Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-18/2025 30.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi (vəkil) X1, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, 12 dekabr 1982-ci ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qax rayonu Uzuntala kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində idarə etdiyi «Hyundai İX-35» markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaldan-Şəki- Zaqatala yolunun Yevlax rayonu Xanabad kəndinin 12-ci kilometrliyində Şəki şəhəri istiqamətində 50-60 km/saat surətlə hərəkətdə olarkən “X7" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci tələblərini pozaraq, yəni o avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı hərəkət zolağına çıxarmamalı, qarşı əks istiqamətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda bunu etməyərək avtomobilinin qabaq tərəfi ilə qarşıdan əks istiqamətdə 60 km/saat surətlə Bakı şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes Benz 308D» markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfindən Bakı şəhəri istiqamətində orta xəttindən sağa doğru 0.9 m məsafədə toqquşmuş, nəticədə o ehtiyatsızlıqdan «Mercedes Benz 308D» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol baldırın qamış sümüyünün açıq sınığı, sağ diz qapağının qapalı sınığı ilə müşayiət edilən törənən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, hadisə zamanı idarə etdiyi «Hyundai İX-35» markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Onun B kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhərindən Qax rayonuna Xaldan-Şəki-Zaqatala yolunun Yevlax rayonu Xanabad kəndindən keçən hissədə 50-60 km/saat sürətlə hərəkətdə olarkən ani anda onu yuxu tutmuş, avtomobili sola doğru, yəni əks hərəkət zolağına çıxmış, başını qaldıranda artıq qarşıdan «Mercedes Benz 308D» markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüş, lakin artıq gec olmuş, Mercedes markalı avtomobilinin qabaq tərəfi ilə avtomobilinin qabaq tərəfi toqquşmuşdur. Nəticədə həmin avtomobilin sürücüsü xəsarət almış, onu Yevlax RMX-na aparmışlar. Hadisədən dərhal sonra ağrı hiss etməmiş, sonradan ağrıları artdığına görə Qax RMX-na müraciət etmişdir. Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobilində yük və ya sərnişin olmamışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Mercedes markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs müalicə xərcləri üçün 2000 manat pul vermiş, ondan daha çox pul tələb etdiyinə görə münasibətləri pozulmuş, ondan şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış və ziyanı tam ödəmişdir. Zərər çəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzəzrə alınaraq, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, «Mercedes Benz 308D» yük markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Şəki şəhərindən Bakı şəhərinə getmək üçün yola düşmüşdür. Həmin gün saat 20:20 radələrində Xaldan-Şəki-Zaqatala yolunun Yevlax rayonu Xanabad kəndindən keçən hissəsində 60 km/saat surətlə hərəkətdə olarkən qarşıdan gələn «Hyundai İX35» markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 50 metr qarşıda əks hərəkət yoluna, yəni onun yoluna çıxdığını görmüşdür. Dərhal əyləci sıxmış, lakin qəzadan yayına bilməmiş, avtomobilinin qabaq tərəfi ilə qarşıdan gələn avtomobilin qabaq tərəfi toqquşmuşdur. Nəticədə hər iki ayağından xəsarət alaraq Yevlax RMX-na müraciət etmişdir Digər avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisədən sonra müalicə xərclərinin bir hissəsini ödəsə də sonradan onunla maraqlanmamış, ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını tələb etişdir. Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobilində yük, sərnişin və nasazlıq olmamışdır. Qəza nəticəsində onun avtomobilinə 13810 manat, sağlamlığına isə 4000 manat olmaqla ümumilikdə ona 17810 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzəzrə alınaraq, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 305 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər sol baldırın qamış sümüyünün açıq sınığı, sağ diz qapağının qapalı sınığı küt alətin təsirindən əmələ gəlmişdir. Bərk küt alətin təsirindən törənmişdir. xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd edilən xəsarətlər törənən anda həyat üçün təhlükəli olduğuna görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli, 8/1452 saylı rəydən görünür ki, «Hyundai İX35» markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X7” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Əməliyyat və Statistik informasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024cü il tarixli, 841 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024cü il tarixli, 642 saylı aktdan görünür ki, sürücü Zərərçəkmiş şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, BD 701058 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «B» kateqoriyalı sürücülük vəsiqəsi vardır. İşdə olan DİN-in BDYPİ-nin QİS-in 20 may 2025-ci il tarixli 3-13-16-3/3901/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək 701058 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Bayıl oğlu məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını göstərərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini, onun ərizəsində göstərdiyi halları, eləcə də zərərçəkmiş şəxsin ərizəsini və digər iş materiallarını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən (20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2017-ci il, № 247) ilə 263-cü maddənin “Qeyd” hissəsinə yeni məzmunda 2-ci bənd əlavə edilmişdir) bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. İş üzrə maddi sübut olan «Hyndai İX 35» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı və «Mercedes Benz 308D» markalı, ** XV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ibtidai istintaq zamanı qanuni sahiblərinə qaytarıldığı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasına hüquqi qiymət verilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 məhkəmə dövrü göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə (xx.xx.2024-xx.xx.2025-ci il tarixədək olan (14 saat) hər iclasa görə hər saat üçün 6 manat, 30 aprel 2025-ci il tarixli iclasa görə 1 saat üçün 11 manat hesablanmaqla) 95 (doxsan beş) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətdən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan «Hyndai İX 35» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı və «Mercedes Benz 308D» markalı, ** XV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ibtidai istintaq zamanı qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Mülki iddia baxılmamış saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN********** AZ34 CTRE******************** Kod 210005 VÖEN ********** AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ 22) hesaba köçürülsün. Məhkəmə dövrü üçün göstərilən 15 (on beş) saat hüquqi yardıma görə (xx.xx.2024xx.xx.2025-ci il tarixədək olan (14 saat) hər iclasa görə hər saat üçün 6 manat, 30 aprel 2025-ci il tarixli iclasa görə 1 saat üçün 11 manat hesablanmaqla) 95 (doxsan beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-18/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-18/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver