Məhkəmə qərarları › İş №1(039)-19/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-19/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-19/2024 22.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkilləri X6 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1962-ci ildə Yevlax rayonu, Xaldan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Xaldan kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə, xx.xx.1984-cü ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Sarıtəpə kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 23 iyul 2023cü il tarixdə saat 13:30 radələrində idarə etdiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 286-cı kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü sola və geriyə dönərkən, eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunu etməyərək, Bakı şəhər istiqamətində sol zolaqla hərəkət edib sola dönmək üçün dairəvi yola daxil olub dayanmış, daha sonra 10 km/saat sürətlə hərəkətini davam etdirib Qazax rayon istiqamətində olan hərəkət zolağına daxil olub həmin istiqamətin sağından birləşən ikinci dərəcəli yola doğru hərəkətdə olan zaman, Qazax rayon istiqamətində yolun sağ zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə “VAZ 21063” minik markalı avtomobilin sağ yan qabaq hissəsi ilə soldan sarı xətdən sağa doğru 5,8 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan idarə etdiyi “VAZ 21063” minik markalı avtomobildə olmuş sərnişin X2 baş beyinin yumşaq toxumasına qansızma ilə ağırlaşan, açıq kəllə beyin travması, sağ gicgah sümüyünün basılmış, kəllə əsası sümüklərinin xətti sınıqları, sağ tərəf qabırğaların sınığı, subdural və subaraxnoidal qansızma, bədən səthinin çoxsaylı sıyrıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən ağır zərər vuran xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 23 iyul 2023cü il tarixdə saat 13:30 radələrində idarə etdiyi “Toyota Prius” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 286-cı kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, Qazax rayon istiqaməyində yolun sağ hərəkət zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilin qabaq hissəsi ilə, hərəkətin solundan dairədən hərəkət zolağına daxil olub sağa doğru hərəkət edən sürücü Təqsirləndirilən şəxs2 10 km/saat sürətlə idarə etdiyi “VAZ 21063” minik markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq yan hissəsilə soldan sarı xətdən sağa doğru 5,8 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan idarə etdiyi “VAZ 21063” minik markalı avtomobildə olmuş sərnişin X2 baş beyinin yumşaq toxumasına qansızma ilə ağırlaşan, açıq kəllə beyin travması, sağ gicgah sümüyünün basılmış, kəllə əsası sümüklərinin xətti sınıqları, sağ tərəf qabırğaların sınığı, subdural və subaraxnoidal qansızma, bədən səthinin çoxsaylı sıyrıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən ağır zərər vuran xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Yevlax rayonu Xaldan kəndində yaşayır. Rəsmi olaraq hər hansı bir işdə işləmir, fərdi əməklə məşğul olur. B kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur, avtomobili o, almış, alan zaman avtomobili oğlu X3 adına sənədləşdirmişdir, onun adına avomobili idarə etmək üçün etibarnamə vardır. Hadisə nəticəsində vəfat etmiş X5 onun arvadı idi. 23 iyul 2023-cü il tarixdə saat təxminən 13:30 radələrində o, idarə etdiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı Xatirə, gəlini Şahid2 iki azyaşlı nəvələri Aycan, Masal, Bəhyəddin iə birlikdə nəvəsi Bəhyəddini Yevlax rayon Mərkəzi xəstəxanasına həkimə aparırlarmış. Arvadı Xatirə avtomobildə qabaqda sağda əyləşmiş, gəlini Aysu nəvələr ilə birlikdə arxada oturmuşdur. O, Yevlax şəhər daxili ilə gəlib böyük dairədən Bakı şəhər istiqamətində dönüb hərəkətini davam etdirmiş, sonrakı kiçik dairəyə çatandan xəstəxanaya getmək üçün sola dönmək üçün sola dönmə işıq siqnalını yandırıb sola dönüb dairəyə daxil olmuş, istiqamətləri ayıran iki sarı xətt arasında sarı xəttin içərisində sarı xəttə çatmamış sağa meyilli çəpinə dayanmışdır ki, Bakı istiqamətindən gələn avtomobillərə yol versin sonra dönsün. O, görmüşdür ki, Bakı şəhər istiqamətindən uzaqdan markasını və qeydiyyat nişanını sonradan bildiyi “Toyota Prius” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlir, fikirləşmişdir ki, həmin avtomobil uzaqdadır, dönüb gedə bilə, ona görə də hərəkətini 10 km/saat sürətlə sola doğru qövsvarı davam etdirib dönən zaman biranlığına görmüşdür ki, həmin avtomobil yüksək sürətlə gəlib qabaq sol hissəsi ilə avtomobilinin sağ qabaq yan hissəsindən vuraraq toqquşmuşdur. Hadisə nəticəsində arvadı Xatirə ağır xəsarət almış, huşsuz vəziyyətdə olmuşdur. Hadisə nəticəsində o, gəlini və nəvələri xəsarət almamışlar. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, arvadını Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar, o, da başqa bir avtomobillə avadı ilə maraqlanmaq üçün xəstəxanaya getmişdir. Çatanda artıq ona xəstəxanada bildirmişlər ki, arvadı vəfat edibdir. Oradan da arvadını Yevlax rayon tibbi ekspertizasına aparmışlar. Tibbi ekspertizadan sonra meyiti yaşadığı Xaldan kəndinə evə aparmış, hadisənin səhəri günü 24 iyul 2023-cü il tarixdə Xaldan kənd qəbiristanlığında dəfn etmişlər. Spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Avtomobili ilə toqquşmuş avtomobilin sürücüsünü əvvəllər tanımamış, düşmənçiliyi ədavəti olmamışdır. Qeyd olunanlarla yanaşı, cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, öz yolu ilə getdiyi zaman “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil soldan dairədən onu gözləmədən onun yoluna çıxmışdır. Göstərmişdir ki, Şəmkir rayonu Sarıtəpə kəndində yaşayır. İki azlyaşlı övladı vardır. Rəsmi olaraq hər hansı bir işdə işləmir, fərdi əməklə məşğul olur. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “Toyota Prius” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur. 23 iyul 2023-cü il tarixdə o, idarə etdiyi “Toyota Prius” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə dostu Şahid1la Bakı şəhərindən Şəmkir rayonuna gedirlərmiş. O, avtomobili idarə etmiş, Roman isə avtomobildə qabaqda sağda oturmuşdur. Saat təxminən 13:30 radələrində idarə etdiyi avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 286cı kilometrliyi ilə yolun sağ zolağı ilə Qazax rayon istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan zaman, qarşıda dairəyə çatan zaman qaşıda solda dairədə markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür, o, çatana yaxın qəfildən soldan onun qarşısına çıxmış və avtomobilin qabaq hissəsi ilə həmin avtomobilin sağ yan qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində o, və avtomobilində olmuş sərnişin dostu Roman heç bir xəsarət almamışlar. “VAZ 21063” minik markalı avtomobildə olmuş qadın sərnişin xəsarət almışdır, təcili tibbi yardımla hadisə yerindən aparılmışdır. O, həmin qadının ölməsini sonradan bilmişdir. Sonra hadisə yerinə polislər gəlmişlər, onun iştirakı ilə hadisə yerinə müstəntiq tərəfindən baxış keçirilmiş, tərtib edilmiş protokola və sxemə imza etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Yevlax rayonu Xaldan kəndində yaşayır, Təqsirləndirilən şəxs2 onun atasıdır, X5 isə anası idi. 23 iyul 2023-cü il tarixdə günorta saatlarında atası idarə etdiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə anası, onun arvadı Şahid2 üç azyaşlı uşaqları Aycan, Masal və Bəhyəddin ilə birlikdə oğlu Bəhyəddini Yevlax rayon Mərkəzi xəstəxanasına həkimə aparmaq üçün evdən çıxıb getmişlər. Saat təxminən 14 radələrində ona zəng edib bildirmişlər ki, atası idarə etdiyi avtomobillə Bakı- Qazax yolunda Yevlax rayonu ərazisində yol qəzasına düşübdür, kiçik dairədən xəstəxanaya gedən yola dönən zaman Bakı şəhər istiqamətindən gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi “Toyota Prius” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil atasının avtomobili ilə toqquşmuş, anası ağır xəsarət almış və anasını Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar. O, xəstəxnaya getmiş, məlum olmuşdur ki, anası aldığı xəsarətlərdən vəfat etmişdir. Tibbi ekspertizadan sonra meyiti Xaldan kəndinə aparmışlar, hadisənin səhəri günü 24 iyul 2023-cü il tarixdə Xaldan kənd qəbiristanlığında dəfn etmişlər. Anasının hüquqi varisi olaraq hadisə ilə bağlı atasından və Təqsirləndirilən şəxs1 heç bir şikayəti tələbi yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncular ilə barışmış və onlara qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində yüngül cəza verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Xaldan kəndində yaşayır. Təqsirləndirilən şəxs2 qayınatasıdır. Vəfat etmiş Xatirə Məmmədova onun qayınanası idi. 23 iyul 2023-cü il tarixdə saat təxminən 13:30 radələrində o, qayınanası Xatirə, azyaşlı uşaqları Aycan, Masal, Bəhyəddin ilə birlikdə qayınatası Cavanşirin idarə etdiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğlu Bəhyəddini Yevlax rayon Mərkəzi xəstəxanasına həkimə aparırlarmışdır. Qayınanası Xatirə avtomobildə qabaqda sağda əyləşmiş, o, uşaqlarla birlikdə arxada oturmuşdur. Onlar Yevlax şəhər daxili ilə gəlib böyük dairədən Bakı şəhər istiqamətində dönüb getmişlər, sonrakı kiçik dairəyə çatanda xəstəxanaya getmək üçün sola dönüb dairəyə daxil olub dayanmışlar, sonra qayınatası avtomobilin hərəkətini davam etdirib xəstəxanaya gedən yola tərəf gedən zaman biranlıq görmüşdür ki, Bakı şəhər istiqmatindən gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi “Toyota Prius” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil onların avtomobili toquşmuşdur. Hadisə nəticəsində arvadı qayınanası Xatirə ağır xəsarət almış, huşsuz hərəkətsiz olmuşdur. O, qayınatası Cavanşir və uşaqları xəsarət almammışlar. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş qayınasını Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar, o, qayınatası və o, uşaqlarala başqa bir avtomobillə xəstəxanaya getmişlər. Xəstəxanaya çatanda artıq məlum olmuşdur ki, qayınanası vəfat edibdir. Oradan da onu Yevlax rayon tibbi ekspertizasına aparmışlar. Tibbi ekspertizadan sonra hadisənin səhəri günü 24 iyul 2023-cü il tarixdə Xaldan kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Sarıtəpə kəndində yaşayır. Təqsirləndirilən şəxs1 həmkəndlisidir, dost kimi münasibəti vardır. 22 iyul 2023-cü il tarixdə o, şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmişdir. 23 iyul 2023-cü il tarixdə Sarif Bakı şəhərinə gəlmiş, səhər saatlarında zəngləşmişlər Bakı şəhərində görüşmüşlər, Sarif idarə etdiyi “Toyota Prius” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir, Şəmkir rayonuna kəndə qayıtmalı olmuşlar, qərara gəlmişlər ki, birlikdə qayıtsınlar. Ona görə də o, Sarifin idarə etdiyi avtomobilə minmiş, qabaqda sağda oturmuşdur, Sarif isə avtomobili idarə etmişdir. Saat 13:30 radələrində onlar Bakı-Qazax yolu ilə Yevlax rayon ərazisi ilə yolun sağı ilə Şəmkir rayonu istiqamətində hərəkətdə olmuşlar, həmin vaxtı o, telefonda sosial mediada videolara baxmış, başı ona qarışmış, yola fikir verməmiş, bu anda toqquşma səsinə başını qaldıranda görmüşdür ki, markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. Hadisə nəticəsində o, Sarif xəsarət almamışlar. Sarifin toqquşduğu “VAZ 21063” minik markalı avtomobildə bir qadın ağır xəsarət alaraq huşsuz vəziyyətdə olmuş, hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə hadisə yerindən aparılmışdır. Sarifin deməsindən sonra bilmişdir ki, həmin avtomobil soldan dairədən yola çıxmış və toqquşma baş vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin qadın aldığı xəsarətlərdən ölmüşdür İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş X2 ölməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla yolun hərəkət hissəsi üfüqi və düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş vermişdir. (iş vər.6-19); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.2023-ci il tarixli 907 № li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 15:35-də müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur.(iş vər.32); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.2023-ci il tarixli 1216 № li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 15:50-də müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur.(iş vər.33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Tovuz RQİTBŞ-nin xx.xx.2023-cü il tarixdə verdiyi BD seriyalı 312300 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə xx.xx.2033-cü ilədək qüvvədədir.(iş vər.34); AD seriyalı 636797 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” minik markalı **-UP-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs1dur.(iş vər.35); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Mingeçevir ASAN x.m Qİİ-nin xx.xx.2021-ci il tarixdə verdiyi BC seriyalı 203993 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə xx.xx.2031-ci ilədək qüvvədədir. AD seriyalı 614038 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21063” minik markalı **-BG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r (iş vər.36); Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X3 mülkiyyətində olan “VAZ 21063” minik markalı **-BG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. (iş vər.37); Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşaqları vardır. (iş vər.47); Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 31 №li rəyindən görünür ki, 1961-ci il təvəllüdlü X2 meyitində aşkar edilmiş xəsarətlər-baş beyinin yumşaq toxumasına qansızma ilə ağırlaşan, açıq kəllə beyin travması, sağ gicgah sümüyünün basılmış, kəllə əsası sümüklərinin xətti sınıqları, sağ tərəf qabırğaların sınığı, subdural və subaraxnoidal qansızma, bədən səthinin çoxsaylı sıyrıqları - küt alətin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-2 saat əvvəl baş verdiyini göstərir.(iş vər.47-48); “Şahidin ifadəsinin yerinin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 23 iyul 2023-cü il tarixdə saat 13:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 286-cı kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi yerində “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılması zamanı idarə etdiyi avtomobillə toqquşmadan önçə döndüyü yerdən toqquşma yerindəki olan məşafəni göstərmişdir.(iş vər.65-68); Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.(iş vər.70); Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs X2 hüquqi varisi qismində tanınmışdır.(iş vər.72); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.(iş vər.94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır.(iş vər.95); Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2662 saylı rəyindən görünür ki, “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Toyota Prius” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manatdır.(iş vər.97-100); Avtomobilin maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı və “Tayota Prius” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut hesab edilmiş və xx.xx.2023-cü il tarixli qəbzlərə əsasən həmin avtomobillər sahiblərinə qaytarılmışdır.(iş vər.101-103); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16-16/-3-2-6715/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 BC 203 993 saylı-B- kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2031-cü il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs1 BD 312 300 saylı-BCkateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sürücülük hüququ məhdudlaşdırılmamışdır.(iş vər.104); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.(iş vər.125-126); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər.138); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.(iş vər.151-152); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər.164); Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təstiq edilmiş 22 fevral 2024-cü il tarixli ərizədən görünür ki, o, hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlarıdan heç bir şikayət və iddia tələbi yoxdur. Gələcəkdə heç bir şikayəti və iddia tələbi olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmələrini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkmələrini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmələrini, ilk dəfə ehtiyatsızlıqdan törədilmiş əmələ görə cinayət məsuliyyətinə cəlb edilmələrini (CM-59.2), habelə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını (59.1.4) təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal (CM-61) müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza tətbiqi ilə əlaqədar belə nəticəyə gəlir ki, onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındıqları tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur, iş üzrə maddi sübut hesab edilən “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı və “Tayota Prius” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmış, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Tayota Prius” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs2dan və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə göstərdiyi 6 (altı) saat müddətində hüquqi yardımın, Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 məhkəmədə göstərdiyi 2 (iki) saat müddətində hüquqi yardımın və Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə göstərdiyi 8 (səkkiz) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, göstərilən hüquqi yardıma görə cəmi 12 (iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 və göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar