Məhkəmə qərarları › İş №1(039)-196/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-196/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-196/2022 23.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Ağdam rayonu, Keştazlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Ağdam rayonu, Keştazlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Yevlax rayon 32-ci məhəllədə əvvəllər tanıdığı X1 qəsdən satış məqsədilə qanunsuz olaraq 120 manat pul qarşlığında 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,854 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,525 qram narkotik vasitə olan heroini əldə edərək qanunsuz olaraq üzərində saxlamış, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə saxlanılaraq Yevlax RPŞ-nə gətirilib həmin günü saat 15:25 dəqiqədən saat 15:55 dəqiqəyədək olan müddət ərzində orada video çəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarın sağ arxa cibində saxladığı plastik qabın içərisindən qəsdən satış məqsədilə Ceyhun Muradovdan 120 manat pul qarşılığında əldə etdiyi 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,854 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd kibrit qutusunun içərisində olan 12 (on iki) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,044 qram, 0,037 qram, 0,055 qram, 0,037 qram, 0,041 qram, 0,051 qram, 0,060 qram, 0,051 qram, 0,036 qram, 0,037 qram 0,039 qram, 0,037 qram olmaqla, ümumi təmiz çəkisi 0,525 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, uzun müddətdir narkotik vasitə olan heroindən istifadə edir. Hər gün heroini metamfetaminlə qarışdırıb maye halında iynə ilə damarına vurur. Gündəlik az miqdarda almaq daha baha başa gəldiyindən belə qənaətə gəlmişdir ki, çox miqdarda heroini və metamfetamini birdəfəlik alıb mütəmadi olaraq istifadə etsin. Bu məqsədlə 03 avqust 2022-ci il tarixdə, səhər saatlarında, əvvəllər tanıdığı Yevlax şəhər sakini Ceyhun adlı şəxslə görüşmüş və ona narkotik vasitə lazım olduğunu bildirmişdir. Ceyhunla razılaşaraq ondan 120 manat müqabilində 12 ədəd kağız bükümlərdə, çəkisi təxmini eyni olan narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Onları üzərində gəzdirdiyi, içində tibbi şpris də olan plastik qabın içinə qoymuş və cibində gizlətmişdir. Həmin gün, günorta saatlarında Yevlax şəhəri, 32-ci məhəllədə, yaşadığı binanın yaxınlığında olan zaman mülki geyimdə olan iki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlar bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhələr var, araşdırılmalıdır. Polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Orada xidməti iş otağında ona müdafiəçi təqdim edilmiş və üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən saxladığı plastik qab aşkar edilmişdir. Plastik qabın içindən isə bir ədəd tibbi şpris və Ceyhundan aldığı metamfetamin və içində heroin olan 12 büküm aşkar edilərək götürülmüşdür. Etiraf etmişdir ki, həmin metamfetamini və heroini tanışı Ceyhundan öz istifadəsi üçün 120 manat müqabilində almışdır. Heç zaman narkotik vasitə və ya psixotrop maddə satmamış, Ceyhundan aldığı heroini və metamfetamini satmaq niyyəti ilə deyil öz istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək, özünü yalnız üzərində narkotik vasitə və psixotrop maddə saxlanılmasında təqsirli bilməklə onun əməlinin müvafiq maddəyə tövsif edilməsini və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid X3 bildirmişdir ki, Yevlax RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 avqust 2022-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə saxladığı barədə əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, əvvəllər də onun narkotik vasitə və psixotrop maddə satması barədə məlumatlar daxil olmuşdur. Əməliyyat məlumatı əsasında raportla Yevlax RPŞ-nin rəhbərliyinə müraciət etmiş və bu müraciət əsasında əməliyyat qrupu yaradılmaqla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Əməliyyat məlumatı əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, 32-ci məhəllə adlandırılan ərazidə yaşadığı binanın yaxınlığındadır. Əməliyyat qrupunun digər üzvü, polis əməkdaşı Şahid2la birlikdə həmin əraziyə getmişlər. Saat təxminən 15:00-da Təqsirləndirilən şəxs həmin ərazidə, yaşadığı binanın yaxınlığında saxlayıb özlərini təqdim edərək, səbəbini bildirməklə onu Yevlax RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə Yevlax RPŞ-nin inzibati binasına getmişdir. Şöbədə ona müdafiəçi təqdim edilmiş və üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman onun üzərində olan şalvarın cibindən plastmasdan olan qab aşkar edilmişdir. Həmin qabın içində bir ədəd bükülü, bir ədəd kibrit qutusu və tibbi şpris olmuşdur. Kibrit qutusunun içində isə 12 ədəd bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, bir bükülüdə olan kütlə metamfetamindir, on iki bükülüdə olan kütlə isə heroindir. Ceyhun adlı şəxsdən 120 manat müqabilində öz istifadəsi üçün almışdır. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ayrı ayrılıqda tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Şahid2 şahid X2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən video yazıya baxış keçirilmiş və həmin yazıda Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən plastik qabın içərisindən bir ədəd bükülü və içində on iki ədəd bükülü olan kibrit qutusunun, tibbi şprisin aşkar olunması təsdiqini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 04 avqust 2022-ci il tarixli 17/606 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunun içərisində olan 12 (on iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,044 qr, 0,037 qr, 0.055 qr, 0,037 qr, 0.041 qr, 0.051 qr, 0.060 qr, 0.051 qr, 0.036qr, 0.037qr, 0.039 qr və 0.037 qr ümumi çəkiləri 0,525 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0.854 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01 (bir) ədəd şprisdə heroin izləri vardır. Şprisdə heroin iz şəklində olduğundan (normal çəki təşkil etmədiyindən) onun təqdim olunmuş heroinlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı) Metamfetamin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı) .(səh. 43-44) Məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 1520 saylı rəyində qeyd olunur ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh.99) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək qeyd edir ki, Təqsirləndirilən şəxs yalnız narkotik vasitə və psixotrop maddə saxlamada özünü təqsirli bilərək, narkotik vasitə və psixotrop maddələri satmaq niyyətinin olmadığını qeyd etsə də, məhkəmə bunu özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələrin müxtəlif növdə, yəni metamfetamin və heroin olması, heroinin xırda bağlamalarda olmaqla təxmini eyni çəkiyə malik olması onun satış niyyətini təsdiq edir, bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə və psixotrop vasitələri əldə edərək saxlamaqda təqsirli olması mövcud sübutlarla, şahidlərin ifadələri, ekspertiza rəyləri və video görüntü ilə tam təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir.. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi, habelə ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli faktiki saxlanıldığı vaxtdan heablanmalıdır. Cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Yevlax Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,405 qram heroin və 0,804 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri, 69.10 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməlidir. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 3 saat hesablanmaqla hər iş saatı üçün 18 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli faktiki saxlanıldığı gündən, yəni 03 avqust 2022-ci il tarixdən hesablansın . Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,405 qram heroin və ekspertiza tədqiqatından sonra qalan 0,804 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 18 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar