Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-180/2022 29.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax şəhərində şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 13,62 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib yaşadığı mənzildə saxlamış, Yevlax rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli 5(039)-61/2022 nömrəli axtarış qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə saat 18:34-dən 18:50-dək olan müddət ərzində video çəkilişlə keçirilmiş axtarış zamanı həmin evin yataq otağındakı divara quraşdırılmış bəzək üçün nəzərdə tutulan elektrik lampalarının olduğu arakəsmənin aşağı hissəsindən Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə gizlədib saxladığı 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda 13,62 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib-qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, özü narkotik vasitə istifadəçisi olmaqla 2-3 aydır ki, narkotik vasitə kimi heroindən istifadə edir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 08 fevral 2022-ci il tarixdə saat təxminən 14:00 radələrində yaşadığı küçədə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, ona narkotik vasitələrin satışında şübhəli olduğunu və polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Orada ona məlum olmuşdur ki, Elşən Əliyev adlı şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni ondan aldığını bildirmişdir. O, Elşən Əliyevi uzun illərdir ki, tanıyır, belə ki, o, Elşəni Yevlax şəhər sakini kimi tanımışdır. Lakin o, Elşən Əliyevə narkotik vasitə satmamış və verməmişdir. Yevlax rayon məhkəməsinin müvafiq axtarış qərarı əsasında xx.xx.2022-ci il tarixdə müdafiəçisi Müdafiəçi1 iştirakı ilə onu yaşadığı ünvan 2-da yerləşən həyət evinə aparmışlar. Ona axtarış keçirilməsi barədə məhkəmənin qərarı elan edilmiş və video çəkilişlə onun yaşadığı evə axtarış keçirilmişdir. Axtarış zamanı evin bəzi otaqlarına və yataq otağına daxil olduqda həmin vaxt yataq otağında divarla gedən gizli işıqların arasından sellofana bükülmüş sarı rangli sellofan torba aşkar edilmişdir. Həmin aşkar olunmuş sellofan torba açılmış və baxış keçirilən zaman həmin torbada yaşıl rəngli qurudulmuş kəskin iyli marixuanaya oxşar kütlə olması aşkar olunmuşdur. Həmin kütlənin kimə, haradan və kimdən əldə olunması soruşulduqda o, etiraf edərək həmin marixuananın özünə məxsus olduğunu və xatırlamadığı vaxtda həmin yerdə gizlətdiyini bildirmişdir. O, marixuananı kimdən əldə etdiyini bilmədiyini bildirmiş, bundan sonra aşkar olunmuş həmin kütlə polis əməkdaşlarının iştirakı ilə tərəzidə çəkilmiş, çəkisi təxminən 15 qram olmuş, həmin kütlə qablaşdırılaraq rəsmiləşdirilmiş və ona tərtib olunmuş protokol ucadan oxunmuş, həmin protokola imza etmişdir. Onun yaşadığı mənzildən aşkar olunmuş marixuana onun özünə məxsusdur, həmin marixuananı özü istifadə etmək məqsədi ilə gizlətmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, himayəsində 3 azyaşlı övladlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Onun oğlu Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etsə də, oğlu Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onun yaşadığı mənzilə gəlmiş və yaşayış evinin qarşısında ona məhkəmənin qərarını elan etmiş və oğlu Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evdə axtarış keçirmişlər. Həmin vaxt mənzilin yataq otağından divarın aşağı hissəsindən gizli işıq gedən yerdən sarı rəngli sellofan aşkar etmişlər və həmin sellofan torba açılaraq baxılmış, həmin sellofan torbanın içərisindən qurudulmuş yaşıl rəngli kəskin iyli marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Oğlu Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu və xatırlamadığı vaxtda əldə edərək evdə gizlətdiyini bildirmişdir. Aşkar olunmuş kəskin iyli narkotik vasitəyə oxşar kütlə qablaşdırılmışdır. Tərtib edilmiş zərfin üzərinə imza edilmiş, daha sonra zərfin üzərinə Azərbaycan Respublikası DİN-in möhürü vurulmuşdur. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində bildirmişdir ki, 27 aprel 2022-ci il tarixdə saat 18:00-dan 18:50-dək olan müddət ərzində Yevlax RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X2 təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 və onun iştirakı ilə Yevlax rayon məhkəməsinin müvafiq qərarına əsasən Yevlax RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru Şahid1 tərəfindən “Samsung” markalı rəqəmsal video kamera vasitəsilə aparılmış video çəkilişlə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Yevlax şəhəri E.Ağayev küçəsi ev 56 ünvanında axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri E.Ağayev küçəsi 56 saylı evə daxil olduqdan sonra mənzilin bir sıra otaqlarında axtarış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yataq otağında axtarış keçirilmiş həmin vaxt yataq otağında divarla gedən gizli işıqların arasından sarı rəngli sellofan torba aşkar edilmişdir. Həmin aşkar olunmuş sellofan torba açılmış və baxış keçirilən zaman həmin sellofandan yaşıl rəngli qurudulmuş kəskin iyli marixuanaya oxşar kütlə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin kimə, haradan və kimdən əldə olunması soruşulmuş o, etiraf edərək həmin marixuananın özünə məxsus olduğunu və onu xatırlamadığı vaxtda həmin yerdə gizlətdiyini bildirmişdir. O, marixuananı kimdən əldə etdiyini bilmədiyini bildirmiş, bundan sonra aşkar olunmuş həmin kütlə elektron tərəzi vasitəsilə çəkilərək sellofan torba ilə birlikdə çəkisinin 15,33 qram olması aşkar edilmişdir. Daha sonra həmin narkotik vasitə bir ədəd zərfdə qablaşdırılaraq rəsmiləşdirilmiş və zərfin üzərinə Azərbaycan Respublikası DİN-in möhürü vurulmuş, daha sonra o, Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin KTQ-nun baş inspektor kriminalisti vəzifəsində işləyən Şahid1 Şahid2 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 62); şəxsi axtarış və götürmə haqqında 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki göy rəngli idman gödəkçəsinin sol və sağ yan cibindən 1 ədəd turbuçka metamfetaminə bənzər və 1 ədəd içərisindən heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 75-82); 09 fevral 2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, X3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Elşən Əliyev ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ona satmaq üçün narkotik vasitə olan heroin verməmiş onun üzərində aşkar edilmiş heroini təxminən 2022-ci il yanvar ayının əvvəllərində yaşadığı küçədə gedərkən yolun qırağında tapmış və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. (iş vər. 90-91); 10 fevral 2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, X3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Elşən Əliyev ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, ona son 2-3 aydır ki, 5 qram, bəzən 10 qram narkotik vasitə olan heroin verir ki, dediyi şəxslərə heroinin 1 qramını 20 manatdan satıb pulunu da gətrib Şahidə versin. (iş vər.93-94); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmışdır. (iş vər. 111-113); məhkəmə kimyəvi ekspertizasının 01 mart 2022-ci il tarixli, 17/179 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş: “üzərində Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş...” 01 ədəd turbuçka və 1 ədəd şpris” sözləri yazılmış, zərfin içərisindəki 01 (bir) ədəd plastmas borunun içərisində, təmiz çəkisi 0,051 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Həmin zərfin içərisindəki 01 (bir) ədəd şprisdə olan maddə hissəcikləri-heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək mümük olmadı. Tədqiqata sərf edildi - 0,020 qram, qalıq-0,031 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (iş vər. 124-125); məhkəmə narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 543 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (iş vər. 157); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə barəsində cinayət təqibi həyata keçirilən- xx.xx.1992-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Razayev Şahid Şahin oğlunun yaşadığı Yevlax şəhəri E.Ağayev küçəsi ev 56 ünvanında axtarış və götürmə aparılması qərara almışdır. 27 aprel 2022-ci il tarixli “axtarış paraılması haqqında protokolundan” görünür ki, ünvan 4ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına daxil olduqda otaqda divar boyu paltar şkafının içərisində olan dolabların və çarpayının üzərində olan yumuşaq yataq dəstlərinə axtarış keçirildi və axtarış zamanı sol tərəfdə divar boyu gizli işıqların lampaları gedən yerdən aşağı hissədən arakəsmədən sarı rəngli sellefan torba götürüldü və içərisindən kəskin iyli marixuanaya bənzər kütlə aşkar olundu və Təqsirləndirilən şəxs həmin marixuananın ona məxsus olduğunu bildirmişdir (müvafiq DVD disk əlavə olunub). (iş vər. 168-169); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/371 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlə....” sözləri yazılmış zərfin içərisindəki sarı rəngli politelen torbaya bükülmüş 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi -13,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi - 0,05 qram, qalıq 13,57 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır. (iş vər. 192-193); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb.( iş vər.139); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 may 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 204-205); sübütların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 13,57 qram olan narkotik vasitə marixuana iş üzrə maddi sübut kimi tanınmış, 13,57 qram marixuananın saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilməsi nəzərə alınmışdır (iş vər. 218-227); AZ-İİ seriyalı 602095 nömrəli, AZ-İİ seriyalı 999281 nömrəli və AZ-İİİ seriyalı 916072 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü, xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2016-cı il təvəllüdlü uşaqları vardır. (iş vər. 209-211); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, habelə ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 08 fevral 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla qəti cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan marixuana məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 05 gün müddət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 gün həbsdə qaldığı müddət 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla hesablanmış 06 ay 10 gün müddət, ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Yevlax rayon polis şöbəsində saxlanılan iş üzrə maddi sübut 13,57 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 105 (bir yüz beş) manat 07 (yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə göstərdiyi 7 (yeddi) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-180/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-180/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver