Məhkəmə qərarları › İş №1(039)-18/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-18/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-18/2023 30.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun Təqsirləndirilən şəxsin hüquqi varisi X2 iştirakı ilə xx xxxx 2001-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Yevlax rayonu, Nemətabad kəndində qeydiyyatda olmaqla, yaşayış cinayəti qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 08 sentyabr 2021-ci il tarixdə saat 21:30 radələrində AE 233136 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi Zərərçəkmiş şəxs oğluna məxsus “Mercedes Benz” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir-Bəhramtəpə yolunun Yevlax rayonunun Salahlı kəndindən keçən hissəsində Yevlax rayonundan Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaları ilə bağlı tələblərini pozaraq avtomobilin idarə etməsini itirərək avtomobilin asfalt yolun sağ tərəfindən kənara çıxaraq aşması nəticəsində avtomobildə arxa oturacaqda oturmuş sərnişin Zərərçəkmiş şəxs oğlunun qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ kürək sümüyünün akrominal çıxıntısının sınığı, bədən səthinin sıyrıqları ilə müşayət olunan sağlamlığa AZ AĞİR zərər vuran bədən xəsarətləri almasına və avtomobilin ön sərnişin oturacağında əyləşmiş Şahid1 sağlamlğına zərər vurmadığından dərəcəsi təyin edilməyən sağ mil-bilək oynağının sıyrığı xəsarəti almasına səbəb olan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu ifadəsində bildirmişdir ki, “Mercedes Benz E-220” markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, 08 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Yevlax rayon Nemətabad kəndində bacısı Gülnazın qızı Şərafətin evində qonaq getmişdir. Əhmədov X5 oğludur. O, onlarda şam yeməyi yeyən zaman spirtli içki olan araq qəbul etmiş və ordan çıxdıqdan sonra evə getmişdir. O, orada Təqsirləndirilən şəxs, Şahid1 ilə birlikdə oturmuşdur. O, evdə olan zaman Təqsirləndirilən şəxs və onun dosdu Şahid1 onun evimə gələrək onları Yevlax şəhərinə aparmağını xahiş etmiş, bu səbəbdən onlarla birlikdə getməyə qərar vermiş, lakin sərxoş olduğu üçün avtomobili idarə etməmişdir. O, 08 sentyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilin arxa oturacağında yatılı vəziyyətdə olmuş, həmin avtomobili idarə etməmişdir. Onun yolnəqliyyat hadisəsinin necə baş verməsi barədə hər hansı bir məlumatı olmamışdır. O, Mingəçevir şəhər Xəstəxanasında ayıldıqdan sonra yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bilmişdir. Həmin yol-nəqliyyat hadisəsi baş verən zaman - yəni qəza zamanı avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Ola bilsin ki, avtomobili evdən çıxan zaman Qabil idarə edər, lakin Qabilin sənədləri, yəni sürüclük vəsiqəsi olmadığı üçün Qabil şəhər ərazisində avtomobil idarə edə bilməz və bu səbəbdən də o, Qabilə avtomobil verməmişdir. O, Yevlax şəhərində marketdə düşüb pivə aldıqdan sonra avtomobilə əyləşdikdə avtomobilin sürücü oturacağında Elçinin olmasını görmüşdür. Ona görə də avtomobili Elçinin idarə etməsini demişdir. O, buna əmindir. O, həmin avtomobili sonralar oğlunun əməliyatına pul lazım oduğu üçün satmışdır. Ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində onun atası X4 tərəfindən ona dəymiş maddi ziyan bağlı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həm qohumu, həm də sinif yoldaşı olmaqla yaxın dost olmuşlar. O, 08 sentyabr 2021-ci il tarixdə axşam saatlarında evdə olan zamanı Elçin ona zəng edərək evlərində yaxşı balıq bişirildiyini və onu də dəvət etdiyini demiş, o da evdən çıxaraq Elçingilə getmiş, bu zaman İlham da gəlmişdir. Onlar orda çörək yemiş və spirtli içki olan araq qəbul etmişlər. Bundan sonra Natiq adlı həmkəndlisi İlhamın avtomobili ilə İlhamı evinə aparmış, həmin vaxtı onlar birlikdə İlhamın evinə getmiş, Natiq avtomobili İlhamın evinin həyətinə salaraq qayıtmışdır. Onlar da Elçin ilə birlikdə İlhamın evindən çıxaraq getmişdirlər. Lakin biraz keçmiş onlar Yevlax şəhərinə pivə içmək üçün getməyə qərar vermiş və yenidən İlhamın evinə qayıdaraq İlhama pivə içmək üçün Yevlax şəhərinə getmək istədiklərini və onlarla getməsini xahiş etdikdə sonuncu onlarla razılaşmışdır. O, sürücü oturacağında, Elçin ön sağ oturacaqda, İlham isə axra oturacaqda əyləşmiş və onlar Yevlax şəhərinə getmiş, Yevlax şəhərində yerləşən Nizami prospektində, yəni Yevlax rayon polis şöbəsindən Gəncə şəhəri istiqamətində gedərkən Yevlax rayon polis şöbəsindən keçdikdən sonra yolun sağında yerləşən marketdə saxlayaraq düşmüşlər. Daha sonra onlar marketdən çıxan zaman onun halı pis olduğundan avtomobilin sürücü oturacağına Elçin əyləşmiş və onlar Mingəçevir şəhəri istiqamətində hərkətə başlamış, yolda olan zaman Elçin öz mobil telefonu ilə avtomobildə USB ilə mahnı oxutduğundan ondan video çəkmək üçün telefonunu istəmiş və o, öz mobil telefonunu Elçinə vermişdir. Elçin onun telefonu ilə avtomobilin hansı sürətlə getməsini, yəni spidometirin videosunu çəkmiş və daha sonra onun telefonunu onun özünə qaytarmışdır. Bundan təxminən 3-5 dəqiqə sonra bilmədiyi səbəbdən avtomobil yoldan sağ tərəfə çıxaraq aşmışdır. Lakin həmin andan sonra onun yaddaşında heçnə qalmamışdır. 08 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Mecedes Benz E 200 CDİ” markalı avtomobil Yevlax rayon Salahlı kəndi ərazisində yoldan çıxaraq aşan zaman avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. O, həmin vaxt ön sağ oturacaqda oturmuşdur. Belə ki, o, avtomobili Yevlax rayonuna qədər idarə etsədə Yevlax şəhəri ərazisində marketə düşdükdən sonra onun halı pis olduğundan, həmçinin Mingəçevir şəhərinə gedəcəkləri üçün onun sürücülük vəsiqəsi olmadığından avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 08 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində tanıdığı taksi sürücüsü Şahid2 ilə birlikdə Yevlax rayonundan Mingəçevir şəhərinə getmişdir. O, Mingəçevirə Salahlı-Mingəçevir yolu ilə getmişdir. Həmin tarixdə saat 22 radələrində Yevlax rayon Salahlı kəndini Mingəçevir şəhəri istiqamətində keçdikdən sonra yolun sağ tərəfində avtomobillərin dayanmış olduğunu və çoxlu sayda insanın həmin yerə toplaşmış olduğunu gördüyü üçün yolnəqliyyat hadisəsi baş verdiyini başa düşərək avtomobili saxlamışdır. Çünki həmin yer yaşayış məntəqəsi olmamışdır. O və Niyazi avtomobildən düşərək insanlar toplaşan tərəfə getmiş və yolun sağ tərəfinə baxdıqda “Mercedes Benz” markalı avtomobilin yarasız vəziyyətdə ön hissəsi yola tərəf dayandığını görmüşdür. O və Niyaz dərhal avtomobilin yanına getdikdə avtomobilin ön sağ və sol tərəfində yaralılar olduğunu aşkar etmişdirlər. O, həmin şəxslərdən birini, yəni gənc olanını təcili tibbi yardıma qoymaqda, digərini isə minik avvtomobilinə qoymaqda köməklik göstərmişdir. Bundan sonra həmin yerdən çıxaraq getmişdirlər. O, yaralıları tanımamışdır. Həmin hadisə 08 sentyabr 2021-ci il tarixdə axşam saat 22 radələrində Yevlax rayon Salahlı kəndindən Mingəçevir şəhəri istiqamətində gedən zaman yolun sağ hərəkət zolağında baş vermişdir. O, hadisə yerinə çatdıqda avtomobilin sürücü oturacağında heç kim olmamış və o, həmin avtomobili kimin idarə etdiyini bilməmişdir. Həmçinin ora toplaşan şəxslərin avtomobili kimin idarə etməsi ilə bağlı hər hansı bir söz danışmalarını eşitməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 08 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində tanıdığı hərbiçi Şahid3 Yevlax rayonundan Mingəçevir şəhərinə aparmışdır. O, Mingəçevirə Salahlı-Mingəçevir yolu ilə getmişdir. Həmin tarixdə saat 22 radələrində Yevlax rayon Salahlı kəndini Mingəçevir şəhəri istiqamətində keçdikdən sonra yolun sağ tərəfində avtomobillərin dayanmış olduğunu və çoxlu sayda insanın həmin yerə toplaşmış olduğunu gördüyü yol-nəqliyyat hadisəsi baş verdiyini başa düşdüyü üçün avtomobili saxlamışdır. Çünki həmin yer yaşayış məntəqəsi olmamışdır. O Şahid3 avtomobildən düşərək insanlar toplaşan tərəfə getmiş və yolun sağ tərəfinə baxdıqda “Mercedes Benz” markalı avtomobilin yarasız vəziyyətdə ön hissəsi yola tərəf dayandığını görmüşdür. O və Niyaməddin dərhal avtomobilin yanına getdikdə avtomobilin ön sağ və sol tərəfində yaralılar olduğunu aşkar etmişdir. Niyaməddin yaralılar olduğunu gördüyü üçün dərhal Səhiyyə Nazirliyinin 103 xidmətinə zəng edərək təcili tibbi yardım çağırmışdır. O, hadisə yerinə çatdıqda avtomobilin sürücü oturacağında heç kim olmamış və o, həmin avtomobili kimin idarə etdiyini bilməmişdir. Həmçinin ora toplaşan şəxslərin avtomobili kimin idarə etməsi ilə bağlı hər hansı bir söz danışmalarını eşitməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respulikası Cinayət Proslessual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmsuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, mərhum Təqsirləndirilən şəxs törətmiş olduğu (yuxarıda qeyd edilən) əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Bununla yanaşı, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqında dindirilmiş və tədqiq edilmiş şəxslərin (zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, aşağıda göstərilən: istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işin mahiyyəti üzrə əhəmiyyətili olan digər sənədləri də sübut növləri kimi qəbul edir: Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 08 oktyabr 2021-ci il tarixli, 652 saylı rəyindən görünür ki, Şahid1 bədənində aşkar edilmiş xəsarətlər sağ-mil bilək oynağının sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı avtomobildə sərnişin qismində əyləşmiş şəxsdə törənməsi də istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (iş vər. 95-96); Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 09 sentyabr 2021-ci il tarixli 26 saylı rəyindən görünür ki, 2001-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs meyitində olan xəsarətlər baş beyinə qansızma ilə ağırlaşan kəllə əsası sümüklərinin xətti sınığı küt alətin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdilər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr bu növ xəsarətlərin avtomobildə sürücü qismində əyləşmiş şəxsdə törənməsini də istisna etmir. Mərhumun ölümünə bilavasitə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 8-10 saat əvvəl baş verdiyini göstərir. (iş vər. 97-99); Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 08 oktyabr 2021-cı il tarixli 653 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs oğlunda qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, sağ kürək sümüyünün akromila çıxıntısının sınığı, bədən səthinin sıyrıqları küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir, qərarın təsvir hissəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi nəticəsində, o cümlədən sağ oturacaqda (ola bilsin arxa sağ) sərnişin qismində əyləşmiş şəxsdə törənməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətlərə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. (iş vər. 100-101); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.114); Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2021-ci il tarixli, 6/4903 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, “Mercedec Benz E200 CDİ” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağına məxsus olduğu qeyd edilən oturacaq və söykənəcək hissələrinə keçirilmiş üzlük və oturacağin oturacaq hissəsinə məxsus olduğu qeyd edilən parça hissələrinin və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəldə göstərilmişdir. Təqdiqata təqdim edilmiş, “Mercedec Benz E200 CDİ” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin ön sol oturacağına məxsus olduğu qeyd edilən oturacaq və söykənəcək hissəsinə keçirilmiş üzlüyün səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 154.16 manatdır. (iş vər. 115-121); Cinayət işinin materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin Yevlax RQİ və TBŞ-nin xx.xx.2021-ci il tarixli 309-2168-1221 nömrəli məktubdan görünür ki, DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə AE 233136 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir (etibarlılıq müddəti – xx.xx.2028-ci il tarixədək). Təqsirləndirilən şəxs DİN-in MİS-də olan məlumata əsasən sürücülük hüququndan məhdudlaşdırılmamışdır. ( iş vər.183); Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2022-ci il tarixli, 8/280 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedec Benz E200 CDİ” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğnsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə. hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. (iş vər. 196-198); Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının cavab raportdan görünür ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Yevlax rayonu, Salahlı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs oğluna məxsus “Mercedes Benz E 200 CDİ” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. ( iş vər.206); Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma haqqında 06 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın olduğu 01 ədəd sellofan torba və içərisində Zərərçəkmiş şəxs oğluna məxsus “Mercedess-Benz E200 CDİ” markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzərinə keçirilmiş üzlük və sürücü oturacağının parça üzlüyünün hissələri olan 01 ədəd sellofan torbal iş üzrə Yevlax rayon polis şöbəsində maddi sübut sübutların saxlanlanılması otağınada saxlanılır. ( iş vər.281-296); Təqsirləndirilən şəxs öz təqsiri nəticəsində özünün ölməsi cinayət hesab edilmədiyindən, lakin ehtiyatsızlığından sərnişin Zərərçəkmiş şəxs oğlunun sağlamlığına az ağır zərər vurulmasına səbəb oduğundan onun əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilmişdir. Hazırkı iş üzrə tərtib edilmiş ittiham aktında mərhum Təqsirləndirilən şəxs qeyd edilən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi əsaslarına görə, ölmüş təqsirləndirilən şəxsin müvafiq olaraq yaxın qohumunun və hüquqi varisinin razılığı olmaması səbəbindən, ibtidai istintaq dövründə icraata xitam verilməmiş, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada yekun qərar (ittiham hökmü) çıxarılmasından ötrü cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq ittiham aktı təsdiq edilib aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Belə ki, mərhum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(039)-18/2023 saylı cinayət işi 26 oktyabr 2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasının keçirilməsinin təmin edilməsi mərhələsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsinin daha səmərəli təmin edilməsi baxımından mərhum Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq qurumundan, vəkillər sırasından müdafiəçinin ayrılması təmin edilməlidir. Bundan əlavə, cinayət işi üzrə təqsirləndirilən şəxsin, mərhum Təqsirləndirilən şəxs atası (yaxın qohumu) X4 ibtidai istintaqda “ölmüş şəxsin yaxın qohumu (nümayəndəsi) kimi tanınmış və cinayət prosesinin iştirakçısı”na çevrilmişdir. Bundan irəli gələrək məhkəmə hesab etmişdir ki, məhkəmə müdafiəsi təminatının daha səmərəli həyata keçirilməsi üçün “ölmüş şəxsin yaxın qohumunun və müdafiəçisinin cinayət işinin materialları ilə tanış olmaq, prosessual tədbirlərin həyata keçirilməsi barədə vəsatətlər vermək və istintaqın gedişi barədə məlumatlar, qəbul olunan qərarları almaq və s. hüquqları ilə yanaşı, məhkəmə proseslərində digər şəxs, başqa sözlə “ölmüş təqsirləndirilən şəxsin yaxın qohumu” (hüquqi varisi) qismində iştirak etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsinə əsasən, yaxın qohumlar dedikdə, babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5. və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17 iyun 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, CPM-in 39.1.5-ci maddəsi tətbiq olunarkən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə uyğun qaydada cinayət prosesində iştirak etmək hüquqlarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə olunmuşdur. Bununla yanaşı, 10 iyun 2011-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi. Həmin Qanunla CPM-in 41.2-ci maddəsində “təqsirləndirilən (şübhəli) şəxsin” sözlərindən sonra “o cümlədən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin” sözləri əlavə edildi. Nəticədə, cinayət prosessual qanunvericiliyində “cinayət təqibinə xitam verilməsi qaydası”ndan bəhs edilən 41.2-ci maddəsi aşağıdakı məzmunda oldu: “Təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin, o cümlədən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır”. Bundan əlavə, 11 dekabr 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi və o xx.xx.2013-cü il tarixdə dərc edilməklə qüvvəyə mindi. Cinayət - Prosessual Məcəlləsinin xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş 43.3-1-ci maddəsinə əsasən, «Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən Bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir». İndiki vaxta kimi ölmüş şəxsin hüquqi varisinin, həmçinin müdafiəçinin belə bir razılığı yoxdur. Qeyd edilən Qanunla Cinayət - Prosessual Məcəlləsinə «Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi» adlı 106-1-ci maddə də əlavə edildi. Həmin maddəyə əsasən, «ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlardan biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüquqi vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur». Qanunun bu və digər tələblərinə müvafiq olaraq, ölmüş Təqsirləndirilən şəxs yaxın qohumu (atası) “X2” müraciəti əsasında, müstəntiqin qərarı ilə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmışdır. Hazırkı cinayət işi üzrə, qeyd edildiyi kimi, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisinin (yaxın qohumunun) və müdafiəçisinin cinayət təqibinə xitam verilməsi barədə razılıqları yoxdur. Belə vəziyyətdə, məhkəmə cinayət təqibi üzrə icraatı Cinayət- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada davam etdirib, cəza təyin etməməklə yekun qərar, ittiham hökmü çıxarılması ilə başa çatdırılmasını əsaslı və qanuni hesab etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və həmin Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Bununla yanaşı, təqsirləndirilən şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər. İşdə olan ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi olan X2 ərizəsindən görünür ki, Elşən Əhmədov hadisənin oğlu Təqsirləndirilən şəxs təqsirindən baş verməsi ilə razı olmadığını, onun barəsində bəraət verilməsini istədiyini, cinayət işinə xitam verilməsini istəmədiyini bildirmiş və cinayət işinin məhkəməyə göndərilməsini xahiş etmişdir. Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi olan X4 hadisənin oğlu Təqsirləndirilən şəxs təqsirindən hadisənin baş verməsi ilə razı olmayıb, sonuncunun barəsində bəraət hökmünün verilməsini məhkəmədən tələb etmişdir. Məhkəmə, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi X2 bu cür mövqeyini onun yaxın və doğma adamının itirilməsi, ölümü ilə barışa bilməməsi, nəhayət mərhum Təqsirləndirilən şəxs mənafeyinin müdafiəsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs təqsiri iş üzrə zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə tibbi və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri, istintaq və məhkəmə protokolları, o cümlədən hadisə yerinə baxış keçirilməsi haqqında protokolla və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqında, mərhum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdi. Hazırkı vaxta kimi ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin, həmçinin müdafiəçinin işin xitam edilməsinə razılığı olmadığına görə məhkəmə mərhum Təqsirləndirilən şəxs barəsində cəza təyin etməməklə ittiham hökmü çıxarılmasını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin tələblərinə əsasən, «Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən Bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir» (maddə 43.3-1). «Məhkəmə, bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda- ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır» (maddə 44.2.1-1). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad. 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad. 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 198.6-cı maddəsinə əsasən, «hökm qanuni qüvvəyə minənədək məhkum (təqsirləndirilən şəxs) öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar». Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə ölməsi ilə əlaqədar, 254 (iki yüz əlli dörd) manat 16 (on altı) qəpik məbləğində məhkəmə xərclərinin dövlət hesabına həyata keçirilməsini əsaslı hesab edir. müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.2.1-1, 197-198, 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar, ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar, 254 (iki yüz əlli dörd) manat 16 (on altı) qəpik məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) dövlət hesabına həyata keçirilmiş hesab edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 7 (yeddi) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar