Məhkəmə qərarları › İş №1(039)-184/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-184/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-184/2022 11.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Yevlax şəhər İHB-nın hüquq şöbəsinin məsləhətçisi Qəyyumluq və Himayəçilik üzvü X3 iştirakları ilə xx.xx.2001-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİİ qrup müharibə əlili, əvvəllər məhkum olunmamış, barəsində 05 iyul 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Qanuni nümayəndə küçəsi, ev 95-də qeydiyyatda olan, Yevlax şəhəri, E.Xəlilov küçəsi, ev 7-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən 14 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, 08 may 2001-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər tanıdığı, aralarında sevgi münasibətləri olan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə evlənmək barədə razılaşaraq 24 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə Bərdə rayonundan yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək, 25 may 2022-ci il tarixdə günorta saatlarında həmin evdə aralarındakı yaş fərqi iki ildən çox olan xx.xx.2008-ci il təvəllüdlü olmaqla həmin vaxt on dörd yaşına çatmayan, Zərərçəkmiş şəxs ilə könüllü olaraq cinsi əlaqədə olmuş, bundan sonra həmin tarixdən 27 may 2022-ci il tarixədək olan müddətdə sonuncu dəfə 27 may 2022-ci il tarixdə olmaqla gecə saatlarında həmin evdə Zərərçəkmiş şəxs ilə könüllü mütəmadi olaraq cinsi əlaqədə olmaqla on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. 2020-ci ilin oktyabr ayının 24-də döyüş əməliyyatları zamanı Şuşa rayonu Daşaltı kəndində yaralanmış və 3-cü qrup əlildir. Şuşanın azad olunması uğrunda, Xocavəndin azad olnuması uğrunda və Fizulinin azad olunması uğrunda medalları ilə təltif olunmuşdur. Zərərçəkmiş şəxs onun uzaqdan qohumudur. Xədicəni ilk dəfə gördüyü vaxtdan etibarən ondan xoşu gəlmiş və öz-özlüyündə onunla ailə həyatı qurmaq barədə fikirləşməyə başlamışdır. Beləliklə Xədicə ilə aralarında sevgi münasibətləri yaranmışdır. Xədicə də onunla razılaşaraq onunla birlikdə evlənmək istədiyini bildirmişdir. 24 may 2022-ci il tarixdə saat 11 radələrində tanımadığı taksi ilə Bərdə rayonuna getmiş və Xədicə ilə birlikdə tanımadığı taksiyə əyləşərək Yevlax şəhərinə yaşadığı evə gəlmişdir. Xədicəni yaşadığı evə gətirdikdə valideyinlərinə Xədicə ilə ailə həyatı qurmaq üçün onu öz evinə gətirdiyini demişdir. 25 may 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evə geri qayıtmışdır. Xədicə ilə evdə tək olmuşdur və həmin gün Xədicəyə onları ayırma ehtimalları olduğunu deyərək cinsi əlaqədə olmağı təklif etmişdir. Xədicə də ayrılmamaqları üçün cinsi əlaqədə olmağı qəbul etmişdir. Sonuncu dəfə 27 may 2022-ci il tarixdə öz yaşadığı evdə Xədicə ilə cinsi əlaqədə olmuşdur. 28 may 2022-ci il tarixdə Xədicənin nənəsi Nəzakət onun yaşadığı evə gəlmiş və Xədicəni təhsil aldığı məktəbdən axtardıqlarını deyərək Xədicəni özü ilə birlikdə Bərdə rayonuna aparmışdır. Xədicənin dəqiq olaraq neçə yaşının olduğunu bilməmişdir. Xədicə ilə cinsi əlaqədə olan zaman ona qaqrşı hər hansı bir zor tətbiq etməmişdir. Xədicə öz istəyi ilə onunla cinsi əlaqədə olmuş və Xədicəyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını, döyüş əməliyyatlarında iştirak etməsini, 2020-ci ilin oktyabr ayının 24-də döyüş əməliyyatları zamanı Şuşa rayonu Daşaltı kəndində yaralandığını, 3cü qrup əlil olmasını, Şuşanın azad olunması, Xocavəndin azad olnuması və Fizulinin azad olunması uğrunda medalları ilə təltif olunduğunu, zərərçəkmiş şəxslə ailə kimi bir yerdə yaşamalarını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə şəhərində yerləşən 7 saylı tam orta məktəbin 8Ç sinfində təhsil alır. X2 2017-ci ildə vəfat etdikdən sonra atası Qanuni nümayəndə, nənəsi Şahid3 və babası Şahid4 ilə birlikdə yaşamışdır. Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qohumudur. Mütəmadi olaraq ***-***- **-** saylı mobil nömrə ilə Elnurla mobil telefonla danışmışdır. 30 aprel 2022-ci il tarixdə Elnur onunla ailə qurmaq istədiyini, yaşı çatacağı təqdirdə onunla evlənmək istəyibistəməyəcəyimi soruşmuşdur. Elnura gələcəkdə evlənmək barədə razılıq vermişdir. 24 may 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxaraq Bərdə şəhərində yaşadığı küçədə Elnurla görüşmüşdür və Elnurun küçədən saxlatdığı taksiyə əyləşərək Elnurla birlikdə Yevlax şəhərinə Elnurun yaşadığı evə getmişdir. 25 may 2022-ci il tarixə keçən gecəni Elnur dayısıgilə gedərək gecəni dayısının evində qalmışdır. 25 may 2022-ci il tarixdə evdə tək olan zaman Elnur onunla cinsi əlaqədə olmaq istədiyini, onun Bərdə şəhərinə geri qayıtdıqdan sonra babası və nənəsini fikirlərindən daşına biləcəklərini, onların evlənməklərinə razılıq verməmə ehtimalları olduğunu, ancaq cinsi əlaqədə olacaqları təqdirdə məcburən evlənməyinə razılıq verəcəklərini bildirmişdir. O da Elnurla cinsi əlaqədə olmağa razılıq vermişdir. Elnurla birlikdə qaldığı gecələrdə ümumilikdə onunla 4 dəfə cinsi əlaqə olmuşdur. Elnurla cinsi əlaqədə olan zaman Elnur ona qarşı hər hansı bir zor tətbiq etməmişdir. Öz istəyi ilə Elnurla cinsi əlaqədə olmuşdur. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqdirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanunui nümayəndəsi Yevlax şəhər İHB-nın hüquq şöbəsinin məsləhətçisi Qəyyumluq və Himayəçilik üzvü X5 məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 24 may 2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları ünvana gəlmiş və gələcəkdə Zərərçəkmiş şəxs ilə evlənmək istədiyini bildirmişdir. O, da Elnura Xədicənin azyaşlı olduğunu, lakin gələcəkdə evlənməklərinə icazə verəcəyini bildirmişdir. 24 may 2022-ci il tarixdə Xədicə onun yaşadığı evdə qalan zaman Elnur gecəni evdə qalmamışdır. 25 may 2022-ci il tarixdə Xədicəyə paltar almaq üçün evdən çıxan zaman Elnurla Xədicə evdə tək qalmışdılar. O evə geri qayıtdıqda Xədicə ilə Elnur o evdə olmadığı müddətdə cinsi əlaqədə olduqlarını bildirmişlər. Xədicə ilə Elnurun cinsi əlaqədə olduqarını bildikdən sonra onların birlikdə ər-arvad münasibətlərində yaşamasına etiraz etməmişdir. Ancaq 28 may 2022-ci il tarixdə Xədicənin nənəsi Nəzakət ilə babası Aliq onların yaşadığı evə gələrək Xədicəni Bərdə rayonuna öz yaşadıqları evə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə ərizə ilə Yevlax rayon polis şöbəsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə arvadı Mətanətin qohumu Şahid4 azyaşlı nəvəsi Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs ilə gələcəkdə evlənməsi üçün yaşadığı evə gətirməsi barədə məlumat vermişdir. Oğlu Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə arvadı Mətanətin Bərdə rayonunda yaşayan xx.xx.2008-ci il təvəllüdlü qohumu Zərərçəkmiş şəxs sonuncunun razılığı ilə evlənmək məqsədilə yaşadıqları evə gətirmişdir. Oğlu Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 25 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək olan müddət ərzində öz yaşadıqları evdə cinsi əlaqə baş vermişdir. Lakin onun Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs cinsi əlaqədə olmaları barədə ərizə verdikdən sonra məlumatı olmuşdur. Xədicənin azyaşlı olmasından oğlu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən qorxduğu üçün ərizə ilə Yevlax rayon polis şöbəsinə müraciət etmişdir. Qanunun yol verəcəyi təqdirdə oğlu Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ər-arvad münasibətlərində birlikdə yaşamaqlarına heç bir etirazı yoxdur. Bundan əlavə Xədicəyə elçi getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun nəvəsidir. Zərərçəkmiş şəxs onunla birlikdə yaşayır. 24 may 2022-ci il tarixdə nəvəsi Zərərçəkmiş şəxs öz istəyi ilə evlənmək məqsədi ilə Bərdə rayonundan Təqsirləndirilən şəxsla birlikdə Yevlax şəhərinə Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. O, arvadı Şahid3 ilə birlikdə 28 may 2022-ci il tarixdə Yevlax şəhərinə Təqsirləndirilən şəxs yaşadığı evə gedərək nəvəsi Zərərçəkmiş şəxs öz yaşadığı Bərdə rayonuna aparmışdır. Onun nəvəsi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs evlənməklərinə heç bir etirazı yoxdur. Nəvəsi Zərərçəkmiş şəxs ilə birlikdə Bərdə rayonuna yaşadığı evə qayıtdıqdan sonra Xədicə Yevlax şəhərində olduğu müddətdə, Təqsirləndirilən şəxs yaşadığı evdə Təqsirləndirilən şəxsla cinsi əlaqədə olduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs valideyinləri ilə söhbət edərək gələcəkdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs evlənməyini istəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X15 Yevlax rayon şöbəsinin 28 iyun 2022-ci il tarixli 424 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Pozulma müddəti iki həftədən (14 gündən) çoxdur. Cırılma nahiyəsində qeyd olunan qansızmanın müddəti müayinədən 4-6 gün əvvəl cinsi əlaqə zamanı əmələ gəlməsi istisna edilmir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində, düz bağırsağın selikli qişasında qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik əlamətlər yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 28 iyul 2022-ci il tarixli 474/164 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin mənasını anlaya bilərdi. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs azyaşlı olması səbəbindən onun barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamışdır. O, təqsirkara müqavimət göstərmək imkanında olmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs öz istəyi ilə, könüllü olaraq təqsirkarla cinsi əlaqədə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X11 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası “Qarabağ Qaziləri” birliyi tərəfindən verilmiş 2117 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük vətən müharibəsində iştirak etmiş və yaralanmışdır. İİİ qrup müharibə əlilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə, “Şuşanın azad olunmasına görə” “Füzulinin azadl olunmasına görə” və “Vətən müharibəsi İştirakçısı” medalları ilə təltif olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarda cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük vətən müharibəsində iştirak etməsini, İİİ qrup müharibə əlili olmasını, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə, “Şuşanın azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi İştirakçısı” medalları ilə təltif olunmasını və aşayış yerindən müsbət xasiyyətləndirilməsini, CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutullan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X8 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük vətən müharibəsində iştirak etməsini, İİİ qrup müharibə əlili olmasını, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə, “Şuşanın azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi İştirakçısı” medalları ilə təltif olunmasını və aşayış yerindən müsbət xasiyyətləndirilməsini, cəzanı çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tədbiq edilməsi və təyin edilmiş cəzanı şərti hesab olunmasını mümkün hesab edir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini alan vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar