Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-19/2020 11.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı X4 Möhübbət oğlunun Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində xx xxxxxxx 2019-cu il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, ünvan 4 mənzil 8-də qeydiyyatda olan və yaşayan -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayının 3-cü 10 günlüyündə, saat 15 radələrində, özgənin əmlakını ələ keçirmək niyyəti ilə, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs evdə olmadığından istifadə etməklə həmin həyət evinə hasardan aşmaqla qanunsuz daxil olaraq, üzərində olan qayçı ilə, evin divarına bərkidilmiş 900 manat dəyərində 1 ədəd “Ferroli” markalı kombi istilik sisteminin tənzimləyici aparatını söküb, gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 900 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki,arvadından boşandıqdan sonra anası ilə birlikdə ünvan 2 mənzil 8 ünvanında yaşayır. Bir azyaşlı qız övladı vardır. Özü istilik sistemlərinin təmiri işə məşğul olub dolanır. Son zamanlar narkotik vasitələrin təsiri altına düşdüyündən heç yerdə işləyə bilməmişdir. Təxminən 2019-cu ilin iyul ayının sonlarında Yevlax şəhəri, Rəşid Behbudov küçəsində yerləşən 4 nömrəli evin yanından təxminən saat 15 radələrində piyada keçərkən görmüşdür ki, tanımadığı evin həyətinin hasarı setkadan çəkilib və həyəti görünür. Həmin evin divarında kombi istilik sistemlərinə məxsus olan tənzimləyici aparatın bərkidildiyini görmüşdür. Həmin vaxt küçədə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra, həyətin hasarında içəriyə keçib evin giriş qapısından sağ tərəfdə divara bərkidilmiş kombi tənzimləyici aparatı divardan cibində gəzdirdiyi qayçı ilə sökmüşdür. O həmin kombi aparatını əlinə götürüb həyətdən küçəyə çıxmışdır. Həmin aparatı yaşadığı evə aparıb boş saxladıqları otaqda gizlətmişdir. Bundan anası Sədaqətin xəbəri olmamışdır. Həmin gündən təxminən bir həftə sonra isə, qonşusu Nazimi küçədə görəndə ona 200 manata kombi aparatı satdığını demişdir. Həmin vaxtı, Şahid ona qarşıdan qış fəsli gəldiyinə görə evinə kombi quraşdırmaq istədiyini, buna görə də ona aparat lazım olduğunu bildirmişdir. Bundan sonra isə Şahid 200 manat pul alıb həmin kombi aparatını ona satmışdır. Həmçinin, Şahid ondan aldığı kombi aparatının oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, anası X2 ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Mərhum qardaşı X3 xx xxxxxxxx 1993-cü il tarixdə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə şəhid olduğuna görə, Yevlax şəhəri, Rəşid Behbudov küçəsində anası Sahibənin adına cənab Prezidentin sərəncamı ilə dövlət hesabına həyət evi tikilir. Hazırda, həmin evdə yaşayış olmasa da, şəxsi əşyalarının bir qismini oraya yığmışlar. O, mütəmadi olaraq həmin evə gedib gəlir. Sonuncu dəfə 2019-cu ilin iyul ayının sonlarında həmin evdə olmuşdur. Daha sonra isə xx xxxxxxx 2019-cu il tarixdə həmin evə yeni əşyalar aparmışdır. Bu zaman evin giriş qapısından sağ tərəfdə quraşdırılmış kombi istilik aparatının yerindən sökülmüş olduğunu görmüşdür. O, başa düşmüşdür ki, həmin aparatı oğurlayıblar. Buna görə də, Yevlax RPŞ-nə gəlib bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır. Təqsirləndirilən şəxs onun qonşusudur. 2019-cu ilin iyul aylarının sonlarında Anar ona anası Sədaqətin ağır xəstə olduğundan müalicə üçün təcili 200 manat pul lazım olduğunu, buna görə də, bacısı Ləmangilin evinin kombi aparatını satmaq istədiyini bildimişdir. O, qış fəslinin yaxınlaşdığına görə yaşadığı evə kombi aparatı quraşdırmaq istədiyindən Anarın təklifini qəbul etmiş və ona 200 manat pul verib həmin aparatı almışdır. O, həmin kombi aparatını yaşadığı evdə saxlasa da, imkan olmadığından onu qurraşdırmamış və evinin həyətində saxlamışdır. Təqsirləndirilən şəxs həmin kombi aparatını oğurladığından xəbərsiz olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 27183 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına fotoşəkili təqdim edilmiş, təxminən 3 ay əvvəl alınmış, quraşdırılsa da istifadədə olmamış, 1 ədəd “Ferroli” 25 KV markalı istilik sisteminin 2019-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 800 (səkkiz yüz) manat müəyyən olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İcra Hakimiyyətinin 5 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İcra Hakimiyyətinin 5 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cu il təvəllüdlü Sədaqət adlı bir azyaşlı uşağı var. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspert rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 4 mənzil 8 ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İşdə olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə maddi sübut “”Ferroli” markalı istilik sistemi aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 4 mənzil 8 ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Maddi sübut “”Ferroli” markalı istilik sistemi aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-19/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-19/2020
11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver