Məhkəmə qərarları › İş №1(039)-19/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-19/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-19/2023 08.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında olmuş şərikli uğursuz təkər ticarətindən sonra qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək şərikli uğursuz təkər ticarətinə görə aralarında yaranmış borcun əvəzində Zərərçəkmiş şəxs Gürcüstan Respublikasından iki müxtəlif markalı yük avtomobilləri gətirəcəyi vədini verərək sonuncunu aldatmaqla 18 yanvar 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs həmin yük avtomobillərindən birinin artıq Gürcüstan Respublikası ilə Azərbaycan Respublikasının Balakən rayonu ərazisindən keçən sərhəd buraxılış məntəqəsində olduğunu və həmin yük avtomobilinin gömrükdə rəsmiləşdirilməsi üçün 8,000 manat pul lazım olduğunu deyib Zərərçəkmiş şəxs aldadaraq həmin niyyətlə 18 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Yevlax rayonunun Xaldan kəndi ərazisində Zərərçəkmiş şəxs 8,000 manat pulunu aldadıb almaqla sonuncuya xeyli miqdarda ziyan vuraraq 8,000 manat pulunu ələ keçirib qəsdən dələduzluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs təxminən 4-5 ildir ki, tanıyır. Belə ki, aralarında ticarət olmuş və bunun nəticəsində etibarlı əlaqələr yaranmışdır. Həmin zaman Zərərçəkmiş şəxs yük avtomobillərinin təkərlərinin alverini etmək istədiyini bildirmiş və onunla şərikli olaraq təkər alveri etmək barədə razılığa gəlmişlər. Bir müddət Zərərçəkmiş şəxsla ilə şərikli olaraq təkər ticarə etmiş, lakin hər hansı gəlir əldə edə bilməmişlər. Sonradan pula ehtiyacı olduğundan belə qənaətə gəlmişdir ki, Zərərçəkmiş şəxs etibarından istifadə edib ondan pul əldə etsin. Bu məqsədlə 18 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs bildirmişdir ki, Gürcüstandan yük avtomobili gətizdirərək avtomobili onun adına rəsmiləşdirəcəkdir. Lakin əslində onun Gürcüstandan yük avtomobili gətizdirmək imkanı və ya belə bir fikiri olmamışdır. Zərərçəkmiş şəxs söyləmişdir ki, Bakı şəhərindən gələrək Baləkən rayonuna gedəcək, yük avtomobilini gömrük keçid məntəqəsindən keçirəcək və bu məqsədlə ona 8,000 manat pul gərəkdir. Zərərçəkmiş şəxs ona etibar etdiyindən həmin gün Yevlax rayonu Xaldan kəndində ona 8,000 manat pul vermişdir. Zərərçəkmiş şəxs əmin etmişdir ki, gömrük rəsmiləşdirilməsini həyata keçiricədir. Lakin Zərərçəkmiş şəxs pulu aldıqdan sonra Bakı şəhərinə gedərək pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs artıq barışdığını və ona 8,000 manat ödədiyini, eyni zamanda həmin məbləğin 25 % hissəsini təşkil edən məbləği də dövlət büdcəsinə ödədiyini qeyd etmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 ildir tanıyır. Təqsirləndirilən şəxs mütəmadi olaraq onun yanacaq doldurma məntəqəsindən idarə etdiyi yük avtomodili üçün yanacaq almış, bu zəmində aralarında münasibət yaranmışdır. Hətta ona etibar etdiyi üçün bir neçə dəfə nisyə olaraq yanacaq vermişdir. Təqsirləndirilən şəxs isə hər dəfə almış olduğu yanacağın pulunu vaxtı çatanda ödəmişdir. Bundan sonra onunla şərikli olaraq təkər alıb satmışlar. Şərikli təkər ticarətindən Təqsirləndirilən şəxs ona borcu qalmışdır. İmammədin Rzayev ondan aldığı pulun müqabilində ona 1 ədəd “Volvo” markalı yük avtomobili və 1 ədəd “Mercedes” markalı yük avtomobili verəcəyini bildirmişdir. 18 yanvar 2022-ci il tarixdəə Təqsirləndirilən şəxs ona zəng edərək “Volvo” markalı yük avtomobilini gömrükdə rəsmiləşdirmək üçün 8,000 manat pul lazım olduğunu bildirmişdir. Ona etibar edərək həmin gün Təqsirləndirilən şəxslə Yevlax rayonu, Xaldan kəndində ona 8,000 manat pul vermişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Balakən rayonuna, sərhədə doğru gedir və yük avtomobilini Gürcüstanla Azərbaycan Respublikasının sərhəd buraxlış məntəqəsindən keçirdərək gömrük rəsmiləşdirilməsini həyata keçirəcək. Lakin, bundan sonra İmammədin Rzayev onun zənglərinə cavab verməmişdir. Bu səbəbdən polis orqanlarına müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bu barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə, yəni etibardan sui-istifadə edib, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmədə təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Təqdim edilmiş qəbzdən müəyən olunur ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə 2,000 manat ödəmişdir. Cinayət Məcəlləsi: Maddə 73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıb vurulmuş zərəri ödəməsini, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Məhkəmə dövrü üçün göstərilmiş hüquqi yardıma görə 57 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməklə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göstərilən hüquqi yardıma görə 57 (əlli yeddi) manat tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili X1 ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar