Məhkəmə qərarları › İş №1(039)-188/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-188/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-188/2022 27.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Xüsusi ittihamçı X7 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X15 və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayətə əsasən X15 təqsirləndirilir оndаn ötrü ki, о, 2022ci ilin iyun ayında xüsusi ittihamçı X16 barəsində Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının insan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Səbinə Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə müraciətlər ünvanlayaraq barəsində şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yaymış, sözügedən müraciətlər yuxarı dövlət orqanları tərəfindən araşdırılması və nəticəsi haqqında Prezidentin Administrasiyasına məlumat verilməsi üçün X7 dövlət qulluqçusu kimi işlədiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. M.Əsədov həmin müraciətlərdə T.Mürsəlovun guya dövlət orqanında tutduğu mövqe, imtiyaz, şəxsi imkan və nüfuzundan istifadə edərək onu qohumları ilə mübahisəli torpaq sahəsinə yaxın getməyə qoymadığını, yaxın gedəcəyi təqdirdə onu məhv edəcəyini, camaatın gözü önündə güllələyəcəyini, onu hədələyərək torpaq sahəsinin geri qaytarmasını tələb etdiyini, kənd camaatı içində xaos, çaşqınlıq yaratdığını, ölkə rəhbərliyinə qarşı xalqın inamını azaltdığını və ölkə rəhbərliyinin ünvanına xoş olmayan, həqiqəti əks etdirməyən ifadələr işlətdiyini, iş davamiyyətinə və rejiminə laqeyid yanaşaraq işə çıxmamağını, bütün gününü Yevlax rayonu Qaraməmmədli kəndində keçirməyini, kriminal aləmdə qəbul edildiyi kimi “içəridə oturub kənar aləmi” (burada- Bakıda oturub Yevlax rayonu Qaraməmmədli kəndini) idarə etdiyini, yaşadığı bölgənin və Qaraməmmədli kəndinin bütün torpaqlarını ələ keçirmək iddiasında olduğunu, torpaq sahələrinin tərəfindən müxtəlif yollarla özününküləşdirdiyini, kəndin məsələlərinin həllində dövlət orqanlarının səlahiyyətlərini mənimsədiyini, özünü arvad qohumları yarındırmaq üçün kəndin problemlərinin həll edilməsində üstünlük nümayiş etdirdiyini, onun təbirincə desək “at oynatdığını”, dövlət məmuru kimi çoxlu pul və imkan əldə edərək milyarder olduğunu, ondan qorxduğunu qeyd edərək “qanunsuz” və “əsassız” hərəkətlərinə son qoyulmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X15 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək söyləmişdir ki, o, ilə üzvüləri ilə birlikdə Yevlax rayonu Qaraməmmədli kəndində yaşamaqla əsas dolanışığı kənd təsərrüfatı ilə bağlıdır. Xüsusi mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahələri o cümlədən 2019-cu ildə həmkəndlisi X9 aldığı 0,7193 ha ölçüdə torpaq sahəsi sırf onun özünün xüsusi mülkiyyəti olmuşdur və həmin torpaq sahəsinin vicdanlı alıcı kimi eyni zamanda həmin torpaq sahəsinə dair mülkiyyət hüququ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir. Hazırda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məsul vəzifəli şəxsi X1 tutduğu imtiyazlarından, öz şəxsi imkanlarından və nüfuzundan istifadə edərək onun xüsusi mülkiyyətinə daxil olan, yəni yuxarıda qeyd etdiyi 0,7193 ha kənd təsərrüfatı təyinatlı torpaq sahənə yaxın getməyinə imkan vermir. X16 ona bildirir ki, əgər həmin torpaq sahəsinə yaxın getsən, onu məhf edəcək, kənddə, elə camaatın gözləri qarşısında onu güllələyəcək. Belə ki, X7 əsassız olaraq iddia etdiyi 0,7193 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini o, T.Mürəsəlovun qaynı X3 almaqla, həmin alqı-satqı müqaviləsi “Bərdə Asan – Xidmət “ Mərkəzinin notariusu tərəfindən təstiq edilmişdir. X16 onu hədələyərək həmin torpaq sahəsini ona qaytarmağı ondan tələb edir. Onu da xüsusi olaraq bildirir ki, X9 0,7193 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almağına baxmayaraq, onun valideynlərinin və digər ailə üzvülərinin paylı mülkiyyətləri tərəfindən toxunulmaz qalmışdır və hər bir mülkiyyətçinin torpaq sahələri öz sahibliklərindədir. O, sadəcə pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə ölkə başçısına, digər rəhbər şəxslərə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə müraciətlər ünvanlamış, Telman Mürsəlov barəsində har hansı kütləvi çıxışda, habelə kütləvi informasiya vasitəsində və ya sosial şəbəkələrdə fikirlər bildirməmiş və dərc etməmişdir. Hesab edir ki, hər hansı cinayəti törətməmiş və məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X16 şikayətində qeyd etdiyi xüsusatları təsdiq və müdafiə edərək göstərdi ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Yevlax rayonu Qaraməmmədli kənd sakini X15 2022-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının insan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Səbinə Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə müraciətlər ünvanlayaraq barəsində şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yaymışdır. M.Əsədovun Azərbaycan Respublikası Prezidentinin ünvanına daxil olmuş xx.xx.2022-ci il tarixli, 22/Ə-4772-008 nömrəli, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin ünvanına daxil olmuş xx.xx.2022-ci il tarixli, 4/Ə/4650 nömrəli müraciətləri baxılması, araşdırılması və nəticəsi haqqında Prezidentin Administrasiyasına məlumat verilməsi üçün dövlət qulluqçusu kimi işlədiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. M.Əsədovun barəsində belə bir kompaniya aparmasına səbəb onunla ailə üzvləri həyat yoldaşı X10, qayınatası X17 və qaynı X18 arasında yaranmış daşınmaz əmlakla (kənd təsərrüfat təyinatlı torpaq) bağlı mübahisənin yaranması və məsələnin mübahisə predmetinə çevrilməsidir. Göründüyü kimi yaranmış mübahisədə o heç bir halda tərəf deyil, amma nədənsə M.Əsədov onun şərəf və ləyaqətimi, işgüzar nüfuzunu, dövlət qulluqçusu kimi ictimai fəaliyyətinə qəsdən və israrla ləkələməyə cəhdlər edir. Belə ki, yuxarı dövlət orqanlarına ünvanladığı müraciəfərdə M.Əsədov guya dövlət orqanında tutduğu mövqe, imtiyaz, şəxsi imkan və nüfuzundan istifadə edərək onu qohumları ilə mübahisəli torpaq sahəsinə yaxın getməyə qoymadığını, yaxın gedəcəyi təqdirdə onu məhv edəcəyini, camaatın gözü önündə güllələyəcəyini, onu hədələyərək torpaq sahəsinin geri qaytarmasını tələb etdiyini, kənd camaatı içində xaos, çaşqınlıq yaratdığını, ölkə rəhbərliyinə qarşı xalqın inamını azaltdığını və ölkə rəhbərliyinin ünvanına xoş olmayan, həqiqəti əks etdirməyən ifadələr işlətdiyini, iş davamiyyətinə və rejiminə laqeyid yanaşaraq işə çıxmamağını, bütün gününü Yevlax rayonu Qaraməmmədli kəndində keçirməyini, kriminal aləmdə qəbul edildiyi kimi “içəridə oturub kənar aləmi” (burada- Bakıda oturub Yevlax rayonu Qaraməmmədli kəndini) idarə etdiyini, yaşadığı bölgənin və Qaraməmmədli kəndinin bütün torpaqlarını ələ keçirmək iddiasında olduğunu, torpaq sahələrinin tərəfindən müxtəlif yollarla özününküləşdirdiyini, kəndin məsələlərinin həllində dövlət orqanlarının səlahiyyətlərini mənimsədiyini, özünü arvad qohumları ya rind irmaq üçün kəndin problemlərinin həll edilməsində üstünlük nümayiş etdirdiyini, onun təbirincə desək “at oynatdığını”, dövlət məmuru kimi çoxlu pul və imkan əldə edərək milyarder olduğunu, ondaqn qorxduğunu qeyd edərək “qanunsuz” və “əsassız” hərəkətlərimə son qoyulmasını xahiş etmişdir. M.Əsədovun müraciətlərində yazır ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məsul vəzifəli şəxsi X1 tutduğu imtiyazlardan, öz şəxsi imkanlarından və nüfuzundan istifadə edərək onun xüsusi mülkiyyətinə daxil olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yaxın getməyə imkan vermir, gedəcəyi halda onu məhv edəcəyə, kənddə elə camaatın gözləri qarşısında güllələyəcəyək” ifadəsini işlədir. Hesab edirəm ki, bu məlumatlar böhtandır, həqiqətlə heç bir bağlılığı yoxdur. Belə ki, M.Əsədovun iddia etdiyi, xüsusi mülkiyyəti adlandırdığı və onun da hər nansı bir hüquq sahibi olmadığını daşınmaz əmlak mübahisəsi yaşadığı qohumları qayınatası R.Hüseynov, həyat yoldaşı N.Mürsəlova və qaynı E.Hüseynovla aralarındakı mübahisələrə diqqət çəkməklə yuxarı dövlət orqanlarına, o cümlədən işçisi olduğum ƏƏSMN-nin rəhbərliyinə yalan, böhtan və həqiqətə uyğun olmayan söz və ifadələrdən istifadə etməklə müraciətlər ünvanlamışdır. Həmin müraciətlərdə onun həbsxana həyatı yaşayan, oğru aləminə xas olan xarakterə malik şəxs kimi təqdim etmiş Telman Mürsəlov, sanki cəzaçəkmə müəssisələrində olduğu kimi Yevlax rayonu Qaraməmmədli kəndinin bütün vəziyyətini idarə edir” kimi ifadələrdən istifadə etməklə böhtan atmaqdan çəkinməmişdir. M.Əsədov digər ifadəsində qeyd edir: “ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun məsul vəzifəli şəxsi X16, qeyd edilən nazirlikdə yüksək vəzifə tutduğu halda, daimi Yevlax rayonu Qaraməmmədli kəndində görünür və onun əsas işi kənd içərisində xaos yaratmaqdan, xalqın Ölkə rəhbərliyinə qarşı İnamını azaltmaqdan ibarətdir. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun məsul vəzifəli şəxsi X5 içərisində işlətdiyi ən sevimli cümləsi belədir: “Heydərin oğlu hakimiyyət başındadır, ona görə də Ölkədə rüşvətxorluq baş alıb gedir”. M.Əsədovun bu qeydləri də yalan və böhtan olmaqla, onun işlədiyi dövlət orqanında, tanıyan və tanımayan insanlar arasında nüfuzdan salmağa, şəxsiyyətini ləkələməyə yönəlib. Halbuki o, özü hələ dövlət qulluğuna daxil olmamışdan öncə 2006-cı ilin oktyabrından hakim Yeni Azərbaycan Partiyasının üzvüyəm və onun təqdimatımla bir neçə gənc sözügedən partiyaya üzv olmuşdur. İşlədiyi nazirliyə ünvanladığı şər, böhtan və qarayaxma müraciətinin digər bir yerində M.Əsədov yazır: “ƏƏSMN-nin DSMF-nin məsul vəzifəli şəxsi X16 yaşadığı bölgə üzrə qanuni və qanunsuz yollarla, ancaq torpaq sahələrini özününküləşdirməklə məşğuldur. Hansı yollarla olursa-olsun, Telman Mürsəlov istədiyinə nail olmalıdır. T.Mürsəlov Yevlaxlı olmasa da, qarşısına belə bir məqsəd qoymuşdur-Yevlax rayonu Qaraməmmədli kəndinin bütün torpaqları onun olmalıdır”. Bu ifadələri ilə M.Əsədov onun heç bir əsas olmadan başqa şəxslərə məxsus olan daşınmaz mülkiyyətləri mənimsəməkdə ittiham edərək barəsində həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumat yaymışdır. M.Əsədov müraciətinin digər bir hissəsində qeyd edir: “Axı, dövlət məmuru T.Mürsəlovda bu qədər pul haradandır və o nəyə görə bu qədər iddialıdır? Onun pulu da çoxdur, imkanları da hazırkı iqtidarın zamanında yüksək vəzifə tutaraq milyarder olmuşdur”. M.Əsədovun işlətdiyi bu ifadələr bir vicdanlı və dürüst dövlət quluqçusu kimi onu korrupsiyada, dövlət vəsaitləri mənimsəməkdə və rüşvətxorluqla mənimsəməkdə və rüşvətxorluqda məşğul olmaqda ləkələməkdən başqa bir şey deyildir. Yalan və böhtan xarakterli ifadələrdir. Məhkəmədən təqsirləndirilən şəxsə sərt cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Prezidentinin X2 ilə İş Şöbəsinin № 22/Ə-4772-008 saylı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, vətəndaş X11 tərəfindən Azərbaycan Respublikası Prezidentinin ünvanına daxil olmuş məktub baxılması və nəticəsi barədə məlumat verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərilmişdir; Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinin № 4/Ə-4650 saylı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, vətəndaş X11 tərəfindən Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin ünvanına daxil olmuş məktub baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərilmişdir; Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi Sənədlərlə iş, təhlil və statistika sektoru müdiri vəzifəsində çalışır; 0627114 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, X16 müvafiq xəstəliyi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir; X7 DƏMX-nin Bakı şəhər İdarəsinin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, yaxın qohumunun vəfatı ilə bağlı 2022-ci ilin 23-25 may tarixlərdə işdə olmamasını üzürlü hesab edilməsini xahiş etmişdir; X20 Xidmətinin rəisi Vəli Quliyevin xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək məzuniyyətində olmuşdur; X20 Xidmətinin rəisi X32 və Əhalinin Sosial Müdafiəsi X27 ünvanladığı xx.xx.2022ci il tarixli Xidməti məruzənin surətindən görünür ki, vətəndaş Mikayıl Əsədovun X20 Xidməti Bakı şəhər İdarəsi Sənədlərlə iş, təhlil və statistika sektoru müdiri X16 barəsində ünvanladığı müraciəti araşdırılmış, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü (dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa ixtiyarı yoxdur) maddəsinin tələblərinin pozulduğu nəzərə alaraq və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X20 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq X16 barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birinin tətbiq olunması məqsədəmüvafiq hesab olunmuşdur; Əmək və Əhalinin Sosial Müdafiəsi X24 xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, X20 Xidməti Bakı şəhər İdarəsi Sənədlərlə iş, təhlil və statistika sektoru müdiri X7 xidməti fəaliyyətinin araşdırılması əmr edilmişdir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Daxili nəzarət və audit şöbəsinin müdiri X31 və Əhalinin Sosial Müdafiə X27 ünvanladığı xx.xx.2022-ci il tarixli Yazılı məruzədən görünür ki, vətəndaş Mikayıl Əsədovun X20 Xidməti Bakı şəhər İdarəsi Sənədlərlə iş, təhlil və statistika sektoru müdiri X16 barəsində ünvanladığı müraciəti araşdırılmış, T.Mürsəlovun barəsində müsbət xarakteristika verilməsini və ilk dəfə barəsində xidməti araşdırma aparıldığını nəzərə alaraq fəaliyyətində yol verdiyi nöqsanlara görə X12 gələcək fəaliyyətində Nazirliyin nüfuzunu aşağı sala biləcək addımlardan çəkindirmək məqsədi ilə Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən şifahi və ya yazılı xəbərdarlıq edilməsi üçün müvafiq göstəriş verilməsi məqsədəmüvafiq hesab olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışından görünür ki, İsmayıllı rayonu Gəndov kəndində yerləşən fərdi yaşayış evin həmin evin yerləşdiyi 0,0294 ha torpaq sahəsinə X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır; 20/8 saylı 2013-cü il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, X16 ilə Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında olan razılaşmaya əsasən Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən 02 otaqlı yaşayış sahəsi müvəqqəti yaşamaq üçün onun və ailə üzvlərinin istifadəsinə verilmişdir; MyGov.az internet portalından əldə olunmuş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, X7 mülkiyyətində 90TR570 dövlət qeydiyyat nişanlı, HYUNDAİ İX- 35 markalı avtomobili vardır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 29 oktyabr 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş X7 məhkumluğu yoxdur. X20 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, 1982-ci ildə Bakı şəhərində anadan olmuş X16 müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X15 Azərbaycan Respublikası Cinayət Məcəllənin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı toplanmış və araşdırılmış sənədlərlə sübuta yetirilmir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenum Qərarının 5-ci bəndində göstərilmişdir ki, “böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.” Məhkəmə, istinad edilən Plenum qərarında əks edilmiş hüquqi mövqeyi rəhbər tutaraq qeyd edir ki, göründüyü kimi hazırki xüsusi ittiham üzrə X7 istinat etdiyi məlumatlar barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X15 tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmamış, bu məlumatlar sonuncu tərəfindən müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks edilmiş, bu şikayətlər əsasında müvafiq orqan tərəfindən araşdırma aparılmış və nəticədə fəaliyyətində yol verdiyi nöqsanlara görə X12 gələcək fəaliyyətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nüfuzunu aşağı sala biləcək addımlardan çəkindirmək məqsədi ilə Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən şifahi və ya yazılı xəbərdarlıq edilməsi üçün müvafiq göstəriş verilməsi məqsədəmüvafiq hesab olunmuşdur. Belə olan halda şəxsin əməlində CMnin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmur. Məhkəmə X13 qarşı irəli sürülmüş CM-nin 147.1-ci maddəsi ilə ittihama münasibətdə qeyd edir ki, X13 CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığından bəraət verilməlidir. Cinayət Prosessual Məcəllə: Maddə 8.0.5. cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Maddə 21. cinаyətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qаydаdа sübutа yetirilməyibsə və bu bаrədə qаnuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursа, təqsirsiz sаyılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 42.1.2. məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Maddə 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Maddə 145.1. hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Maddə 145.3. ittihamın subut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni hesab edilir. Maddə 350.1. məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Maddə 350.2. bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Məhkəmə Cinayət Prosessual Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa İnsan Hüquqları Məkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konversiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrə vurğulamışıdr ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydada uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndilməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd edilmişdir, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırılmasının ədalətli olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsip istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, qanunvericiliyin istinad edilən normalarını rəhbər tutaraq və məhkəmədə araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, məhkəmə qərarı mülahizələrə əsaslana bilməz, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X8 Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli olması işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmur. Bu səbəbdən xüsusi ittiham qaydasında qanunvericiliyin istinad edilən maddəsi ilə X8 əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 42.2.2, 345-347, 350, 352 və 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X13 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsilə bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış X13 onun qanunsuz məhkəməyə verilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. X13 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 2,5 (iki saat 30 dəqiqə) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 15 (on beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İş üzrə qətimkan tədbirinin seçilməməsi və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm аpelyаsiyа şikаyəti və yа аpelyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar