Məhkəmə qərarları › İş №1(039)-189/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-189/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-189/2022 11.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1971-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax şəhəri, H.Ərəblinski küçəsi, ev 61-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə saat 07.30 radələrində Yevlax şəhəri, Ərəblinski küçəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə qəsdən vurub-Zərərçəkmiş şəxs sağ sağrının aşağı bayır və iç kvadratının şişkinlik fonunda iri ölçülü qançırı, sağ bazunun aşağı 1/3-nin ön səthinin, kürək və bel nahiyələrinin, sol baldırın orta 1/3-nin yan səthinin çox saylı sıyrıqları ilə müşaiyət olunun və dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməldə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qonşusudur. Validə heç bir səbəb olmadan onu və ailə üzvlərini nalayiq söyüşlərlə söyüb təhqir edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 07.30 radələrində həyat yoldaşı Elnuru işə yola salan zaman əl çantasını gətirmək üçün evə girmişdir. Həmin vaxt küçədən səs-küş eşitmiş və küçəyə çıxanda görmüşdür ki, Validə həyat yoldaşı Elnuru nalayiq söyüşlərlə söyüb təhqir edərək əli ilə və əlindəki şəpitlə Elnuru döyür. O, onlara yaxınlaşmış və Validənin əlindən tutmuşdur. Həmin vaxt Validə özü yerə yıxılmışdır. O, da Validənin saçından tutub yolmuş, əli ilə sifətinə və bədəninə vurmuşdur. Onların səslərinə əvvəlcə qaynatası Duman və qaynanası Fəridə çıxmışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır və Zərərçəkmiş şəxs ilə barışmışdır. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 07.30 radələrində həyat yoldaşı Tofiki işə yola salan zaman küçəyə çıxmışdır. Bu zaman evləri onların evinə bitişik olan qonşusu Elnur ona qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Elnurun həyat yoldaşı Ülkər də onun üstünə hücum çəkərək saçından yolmuş və əli ilə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, əməli törtəmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 və Zərərçəkmiş şəxs onun qonşularıdır. xx.xx.2022-ci il tarixdə saat 07.30 radələrində işə getmək üçün yaşadığı küçəyə çıxmışdır. Həmin vaxt Validə onun ünvanına nalayiq söyüşlər söymüşdür. Validənin onu şərləyəcəyindən ehtiyat edib ona heç bir şey etməmişdir. Həmin vaxt həyat yoldaşı Ülkər həyətdən çıxıb onların yanına gəlmiş və Validə onun da üstünə hücum çəkmişdir. Həyat yoldaşı Ülkər onun qolundan tutan zaman Validə özü yerə yıxılmış və Ülkər də onun saçından tutmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar və eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 597 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-“sağ sağrının aşağı bayır və iç kvadratının şişkinlik fonunda iri ölçülü qançırı, sağ bazunun aşağı 1/3-nin ön səthinin, kürək və bel nahiyələrinin, sol baldırın orta 1/3-nin yan səthinin çox saylı sıyrıqları” küt alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə rəsmi qaydada ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eləcə də Təqsirləndirilən şəxsda məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3- cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə CMnin 73-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar