıxıb ünvan 1lax şəhəri, N.Nərimanov küçəsinə getmişdir. Saat 12:30 radələrində Xəyalın həmin küçədə yaşadığı evin qarşısında olduğunu görmüşlər və Xəyala yaxınlaşmışlar. Xəyala qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatının daxil olduğunu, Xəyalın saxlanılıb üzərində şəxsi axtarış aparılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini və üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Xəyal üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Üzərində şəxsi axtarış aparılması məqsədi ilə o, Şahid2lə birlikdə Xəyalı ünvan 1lax rayon polis şöbəsinin inzibati binasına gətirib X2ə təhvil vermişlər və Xəyalın gətirilməsi barədə raport yazmışdır. Şahin Fətullaünvan 1 onun tərtib etdiyi sənədlər əsasında Xəyalı şübhəli şəxs qismində tutmuşdur. Xəyal ünvan 1lax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra vəkil Zaur ünvan 1lax rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Şahin Fətullaünvan 1 onun, Şahid2 və Zaur Bərxudarovun iştirakı ilə Xəyalın üzərində şəxsi axtarış aparmışdır. Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. X3 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Şəxsi axtarış zamanı Xəyal əynindəki şalvarının sağ yan cibindən iki ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. X2 gümüşü rəngli iki ədəd kağız bükümləri açmış və bükümlərin içərisində narkotik vasitə-heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Xəyal bükümlərdəki maddənin heroin olduğunu, heroini 23 avqust 2021-ci il tarixdə axşam saatlarında ünvan 1lax şəhərində yerləşən Aran Mehmanxanasında yerdən tapdığını, özü istifadə etmək üçün heroinləri bükümlərdə götürüb üzərində saxladığını bildirmişdir. Şahin Fətullaünvan 1 narkotik vasitəni bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və götürmüşdür. Bundan sonra Xəyalın üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. Şahin Fətullaünvan 1 protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, ünvan 1lax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. ünvan 1lax şəhəri, N.Nərimanov küçəsi, ev 79-da qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə 24 avqust 2021-ci il tarixdə ünvan 1lax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində qərar qəbul etmişdir. Həmin gün saat 12:30 radələrində polis əməkdaşları Şahid1 və Şahid2 Xəyalı ünvan 1lax şəhəri, N.Nərimanov küçəsində saxlayıb ünvan 1lax rayon polis şöbəsinə gətirmiş və X2ə təhvil vermişlər. Şahin Fətullaünvan 1 ona Xəyalın üzərində şəxsi axtarış aparacağını, kamera vasitəsi ilə video çəkiliş aparmağını demişdir. İstifadəsində olmuş “Samsung” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Xəyalın üzərində aparılan şəxsi axtarışda onun vəkili Zaur Bərxudarov, polis əməkdaşları Şahid1 və Şahid2 iştirak etmişlər. Şəxsi axtarış zamanı Xəyal əynindəki şalvarının sağ yan cibindən iki ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. X2 gümüşü rəngli iki ədəd kağız bükümləri açmış və bükümlərin içərisində narkotik vasitəheroinə bənzər maddənin olduğu məlum olmuşdur. Xəyal bükümlərdəki maddənin heroin olduğunu, heroini 23 avqust 2021-ci il tarixdə axşam saatlarında ünvan 1lax şəhərində yerləşən istifadə edilməyən Aran Mehmanxanasında yerdən tapdığını, özü istifadə etmək üçün heroinləri bükümlərdə götürüb üzərində saxladığını bildirmişdir. Şahin Fətullaünvan 1 narkotik vasitəni bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və götürmüşdür. Bundan sonra Xəyalın üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. Şahin Fətullaünvan 1 protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, “Panasonic” markalı kamera vasitəsi ilə çəkdiyi 10 dəqiqə 49 saniyə müddətində olan videoçəkilişi bir ədəd diskə köçürüb Şahin Fətullaünvan 1ə təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində heroin olan iki ədəd gümüşü rəngli kağız bükümü əynindəki şalvarın sağ yan cibindən çıxardıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 24 avqust 2021-ci il tarixli 17/629 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 2 (iki) ədəd heroinə oxşar kütlələr” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd gümüşüağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,238 qram və 0,241 qram, ümumi təmiz çəkisi-0,479 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroinlərin ümumi ümumi təmiz çəkisi-0,479 qram, tədqiqata sərf edildi-0,10 qram, (hər obyektdən 0,05 qram), qalıq-0,379 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 1287 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 24 avqust 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 26 avqust 2021-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ünvan 1lax rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 4(039)-140/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək yəni, 01 oktyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ünvan 1lax rayon İHBnın 1 ünvan 1lax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 01 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ünvan 1lax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,379 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 avqust 2021-ci il tarixdən 26 avqust 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 01 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ünvan 1lax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,379 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 69 (altmış doqquz) manat 10 (on) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs ünvan 1lax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq ünvan 1lax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində ünvan 1lax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-179/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-179/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver