Məhkəmə qərarları › İş №1(039)-197/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-197/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-197/2022 15.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 10 oktyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Mingəçevir şəhəri, R.Rza küçəsi, ev 16, mənzil 46-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs avtomobili idarə etmə hüquq verən BC 414275 seriyalı sürüçülük vəsiqəsi əsasında 02 iyun 2022-ci il tarixdə, saat təxminən 13 radələrində özünə məxsus “Renault Megane” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərindən Yevlax rayon Xaldan kəndi istiqamətində təxminən 110 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini yəni (3.20” Ötmə qadağandır“ qadağan yol nişanın) tələblərini, həmin qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, yəni üfiqi nişanlanma xəttini kəsib keçmək qadağandır nişanın tələblərini və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində avtomobili 60 km/saat sürətdən artq sürətlə, yəni 110 km /saat sürətlə idarə edərək hərəkətdə olan zaman Yevlax rayonunun Havarlı kəndi yaxınlığında onunla eyni istiqamətdə qarşıda hərəkətdə olan “VAZ 21099” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sola yaşayış massivinə doğru dönmə əməliyyatı həyata keçirərkən, idarə etdiyi avtomobili əks hərəkət zolağına çıxararaq dönmə əməliyyatı həyata keçirən sürüçü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21099” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin orta hissəsindən vurmuş və nəticədə ehtiyatsızlıqdan “VAZ 21099” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürüçü Zərərçəkmiş şəxs sağlamlığına alın nahiyəsinin əzilmiş yarası, sol lX, X, Xl qabırğalarda yerdəyişən sınığı xəsarətləri ilə müşayət olunan, dərəcəsinə görə səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirməklə, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, “Renault Megane” markalı, ** BL *** nömrə nişanlı avtomaşın mülkiyyət hüququ üzrə ona məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində idarə etdiyi avtomaşınla Mingəçevir-Xaldan yolunun Yevlax rayonu, Havarlı kəndi ərazisindən keçən hissəsindən Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Aanası xəstə olduğu üçün təcili olaraq Ağdaş rayonuna çatmalı olmuşdur. Buna görə hərəkətdə olarkən avtomaşını təxminən 100-110 km/saat sürətlə idarə etmişdir. Tələsdiyi üçün qoşa xətti tapdalayaraq əks hərəkət istiqamətə keçərək ötmə əməliyyatı aparmış və birinci avtomobili ötüb keçmişdir. Hərəkətini davam etdirərkən ikinci ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmək istəmişdir. Həmin avtomobilin Havarlı kəndinə yəni, yolun sol tərəfinə dönmək istədiyini görmüşdür. Avtomobilin dönmək istədiyini görən zaman aralarında təxminən 30 metr məsafə olmuşdur. Həmin avtomobillə toqquşmamaq üçün tormoz əyləcini basmış lakin avtomobili sürətli idarə etdiyi üçün hadisənin qarşısını ala bilməmişdir. İdarə etdiyi avtomobillə ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü əyləşən tərəfdən yəni, avtomobilin tam orta hissəsindən vurmuşdur. Hadisədən sonra dərhal yerə düşərək ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, sürücünün xəsarət aldığını görüb onu avtomobildən bayıra çıxartmışdır. Bundan sonra dərhal təcili tibbi yardıma mütraciət etmişdir. Hadisə zamanı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobiliin salonunda sürücüsündən başqa heç kim olmamışdır. Özüdə idarə etdiyi avtomobildə isə tək olmuş və heç bir xəsarət almamışdır. Hazırda əmilindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs Rəsulov X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, “VAZ 21099” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx.xx.2022-cİ il tarixdə saat 14:30 radələrində idarə etdiyi avtomaşınla Mingəçevir-Xaldan yolunun Yevlax rayonu, Havarlı kəndi ərazisindən keçən hissəsindən yaşadığı Havarlı kəndi istiqamətində hərəkətdə olmuşdur. Hərəkətdə olarkən avtomaşını təxminən 40 km/saat sürətlə idarə etmişdir. Həmin yerdə yol gediş və gəliş üçün olmaqla iki zolaqlı olmuşdur. Yaşadığı küçəyə dönməyə 20-30 metr məsafə qalan zaman sola dönmək üçün nəzərdə tutulmuş xarici işıq siqnalını yandırmışdır. Onun yaşayış məntəqəsinə dönmək üçün qırıq-qırıq dönməyə icazə verən nişanlama xətti olmuşdur. Küçəyə dönmək üçün hərəkət etmiş, lakin həmin vaxt arxa tərəfdən ötmə əməliyyatı qadağan olunan hissədən yüksək sürətlə gələn avtomobil onun avtomobilinin sol orta hissəsindən vuraraq qəza törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı qəzadan yayınmağa heç bir imkanı olmamışdır. Hadisə baş verən zaman avtomobildə tək olmuşdur. Məhkəmə yə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini, hazırda Təqsirləndirilən şəxsla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin DYPB-nin polis nəfəri polis baş serjantı Şahid Elburus oğlu ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində xidmətdə olarkənYevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində Havarlı kəndi ərazisindən keçən yolda yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. İdarə etdiyi xidməti avtomaşınla hadisə baş verən yerə getmiş və orada “VAZ 21099” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Renault Megane” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğunu görmüşdür. “VAZ 21099” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına apraılmışdır. Hadisə yerinin müayinəsində “Renault Megane” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürüçüsü Təqsirləndirilən şəxs iştirak etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla düz xətti kəsərək ötmə əməliyyatı həyata keçirib və bu zaman qarşıda gedən “VAZ 21099” markalı avtomobili idarə edən sürücü sola dönmə əməliyyatı edərkən toqquşma hadisəsi baş verdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yevlax rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 379 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətləralın nahiyəsinin əzilmiş yarası, sol lX, X, Xl qabırğalarda yerdəyişən sınığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti, xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az-ağır zərər vuran bədən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1837 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Renault Megane” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürüçüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni (3.20” Ötmə qadağandır“ qadağan yol nişanın) və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürüçü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artq sürətlə, yəni 110 km /saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixdə verilmiş AC 414275 nömrəli sürücülük vəsiqəsinin surətindən dən görünür ki, Təqsirləndirilən şəxs BC dərəcəli sürücülük vəsiqəsi var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində bildirilir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini, hazırda Təqsirləndirilən şəxsla barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət Prosessual Məcəllə: Maddə 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə təqsirləndirlən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən, barəsində olan cinayət işinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar