Məhkəmə qərarları › İş №1(039)-190/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-190/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-190/2021 21.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə 24 avqust 1983-cü il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Aşağı Qarxun kəndində qeydiyyatda olan və yaşayan, barəsində 01 noyabr 2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 2 ədəd kibrit qutusunda və 1 ədəd gümüşü-ağ siqaret kağızına bükülmüş bükümdə ayrıayrılıqda təmiz çəkisi 6,48 qram, 6,34 qram və 1,02 qram olmaqla ümumi təmiz çəkisi 13,84 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki idman şalvarının sağ yan cibində saxlamış, 30 oktyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Yevlax rayonu Aşağı Qarxun kəndində Yusif Qəhrəmanov qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 18:40-dan 19:00-dək olan müddət ərzində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynində olan idman şalvarının sağ cibindən satış məqsədi olmadan saxladığı 2 ədəd kibrit qutusunda və 1 ədəd gümüşü-ağ siqaret kağızına bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,48 qram, 6,34 qram və 1,02 qram olmaqla ümumi təmiz çəkisi 13,84 qram narkotik vasitə olan qurudulmuş marixuananı aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 2021-ci ilin may aında yaşadığı kənddə yerləşən özlərinə məxsus pay torpaq sahəsində 6 ədəd narkotik tərkibli çətənə kolları əkmişdir. Həmin kollardan 5 ədədi bitməsə də 1 ədədi bitmişdir. 1 ədəd çətənə kolu da yaxşı inkişaf etmədiyi üçün balaca qalmışdır. Polislər tərəfindən tutulmamışdan təxminən 1 həfdə əvvəl həmin 1 ədəd çətənə kolunu çıxarıb quruması üçün yerə atmışdır. Həmin çətənə kolu quruduqdan sonra yarpaqlarından 2 ədəd kirit qutusna yığmış, bir qədərini isə siqaret kağızına büküb istifadə etmək üçün özündə saxlamışdır. 30 oktyabr 2021-ci il tarixdə saat təxminən 18:00 radələrində yaşadığı kəndə olarkən iki nəfər şəxs yaxınlaşıb özlərini təqdim etdərək polis əməkdaşları olduqlarını, narkotik vasitə istifadə etməkdə, üzərində saxlamaqda və satışında şübhəli olduğunu deyərək onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis şöbəsinə gətirildikdən sonra təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə şübhəli olduğunu deyərək vəkillərin siyahısını ona təqdim etmişdir. Vəkillərin siyaısından vəkil Müdafiəçi onun hüquqlarını müdafiə etməsini xahiş etmiş, bundan sonra təhqiqatçı vəkil Müdafiəçi polis şöbəsinə dəvət edərək ona təqdim etmişdir. Təhqiqatçı hüqüq və vəzifələrini izah etdikdən sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt bir nəfər polis əməkdaşı da videokamera vasitəsi ilə çəkiliş aparmışdır. Təhqiqatçı ona üzərindəki əşyaları təqdim etməyini bildirdikdə həmin vaxt əynindəki idman şalvarının sağ yan cibində olan iki ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutularını və 1 ədəd siqaret kağızının içərisindəki bükülüdə olan qurudlumuş marixuananı çıxardıb təqdim etmişdir. Həmin kibrit qutularında və kağız bükümdə qurudulmuş marixuana olduğunu və həmin marixuananı özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları həmin kibrit qutularının və kağız bükümün içərisindəki kütlələrə baxaraq narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyini bildirmişlər. Daha sonra təhqiqatçı həmin kütlələri elektiron tərəzidə çəkmiş, həmin kütlələr qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş, protokol tərtib edilərək, ucadan oxunmuş, iştirakçılar və onun özü həmin protokolu imzalamışlar. Üzərindən aşkar olunub götürülən qurudulmuş marixuananı yaşadığı kənddə olan özlərinə məxsus pay torpaq sahəsində əkdiyi çətənə kolunun yarpaqlarından yığıb özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədən son sözündə əməlindən səmimi olaraq peşman olmasını, himayəsində üç azyaşı uşağının olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün komandir müavini polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vastələrdən istifadə etməsi, üzərində saxlaması və satışı barədə 30 oktyabr 2021ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 Yusifin şəxsiyyəti barədə məlumatları yoxlamış, Yusifin 24 iyul 1983-cü il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax rayonu Aşağı Qarxun kəndində qeydiyyatda olduğunu və yaşadığını müəyyən etmişdir. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Yusifin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmiş, bundan sonra Yusifin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Yevlax rayon polis şöbəsinin 30 oktyabr 2021-ci il tarixli əmri ilə o və Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkli polis mayoru Şahid1, təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmış, CAB-nin rəisi, polis mayoru X6 həmin qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 18:00 radələrində polis əməkdaşı Şahid1la birlikdə Yevlax rayonu, Aşağı Qarxun kəndində Yusifin piyada getdiyini görərək ona yaxınlaşıb qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini və onun üzərinə baxış keçirilməli olduqlarını izah etmişlər. Yusif üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və sonra Yusifi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X5a təhvil vermişlər. X5 tərtib edilmiş sənədlər əsasında Yusifi şübhəli şəxs qismində tutmuşdur. Təhqiqatçı vəkillərin siyahısını Yusifə təqdim etmiş, Yusif Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət edilmiş sonra xidməti iş otağında onun, Şahid1 və Müdafiəçi iştirakı ilə Yusifin üzərində şəxsi axtarış aparılmışdır. Şöbənin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X7 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Yusif əynindəki şalvarın sağ yan cibindən 2 ədəd kibrit qutusu və 1 ədəd «pallmali» markalı siqaret qutusunu çıxarıb təqdim edərək həmin 2 ədəd kibrit qutusunun və siqaret qutusunun içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı yaşadığı kəndin ərazisində əkdiyi çətənə kollarından yığıb qurudaraq özü istifadə etmək üçün saxladığını bildirmişdir. X5 həmin 2 kibrit qutularnı və siqaret qutusunu açmış, kibrit qutularının və siqaret qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlələr olduğunu görmüşlər. X4rudulmuş marixuanaya bənzər kütlələri kibrit qutuluarı və siqaret qusu ilə birlikdə elektron tərəzidə çəkmiş, çəkisinin ümumi 20,71 qram olduğu məlum olmuşdur. Təhqiqatçı həmin kütlələri kibrit qutuları və siqaret qutusu ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdıraraq üzərində qeydiyyat aparmışdır. Yusif və müdafiəçisi Müdafiəçi zərfin üzərinə imza atmışlar. X5 zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdıraraq zərfdə qablaşdırılan kütlənin narkotik vasitə qurudulmuş marixuana olubolmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmiş, bundan sonra Yusifin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində qurudulmuş marixuana olan iki kibrit qutularnı və siqaret qutusunu əynindəki şalvarın sağ yan cibindən çıxardıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 31 oktyabr 2021-ci il tarixli 17/778 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar olunmuş kütlələr” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında və 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri-6,48 qram, 6,34 qram, 1,02 qram, ümumi təmiz çəkisi-13,84 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Marixuananın ümumi təmiz çəkisi 13,84 qram, tədqiqata sərf edildi-0,06 qram (hər ob.0,02 qram), qalıq-13,78 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 03 dekabr 2021-ci il tarixli 1462 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 4(039)-167/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yuxarı Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yuxarı Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvvəllüdlü Yağmur, 2016-cı il təvəllüdlü Aygün və 2020-ci il təvəllüdlü Uğur adlı üç azyaşlı uşağı var. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 30 oktyabr 2021-cu il tarixdən 21 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 03 (üç) ay 12 (on iki) gün gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alan vaxtadək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İşdə olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 13,78 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 03 (üç) ay 12 (on iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 13,78 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar