Məhkəmə qərarları › İş №1(039)-19/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-19/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-19/2021 04.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Yunusov Murtuz Bəylər oğlunun iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Yunusov Murtuz Bəylər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində yaşadıqları Yevlax şəhəri F.Əmirov küçəsi 7 nömrəli fərdi yaşayış evinin həyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs baş nahiyəsinə stəkanla, sol çiyin qurşağına daşla və alt dodaq nahiyəsindən yumruqla vuraraq, ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Yunusov Murtuz Bəylər oğlu törətdiyi cinayət əməli üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, arvadı Zərərçəkmiş şəxs, anası Gülcahan Yunusova və azyaşlı qızı Şahid ilə birlikdə yaşayır, arvadı Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı deyil və aralarında tez-tez mübahislər baş verir. xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində arvadı Elnarə və anası Gülcahanla birlikdə evlərinin alt hissəsindəki masada çay içən zaman bacısı oğlu İlhamın lüzumsuz olaraq özünə 400 manata mobil telefon aldığını, pulunu boş yerə xərclədiyini demişdir. Bu zaman Elnarə İlhamın öz pulunu xərclədiyini, ona isə fərasətsiz olduğunu və heç bir yerdə işləmədiyini demişdir. O, Elnarənin sözlərindən əsəbləşdiyi üçün masanın üzərindəki içi boş olan stəkanla Elnarənin baş nahiyyəsindən vurmuş, daha sonra masanın üzərindəki nəlbəkini Elnarəyə atmışdır. Elnarə onun barəsində təhqiramiz ifadələr işlətdiyindən daha da əsəbləşərək stoldan qalxaraq ilk öncə yumruq zərbəsi ilə Elnarənin ağız nahiyyəsindən vurmuş, bundan sonra yumruqla Elnarənin sağ çiyin nahiyyəsindən vuraraq oradan uzaqlaşmışdır. Münaqişə zamanı orada anası Gülcahan və azyaşlı qızı Aysun olmuşdur. Zərərçəkmiş şəxs Sahib qızına dəymiş ziyanı ödəyərək barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Sahib qızı ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs və qayınanası Gülcahanla birlikdə yaşadıqları evin alt hissəsində yerləşən masada oturaraq söhbət edən zaman Təqsirləndirilən şəxs bacısı oğlu İlhamın ağılsız olduğunu, gərəksiz yerə özünə 400 manata mobil telefon aldığını deyərək İlhamın barəsində xoşagəlməz ifadələr işlətmişdir. O da Təqsirləndirilən şəxs İlhamın öz pulu ilə mobil telefon aldığını, pulu özünün qazandığını demiş və bu zaman Təqsirləndirilən şəxs onun sözlərinə əsəbləşərək əlindəki çay içdiyi stəkanla onun baş nahiyyəsindən vurmuş, bundan sonra Murtuz masanın üzərindəki nəlbəkini də ona atmış və nəlbəki onun bel nahiyyəsindən dəymişdir. Murtuzdan kənarlaşmaq istəyən zaman Murtuz evin həyətində olan daşla onun sol qol və bel nahiyyəsindən vurmuş, zərbənin təsirindən yerə yıxıldıqda Murtuz yumruq-təpik zərbələri ilə onu vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli, 692 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ yanağın selikli qişasının tikilmiş yarası, sol çiyin qurşağıının qançırı, sağ təpə qabarının şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. ( iş vər. 8-9); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.29). Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmədə etirafedici ifadə verməsi ilə yanaşı, Zərərçəkmiş şəxs oğlunun məhkəmə iclasında verdiyi ifadəsi, məhkəmə tibbi ekspertizasının rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun ibtidai istintaqda göstərdiyi 30 (otuz) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna, 72 (yetmiş iki) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar