Məhkəmə qərarları › İş №1(039)-192/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-192/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-192/2022 15.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakları ilə xx xxxx 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Yevlax rayon polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində xidmət etmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 22 sentyabr 2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Xəqani küçəsi, ev 51-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, “Kütləvi iğtişaşların qarşısının alınması üzrə təlim məşqlərinin keçirilməsi haqqında” Yevlax RPŞ-nin 08 iyul 2022-ci il tarixli əmrinə əsasən 17 iyul 2022-ci il tarixdə səhər saat 07 radələrində AC 077827 nömrəli sürücülük vəsiqəsi və yol vərəqəsi ilə idarə etdiyi Yevlax rayon polis şöbəsinin balansında olan “FİAT DOBLO” markalı, ** AP *** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobillə həmin avtomobildə olan digər ekipaj üzvləri-Yevlax RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid1, X7 və Şahid2 ilə birlikdə Şəki şəhərinə gedərkən, Bakı-Yevlax-Şamaxı yolunun 277-ci kilometrliyinin Yevlax şəhəri, Nizami prospektindən keçən hissəsində təxminən 109 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni avtomobili 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 109 km/saat sürətlə idarə edərək 1.3 üfüqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran qoşa ağ bütöv üfiqi nişanlanma xətti) kəsərək qarşı hərəkət zolağına çıxmamalı və avtomobili öz zolağı ilə hərəkət etdirməli olduğu halda bunlara əməl etməyib qarşı tərəfində onunla eyni istiqamətdə hərəkətdə olan Yevlax RPŞ-nin balansında olan “Fiat Doblo” markalı, ** PK *** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobili ötmək üçün idarə etdiyi avtomobili yolun əks hərəkət zolağına istiqamətləndirmiş, həmin vaxt əks hərəkət zolağı ilə sürücüsü və qeydiyyat nömrəsi istintaqa məlum olmayan mikroavtobus markalı sərnişin avtobusunun qarşıdan gəldiyini görüb idarə etdiyi nəqliyyat vasitəsinin sükanını öz hərəkət istiqamətinə doğru çevirərək əyləc sistemindən istifadə etməklə tormozlanma edib yolun sağ hərəkət istiqamətinə doğru asfalt örtük üzərində 64 metr tormoz izi qoyub əvvəlcə yolun kənarındakı beton səkiyə dəyərək hərəkətini davam etdirib Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsindəki körpünün sağ tərəfindən çaya doğru istiqamətlənərək oradan çaya düşmüş, nəticədə “Fiat Doblo” markalı, ** PK *** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobildə olan ekipaj üzvü Yevlax şəhəri, Dostluq küçəsi ev 63-də yaşamış, xx.xx.1997-ci il təvəllüdlü X3 baş təpə nahiyəsinin əzilmiş yarası xəsarəti ilə müşayət olunan, sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirilməsinə səbəb olan və yuxarı tənəffüs yollarının maye ilə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya nəticəsində ölümü ilə nəticələnən avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2017-ci ildən Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəfizəsində, polis baş serjantı rütbəsində xidmət etmişdir. Yevlax rayon polis şöbəsinə məxsus “Fiat Doblo” markalı, ** AP *** nömrəli xidməti avtomobil ona təhkim edilmişdir. Növbədə olduğu vaxtlar təyin olunmuş marşrut üzrə həmin avtomobili idarə etmişdir. Təxminən xx.xx.2022-ci il tarixdən etibarən həftə öncə şöbənin PPXB-nün şəxsi heyəti ilə birlikdə Şəki şəhərində təşkil olunmuş təlimlərdə iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə də səhər saat təxminən 06:30 radələrində həmin təlimlərdə iştirak etmək üçün hamı rayon polis şöbəsinin həyətinə toplaşmışdır. O, PPX-nin polis nəfərləri-polis kiçik serjantı Şahid1, polis kiçik serjanrı Şahid2 və polis serjantı Kamran Məmmədov xidməti “Fiat Doblo” markalı, ** AP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşmişdir. Həmişə olduğu kimi, bu dəfə də həmin avtomobilin sükanı arxasında əyləşmişdir. Şahid1 ön sağ oturacaqda, Kamran Məmmədov və Şahid2 da avtomobilin arxa oturacağında əyləşmişlər. Onlar Şəki şəhərinə yola düşmüşlər. Yevlax şəhəri, Nizami prospektində Xaldan yolu istiqamətində hərəkətə başlamışlar. Avtomobilin sürəti 90 km/saat olmuşdur. İdarə etdiyi xidməti avtomobildən öndə isə içərisində digər PPXB əməkdaşları olan “Fiat Doblo” markalı nömrəsini xatırlamadığı xidməti avtomobil hərəkət etmişdir. Yolun qurtaracağından keçən hissədə, Kür çayının üzərində quraşdırılmış körpüdən nömrəsini görmədiyi mikroavtobusun uzaqdan onun istiqamətində gəldiyini görmüşdür. Həmin vaxt ondan öndə gedən xidməti avtomobil tormozlama etmişdir. Qeyd etdiyi vaxt onun idarə etdiyi “Fiat Doblo” markalı, ** AP *** nömrəli xidməti avtomobil ilə onun qarşısında olan digər xidməti avtomobil arasındakı məsafə təxminən 150-200 metr olmuşdur. Qarşıdan mikroavtobusun gəldiyini görüb əyləcə basmış və tormozlama etməyə başlamışdır. İlk öncə əyləc tutmamışdır. Həmin vaxt qışqırmışdır ki, əyləc tutmur. Həmin vaxt sağ ön oturacaqda əyləşmiş polis kiçik serjantı Şahid1 başı mobil telefona qarışmışdır. İdarə etdiyi avtomobilin arxa oturacağında əyləşənlərin nə etmələrindən xəbəri olmamışdır. Səhər saatları olduğuna görə diqqəti yolda olmuşdur. Öndəki xidməti avtomobillə qəza yaratmamaq üçün sağ tərəfə ötmə əməliyyatı etmiş və yenidən əyləci sıxmışdır. Həmin vaxt tormozlamanın olmadığını hiss etmişdir. Dəfələrlə əyləci sıxıb buraxdıqdan sonra tormozlama olmuş, lakin həmin vaxt idarəetməni itirmiş və avtomobil tormozlama edə-edə yolun sağına doğru hərəkət etməyə başlamışdır. Avtomobil yolun sağ hissəsində beton bordyora (piltəyə) toxunaraq hərəkət etmiş, daha sonra körpünün sağ hissəsində olan boşluqdan keçmiş, bundan sonra arxası üstə suya düşmüşdür. Həmin vaxt əlini yuxarıya qaldırdıqda avtomobilin tarpedinə toxunduğunu hiss etmiş, həmin vaxt avtomobilin sağ yan pəncərəsinin şüşəsi yerində olmamış və gücünü toparlayıb oradan çıxmağa cəhd etmişdir. Pəncərənin içərisindən çölə çıxmış və sonra çabalayıb suyun üzünə doğru çıxmağa çalışmışdır. Həmin vaxt əli hansısa ağac parçası toxunmuş və həmin ağac parçasından bərk yapışıb çayın kənarına çıxmışdır. Bu zaman polis kiçik serjantı Şahid1 çayın sahilində “avtomobilin içində adam qaldı” deyə qışqırdığını eşitmişdir. Onun ardı ilə Şahid2 suyun üzərinə çıxdığını görmüşdür. Sonra olanları xatırlamır. Huşu geri gəldikdə Yevlax rayonu mərkəzi xəstəxanasında olduğumu görmüşdür. Hadisə vaxtı sağ topuq nahiyəsindən xəsarət almış, sol kürək nahiyəsini avtomobilin pəncərə şüşəsi kəsmiş, həmçinin boyun və bel əzələləri əzilmişdir. Törətdiyi əmələ görə peşmandır. Hazırda zərərçəkmis şəxsin hüquqi varisi A.Məmmədovun ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi A.Məmmədovun ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, oğlu Kamran Məmmədov 2019-cu ilin aprel-may ayında Yevlax rayon polis şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsinə qəbul olunmuşdur. Hadisədən təxminən 1 həftə əvvəl Şəki şəhərində regional polis şöbələrinin post patrul xidməti əməkdaşlarının təlim kursu başlamışdır. Oğlu da Yevlax RPŞ-nin digər PPXBnün əməkdaşları ilə birlikdə həmin təlimdə iştirak etmək üçün Şəki şəhərinə gedib gəlmişdir. Hadisə günü, xx.xx.2022-ci il tarixdə saat təxminən 06 radələrində idarə etdiyi “Opel astra” markalı ** FL *** dövlət nömrə nişanlı avtomobillə oğlunu Yevlax rayon polis şöbəsinin qarşısına gətirib düşürmüşdür. Sonra taksi fəaliyyətinə başlamışdır. Təxminən saat 07 radələrində Fəxrəddin adlı tanışı onun mobil nömrəsinə zəng edərək bildirmişdir ki, “polis maşını Kür çayının Yevlax rayonundan keçən hissəsinə düşüb”. O, ilk öncə oğlu Kamranın mobil nömrəsinə zəng etmiş, Kamranın mobil nömrəsinə zəng çatmamışdır. Sonra tez hadisənin baş verdiyi Yevlax şəhəri, Nizami prospektinin sonunda yerləşən, Kür çayının Yevlax şəhərindən keçən sahilinə getmişdir. Bir müddət sonra oraya avtomobili çıxarmaq üçün qaldırıcı kran gəlmiş və ətrafda olan şəxslər köməkləşib avtomobili çıxarmağa çalışmışlar. Həmin vaxt oğlunun mobil nömrəsinə zəng çatmadığına görə həmin çaya düşən avtomobilin içərisində olmasından şübhələnmişdir. Təxminən saat 10-11 radələrində post patrul avtomobili Kür çayından qaldırıcı kran vasitəsi ilə çıxarılmış və evakuatora yükləndikdən sonra aparılmışdır. Sonra özü-özlüyündə əmin olmuşdur ki, oğlu Kamran çayın içərisində qalmışdır. Dalğıclar günnüorta təxminən saat 13 radələrində oğlu Kamranın meyitini avtomobilin çaya düşdüyü yerdən aşkar etmişlər. Sonradan öyrənmişdir ki, hadisənin basş verdiyi post patrul avtomobilində Kamrandan başqa xidməti yoldaşları Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs olmuşdur. Avtomobili də Təqsirləndirilən şəxs idarə etmişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2009-cu il tarixdən DİO-da xidmət etmiş, həmçinin xx.xx.2021-ci il tarixdən halhazıradək Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün komandiri vəfizəsində, polis kapitanı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdən başlayaraq şöbənin PPXB-nin 40 nəfərdən ibarət şəxsi heyəti ilə birlikdə Şəki şəhərində təşkil olunmuş təlimlərdə iştirak etmişlər. xx.xx.2022-ci il tarixdə də səhər saat təxminən 06:00 radələrində həmin təlimlərdə iştirak etmək üçün PPXB-nin 40 nəfər əməkdaşı rayon polis şöbəsinin həyətinə toplaşmışdır. Həmin polis əməkdaşlarına təlimat keçib daha sonra 4 nəfərdən ibarət qruplar halında ayırıb maşınlara əyləşmələrini göstəriş vermişdir. Həmin 40 polis nəfərindən 12 nəfəri 3 “Fiat Doblo” markalı xidməti avtomobilə, 28 nəfər isə “Hyundai” markalı, ** JR *** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusa əyləşmidir. Mikroavtobusun sürücüsü Yevlax RPŞ-nin MSY-nin nəfəri, polis serjantı Asif Məmmədov, “Fiat Doblo” markalı, ** AP *** dövlət qeydiyyat nömrə nişanlı xidməti maşının sürücüsü PPXB-nin polis nəfəri, polis baş serjantı Təqsirləndirilən şəxs, “Fiat Doblo” markalı, ** AP *** dövlət qeydiyyat nömrə nişanlı xidməti maşının sürücüsü PPXB-nin polis nəfəri, polis serjantı Camal Camalzadə və “Fiat Doblo” markalı, ** PK *** dövlət qeydiyyat nömrə nişanlı xidməti maşının sürücüsü PPXB-nin polis nəfəri, polis serjantı Eşqin İbrahimov olmuşdur. Həmin gün saat təxminən 06:40 radələrində xidməti avtomobillər şöbənin həyətindən çıxmışdır. Şöbədən ilk öncə xidməti mikroavtobus çıxmış, daha sonra “Fiat Doblo” markalı, ** AP *** dövlət qeydiyyat nömrə nişanlı xidməti maşın, onun ardınca Təqsirləndirilən şəxs idarə etdiyi Fiat Doblo” markalı, ** AP *** dövlət qeydiyyat nömrə nişanlı xidməti maşın, ən sonda isə onun özünün içərisində olduğu Fiat Doblo” markalı, ** PK *** dövlət qeydiyyat nömrə nişanlı xidməti maşın şöbədən çıxmışdır. Daha sonra onun olduğu xidməti avtomobil Təqsirləndirilən şəxs idarə etdiyi xidməti maşını keçib qarşısı ilə kalonda Yevlax şəhəri, Nizami prospekti istiqamətində hərəkətdə olmuşdur. İçərisində olduğu, Camal Camalzadənin idarə etdiyi xidməti avtomobil “Köhnə körpü” adlanan yerdə qarşından yük maşını gəldiyi üçün hərəkətini dayandırmış və həmin yük avtomobilinin keçməsini gözləmişdir. Həmin vaxt arxaları ilə gələn, polis baş serjantı Təqsirləndirilən şəxs idarə etdiyi “Fiat Doblo” markalı, ** AP *** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobilin onun içərisində olduğu xidməti avtomobilin sağ tərəfindən tormozlama edərək keçmiş, yolun sağ tərəfində olan bardyora dəymiş və Kür çayının Yevlax şəhərindən keçən hissəsinə tərəf istiqamətlənmiş və sonra çaya düşmüşdür. Dərhal o və digər polis əməkdaşları ilə birlikdə çaya tərəf yaxınlaşmış və xidməti maşında olan 4 ekipaj üzvündən 3-nün, yəni Təqsirləndirilən şəxs Teyyub oğlunun, Şahid1 və Şahid2 xidməti avtomobildən çıxmasına köməklik etmişlər. Digər ekipaj üzvü X5 isə çaydan çıxara bilməmişlər. Dərhal Yevlax RPŞ-nin növbətçi hissəsinə və Yevlax RPŞ-nin rəisinə zəng edib məlumat vermişdir. Daha sonra FHN-nin xilasedici qrupu hadisə yerinə gələrk Kamran Məmmədovun meyitini Kür çayından çıxartmışdır. Polis baş serjantı Təqsirləndirilən şəxs Teyyub oğlunun idarə etdiyi Fiat Doblo” markalı, ** AP *** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobilin hansı sürtələ idarə etdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdən Yevlax şəhər polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəfizəsində, polis kiçik serjantı rütbəsində xidmət edir. Hadisə günündən təxminən 01 həftə öncədən etibarən şöbənin PPXB-nün şəxsi heyəti ilə birlikdə Şəki şəhərində təşkil olunmuş təlimlərdə iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə də səhər saat təxminən 06:30 radələrində həmin təlimlərdə iştirak etmək üçün hamı rayon polis şöbəsinin həyətinə toplaşmışdır. O, PPX-nin polis nəfərləri-polis baş serjantı Təqsirləndirilən şəxs, polis kiçik serjanrı Şahid2 və polis serjantı Kamran Məmmədovla birlikdə xidməti Fiat Doblo markalı, ** AP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşmişdir. O, avtomobilin ön sağ oturacağında əyləşmiş, polis baş serjantı Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasına keçmiş, Kamran Məmmədov və Şahid2 da avtomobilin arxa oturacağında əyləşmişlər. Onlar Şəki şəhərinə yola düşmüşlər. Yevlax şəhəri, Nizami prospektində Xaldan yolu istiqamətində hərəkətə başlamışlar. Bir neçə dəqiqə sonra hazırda xatırlamadığı səbəbə görə mobil telefonu ilə ailə üzvlərinə zəng etmək istəmiş və mobil telefon əlində olduğundan diqqəti mobil nömrəni yığmaqda olmuşdur. Həmin vaxt Yevlax şəhəri, Nizami prospektinin sonunda yerləşən, Kür çayının üzərində quraşdırılmış dəmir körpünün yaxınlığına çatmalarına təxminən 40-50 metr qalmışdır. Həmin vaxt sürücü, polis baş serjantı Təqsirləndirilən şəxs anidən tormozlama etmiş, o, başını yuxarı qaldırıb önünə baxdıqda Təqsirləndirilən şəxs idarəetməni itirdiyini, avtomobilin yolun sağ küncü ilə bordoyra toxunaraq körpünün Xaldan kəndi istiqamətində sağ tərəfindən olan boşluq sahədən Kür çayına doğru hərəkət etdiyini görmüşdür. Həmin vaxt sürət təxminən 100 km/saat olmuşdur. Onlar tormozlamadan sonra Süleymana “yavaş sür”demişlər. Avtomobil hündürlükdən aşağı çaya doğru hərəkət etmiş, avtomobilin ön hissəsi çaya düşmüş, həmin an o, xilas olmaq üçün oturduğu sağ yan qapının pəncərə şüşəsini sındırmış, sonra bir təhər həmin hissədən avtomobildən çölə çıxmışdır. Suyun üzərinə qalxdıqda digər yoldaşlarının suyun üzərində olmadığını görmüşdür. O, yoldaşlarını xilas etmək üçün yenidən çayın aşağı hissəsinə doğru enmişdir. Havası çatmadığı üçün suyun üzərinə təkrar qalxdıqda polis baş serjantı Təqsirləndirilən şəxs və polis kiçik serjantı Şahid2 suyun üzərində olduğunu görmüşdür. Bundan sonra o, Kamran Məmmədovu avtomobildən çıxara bilmədiynmə görə Kür çayının sahilə üzərək çıxmışdır. Sonra olanları xatırlamır. Huşu özünə gəldikdə Yevlax rayonu mərkəzi xəstəxanasında olduğunu görmüşdür. Hadisə vaxtı baş, boyun və sağ qol nahiyələrindən xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, təxminən 10 ay olar ki, Yevlax şəhər polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində, polis kiçik serjantı rütbəsində xidmət edir. Hadisə günündən təxminən 01 həftə öncədən PPXB-nün şəxsi heyəti ilə birlikdə Şəki şəhərində təşkil olunmuş təlimlərdə iştirak etmişdir. xx.xx.2022ci il tarixdə də səhər saat təxminən 06:30 radələrində həmin təlimlərdə iştirak etmək üçün hamı rayon polis şöbəsinin həyətinə toplaşmışdır. O, PPX-nin polis nəfərləri-polis baş serjantı Təqsirləndirilən şəxs, polis kiçik serjanrı Şahid1 və polis serjantı Kamran Məmmədovla birlikdə xidməti Fiat Doblo markalı, ** AP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşmişdir. Polis baş serjantı Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasına keçmiş, polis kiçik serjantı Şahid1 ön sağ oturacaqda əyləşmişdir. O da Kamran Məmmədovla birlikdə avtomobilin arxa oturacağında əyləşmişdir. Onlar Şəki şəhərinə yola düşmüşlər. Səhər saatları olduğuna görə mürgüləmişdir. Bir neçə dəqiqə sonra polis baş serjantı Təqsirləndirilən şəxs avtomobilin əyləcinin tutmadığını və tormozlama etmədiyini bildirmişdir. Həmin vaxt onlar Yevlax şəhəri, Nizami prospektində Xaldan yolu istiqamətində hərəkətdə olmuşlar. Küçənin sonunda yerləşən, Kür çayının üzərində quraşdırılmış dəmir körpünün yaxınlığına çatmağa təxminən 60-70 metr məsafə qalmış Təqsirləndirilən şəxs idarəetməni artıq itirmiş, o, özünü qorumaq üçün sürücünün arxa oturacağından hər iki əli ilə bərk yapışmışdır. Həmin vaxt həyəcanlı olduğu üçün avtomobilin yalnız yolun sağ tərəfi ilə hərəkət edib, körpünün sağ tərəfində olan boşluqdan Kür çayına doğru hərəkət etdiyini görmüşdür. Avtomobil sol yanı üstə Kür çayına düşmüşdür. Sürücünün oturduğu oturacağın qapısı isə hündürdə olmuşdur. Buna görə də sürücü olduğu qapının, yəni sol ön qapının pəncərə şüşəsini sol və sağ qolumun dirsəyi ilə sındırmış və pəncərənin içərisindən avtomobildən çölə çıxmışdır. Həmin vaxt pəncərənin şüşəsi bel nahiyəsini və hər iki qolunun dirsək hissəsini kəsmişdir. Suyun üzünə çıxana yaxın ətrafda olan tanımadığı şəxslər ona kömək edib çayın sahilinə çıxarmışdır. Həmin vaxt şokda olduğundan Yevlax rayon mərkəzi xəstəxanasına neçə aparıldığını xatırlamır. Huşu özünə gəldikdə Yevlax rayon mərkəzi xəstəxanasında olduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 03 avqust 2022-ci il tarixli, 19 nömrəli rəyində göstərilmişdir ki, X3 bədənində aşkar edilmiş xəsarət-başın təpə nahiyəsinin əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələgəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəsi yoxdur. Adətən canlı şəxslərdə dərəcəsi təyin edilməyən xəsarət kimi qiymətləndirilir və qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna edilmir. X3 meyitindən götürülmüş qanın məhkəmə kimyavi tədqiqatı zamanı etil spirti, narkotik maddələr və digər güclü təsiredici preparatlar aşkar edilməmişdir. Mərhumun ölümünə səbəb yuxarı tənəffüs yollarının maye ilə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Hər iki gözün ağlı qişasına, ağ ciyərlərin və ürəyin səthinə nöqtəvari qansızma, ürəkdə qanın duru vəziyyəti, daxili üzvlərin doluqanlılığı bu növ ölümün təsdiqedici əlamətlərindəndir. Erkən meyit əlamətləri onu göstərir ki, ölüm meyitin müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 8/2012 nömrəli rəyindən görünür ki, Fiat Doblo markalı, ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkərinin tormoz şlanqı üzərində daxili təzyiqdən partlamağa xarektirik zədələr yoxdur, şlanqın üzərində olan zədələr kəsilmə-dartılma xarakterlidir və həmin zədələr hadisə zamanı yaranmışdır. Hadisədən əvvəl Fiat Doblo markalı avtomobilin işçi tormoz sistemi işlək vəziyyətdə, yəni istismara yararlı vəziyyətdə olmuş və avtomobilin işçi tormoz isteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Fiat Doblo markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobiln sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü S.T.X12 markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 60km/saatdan artıq sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24«Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 195-20995-1222 nömrəli məktubundan görünür ki, Yevlax RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X7 xx.xx.2019-cu il tarixdən daxili işlər orqanlarında, həmin vaxtdanda tutduğu vəzifədə, polis serjantı xidmət edir. Yevlax RPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X7 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şəki şəhərində keçiriləcək birgə təlim məşğələsinə cəlb edilmiş və xx.xx.2022-ci il tarixdə rəsmi olaraq xidmətdə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 195-20991-1222 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 mart 2022-ci il tarixli Ə193-001-22 nömrəli əmrinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şəki şəhərində keçiriləcək birgə təlim məşğələsinə RPŞ-nin əməkdaşları cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli 195-20997-1222 nömrəli məktubundan görünür ki, Əsədov X4 Rayon Polis Şöbəsinin 16 mart 2017-ci il tarixli Ə18ş/h-195-17 nömrəli əmri ilə Yevlax RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri-sürücü vəzifəsinə xidmətə qəbul edilmiş və xidməti fəaliyyəti dövründə yol verdiyi nöqsanlara görə Yevlax RPŞ-nin xx.xx.2022-cı il tarixli Ə70ş/h-195-22 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şəki şəhərində keçiriləcək birgə təlim məşğələsinə cəlb edilmiş və xx.xx.2022-ci il tarixdə rəsmi olaraq xidmətdə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 iyul 2022-ci il tarixli 468 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə saat 12:26-də müayinə olunan zaman ayıq vəziyyətdə olmuş, alkoqol sərxoşluğu olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon polis şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidməti fəaliyyəti üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 sentyabr 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutları araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti əməilini törətməsi, təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsüf edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alır. Zərərçəkmiş şəxsin hüquqi varisi A.Məmmədovun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını və əməlindən səmimi peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs 250 (iki yüz əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 250 (iki yüz əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 9 (doqquz) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 57 (əlli yeddi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar