Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-183/2022 07.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1970-ci il tarixdə Yevlax rayonu, Hacıselli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində 07 iyul 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Hacıselli kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini, döyüş sursatını, həmçinin qanunsuz olaraq qaz silahını əldə etmiş, gəzdirmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxsнун Yevlax rayonu, Hacıselli kəndində yerləşən yaşadığı evə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 iyul 2022-ci il tarixdə saat 20:31-dən etibarən özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman Rusiya dövlətində İjevsk mexaniki zavodunda istehsal olunmuş, PSM konstruksiyalı tapançaların bazasında hazırlanmış, KOT-2370 №-li, 6P37 modelli, 7,6 mm kalibrli, qaz tapançası hesab edilən, lakin lüləsinin içərisində yivlər olduğuna görə təyinatını itirmiş, texniki cəhətdən saz, atəş üçün yararlı bir ədəd yivli odlu silah, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş, 5,45x18 kalibrli olmaqla həmin kalibrli PSM konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən bir ədəd patron, zavod üsulu ilə istehsal olunmuş, 5,45x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli PSM konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən, təyinatı üzrə istifadəyə yararlı bir daraq, həmçinin Türkiyə Respublikasında zavod üsulu ilə istehsal olunmuş, 92602 №-li, 9 mm kalibrli, KARTAL 2003-LİGHT modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah hesab edilməyən bir ədəd qaz silahı, zavod üsulu istehsal olunmuş, 9 mm kalibrli, qaz patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli KARTAL 2003-LİGHT modelli qaz tapançalarının komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı bir ədəd daraq evin pilləkən hissəsinin aşağısında olan ayaqqabı dolabının içərisindəki bir ədəd göy rəngli sintetik torbadan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Yevlax rayon sakini Nəsimi adlı şəxs onun tanışıdır. O, səhhətində olan problemlərlə əlaqədar olaraq 6 il öncə vəfat etmişdir. Nəsimi vəfat etməmişdən bir müddət öncə silahlara olan marağını bildiyindən ona iki ədəd tapança, iki ədəd daraq, səs boğucu və təxminən 15-20 ədəd patron vermişdir. Nəsimi vəfat edəcəyini bildiyindən onları özündə saxlamaq istəmədiyini, və ona hədiyyə etmək istədiyini demişdir. Nəsimi ilə razılaşıb həmin tapança, daraq və patronları alıb yaşadığı evə gətirərək orada gizlətmişdir. Daraq, səs boğucu və patronları sellofan torbaya qoyub evin pilləkəninin aşağısında olan ayaqqabı dolabının içərisinə yerləşdirmişdir. 05 iyul 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı Yevlax rayonu, Hacıselli kəndi ərazisindəki həyətyanı evinin qarşısında olan zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarına yaşadığı evdə 02 ədəd tapança və patronlar saxladığını demişdir. Sonra videoçəkiliş aparılmaqla yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Yaşadığı evdə 02 ədəd tapança və patronlar olduğunu bildirib və qapını açaraq tədbir iştirakçılarını həyətə dəvət etmişdir. Daha sonra evin pilləkən hissəsinin aşağısında olan ayaqqabı dolabını açıb həmin dolabın içərisindən 01 ədəd göy rəngli torbanı təqdim etmişdir. Torbanın içərisinə baxış keçirilərkən 02 ədəd tapança, 02 ədəd daraq, 01 ədəd səsboğucu və 01 ədəd patron qutusu aşkar edilmişdir. Təqdim etdiyim 01 ədəd darağa baxış keçirilərkən üzərində 01 ədəd patron, digər darağa baxış keçirlərkən üzərində 06 ədəd patron olması müəyyən edilmişdir. Aşkar edilmiş 02 ədəd tapançanı, 02 ədəd darağı, 01 ədəd səsboğucunu və 20 ədəd patronu 6 il öncə vəfat etmiş tanışı Nəsimi adlı şəxsdən əldə etmişdir. Silahları hər hansı məqsəd üçün istifadə etməmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə şahidlər Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1, X3 və Şahid3 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbbdən məhkəmə iclasında iştirak edə bilməyəcəlkərini və ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etdiklərini və işə onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Hacıselli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 05 iyul 2022-ci il tarixdə işlədiyi idarənin baş əməliyyat müvəkkili, polis kapitanı X3, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, X4 ilə birlikdə Yevlax rayonu ərazisinə getmişlər və saat 20:28-də Yevlax rayonu, Hacıselli kəndi ərazisində yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs yaşadığı ünvanda 02 ədəd tapança və patronlar saxladığını bildirib həmin predmetləri təqdim edə biləcəyini bildirmişdir. Eyni zamanda Sərdər üzərinə və yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmamaması ilə bağlı ərizə yazmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda pilləkən hissəsinin aşağısında olan ayaqqabı dolabını açıb həmin dolabın içərisindən 01 ədəd göy rəngli sintetik torbanı təqdim edib bildirmişdir ki, həmin torbanın içərisində 02 ədəd tapança və partonlar vardır. Torbanın içərisinə baxış keçirilərkən 02 ədəd tapança tipli dəmir predmet, 02 ədəd daraq, 01 ədəd səsboğucu tipli predmet və 01 ədəd qutu aşkar edilmişdir. 01 ədəd darağa baxış keçirilərkən üzərində 01 ədəd patron, digər darağa baxış keçirlərkən darağın üzərində 06 ədəd patron, 01 ədəd qutuya baxış keçirilərkən isə qutunun içərisində 13 ədəd patron aşkar edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahidlər X3 və Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 469/R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd KOT-2370N-İi silah, Rusiya dövlətində İjevsk mexaniki zavodunda istehsal olunmuş 7,6 mm kalibrli 6P37 modelli qaz tapançasıdır. Həmin tapança PSM konstruksiyalı tapançaların bazasında hazırlanıb, qaz və boş gülləsiz patronlarla atəş açır və odlu silah hesab edilmir. Lakin həmin tapançanın lüləsinin içərisində yivlərin olduğuna görə həmin tapança hal-hazırda öz təyinatını itirmiş hesab olunur, odlu yivli silahdır, texniki cəhətdən sazdır və 5,45x18 mm kalibrli PSM konstruksiyalı tapançalar üçün nəzərdə tutulmuş döyüş patronları ilə atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 5,45x18 mm Kalibrli olmaqla həmin kalibrli PSM konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 5,45x18 mm kalibirli patronları yerləşdirmək üçün nəzrdə tutulmuş, həmin kalibrli PSM konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş PSM konstruksiyalı tapança silahlarına yiv vasitəsilə bərkidilən səsboğucudur, döyüş sursatı hesab edilmir və istifadə üçün yararlıdır. Təqdim edilmiş səsboğucu silahın komplekt hissəsi hesab edilmir. Təqdim edilmiş səsboğucu yalnız PSM konstruksiyalı tapança silahlarına məxsusdur. Tədqiqata təqdim edilmiş 01 ədəd 92602 №-li silah zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 9 mm kalibrli KARTAL 2003-LİGHT modelli qaz tapançasıdır, odlu silah hesab edilmir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulu ilə silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibirli qaz patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli KARTAL 2003- LİGHT modelli qaz tapançalarının komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 19 ədəd patron, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 9 mm Kalibrli səs-siqnal patronudur, döyüş sursatı hesab edilmirlər və təyinatı üzrə istifadə üçün yararlıdır. Təqdim edilmiş 19 ədəd patron təyinatı üzrə səs-siqnal tapançalarından atəş açmaq üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-779/2022 nömrəli qərarından görünür ki, X5 barəsində həmin tarixdə həbs qətimakn tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın Hacıselli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini, döyüş sursatını, həmçinin qanunsuz olaraq qaz silahını əldə etmiş, gəzdirmiş, daşımış və saxlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını istintaq orqanına krnüllü olaraq köməklik etməsini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi təyin edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 05 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan, 01 ədəd KOT-2370 №-li 6П37 modelli qaz tapançası, 1 ədəd KARTAL 2003-LİGHT modelli qaz tapançası, 2 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq və 20 ədəd və patronlar (silah-sursat) hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci yoxdur. dir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay müddətinə, CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan, 01 ədəd KOT-2370 №-li 6П37 modelli qaz tapançası, 1 ədəd KARTAL 2003-LİGHT modelli qaz tapançası, 2 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq və 20 ədəd və patronlar (silah-sursat) hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-183/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-183/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver