Məhkəmə qərarları › İş №1(039)-18/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-18/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-18/2022 01.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas X2 Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxx 1997-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 30 sentyabr 2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 163-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 27 oktyabr 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Nizami prospekti, ev 234-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Eldar oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin sentyabr ayının 25-də saat 13:00 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus Yevlax rayon Xanabad kəndindəki yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra evə daxil olaraq evin yataq otağında olan şkafın siyirməsindən 266 manat dəyərində üzərində 01 ədəd rəngsiz, qiymətsiz şəffaf qaşlı, qırmızımtıl-sarı rəngli, üzərində gümüşü rəngli hissələri olan, 583/585 əyyarlı, 3,13 qram olan 01 ədəd qızıl üzük, 643 manat dəyərində üzərində 22 ədəd rəngsiz, hər biri 0,003 kt olmaqla ümumi ¾ kt, brilyant şəffaf qaşlı, sarı rəngli, üzərində “750” damğası olan, 750 əyyarlı, 5,60 qram olan 01 ədəd qızıl üzük, 303 manat dəyərində olan üzərində 01 ədəd rəngsiz, qiymətsiz şəffaf qaşlı, qırmızımtıl-sarı rəngli, kilidinin üzərində “585” damğası olan, 583/585 əyyarlı, 3,57 qram olan 01 cüt qızıl sırğa, 266 manat dəyərində kilidində “585” damğası olan, sarı rəngli, gümüşü rəngli hissələri olan, 583/585 əyyarlı, 3,13 qram olan 01 cüt qızıl sırğa, 46 manat dəyərində aypara və ulduz formalı, qırmızımtıl-sarı rəngli, alışqan hissəsində “585” damğası olan, 583/585 əyyarlı, 0,54 qram olan 01 ədəd qızıl kulon, 265 manat dəyərində şunur toxunuşlu, sarı rəngli, kilid və qulaqcıqlarında “MİDAS”, “585” və “14K” damğaları olan, 583/585 əyyarlı, 3,12 qram olan 01 ədəd qızıl boyunbağı və 10 manat dəyərində olan 01 ədəd qol saatını gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 1799 (min yeddi yüz doxsan doqquz) manat məbləğində ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin sentyabr ayının 25-də saat 13:00 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus Yevlax rayon Xanabad kəndindəki yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra evə daxil olaraq evin yataq otağında olan şkafın siyirməsindən 266 manat dəyərində üzərində 01 ədəd rəngsiz, qiymətsiz şəffaf qaşlı, qırmızımtıl-sarı rəngli, üzərində gümüşü rəngli hissələri olan, 583/585 əyyarlı, 3,13 qram olan 01 ədəd qızıl üzük, 643 manat dəyərində üzərində 22 ədəd rəngsiz, hər biri 0,003 kt olmaqla ümumi ¾ kt, brilyant şəffaf qaşlı, sarı rəngli, üzərində “750” damğası olan, 750 əyyarlı, 5,60 qram olan 01 ədəd qızıl üzük, 303 manat dəyərində olan üzərində 01 ədəd rəngsiz, qiymətsiz şəffaf qaşlı, qırmızımtıl-sarı rəngli, kilidinin üzərində “585” damğası olan, 583/585 əyyarlı, 3,57 qram olan 01 cüt qızıl sırğa, 266 manat dəyərində kilidində “585” damğası olan, sarı rəngli, gümüşü rəngli hissələri olan, 583/585 əyyarlı, 3,13 qram olan 01 cüt qızıl sırğa, 46 manat dəyərində aypara və ulduz formalı, qırmızımtıl-sarı rəngli, alışqan hissəsində “585” damğası olan, 583/585 əyyarlı, 0,54 qram olan 01 ədəd qızıl kulon, 265 manat dəyərində şunur toxunuşlu, sarı rəngli, kilid və qulaqcıqlarında “MİDAS”, “585” və “14K” damğaları olan, 583/585 əyyarlı, 3,12 qram olan 01 ədəd qızıl boyunbağı və 10 manat dəyərində olan 01 ədəd qol saatını gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 1799 (min yeddi yüz doxsan doqquz) manat məbləğində ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 25 sentyabr 2021-ci il tarixdə saat təxminən 13:00 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 yaşadığı evdə olarkən onların evinə gəlmiş və onu yuxudan oyadaraq oğurluq etmək təklifini etmişdir. O, Təqsirləndirilən şəxs2 ilə razılaşmış, saat təxminən 13:30 radələrində birlikdə tanımadıqları yol ilə keçən avtomobillərin biri ilə Yevlax rayonu, Xanabad kəndinə getmişlər. Xanabad kəndində biraz gəzdikdən sonra tanımadıqları bir evin qapısının bağlı olduğunu görüb və həmin evdə heçkimin olmadığını bilib hasarından keçmək yolu ilə həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra Səddam ilə o evin qapısının açıq olduğunu görüb evə daxil olmuşlar. Evdə olan otaqlardan qiymətli əşya axtarmağa başlamışlar. Həmin otaqlardan birində şkaf olduğunu görüb o, həmin şkafa yaxınlaşmışdır. Şkafı açmış, şkafın içərisinə baxıqda şkafın içərisində olan saxlanc yerində açıq şəkildə 1 ədəd qaşlı qızıl üzük, 1 ədəd sadə qızıl üzük, 2 dəst qızıl sırğa, 1 ədəd boyunbağı, 1 ədəd ay-ulduz şəkilli qızıl klon və 1 ədəd qol saatının olduğunu görmüşdür. Həmin qızılları və qol saatını həmin yerdən götürmüş və cibinə qoymuşdur. Bundan sonra o Səddam ilə birlikdə evdən oğurluq etdikdən sonra həyətdən hasardan keçmək yolu ilə küçəyə çıxaraq Yevlax şəhərinə qayıtmışlar. Yevlax şəhərinə qayıdan zaman o, yolda evdən oğurladıqları qızılları və qol saatını satmaq üçün Səddama vermişdir. Səddam qızılları və qol saatını satdıqdan sonra pulu onunla yarı bölüşəcəyini bildirmişdir. 28.09.2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onun yaşadığı evə gəlmişlər və ona oğurluqda şübhəli olduğumu bildirirək onlarla polis şöbəsinə getməyini təklif etmişlər. O, da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmanlıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 25 sentyabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ona xəstəliyinin olduğunu və həmin xəstəliklə əlaqədar pul qazana biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs1la pul qazanmaq barədə razılaşmış və təxminən saat 13:30 radələrində onlar birlikdə tanımadıqları yol ilə keçən avtomobillərin biri ilə Yevlax rayonu, Xanabad kəndinə getmişlər. Xanabad kəndində biraz gəzdikdən sonra tanımadıqları bir evin qapısının bağlı olduğunu görüb və həmin evdə heçkimin olmadığını bilib, evin hasarından keçmək yolu ilə həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra Hüseyn ilə o, evin qapısının açıq olduğunu görüb evə daxil olmuşlar. Evdə olan otaqlardan qiymətli əşya axtarmağa başlamışlar. Həmin otaqlardan birində şkaf olduğunu görüb Hüseyn həmin şkafa yaxınlaşmış, şkafı açmış, şkafın içərisinə baxdıqda şkafın içərisində olan saxlanc yerində açıq şəkildə 1 ədəd qaşlı qızıl üzük, 1 ədəd sadə qızıl üzük, 2 dəst qızıl sırğa, 1 ədəd boyunbağı, 1 ədəd ay-ulduz şəkilli qızıl klon və 1 ədəd qol saatının olduğunu görmüşdür. Hüseyn həmin qızılları və qol saatını həmin yerdən götürmüş və cibinə qoymuşdur. Onlar birlikdə evdən oğurluq etdikdən sonra həyətdən hasardan keçmək yolu ilə küçəyə çıxmış və Yevlax şəhərinə qayıtmışlar. Yevlax şəhərinə qayıdan zaman Hüseyn yolda evdən oğurladıqları qızılları və qol saatını satmaq üçün ona vermişdir. O, qızılları və qol saatını satdıqdan sonra pulu Hüseynlə yarı bölüşəcəyini bildirmişdir. 28.09.2021-ci il tarixdə axşam saatlarında Hüseynin tutulduğunu eşitmişdir. Elə həmin gün yaşadığı evdə saxladığı qızılları anası Şahid təhvil vermişdir. Anasına qızılzinət əşyalarını verərkən həmin qızılların özünə məxsus olduğunu bildirmişdir. Qol saatını isə cibində qırıldığı üçün zibilliyə atmışdır. Bbundan sonra qorxduğu üçün Bakı şəhərinə qaçmış və gizlənməyə başlamışdır. 25 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonunda polis əməkdaşları tutub onu Yevlax RPŞ-yə gətirmişlər. Məhkəmədə son sözündə əməlindən səmimi peşmanlıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yevlax rayonu, Xanabad kəndində yerləşən fərdi yaşayış evi ona məxsusdur. 25 sentyabr 2021-ci il tarixdə səhər saatlarından etibarən ailə üzvləri Yevlax rayonu, Xanabad kəndində yaşayan atası Nəriman Məmmədovun evində, o isə 25.09.2021-ci il tarixdə saat 12:00 radələrinədək evdə olmuşdur. Daha sonra evdən çıxmış və çıxarkən qapını açıq qoymuşdur. O, evdə olmadığı zaman saat təxminən 15:30 radələrində həyat yoldaşı Leyla Məmmədova onun mobil telefonuna zəng edərək təcili evə gəlməyini bildirmişdir. O, da saat təxminən 16:00 radələrində Yevlax rayon Xanabad kəndində yerləşən yaşadığı fərdi yaşayış evinə getmişdir. Evə daxil olakən evin yataq otağında olan şkafın siyirməsindən ona məxsus olan üzərində 01 ədəd 583/585 əyyarlı qızıl üzük, 01 ədəd brilyant qaşlı 750 əyyarlı qızıl üzük, 02 cüt 583/585 əyyarlı qızıl sırğa, 01 ədəd aypara və ulduz formalı 583/585 əyyarlı qızıl kulon, 01 ədəd 583/585 əyyarlı qızıl boyunbağı və 01 ədəd qol saatının naməlum şəxs(lər) tərəfindən oğurlanmasını müəyyən etmişdir. Həmin gün ona məxsus olan qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verməsə də, bu barədə 27.09.2021-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədən təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini və hazırda onlardan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxs2 onun oğludur. 25.09.2021-ci il tarixdə o, yaşadığı Yevlax şəhəri, Nizami prospekti, 234-də yerləşən evində olmuşdur. Həmin gün oğlu Təqsirləndirilən şəxs2 evdə olmamışdır. 27.09.2021-ci il tarixdə günorta saatlarında evdə olan zaman oğlu Təqsirləndirilən şəxs2 Bakı şəhərinə getməli olduğunu deyərək, ona 02 ədəd qızıl üzük, 02 cüt qızıl sırğa, 01 ədəd aypara və ulduz formalı qızıl kulon və 01 ədəd qızıl boyunbağı vermişdir. Vermiş olduğu qızılların özünə məxsus olduğunu, qızılları pul ilə aldığını və saxlamağını tapşırmışdır. O, da Səddamın ona vermiş olduğu 02 ədəd qızıl üzük, 02 cüt qızıl sırğa, 01 ədəd aypara və ulduz formalı qızıl kulon və 01 ədəd qızıl boyunbağını Səddamdan götürüb evdə saxlamışdır. Biraz sonra Təqsirləndirilən şəxs2 Bakı şəhərinə getmiş və 25.10.2021-ci il tarixədək Yevlax şəhərinə qayıtmamışdır. 25.10.2021-ci il tarixdə Səddam Bakı şəhər ərazisində saxlanılaraq Yevlax RPŞ-yə gətirilmişdir. Həmin gün Yevlax polis şöbəsində olarkən Səddamın ona vermiş olduğu qızılları Zərərçəkmiş şəxs evindən oğurladığını bilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 dekabr 2021-ci il tarixli 6/5298 və 9/8572 saylı ekspert rəyindən görünür ki, üzərində 01 ədəd rəngsiz, qiymətsiz şəffaf qaşlı, qırmızımtıl-sarı rəngli, üzərində gümüşü rəngli hissələri olan, 583/585 əyyarlı, 3,13 qram olan 01 ədəd qızıl üzük- 266 manat, üzərində 22 ədəd rəngsiz, hər biri 0,003 kt olmaqla ümumi ¾ kt, brilyant şəffaf qaşlı, sarı rəngli, üzərində “750” damğası olan, 750 əyyarlı, 5,60 qram olan 01 ədəd qızıl üzük-643 manat, üzərində 01 ədəd rəngsiz, qiymətsiz şəffaf qaşlı, qırmızımtıl-sarı rəngli, kilidinin üzərində “585” damğası olan, 583/585 əyyarlı, 3,57 qram olan 01 cüt qızıl sırğa- 303 manat, kilidində “585” damğası olan, sarı rəngli, gümüşü rəngli hissələri olan, 583/585 əyyarlı, 3,13 qram olan 01 cüt qızıl sırğa-266 manat, aypara və ulduz formalı, qırmızımtılsarı rəngli, alışqan hissəsində “585” damğası olan, 583/585 əyyarlı, 0,54 qram olan 01 ədəd qızıl kulon-46 manat, şunur toxunuşlu, sarı rəngli, kilid və qulaqcıqlarında “MİDAS”, “585” və “14K” damğaları olan, 583/585 əyyarlı, 3,12 qram olan 01 ədəd qızıl boyunbağı- 265 manat. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə almaqla tədqiqata təqdim olunmuş məmulatların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1789,0 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda nəzəri qiymətləndirilməsi qeyd olunmuş tədqiqata təqdim edilməyən 01 ədəd qol saatının əlamətləri məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 28 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli, 4(039)-135/2021 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimakn tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 27 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2013-cü il təvəllüdlü Zina və 2021-ci il təvəllüdlü Zeynəb adlı iki azyaşlı uşağı var. Zərərçəkmiş şəx Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup təşkil etməklə, yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən əməli törətməkdə təqsirli olmaları öz etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onların zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmələri nəticəsində zərərçəkmiş şəxsin onlardan şikayətçi olmamasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərə görə səmimi peşman olmalarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onların məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 az ağır cinayət törətmələrini, onların cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 28 sentyabr 2021-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 25 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir və həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə maddi sbut kimi tanınmış 01 ədəd rəngsiz, qiymətsiz şəffaf qaşlı, qırmızımtılsarı rəngli, üzərində gümüşü rəngli hissələri olan, 583/585 əyyarlı, 3,13 qram olan 01 ədəd qızıl üzük, üzərində 22 ədəd rəngsiz, hər biri 0,003 kt olmaqla ümumi ¾ kt, brilyant şəffaf qaşlı, sarı rəngli, üzərində “750” damğası olan, 750 əyyarlı, 5,60 qram olan 01 ədəd qızıl üzük, üzərində 01 ədəd rəngsiz, qiymətsiz şəffaf qaşlı, qırmızımtıl-sarı rəngli, kilidinin üzərində “585” damğası olan, 583/585 əyyarlı, 3,57 qram olan 01 cüt qızıl sırğa, kilidində “585” damğası olan, sarı rəngli, gümüşü rəngli hissələri olan, 583/585 əyyarlı, 3,13 qram olan 01 cüt qızıl sırğa, aypara və ulduz formalı, qırmızımtıl-sarı rəngli, alışqan hissəsində “585” damğası olan, 583/585 əyyarlı, 0,54 qram olan 01 ədəd qızıl kulon və şunur toxunuşlu, sarı rəngli, kilid və qulaqcıqlarında “MİDAS”, “585” və “14K” damğaları olan, 583/585 əyyarlı, 3,12 qram olan 01 ədəd qızıl qızıl boyunbağı iş üzrə Zərərçəkmiş şəxs qəbz əsasında təhvil verilməsi nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 28 sentyabr 2021-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 02 (iki) il 03 (üç) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, 163 nömrəli evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 25 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Nizami prospekti, 234 nömrəli evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İşdə olan 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə maddi sbut kimi tanınmış 01 ədəd rəngsiz, qiymətsiz şəffaf qaşlı, qırmızımtılsarı rəngli, üzərində gümüşü rəngli hissələri olan, 583/585 əyyarlı, 3,13 qram olan 01 ədəd qızıl üzük, üzərində 22 ədəd rəngsiz, hər biri 0,003 kt olmaqla ümumi ¾ kt, brilyant şəffaf qaşlı, sarı rəngli, üzərində “750” damğası olan, 750 əyyarlı, 5,60 qram olan 01 ədəd qızıl üzük, üzərində 01 ədəd rəngsiz, qiymətsiz şəffaf qaşlı, qırmızımtıl-sarı rəngli, kilidinin üzərində “585” damğası olan, 583/585 əyyarlı, 3,57 qram olan 01 cüt qızıl sırğa, kilidində “585” damğası olan, sarı rəngli, gümüşü rəngli hissələri olan, 583/585 əyyarlı, 3,13 qram olan 01 cüt qızıl sırğa, aypara və ulduz formalı, qırmızımtıl-sarı rəngli, alışqan hissəsində “585” damğası olan, 583/585 əyyarlı, 0,54 qram olan 01 ədəd qızıl kulon və şunur toxunuşlu, sarı rəngli, kilid və qulaqcıqlarında “MİDAS”, “585” və “14K” damğaları olan, 583/585 əyyarlı, 3,12 qram olan 01 ədəd qızıl qızıl boyunbağı iş üzrə Zərərçəkmiş şəxs qəbz əsasında təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar