Məhkəmə qərarları › İş №1(039)-187/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-187/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-187/2022 10.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs X7 iştirakları ilə xx.xx.1964-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin maddi təchizat şöbəsində işləyən, əvvəllər məhkum olunmamış, barəsində 11 dekabr 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 37də qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 49/51, mənzil 25-də yaşayan X7 Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X12 qəsdən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmış və bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Belə ki, X2 şəhəri, Nizami Gəncəvi prospekti, 5-ci döngə, 6-cı ev, 3 saylı mənzilə arvadı Şahid1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaq məqsədilə rəsmi sənəd hesab edilən xx.xx.2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizəyə arvadı Şahid1 imzasını özü əlyazma ilə çəkməklə həmin rəsmi sənəd hesab edilən ərizəni saxtalaşdırmışdır. Bundan başqa o, atası X5 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə Nizami prospekti 19 saylı evin 11 saylı mənzilində 1-ci mərtəbədə 2 otaqdan ibarət 29 kvadrat metr mənzil sahəsini tutmağa icazə verən Yevlax şəhər İcra Hakimiyyəti adına olan 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderin üzərində “Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakmiyyətinin Başçısı sənədlər üçün” məzmunlu möhür əksinin, üz tərəfindəki “13” iyun 2007-ci” yazısındakı 2007 rəqəmindəki “07” yazısının, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı E.R.Vəliyev yazısının əvvəlindəki imzanın, Şəhər İctimai Mənzil Komissiyasının katibi Şahid2 yazısının əvvəlindəki imzanın istintaqla müəyyən edilməyən şəxs tərəfindən müəyyən edilməyən vaxtda saxtalaşdırıldığını bildiyi halda həmin rəsmi sənəd hesab edilən orderin və arvadı Şahid1 imzasını saxtalaşdırıdığı xx.xx.2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizənin saxta olduğunu bilə-bilə həmin saxta sənədləri xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qəsdən təqdim etməklə Yevlax şəhəri, Nizami Gəncəvi prospekti, 5-ci döngə, 6-cı ev, 3 saylı mənzilə arvadı Şahid1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Təqsirləndirilən şəxs X12 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, atası Vahid 2015-ci ildə anası isə 2020-ci ildə vəfat etmişlər. Atası Vahidə 1963-cü ildə dövlət tərəfindən ünvan 1 ünvanında 2 otaqlı ev verilmişdir. Onlar ailəlikcə həmin evdə yaşamışlar. 2003-cü ildə Yevlax şəhərini su basarkən evin sənədləri məhv edilmişdir. xx.xx.2020-ci ildə qardaşı İlham evdən ona düşən payı onlara bağışladıqları üçün evi vərəsəliklə arvadının adına keçirtmişdir. 14 iyun 2007-ci il tarixli, 43 nömrəli order əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 saylı Ərazi İdarəsindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış almışdır. Atası öldükdən sonra evi vərəsəlik yolu ilə həyat yoldaşının adına keçirtmişdir. Həmin vaxt həyat yoldaşı xəstə olduğuna görə onun adından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 saylı Ərazi İdarəsinə yazılmış ərizəni o, arvadı Şahid1h Bəylər qızının yerinə imza etməklə həmin idarəyə təqdim etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən dövlət büdcəsindən ayrılmış pul vəsaiti hesabına Yevlax şəhəri Nizami prospektində yerləşən barak (fin) evlərdə yaşayan sakinlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün tikilmiş çoxmənzilli binadan evlər verilərkən onlara 1 otaqlı ev təqdim olunsada, o, həmin mənzildən imtina edərək onlara 2 otaqlı mənzil verilməsini bildirmişdir. İcra Hakimiyyətindən təqdim edilmiş onlara məxsus mənzilin ev bir otaqlı göstərilsədə, onların evi 2 otaqlı olmuş və heç bir sənədi saxtalaşdırmamışdır. DƏDRX-nə təqdim etdiyi Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 13 iyun 2007-ci il tarixli 65 nömrəli sərəncamı əsasında olan Yevlax şəhər İcra Hakimiyyəti adına olan 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderin saxta olmamışdır. Əksinə olaraq Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 2013-cü il tarixli 65 nömrəli Sərəncamı əsasında Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən 22 aprel 2013-cü il tarixli 17 nömrəli order saxta olmuşdur. Məhkəmədən son sözündə барясиндя бяраят щюкмцнцн чыхарылмасыны хащиш етди. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 saylı Ərazi İdarəsinə yazılmış ərizəni imzalamamışdır. Onun adından həmin ərizəni əri İlqar Mustafayev imzalamışdır. Həmin ərizə əsasında 14 iyun 2007-ci il tarixli, 43 nömrəli order əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 saylı Ərazi İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın alınmasından xəbəri olmamışdır. Yevlax şəhərində yerləşən evin sənədləşdirmə işini əri İlqar Mustafayev həyata keçirmişdir. Yevlax şəhərində yerləşən mənzilə dair verilmiş 14 iyun 2007-ci il tarixli, 43 nömrəli orderi o, əvvəllər görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2003-cü ilin may ayından 2021-ci ilin fevral ayının 05-dək Yevlax şəhər İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi vəzifəsində işləımişdir. X1 tanımışdır. Vahidlə Yevlax şəhəri, Nizami prospektində qonşu olmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 2013-cü il tarixli, 65 nömrəli sərəncamı əsasında İcra Hakimiyyəti Başıçısı MTİS-nin arayışı və müraciət etmiş vətəndaşların ərizəsi əsasında ictimai mənzillərə ilkin hüquq müəyyəndici sənəd kimi orderlər vermişdir. Qeyd edilən sərəncam əsasında orderlərin verilməsində o, da Şəhər Mənzil İstismar Komissiyasının katibi kimi iştirak etmişdir. Mənzillərə orderlər verilərkən MTİS-nin arayışı əsas götürülmüş və həmin arayış əsasında evin neçə otaqdan ibarət olması və yaşayış sahəsinin neçə kv metr olması orderdə öz əksini tapmışdır. O, orderlərin verilməsi zamanı faktiki olaraq evlərə baxış keçirməmiş, arayış əsasında orderlərin verilməsini təşkil etmişdir. X9 22 aprel 2013-cü il tarixdə 17 nömrəli orderin verilməsində Şəhər Mənzil İstismar Komissiyasının katibi kimi iştirak etmişdir. Həmin orderdə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun və onun imzası olmuşdur. Həmin imza ona məxsusdur. Lakin Yevlax rayon prokurorluğunda ona təqdim olunmuş 14 iyun 2007-ci il tarixdə 43 nömrəli orderdə Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı sözləri yazılmış, qarşısından imza edilmiş, möhür vurulmuş, onun da qarşısında E.R.Vəliyev sözləri, yeni sətirdə isə Şəhər Mənzil İstismar Komissiyasının katibi sözləri yazılmış, qarşısından imza edilmiş, Şahid2 sözləri yazılmışdır. Həmin order saxtadır, çünki həmin orderdəki imza ona məxsus olmamış və həmçinin Elmar Vəliyevin imzası da orderdə yazıldığı kimi deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-i tətərindən verilmiş çıxarışdan görünür ki, Yevlax şəhəri, Nizami Gəncəvi prospekti, 5-ci döngə, 6-cı ev, 3 saylı mənzilə Şahid1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Səh.-18 İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderdən görünür ki, Yevlax şəhəri, Nizami prospekti 19 saylı evin 11 saylı mənzilində 1-ci mərtəbədə 2 otaqdan ibarət 29 kvadrat metr mənzil sahəsini tutmağa icazə verən, üzərində “Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakmiyyətinin Başçısı sənədlər üçün” məzmunlu möhür əksi, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı E.R.Vəliyev yazısının və Şəhər İctimai Mənzil Komissiyasının katibi Şahid2 yazısının əvvəlində imzalar olan, üz tərəfindəki “13” iyun 2007-cu” yazısındakı 2007 rəqəmindəki “07” yazısı qaralanmış Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 13 iyun 2007-ci il tarixli 65 nömrəli sərəncamı əsasında olan Yevlax şəhər İcra Hakimiyyəti adına olan 14 iyun 2007-ci il tarixli 43 nömrəli ORDER xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə təqdim edilmişdir.Səh-42 İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 08 aprel 2021-ci il tarixli 21\10 nömrəli məktubundan görünür ki, X17 mühafizə olunan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 2007-ci ilə dair sərəncamları izlənilərkən müəyyən edilmişdir ki, 11 iyun 2007-ci il tarixli 110 nömrəli sərəncamdan sonra 14 iyun 2007-ci il tarixli 11 nömrəli sərəncam verilmişdir. 13 iyun 2007-ci il tarixində Yevlax şəhər İcra Hakimiyyəti başçısının sərəncamı olmamışdır. Yevlax şəhər İcra Hakimiyyəti başçısının 65 nömrəli sərəncamı isə 20 mart 2007-ci il tarixdə rayonun ictimai, siyasi həyatında, şəhərdə aparılan tikinti, abadlıq quruculuq işlərində fəal iştirak etdiklərinə görə Növruz Bayramı münasibəti ilə bir qrup şəxsin Şəhər İcra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilməsi barədə verilmişdir. Səh-35 İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən daşınmaz əmlak üzərində hüquqlqrın dövlət qeydiyyatı haqqında ərizədən görünür ki, Yevlax şəhəri, Nizami Gəncəvi prospekti, 5-ci döngə, 6-cı ev, 3 saylı mənzilə Şahid1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaq məqsədilə xx.xx.2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizə Şahid1 adından imzası əlyazma ilə çəkilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə təqdim edilmişdir. Səh-40 İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 22 aprel 2013-cü il tarixli 17 №-li orderin kötüyündən görünür ki, Yevlax şəhəri, Nizami prospekti 19 saylı evin 11 saylı mənzilində 1-ci mərtəbədə 1 otaqdan ibarət 22 kvadrat metr mənzil sahəsini tutmağa icazə verən, üzərində “Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakmiyyətinin Başçısı sənədlər üçün” məzmunlu möhür əksi, Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Q.Ç.Səmədov yazısının və Şəhər İctimai Mənzil Komissiyasının katibi Şahid2 yazısının əvvəlində imzalar olan, üz tərəfindəki “22” aprel 2013-cü il” yazısı olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 2013-cü il tarixli 65 nömrəli Sərəncamı əsasında Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən 22 aprel 2013-cü il tarixli 17 nömrəli order verilmişdir. Səh-22 İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən 22 aprel 2013-cü il tarixli 17 nömrəli orderdə göstərilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 2013-cü il tarixli 65 nömrəli Sərəncamında bir qrup sakinlərə orderlərin verilməsi göstərilmiş və həmin sərəncamda 2.5-ci sırada X5 adı qeyd edilmişdir. Səh 8-10 İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 20 may 2021-ci il tarixli 4/541 saylı rəyindən görünür ki,

1. Ekspertizaya təqdim edilmiş Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən rayon prokurorluğuna təqdim edilən 22 aprel 2013-cü il tarixli, 17 nömrəli orderdəki yazılar, həmçinin orderdə Şəhər Mənzil İstismar Komissiyasının katibi qrafasındakı imza Şahid2 tərəfindən icra olunmuşdur. 2.1 Ekspertizaya təqdim edilmiş DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən rayon prokurorluğuna verilmiş 14 iyun 2007-ci il tarixli, 43 nömrəli orderdə Yevlax şəhər İcra Hakimiyyəti Başcısı qrafasındakı imza Elmar Vəliyev tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2 Ekspertizaya təqdim edilmiş DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən rayon prokurorluğuna verilmiş 14 iyun 2007-ci il tarixli, 43 nömrəli orderdəki yazılar, həmçinin orderdə Şəhər Mənzil İstismar Komissiyasının katibi qrafasındakı imza Şahid2 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 20 may 2021-ci il tarixli 5\438-5\489 saylı rəydən görünür ki,

1. Tədqiqata təqdim edilmiş X5 adına olan xx.xx.2007-ci il tarixli 43 nömrəli və xx.xx.2013-cü il tarixli 17 nömrəli orderlərin çap mətnləri lazer printer vasitəsi ilə çap edilmişdirlər.

2. Tədqiqata təqdim edilmiş X4 adına olan xx.xx.2007-ci il tarixli 43 nömrəli və xx.xx.2013-cü il tarixli 17 nömrəli orderlərin üzərində olan möhür əksi relyef klişedən sənədlərin üzərinə birbaşa vurulmuşdur.

3. Tədqiqata təqdim edilmiş X4 adına olan xx.xx.2007-ci il tarixli 43 nömrəli orderin üzərində olan “Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyətinin Başcısı SƏNƏDLƏR ÜÇÜN” məzmunlu möhür əksi eyni məzmunlu eksperimental əks numunəsi ilə eynilik təşkil etmir.

4. Tədqiqata təqdim edilmiş X4 adına olan xx.xx.2013-cü il tarixli 17 nömrəli orderin üzərində olan Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyətinin Başcısı məzmunlu möhür əksi eyni məzmunlu eksperimental əks numunəsi ilə eynilik təşkil edir.

5. Tədqiqata təqdim edilmiş X4 adına olan xx.xx.2007-ci il tarixli 43 nömrəli və xx.xx.2013-cü il tarixli 17 nömrəli orderlərdə imzalar əvvəl icra edilmiş, sonra isə möhür əksi vurulmuşdur.

6. Tədqiqata təqdim edilmiş X4 adına olan xx.xx.2013-cü il tarixli 17 nömrəli orderdə Q.Ç.Səmədov sözlərindən əvvəl gələn möhür əksi ilə imzanın kəsişdiyi hissədə rəngləyici maddələrin intensivliyi RGB intervalında eyni olduğu üçün onların kəsişmə ardıcıllığını müəyyən etmək mümkün olmadı.Səh-90 İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 23 noyabr 2021-ci il tarixli 4/1602 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ərizədə “ərizəçinin imzası” qrafasındakı imza X12 tərəfindən icra olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 30 dekabr 2021-ci il tarixli 5/1370 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Yevlax şəhər İcra hakimiyyətinin 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderin üz tərəfindəki 13 iyun 2007-cu yazısındakı 2007 rəqəmlərindən 07 rəqəmlərinin yerində əvvəlcə 10 çap rəqəmləri olub, sonradan mexaniki üsulla pozma aparılaraq üzərinə 07 rəqəmləri qələmlə icra edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 13 iyun 2022-ci il tarixli 10/2195-9/2450 saylı rəyindən görünür ki, Yevlax şəhəri, Nizami prospekti, 19 saylı binanın 11 saylı mənzilinin 14,9 kvm, və 15,0 kvm iki yaşayış otağından və həmin otaqlara bitişik əlavə edilmiş tikililərin sahəsi 16,1 kvm olan bağlı eyvan, sahəsi 10,7 kvm olan mətbəx və sahəsi 15,0 kvm olan anbar tikililərdən ibarət olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, X18 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən SHB İnşaat MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X12 iş yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, X12 qəsdən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmış və bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Məhkəmə istintaqı zamanı X7 göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X12 qəsdən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmış və bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Belə ki, X2 şəhəri, Nizami Gəncəvi prospekti, 5-ci döngə, 6-cı ev, 3 saylı mənzilə arvadı Şahid1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaq məqsədilə rəsmi sənəd hesab edilən xx.xx.2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizəyə arvadı Şahid1 imzasını özü əlyazma ilə çəkməklə həmin rəsmi sənəd hesab edilən ərizəni saxtalaşdırmışdır. Bundan başqa o, atası X5 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə Nizami prospekti 19 saylı evin 11 saylı mənzilində 1-ci mərtəbədə 2 otaqdan ibarət 29 kvadrat metr mənzil sahəsini tutmağa icazə verən Yevlax şəhər İcra Hakimiyyəti adına olan 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderin üzərində “Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakmiyyətinin Başçısı sənədlər üçün” məzmunlu möhür əksinin, üz tərəfindəki “13” iyun 2007-ci” yazısındakı 2007 rəqəmindəki “07” yazısının, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı E.R.Vəliyev yazısının əvvəlindəki imzanın, Şəhər İctimai Mənzil Komissiyasının katibi Şahid2 yazısının əvvəlindəki imzanın istintaqla müəyyən edilməyən şəxs tərəfindən müəyyən edilməyən vaxtda saxtalaşdırıldığını bildiyi halda həmin rəsmi sənəd hesab edilən orderin və arvadı Şahid1 imzasını saxtalaşdırıdığı xx.xx.2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizənin saxta olduğunu bilə-bilə həmin saxta sənədləri xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qəsdən təqdim etməklə Yevlax şəhəri, Nizami Gəncəvi prospekti, 5-ci döngə, 6-cı ev, 3 saylı mənzilə arvadı Şahid1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Bununla da təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İlqar Mustafayevin ifadəsi özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs X11 qeyd edilən maddələrdə nəzərdə tutulmuş həddə cəza təyin edilməli idi. Lakin məhkəmə hesab edir ki, qanunla müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddəti keçməsi ilə bağlı ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinin tələbinə görə бюйцк иътимаи тящлцкя тюрятмяйян cinayətin törədildiyi gündən ики il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət işi materiallarından gюrünür ki, İ.Mustafayevin təqsirli bilindiyi cinayətlər Cinayət Məcəlləsinin 15.2-cü maddəsinə əsasən бюйцк иътимаи тящлцкя тюрятмяйян cinayətlər hesab olunur. İş materiallarından, həmçinin, görünür ki, İ.Mustafayev ittiham olunduğu hər iki epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə, hesab edir ki, təqsirləndirilən şəxs İ.Mustafayevin törətdiyi cinayətə görə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində göstərilmiş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2 və 44.2.1-ci maddələrinə əsasən baraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.3-cü maddələrinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqi təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, X12 Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinir. Lakin Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsluyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs X12 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsi alanadək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 455 (dör yüz əlli beş) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən X6 alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut yoxdur və mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə

HÖKMETDİ:

X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin. Cinayət məsuliyyətinə cəlb edilməsi üçün Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyinə görə ona cəza təyin olunmasın. İş üzrə ekspertiza xərci olan 455 (dörd yüz əlli beş) manat X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. X12 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar