Məhkəmə qərarları › İş №1(039)-19/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-19/2022

05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-19/2022 05.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 Zərərçəkmiş şəxs X2 iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 67-də qeydiyyatda olan, Bakı şəhəri, Ramana qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Gəncə şəhəri, Nizami rayonu, M.P.Vaqif küçəsi, ev 60-da qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 06 yanvar 2022-ci il tarixdə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən qabacadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 25 sentyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədilə özünə məxsus “Qazel” markalı, **-BJ-*** dövlət qeydiyat nişanlı avtomobillə Yevlax rayonu, Qaraməmmədli kəndindəki Zərərçəkmiş şəxs1 Əli oğlunun yaşadığı heyvandarlıq fermasında yerləşən yaşayış evinin həyətyanı sahəsinə gedərək evin qarşısından 1 kiloqramı 0.90 manat dəyərində olmaqla ümumilikdə 180 manat dəyərində olan 4 ədəd kisələrdəki 200 kiloqram kartofu, 1 kiloqramı 0.50 manat dəyərində olmaqla ümumilikdə 12.50 manat dəyərində olan 1 kisədəki 25 kiloqram soğanı, bir ədəd 1 metr uzunluğunda olmaqla bir ədədinin dəyəri 3 manat olan ümumilikdə 90 manat dəyərindəki 30 ədəd armaturu, bir ədəd 2 metr uzunluğunda olmaqla bir ədədinin dəyəri 7 manat olan ümumilikdə 35 manat dəyərindəki 5 ədəd armaturu, bir ədəd 70 manat dəyərində olan dəmir odun sobasını, bir ədəd 15 manat dəyərində olan dəmir kvaltı, bir ədəd 3 manat dəyərində olan dəmir çəkici, bir ədəd 4 manat dəyərində olan kəlbətini, bir ədəd 5 manat dəyərində olan 27-lik qaz açarını, bir ədəd 10 litrlik dəmir vedrənin qiyməti 5 manat dəyərində olmaqla iki ədəd ümumilikdə 10 manat dəyərində olan 10 litrlik dəmir vedrəni götürərək gəldikləri avtomobilə yükləyib, daha sonra həmin yaşayış evinin otağının taxta qapısını fiziki güç tətbiq edərək itələyib açmaqla otağa qanunsuz daxil olaraq həmin otaqdan bir ədəd çarpayının ümumilikdə 10 manat dəyərində olan 2 ədəd dəmir başlığını, bir ədəd 20 manat dəyərində olan 30 litrlik alüminiumdan olan su qabını, bir ədəd 35 manat dəyərində olan 25 litrlik tutuma malik maye qaz balonunu, bir ədəd 70 manat dəyərində olan odun sobasını, bir ədəd 140 manat dəyərində olan “Super-Bag” markalı elektrikli cərəyan aparatını, həmin otağın sol tərəfində yerləşən digər otağın taxta qapısını fiziki güç tətbiq edərək itələyib açmaqla həmin otağa qanunsuz daxil olaraq otaqdan bir ədəd 60 manat dəyərində olan qab-qacaq dəstini, bir ədəd 35 manat dəyərində olan “Gepas” markalı ətçəkən maşını, bir ədəd 30 manat dəyərində olan “İtimat” markalı elektriklə işləyən sobanı, bir ədəd 30 manat dəyərində olan yataq dəstini, bir ədədi 12 manat dəyərində olmaqla dörd ədəd ümumilikdə 48 manat dəyərində olan stulları gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 902 manat 50 qəpik (doqquz yüz iki manat əlli qəpik) məbləğində ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 26 sentyabr 2021-ci il tarixdə, gecə saat 02 radələrində qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 məxsus olan və təmir edilməsi üçün Şahid3 işlədiyi Yevlax şəhəri, K.Sabitov küçəsində yerləşən avtomobil təmiri sexinin qarşısında saxlanılmış “Raf 2203” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı mikroavtobusun motorxanasının qapağını qaldıraraq açmaq yolu ilə oradan bir ədəd 50 manat dəyərində olan avtomobilin tokartırıcı dinamosunu, bir ədəd 40 manat dəyərində olan avtomobilin akkumlyatorunu və bir ədəd 120 manat dəyərində olan avtomobilin radiatorunu gizli olaraq talamaqla zərərçəkmiş şəxs Faiq Xəlilova ümumilikdə 210 (iki yüz on) manat məbləğində ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 25 sentyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs1 məxsus “Qazel” markalı, **-BJ-*** dövlət qeydiyat nişanlı avtomobil ilə Yevlax rayonu, Qaraməmmədli kəndindəki Zərərçəkmiş şəxs1 Əli oğlunun yaşadığı heyvandarlıq fermasında yerləşən yaşayış evinin həyətyanı sahəsinə gedərək evin qarşısından 1 kiloqramı 0.90 manat dəyərində olmaqla ümumilikdə 180 manat dəyərində olan 4 ədəd kisələrdəki 200 kiloqram kartofu, 1 kiloqramı 0.50 manat dəyərində olmaqla ümumilikdə 12.50 manat dəyərində olan 1 kisədəki 25 kiloqram soğanı, bir ədəd 1 metr uzunluğunda olmaqla bir ədədinin dəyəri 3 manat olan ümumilikdə 90 manat dəyərindəki 30 ədəd armaturu, bir ədəd 2 metr uzunluğunda olmaqla bir ədədinin dəyəri 7 manat olan ümumilikdə 35 manat dəyərindəki 5 ədəd armaturu, bir ədəd 70 manat dəyərində olan dəmir odun sobasını, bir ədəd 15 manat dəyərində olan dəmir kvaltı, bir ədəd 3 manat dəyərində olan dəmir çəkici, bir ədəd 4 manat dəyərində olan kəlbətini, bir ədəd 5 manat dəyərində olan 27-lik qaz açarını, bir ədəd 10 litrlik dəmir vedrənin qiyməti 5 manat dəyərində olmaqla iki ədəd ümumilikdə 10 manat dəyərində olan 10 litrlik dəmir vedrəni götürərək gəldikləri avtomobilə yükləyib, daha sonra həmin yaşayış evinin otağının taxta qapısını fiziki güç tətbiq edərək itələyib açmaqla otağa qanunsuz daxil olaraq həmin otaqdan bir ədəd çarpayının ümumilikdə 10 manat dəyərində olan 2 ədəd dəmir başlığını, bir ədəd 20 manat dəyərində olan 30 litrlik alüminiumdan olan su qabını, bir ədəd 35 manat dəyərində olan 25 litrlik tutuma malik maye qaz balonunu, bir ədəd 70 manat dəyərində olan odun sobasını, bir ədəd 140 manat dəyərində olan “Super-Bag” markalı elektrikli cərəyan aparatını, həmin otağın sol tərəfində yerləşən digər otağın taxta qapısını fiziki güç tətbiq edərək itələyib açmaqla həmin otağa qanunsuz daxil olaraq otaqdan bir ədəd 60 manat dəyərində olan qab-qacaq dəstini, bir ədəd 35 manat dəyərində olan “Gepas” markalı ətçəkən maşını, bir ədəd 30 manat dəyərində olan “İtimat” markalı elektriklə işləyən sobanı, bir ədəd 30 manat dəyərində olan yataq dəstini, bir ədədi 12 manat dəyərində olmaqla dörd ədəd ümumilikdə 48 manat dəyərində olan stulları gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 902 manat 50 qəpik (doqquz yüz iki manat əlli qəpik) məbləğində ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 26 sentyabr 2021-ci il tarixdə, gecə saat 02 radələrində qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 məxsus olan və təmir edilməsi üçün Şahid3 işlədiyi Yevlax şəhəri, K.Sabitov küçəsində yerləşən avtomobil təmiri sexinin qarşısında saxlanılmış “Raf 2203” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı mikroavtobusun motorxanasının qapağını qaldıraraq açmaq yolu ilə oradan bir ədəd 50 manat dəyərində olan avtomobilin tokartırıcı dinamosunu, bir ədəd 40 manat dəyərində olan avtomobilin akkumlyatorunu və bir ədəd 120 manat dəyərində olan avtomobilin radiatorunu gizli olaraq talamaqla zərərçəkmiş şəxs Faiq Xəlilova ümumilikdə 210 (iki yüz on) manat məbləğində ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 25 sentyabr 2021-ci il tarixdə Elşən ilə birlikdə ona məxsus olan “Qazel” markalı, **-BJ-*** dövlət qeydiyat nişanlı avtomobillə Yevlax rayonunun Qaraməmmədli kəndindən keçən hissəsi ilə hərəkətdə olan zaman yolun kənarında ferma olduğunu və fermanın işığının yanmadığını görmüşlər. Onlar fermada hər-hansı bir şəxsin olmadığını zənn etdikləri üçün həmin fermadan oğurluq etmək qərarına gəlmişlər. Elşən ona “gəl bu fermadan oğurluq edək” demişdir. O, Elşən ilə razılaşdığı üçün avtomobil ilə fermanın içərisinə daxil olmuş və o, qazelin arxasını ferma tərəfə, qarşısın isə yola tərəf saxlamışdır. Onlar avtomobildən düşərək fermaya daxil olmuş və birlikdə fermanın çölündə olan əşyaları, yəni dörd kisə kartofu, bir kisə soğanı, 35 ədəd armaturu, bir ədəd dəmir peçi, bir ədəd kobaltı, bir ədəd dəmir çəkici, bir ədəd 27-lik qaz haçarını, bir ədəd kəlbətini, iki ədəd dəmir vedrəni bir-bir daşıyıb avtomobilin yük hissəsinə yığmışlar. Əşyaları avtomobilə yığdıqdan sonra yenidən fermada olan evin içərisinə daxil olub oğurluq etmək üçün Elşən ilə birlikdə fermada olan otaqlarının qapısı çölə açılan iki otaqdan ibarət olan evin, evlə üzbəüz dayanan zaman sağda yerləşən otağın qapısını itələyib açmaqla həmin otağa daxil olmuş və həmin otaqdan bir ədəd çarpayının iki ədəd dəmir başlıqlarını, alimunumdan olan su qabını, qaz balonunu, bir ədəd dəmir peçi, bir ədəd tok sobanı, həmin otağın solunda yerləşən otağın qapısını itələyib açmaqla həmin otaqdan bir ədəd qab-qacaq dəstini, 1 ədəd ətçəkən maşın, 1 ədəd elektriklə işləyən sobanı, bir ədəd yataq dəstini (yorğan, yastıq, prastina), 4 ədəd stulu oğurlayıb qazelin yük yerinə qoymuşlar. Bundan sonra onlar avtomobilə əyləşmiş və Yevlax rayonu Hacımahmudlu kəndində yaşayan qaynanası Qənifənin evinə getmişlər və həmin əşyaları Qənifənin evinin həyətinə yığmışlar. Bu zaman Qənifə onlardan həmin əşyaları haradan aldıqlarını soruşmuşdur. Onlar da həmin əşyaları dostlarının evini satdığı üçün onlara pay verdiyini bildirmişlər. Onlar daha sonra həmin əşyaların bir qismini, yəni alimunum su qabını (biton), çarpayının dəmirdən olan iki ədəd dəmir başlıqlarını, iki ədəd dəmir vedrəni, qab-qacaq dəstini, kartofu və s. bu kimi bir neçə əşyanı Yevlax şəhər bazarında tanımadıqları şəxslərə satmış və 200 manat pul əldə etmişlər. Elşən ilə birlikdə həmin pulu bölmüş və həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan sonra onlar 26 sentyabr 2021-ci il tarixdə gecə saat təxminən 02 radələrində ona məxsus olan **-BJ-*** dövlət qeydiyat nişanlı “Qazel” markalı avtomobillə Yevlax rayonundan Bakı şəhərinə getmişlər. Onlar Yevlax şəhər ərazisində hərəkətdə olan zaman avtomobilin dinamosunda problem olduğu üçün avtomobil dayanmışdır. Onlar birlikdə avtomobili təmir etmək istəsələr də, avtomobil işə düşməmişdir. Bundan sonra o, ətrafa baxmış və “RAF” markalı avtomobil olduğunu görmüşdür. O, “RAF” markalı avtobusun dinamosunu sökmüş və elə həmin vaxt akkumlyatoru və radiatoru da sökərək götürmüşdür. O, “RAF” markalı avtomobildən oğurlamış olduğu əşyaları avtomobilin yanına gətirmişdir. Lakin oğurlamış olduğu dinamonu və akkumlyatoru Elşən ilə birlikdə avtomobilin üzərinə qoysa da avtomobil işə düşməmişdir. Bu səbəbdən o, zəng edərək tanıdığı Ruslan adlı avtomobil ustasını, elektriki çağırmışdır. Ruslan avtomobilə baxmış və akkumlyatorun yararsız hala düşdüyünü demişdir. Bu səbəbdən Elşən Ruslan ilə birlikdə Daşqın adlı şəxsdən akkumlyator almaq üçün Ruslanın gəlmiş olduğu taksiyə əyləşərək Daşqının evinə getmişdir. Onlar Daşqından akkumlyator alıb gəldikdən sonra avtomobili təmir edə bilməmiş və bu səbəbdən avtomobili orada qoyaraq Ruslanın gəlmiş olduğu taksi ilə Yevlax rayon Hacımahmudlu kəndinə, Qənifənin evinə getmişlər. Bundan sonra 27 sentyabr 2021-ci il tarixdə Elşən ilə birlikdə Yevlax rayonunda yerləşən avtomobil təmiri sexində olan zaman polis əməkdaşları həmin yerə gəlmiş, onlara oğurluqda şübhəli olduqlarını bildirirək onlarla polis şöbəsinə getməklərini təklif etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. O, Yevlax rayon Qaraməmmədli kəndində yerləşən fermadan Elşən ilə birlikdə 25 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində oğurluq etmişdir. Onlar oğurladıqları əşyaları ona məxsus olan qazel markalı avtomobilə yığaraq aparmışlar. O, Yevlax rayon Qaraməmmədli kəndində yerləşən fermadan oğurluq hadisəsini törədən zaman Təqsirləndirilən şəxs2 başqa hər-hansı bir şəxslə əlbir olmamış və onlara hər hansı bir şəxs köməklik göstərməmişdir. O, Elşən ilə birlikdə Yevlax rayon Qaraməmmədli kəndində yerləşən fermadan oğurluq edən zaman onu və Elşəni heç kim görməmişdir. Qayınanası Qənifənin evinin həyətinə aparıb yığmış olduqları əşyaların oğurluq olması barədə Qənifənin və hər hansı bir şəxsin məlumatı olmamışdır. O, 26 sentyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində “RAF” markalı avtomobildən oğurluq etmişdir. O, “RAF” markalı avtomobildən dinamonu, akkumluyatoru və radiatoru oğurladığından Elşənin məlumatı olmuşdur. Lakin Elşən onunla birlikdə avtomobildən həmin əşyaları sökərək oğurlamamışdır. O, “RAF” markalı avtomobildən oğurlamış olduğu dinamonu, akkumluyatoru və radiatoru 26 sentyabr 2021-ci il tarixdə tanımadığı dəmir alan şəxlərə ümumilikdə 50 manata satmışdır. Məhkəmədən son sözündə əməlindən səmimi peşmanlıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 tanıyır. Zamin onun bacanağının yeznəsidir. Çox vaxt Zaminlə bir yerdə olur. O, 17 sentybar 2021-ci il tarixdə Zamin ilə birlikdə Yevlax rayon Hacımahmudlu kəndinə gəlmişlər. Həmin kəndə Zaminin qaynanası yaşayır. Onlar Zaminin qaynanası Qənifənin evində qalmışlar. 25 sentyabr 2021-ci il tarixdə Zaminlə birlikdə Zaminə məxsus olan “Qazel” markalı, **-BJ-*** dövlət qeydiyat nişanlı avtomobillə Yevlax rayonunun Qaraməmmədli kəndindən keçən hissəsi ilə hərəkətdə olmuşlar. Yolda avtomobillə keçən zaman yolun kənarında ferma olduğunu və fermanın işığının yanmadığını görmüşlər. Onlar fermada hər-hansı bir şəxsin olmadığını zənn etdikləri üçün həmin fermadan oğurluq etmək qərarına gəlmişlər. O, ilk öncə Zaminə gəl bu fermadan oğurluq edək demişdir. Zamin onunla razılaşdığı üçün avtomobil ilə fermanın içərisinə daxil olmuş və Zamin qazelin arxasını ferma tərəfə, üzün isə yola tərəf saxlamışdır. Fermanın çölündə olan əşyaları, yəni dörd kisə kartofu, bir kisə soğanı, 35 ədəd armaturu, bir ədəd dəmir peçi, bir ədəd kobaltı, bir ədəd dəmir çəkici, bir ədəd 27-lik qaz haçarını, bir ədəd kəlbətini, iki ədəd dəmir vedrəni bir-bir daşıyıb avtomobilin yük hissəsinə yığmışlar. Əşyaları avtomobilə yığdıqdan sonra yenidən fermada olan evin içərisinə daxil olub oğurluq etmək üçün Zaminlə birlikdə fermada olan otaqlarının qapısı çölə açılan iki otaqdan ibarət olan evin, evlə üzbəüz dayanan zaman sağda yerləşən otağın qapısını itələyib açmaqla otağa daxil olmuş və həmin otaqdan bir ədəd çarpayının iki ədəd dəmir başlıqlarını, alimunumdan olan su qabını, qaz balonunu, bir ədəd dəmir peçi, bir ədəd toksobanı, həmin otağın solunda yerləşən otağın qapısını itələyib açmaqla həmin otaqdan bir ədəd qab-qacaq dəstini, 1 ədəd ətçəkən maşın, 1 ədəd elektriklə işləyən sobanı, bir ədəd yataq dəstini (yorğan, yastıq, prastina), 4 ədəd stulu oğurlayıb qazelin yek yerinə qoymuşlar. Onlar Zaminlə birlikdə Yevlax rayonu, Hacımahmudlu kəndində yaşayan Zaminin qaynanası Qənifənin evinə getmişlər və əşyaları Qənifənin evinin həyətinə boşaltmışlar. Bu zaman Qənifə onlardan həmin əşyaları haradan aldıqlarını soruşmuşdur. Onlar da həmin əşyaları dostlarından birinin evini satdığı üçün onlara pay verdiyini bildirmişlər. Onlar həmin əşyaların bir qismini, yəni alimunum su qabını (biton), çarpayının dəmirdən olan iki ədəd dəmir başlıqları, iki ədəd dəmir vedrəni, kartofu, soğanı Yevlax şəhər bazarında tanımadıqları şəxslərə satmış və 200 manat pul əldə etmişlər. Onlar Zaminlə həmin pulu bölmüş və həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan sonra 26 sentyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Yevlax şəhər ərazisində Zaminə məxsus qazel markalı avtomobil ilə hərəkətdə olan zaman avtomobildə yaranmış nasazlıq səbəbindən avtomobil dayanmışdır. Onlar avtomobili təmir etmək istəsələr də avtomobil işə düşməmişdir. Bu səbəbdən Zamin zəng edərək Ruslan adlı avtomobil ustasını, elektriki çağırmışdır. Ruslan avtomobilə baxmış və akkumlyatorun yararsız hala düşdüyünü demişdir. Bu səbəbdən o, Ruslan ilə birlikdə Daşqın adlı şəxsdən akkumlyator almaq üçün Ruslanın gəlmiş olduğu taksiyə əyləşərək Daşqının evinə getmişdir. Onlar Daşqından akkumlyator alıb gəldikdən sonra avtomobili təmir edə bilməmiş və bu səbəbdən avtomobili orada qoyaraq Ruslanın gəlmiş olduğu taksi ilə Yevlax rayon Hacımahmudlu kəndinə, Qənifənin evinə getmişlər. 26 sentyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində “RAF” markalı avtomobildən oğurluq etmişlər. “RAF” markalı avtomobildən dinamo, akkumluyator və radiator oğurlamışlar. Oğurladıqları əşyaları Zaminin idarə etdiyi qazel markalı avtomobilə yığaraq aparmışlar. Bundan sonra 27 sentyabr 2021-ci il tarixdə Zamin ilə birlikdə avtomobil təmiretmə sexində olan zaman polis əməkdaşları həmin yerə gəlmiş, onlara oğurluqda şübhəli olduqlarını bildirirək onlarla polis şöbəsinə getməklərini təklif etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Məhkəmədə son sözündə əməlindən səmimi peşmanlıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın ödənilməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Yevlax şəhər, R.Behbudov küçəsində ailəsi ilə birlikdə yaşayır. Onun “RAF 2233” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili var. O, həmin avtomobilin təmir olunması üçün, yəni benzin nasosunun düzədilməsi üçün 20.09.2021-ci il tarixdə ona məxsus olan Yevlax şəhəri, K.Sabitov küçəsində yerləşən sexinin qarşısında saxlamışdır. Belə ki, həmin avtomobili onun sexinin yanında sexi olan Nazim təmir etməliydi. Lakin Nazim vaxtı olmadığından “RAF”ı təmir edə bilməmiş və “RAF” bir neçə gün sexin qarşısında qalmışdır. 26.09.2021-ci il tarixdə səhər saatlarında sexə gələn zaman “RAF”ın matorxanasının qapısının açıq olduğunu və avtomobilin matorxanasından 75 manat dəyərində olan radiatorun, 40 manat dəyərində olan akkumlyatorun və 50 manat dəyərində olan dinamonun oğurlanmış olduğunu aşkar etmişdir. Həmin avtomobili Nazim təmir etməli olduğu halda təmir etməyərək orada qalmasına səbəb olduğu üçün Nazim özü bu barədə şikayət etmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona 165 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş olan ziyan ödənilmişdir. Məhkəmədən təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini və hazırda onlardan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayət tələbinin olmadığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o Yevlax rayonu, Qaraməmmədli kəndində ailəsi ilə birlikdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Onun xırdabuynuzlu və iribuynuzlu heyvanları vardır. O, qış aylarında Yevlax rayonunda olan boş fermaları icarəyə götürüb orada mal-qara saxlayır. 2021-ci ilin sentyabr ayının əvvəllərində Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən X5 məxsus fermanı icarəyə götürmüşdür. 21.09.2021-ci il tarixdə evə aid olan əşyaları gətirərək fermada yerləşən evə yığmışdır. Həmin ev iki otaqlıdır və otaqların hər ikisinin qapısı ayrı-ayrılıqda həyətə açılır. 23.09.2021-ci il tarixdə mal-qaranı gətirmək üçün rayona getmiş və 25.09.2021-ci il tarixdə fermaya qayıdan zaman evin həyətindən 30 ədəd 1 metrlik armatur, 5 ədəd 2 metrlik armatur, 1 ədəd qalın dəmirdən olan odun peçi, bir ədəd kvald, təmir üçün istifadə olunan dəmir alətlər (yəni bir ədəd dəmir çəkic, bir ədəd 27-lik qaz haçarı, bir ədəd kəlbətin), 2 ədəd 10 litrlik dəmir vedrə, bir ədəd kisədə olan 25 kq soğan, dörd ədəd kisədə olan 200 kq kartof, evin içərisindən ev ilə üzbəüz dayanan zaman sağ tərəfdə yerləşən otaqdan bir ədəd çarpayıya məxsus çarpayının baş və ayaq hissələrinin dəmir başlıqları, 30 litrlik alimunumdan olan su qabı, bir ədəd 25 litrlik tutuma malik qaz balonu, bir ədəd dəmir peç, bir ədəd “Super-Bag” markalı cərəyan aparatı(tok-çoban), həmin otağın sol tərəfində yerləşən otaqdan bir ədəd qab-qacaq dəsti (içərisində 12 ədəd stəkan, 12 ədəd nəlbəki, 12 ədəd boşqab, 6 ədəd çəngəl, 6 ədəd yemək qaşığı, 6 ədəd padnus, 4 ədəd çay qaşığı, 2 ədəd bıçaq, bir ədəd duz qabı olan), bir ədəd “Gepas” markalı elektiklə işləyən ət çəkən maşın, bir ədəd “İtimat” markalı elektriklə işləyən soba (txovka), bir ədəd yataq dəsti (bir dəstin içərisində bir ədəd yastıq və onun üzlüyü, bir ədəd yorğan və onun üzlüyü, bir ədəd prastina olan), 4 ədəd dəmirdən olan qırmızı rəngli stul oğurlanmışdır. Həmin oğurluq hadisəsi 23.09.2021-ci il tarixdən 25.09.2021-ci il tarixədək olan müddət ərzində baş vermişdir. O, həmin oğurluq hadisəsini 25.09.2021-ci il tarixdə saat 12 radələrində aşkar etmişdir. Bunlardan başqa hər hansı bir əşya oğurlanmamışdır. Dörd ədəd kisədə olan 200 kq kartof 160 manat dəyərində, bir ədəd kisədə olan 25 kq soğan 15 manat dəyərində, bir ədəd bir metrlik armatur 3 manat dəyərində olmaqla 30 ədəd bir metrlik armatur 90 manat dəyərində, bir ədəd iki metrlik armatur 7 manat dəyərində olmaqla 5 ədəd iki metrlik armatur 35 manat dəyərində, bir ədəd peç(odun peç) 70 manat dəyərində olmaqla iki ədəd peç 140 manat dəyərində, bir ədəd kvald 15 manat dəyərində, bir ədəd çəkic 5 manat dəyərində, bir ədəd 27-lik qaz haçarı 8 manat dəyərində, bir ədəd kəlbətin 4 manat dəyərində, bir ədəd 10 litrlik dəmir vedrə 5 manat dəyərində olmaqla iki ədəd dəmir vedrə 10 manat, bir ədəd çarpayının iki ədəd dəmir başlığı ümumilikdə 10 manat, bir ədəd 30 litrlik alimunumdan olan su qabı 35 manat dəyərində, bir ədəd 25 letrlik tutuma malik qaz balonu 35 manat dəyərində, bir ədəd “Super-Bag” markalı cərəyan aparatı 140 manat dəyərində, bir ədəd qab-qacaq dəsti 60 manat dəyərində, bir ədəd “Gepas” markalı elektriklə işləyən ətçəkən maşın 200 manat dəyərində, bir ədəd “İtimat” markalı elektriklə işləyən soba 140 manat dəyərində, bir ədəd yataq dəsti 30 manat dəyərində, bir ədəd stul 17 manat dəyərində olmaqla dörd ədəd stul 68 manat dəyərində olmuşdur. Onun yaşadığı Yevlax rayonu, Qaraməmmədli kəndində baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1200 manat dəyərində maddi ziyan dəymişdir. Hadisə təzə baş verən zaman oğurlanmış əşyaların dəqiq sayını və qiymətlərini bilmədiyi üçün ilkin olaraq ona 1600 manat dəyərində ziyan dəymiş olduğunu bildirmişdir. Lakin daha sonra oğurlanmış bütün əşyaları və onların sayını bildikdən sonra hesablamış və ona 1200 manat dəyərində maddi ziyan dəymiş olduğunu bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və Yevlax şəhəri, K.Sabitov küçəsində yerləşən sexdə avtomobil təmiri ustası, yəni elektrik işləyir. Fayiqin onun işlədiyi sexin yanında özünə məxsus avtomobil təmiri sexi vardır. Fayiq özünə məxsus olan “RAF 2233” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün 20.09.2021-ci il tarixdə onun sexinin qarşısına qoymuşdur. Lakin vaxtı olmadığı üçün avtomobili təmir edə bilməmiş və bu səbəbdən də avtomobil sexin qarşısında qalmışdır. 26.09.2021-ci il tarixdə səhər saatlarında sexə gələn zaman “RAF”ın matorxanasının qapısının açıq olduğunu və avtomobilin matorxanasından bir ədəd radiator, bir ədəd akkumlyator və bir ədəd dinamonun oğurlanmış olduğunu aşkar etmişdir. Bu barədə ilk öncə Fayiqə məlumat vermiş və daha sonra bu barədə ərizə ilə Yevlax rayon polis şöbəsinə müraciət etmişdir. Həmin avtomobil Zərərçəkmiş şəxs2 məxsusdur. O, oğurluq edən şəxs və şəxslərin qısa müddət ərzində müəyyən edilməsi üçün dərhal şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Avtomobil təmiri ustasıdır, yəni elektrik işləyir. 26.09.2021-ci il tarixdə gecə saat 01 radələrində tanıdığı Zamin adlı şəxs ona zəng edərək Yevlax şəhər voenkomat yolunda avtomobilində nasazlıq yarandığı üçün qaldığını demiş və ona avtomobilini düzəltməkdə köməklik göstərməyini xahiş etmişdir. O, yaşadığı evdən çıxaraq küçədə olan taksiyə əyləşmiş və Zaminin yanına getmişdir. Ora getdikdə Zamin qohumu Elşən ilə birlikdə qazelin yanında dayanmışdır. O, qazeli təmir etmək istəsə də təmir edə bilməmişdir. Buna səbəb akkumlyatorun yararsız hala düşməsi olmuşdur. Zaminə akkumlyator lazım olduğunu demişdir. Zamin gecə vaxtı akkumlyatoru hardan tapa biləcəklərini dedikdə o, Zaminə Daşqın adlı ustada akkumlyator olduğunu və o, istəsə müvəqqəti olaraq onlara verə biləcəyini demişdir. Zamin onunla razılaşmış və o, Zaminin qohumu Elşən ilə bilikdə taksiyə əyləşərək Daşqının evinə getmiş və oradan akkumlyatoru götürərək qayıtmışlar. Onlar qazelin yanına çatdıqda Zamin qazelin yanında olmuşdur. Akkumlyatoru dəyişən zaman Zamin ona avtomobildə dinamo olduğunu və onu da dəyişməklərini demişdir. O, akkumlyatoru və dinamonu dəyişsə də avtomobil işə düşməmişdir. Bundan sonra o, taksiyə əyləşərək yaşadığı evə, onlar isə Hacımahmudlu kəndində getmişdlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “RAF” markalı avtomobildən dinamo, akkumlyator və radiator oğurlamasını görməmiş və bu barədə onun hər hansı bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 noyabr 2021-ci il tarixli 9/7448 saylı ekspert rəyindən görünür ki, “X6 Şəbəkəsi” MMC-nin balansında olan halhazırda istismarı dayandırılmış, 220 kv-lıq 1-ci Mingəçevir hava veriliş xəttinin istismarı dayandırılmış kəsib oğurlanmış elektrik hava xətt 14 dayaq künclərinin qırıntı kimi, 2019cu ilin fevral ayının 25-dən 27-dək olan müddətdə respublikadaxili orta bazar pərakəndə satış ümumi qiyməti nəzəri cəhətdən hesablama yolu ilə şərti olaraq təxminən 1013,47 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və Yevlax rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmü ilə CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verimişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli 1(006)-134/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 7(007)- 389/2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 01 (bir) ay 10 (on) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 7(007)-389/2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 01 (bir) ay 10 (on) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2009-cu il təvəllüdlü Tofiq və 2010-cu il təvəllüdlü Elçin adlı iki azyaşlı uşağı var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Gəncə şəhər İHB-nın 2 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 27 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 sentyabr 2021-ci il tarixdə saat 20.40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 29 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 30 sentyabr 2021-ci il tarixdə saat 22.10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 02 oktyabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 sentyabr 2021-ci il tarixdə saat 22.40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 29 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 30 sentyabr 2021-ci il tarixdə saat 20.00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 02 oktyabr 2021-ci il tarixli 4(039)-141/2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup təşkil etməklə, yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən əməli törətməkdə təqsirli olmaları öz etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onların zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəmələri nəticəsində zərərçəkmiş şəxslərin onlardan şikayətçi olmamasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərə görə səmimi peşman olmalarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onların məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətmələrini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onnun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi saxlanıldığı dörd gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq azadlığın məhdudlaşdırılması cəzasına 1 günə 2 gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməməlidir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 30 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir və həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 27 sentyabr 2021-ci il tarixdən 29 sentyabr 2021-ci il tarixə və 30 sentyabr 2021-cil tarixdən 02 oktyabr 2021-ci il tarixədək tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 08 (səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 4 ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 27 sentyabr 2021-ci il tarixdən 29 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 30 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə mülki iddia verilməmiş, maddi sübut yoxdur. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Təqsirləndirilən şəxs2 Nizmi oğluna Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 17 (on yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 102 (bir yüz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar