Məhkəmə qərarları › İş №1(039)-18/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-18/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-18/2021 09.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində xx xxxxxxx 2020-ci il tarixdə “polin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Nizami prospekti, ev 224-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, xx xxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində, ictimai yer hesab edilən Yevlax şəhəri, Nizami 237 ünvanındakı evin qarşısında olan küçədə, bir neçə ədəd şüşə butulka spirtli içki olan pivə içərək sərxoş vəziyyətdə, X3 ona çox miqdarda pivə içdiyindən daha içməməsini irad tutmasını bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan sonuncuya qarşı orada olan digər şəxsin yanında nalayiq söyüşlər söyməklə öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Həsən Bəkirovu əli ilə itələyib ona qarşı zor tətbiq etməklə qəsdən yerə yıxıb ona “aktiv və passiv hərəkətin məhdudluğu ilə müşayiət olunan, sağ aşıq baldır oynağının qançırı və dərialtı hematoması” xəsarətləri ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə yaxınlıqda yaşayan insanların və orada olan şəxsin dincliyini pozan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edib, ictimai qaydanı kobud surətdə pozub, şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi ifadəsində göstərdi ki, Yevlax şəhərində doğulmuş və ailəsi ilə birlikdə Yevlax şəhərində yaşayır. Yevlax şəhəri C.Kərimov küçəsi, ev 118-də yaşayan X1 yaşlarından tanıyır. Onun atası Ariflə Həsənin mərhum atası Bədirxan doğma əmi oğlu olmuşdur. Onun Həsənlə münasibəti yaxşı olmuş, aralarında dava-dalaş olmamışdır. O, gün ərzində Həsənlə birlikdə olmuş və vaxtlarını bir yerdə keçirmişlər. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində uzaq qohumu Cəlalla birlikdə olarkən pivə içməyi qərara almışdır. Cəlal Həsəni də çağırmağımı demişdir. Bundan sonra Cəlalla birlikdə Həsənin yaşadığı ünvana getmişlər və sonuncunu çağırmışlar. O, Cəlal və Həsənlə birlikdə mağazaya gedib bir neçə ədəd butulka pivə almışlar. Onlar piyada olaraq Nizami küçəsinə getmiş, həmin küçədə pivələri içmiş və ordan-burdan söhbət etmişlər. O, Cəlal və Həsən çox miqdarda, hər biri bir neçə butulka pivə içmişlər. Həmin vaxt onlar sərxoş vəziyyətə düşmüşlər. Saat 01 radələrində Həsən ona və Cəlala gecə saatlarının olduğunu, çox miqdarda pivə içdiklərini, yaşadığı evə getmələrini, yaşının az olduğu üçün yatmaq vaxtının olduğunu demişdir. O, Həsənin sözündən əsəbləşmiş və Həsənə “uşaq özünsən” demişdir. O, Həsənə nalayiq söyüşlər söymüş və Həsən onun üstünə gəlmişdir. O, Həsənə kənara çəkilməsini demişdir. Lakin, Həsən ona məhəl qoymayaraq üstünə gəlməkdə davam etmişdir. Həmin vaxt o, əli ilə Həsəni bərk formada itələmiş və Həsən sağ ayağı üstündə yerə yıxılmışdır. Həsən qışqırıb ayağının ağrıdığını demişdir. O, Cəlalla birlikdə Həsəni yerdən qaldırmışdır. Həsən sağ ayağından xəsarət aldığı üçün yeriyə bilməmişdir. O, Cəlalla birlikdə köməkli olaraq Həsəni yaşadığı evə aparmışdır. Məhkəmədən əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X6 oğlu məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini, hazırda Təqsirləndirilən şəxsla barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmə iclasına gələ bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən zərərçəkmiş şəxs X6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax şəhərində doğulmuş və ailəsi ilə birlikdə həmin şəhərdə yaşamışdır. O, xx xxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onu döyüb xəsarət yetirdiyini bildirmişdir. Mənsur onun qohumu olmuşdur. Mənsurun atası Ariflə onun mərhum atası Bədirxan doğma əmi oğlu olmuşdur. Onun Mənsurla da yaxşı münasibəti olmuş, aralarında dava-dalaş, ədavət və düşmənçilik olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində o, yaşadığı evdə olmuşdur. Həmin vaxt Mənsur Cəlalla birlikdə onun yaşadığı evə gələrək küçəyə çıxmağını, birlikdə gəzib söhbət etmələrini demişlər. O, evdən çıxaraq Cəlal və Mənsurla birlikdə Yevlax şəhəri C.Kərimov küçəsində gəzişmişdir. Bundan sonra onlar mağazaya gedərək bir neçə butulka pivə və siqaret almışlar. Onlar küçənin bir kənarına çəkilib oturaraq pivə içməyə başlamış və siqaret çəkmişlər. Nəticədə o, Cəlal və Mənsur sərxoş vəziyyətə düşmüşlər. Saat 01 radələri olmuşdur. O, Cəlal və Mənsura çox miqdarda pivə içdiyini, daha pivə içməmələrini, yaşadığı evə getmələrini, uşaq olduqları üçün yatmaq vaxtlarının olduğunu demişdir. Həmin vaxt Mənsur əli ilə onu itələmişdir. O, yerə yıxılmış və sağ ayağı yerə dəymişdir. Onun sağ ayağı ağrımışdır. Cəlal və Mənsur kömək edərək onu yaşadığı evə aparmışlar. Həmin gün səhər saatlarında anası Şəkərnaz onu Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. O, xəstəxanada tibbi yardım almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, Yevlax şəhərində doğulmuş və ailə üzvləri ilə birlikdə həmin şəhərdə yaşamışdır. X6 onun oğludur. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində o və oğlu həsən yaşadığı evdə olmuşlar. Həmin vaxt qohumları Mənsur və Cəlal onun yaşadığı evə gələrək Həsəni çağırmışlar. Həsən Mənsur və Cəlalla birlikdə olacağını, bir neçə saat sonra evə qayıdacağını demişdir. Bundan sonra Həsən evdən çıxaraq Cəlal və Mənsurla birlikdə getmişdir. O, isə yaşadığı evdə yatmışdır. Səhər açıldıqdan sonra saat 07 radələrində o, Həsənin sağ ayağından xəsarət aldığını, Həsənin ağsadığını və yeriyə bilmədiyini görmüşdür. Həsəndən nə baş verdiyini soruşmuşdur. Həsən ona gecə saatlarında Nizami küçəsində Mənsur və Cəlalla birlikdə pivə içib sərxoş vəziyyətə düşdüklərini, bundan sonra Mənsurun onunla mübahisə edib dalaşdığını, Mənsurun onu itələyib yerə yıxdığını, sağ ayağı üstündə yerə yıxıldığı üçün sağ ayağından xəsarət aldığını demişdir. Həsənin sağ ayağının diz nahiyəsinin arxa tərəfi qızarmış və şişmişdir. O, Həsəni Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. Həkimlər Həsənə tibbi yardım göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Yevlax şəhərində yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. X2 onun doğma bibisi qızı və həmçinin, onun mərhum əmisi oğlu Bədirxanın arvadı olmuşdur. Onun və ailə üzvlərinin Şəkərnaz və sonuncunun ailə üzvləri ilə yaxşı münasibəti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Şəkərnaz onun yaşadığı evə gələrək gecə saatlarında küçədə Mənsurun Həsəni döydüyünü, Həsənin ayağından xəsarət aldığını, Həsəni xəstəxanaya aparacağını demişdir. O, Şəkərnaza hadisədən xəbərinin olmadığını, gecə vaxtı yaşadığı evdə yatdığı üçün Mənsurun evə nə vaxt gəldiyini bilmədiyini demişdir. Şəkərnaz Mənsurun barəsində Yevlax rayon polis şöbəsinə şikayət etdiyini demişdir. O, Mənsurdan hadisə barədə soruşmuşdur. Mənsur ona gecə vaxtı Həsən və Cəlalla birlikdə mağazadan pivə alıb küçədə içdiklərini, bir neçə ədəd şüşə butulka pivə içdikdən sonra sərxoş vəziyyətə düşdüklərini, həmin vaxt aralarında sözlü mübahisənin baş verdiyini, Həsənlə dalaşdığını, bir-birinə nalayiq söyüşlər söydüyünü, əlləri ilə Həsəni itələyib yerə yıxdığını, Həsənin ayağının yerə dəyərək xəsarət aldığını, Həsənin ağsadığını, Cəlalla birlikdə Həsəni yaşadığı evə apardıqlarını demişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx xxxx 2020-ci il tarixli 428 saylı rəyindən görünür ki, X3 bədənində aşkar edilmiş xəsarət-aktiv və passiv hərəkətin məhdudluğu ilə müşayiət olunan, sağ aşıq baldır oynağının qançırı və dərialtı hematoması küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Yevlax rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 1(039)-48/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli qərarının 1.5-ci bəndi ilə təyin olunmuş cəzadan azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Yevlax rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 1(039)-48/2016 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş və ona “28 May Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli qərarının 1.8 bəndi tətbiq edilməklə cəzadan azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon psixonevroloji kabinetinin xx xxxxxxx 2020-ci il tarixli, 1575 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 221.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 0oğlunun üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Nizami prospekti, 224 saylı ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Yevlax rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia veriməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 33 (otuz üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 198 (bir yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar