Məhkəmə qərarları › İş №1(039)-198/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-198/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-198/2022 29.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Bayramov Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1978-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə 01 ay 08 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, H.Əliyev prospekti, ev 14, mənzil 24-də qeydiyyatda olan, barəsində 08 avqust 2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Bayramov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bayramov Təqsirləndirilən şəxs qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib saxlamışdir. Belə ki, Bayramov Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədi ilə 23 iyul 2022-ci il tarixdə saat 01:00 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus köşkün giriş qapısının kilidini zor tətbiq etməklə sındırıb açmaq yolu ilə saxlanc yeri sayılan köşkə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 900 manat pulu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 900 manat maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Bayramov Təqsirləndirilən şəxs, qəsdən satış məqsədilə qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində ümumi təmiz çəkisi 1,929 qram narkotik vasitə olan heroini tanışı X1 75 manata alaraq üzərində saxlamış, 06 avqust 2022-ci il tarixdə saat 21:00 radələrində Yevlax şəhəri, H.Əliyev prsopektində Təqsirləndirilən şəxs Bayramov qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynində olan şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisində qəsdən satış məqsədilə əldə edib saxladığı 12 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,840 qram, 0,185 qram, 0,277 qram, 0,195 qram, 0,191 qram, 0,036 qram, 0,032 qram, 0,029 qram, 0,037 qram, 0,033 qram, 0,035 qram və 0,039 qram olmaqla ümumi təmiz çəkisi 1,929 qram narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Bayramov Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli, CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. 2022-ci il iyul ayının 22-dən 23-nə keçən gecə saat təxminən 01 radələrində oğurluq etmək məqsədi ilə Yevlax şəhəri, Nizami prospektində, Yevlax şəhər 5 saylı tam orta məktəbin yaxınlığında yerləşən Ramala məxsus köşkə yaxınlaşmışdır. Köşkün qapısındakı qıfılı sındıraraq köşkə daxil olmuş və oradan 320 manat pul götürərək çıxıb getmişdir. 2022-ci il avqust aynın əvvəllərində Yevlax şəhər mərkəzi bazarında Yevlax şəhər sakini üzdən tanıdığı Sənan adlı şəxslə qarşılaşmışdır. Söhbət zamanı Sənana özü istifadə etmək üçün narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. Sənan da ona pul qarşılığında 1-2 günə narkotik vasitə olan heroin təşkil edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı binanın qarşısında Sənanla görüşmüş, Sənan ona sellofan bükülüdə heroin verərək 3 qram olduğunu demişdir. Əvəzində Sənana 75 manat pul vermişdir. Sənandan aldığı narkotik vasitə olan heroindən bir qədər istifadə etmiş və qalanını isə bükümlərə bölərək «Prima» markalı siqaret qutusuna qoyaraq üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospekti, 14 ünvanında yerləşən binanın qarşısında olan zaman 2 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitə istifadə etməkdə, üzərində saxlamaqda və satmaqda şübhəli olduğunu deyərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirmişdir. Təhqiqatçı ona üzərindəki əşyaları təqdim etməyini bildirmişdir. Həmin vaxt əynindəki şalvarın sağ yan cibində saxladığı siqaret qutusunda olan bükümlərdəki narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin heroini Sənan adlı şəxsdən 75 manata aldığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Polis əməkdaşları həmin bükümləri saymış, bükümlərin sayının 12 olduğunu və bükümlərin içərisindəki kütlələrə baxaraq narkotik vasitə olan heroinə bənzədiyini bildirmişlər. Bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 2,72 qram olmuşdur. Həmin heroinləri satmaq niyyəti olmamış və heç kimədə satmamışdır. Heroinləri özü istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmədən özünü CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxs Bayramov Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs Bayramovun özünü CM-nin 234.2-ci maddəsində təqsirli bilməməsi məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxs Bayramov Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olanın ziyanın tam şəkildə ödənildiyini, hazırda Təqsirləndirilən şəxs Bayramovla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, işi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təstiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax şəhəri, Nizami prospektində yerləşən 5 saylı tam orta məktəbin yaxınlığında köşkü var. Həmin köşkdə kontur, siqaret, tum və sular satır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında köşkün qapısını qıfılla bağlayaraq evə getmişdir. Səhəri gün köşkə gələn zaman köşkün qapısının sındırıldığını görmüş və köşkə daxil olduqda oradan ona məxsus 900 manat pulunun oğurlandığını bilmişdir. Həmin vaxt 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, ona məxsus köşkdən oğurluq edən şəxs tanıdığı Yevlax şəhər sakini Bayramov Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Bayramovun anası Elmira Bayramova tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Bayramov Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 06 avqust 2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumata əsasən həmin gün saat 21 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə Yevlax şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında getdiyini görmüşlər və ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və satması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis şöbəsində xidməti iş otağında vəkil H.Abbasovun, İsmayıl Cəfərzadənin, onun və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd «Prima» markalı siqaretin içərisindən 12 ədəd sellofan və kağız bükümləri çıxardaraq təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı binanın qarşısında Sənan adlı şəxsdən 75 manata aldığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin kütlələr bükümlərlə birlikdə elektiron tərəzidə çəkilmiş və çəkisi 2,72 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş cəmi 1,929 qram miqdarında naroktik vasitə olan heroini satmaq məqsədi ilə üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş Bayramov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Bayramov içərisində heroin olan «Prima» markalı siqaretin içərisindən 12 ədəd sellofan və kağız bükümləri özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 07 avqust 2022-ci il tarixli 17/617 saylı rəyindən görünür ki, Bayramov Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 05 ədəd sellofan və 07 ədəd kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,840 qram, 0,185 qram, 0,277 qram, 0,195 qram, 0,191 qram, 0,036 qram, 0,032 qram, 0,029 qram, 0,037 qram, 0,033 qram, 0,035 qram və 0,039 qram, ümumi çəkiləri 1,929 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 05 (beş) ədəd sellofan və 07 (yeddi) ədəd kağız bükümdə olan heroinlər kemyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroinlərin ümumi təmiz çəksi-1,929 qram, cəmi tədqiqata sərf edildi 0,240 qram, qalıq-1,689 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 1494 nömrəli rəyindən görünür ki, Bayramov Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifdə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Nnarkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(039)-82/2019 saylı hökmünün surətindən görünür ki, Bayramov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə 01 ay 08 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 06.102022-ci il tarixli 216/6 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 08 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl şərti azad edilmiş Bayramov Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını xx.xx.2021-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Bayramov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 4(039)-139/2022 saylı qərarından görünür ki, həmin tarixdə Bayramov Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 avqust 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yevlax şəhər 2 saylı MTİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Bayramov Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Bayramov Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bayramov Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahid ifadələri, şəxsi axtarış protokolu, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, (05 ədəd sellofan və 07 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,840 qram, 0,185 qram, 0,277 qram, 0,195 qram, 0,191 qram, 0,036 qram, 0,032 qram, 0,029 qram, 0,037 qram, 0,033 qram, 0,035 qram və 0,039 qram, ümumi çəkiləri 1,929) narkotik vasitənin çəkilib xırda bağlamalara (12 büküm) bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gələrkən təqsirləndirilən şəxs Bayramov Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Bayramov Təqsirləndirilən şəxs özünü CM-nin 234.2ci maddəsi ilə təqsirli hesab etməyərək, üzərindən aşkar olunan narkotik vasitəni satış məqsədilə saxlamadığını bildirdikdə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, eləcə də, məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs Bayramov Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Bayramov Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarına əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1,449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs , edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə İfadənin fiziki və ya psixi zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki,“ pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-nin 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-nin 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Bayramov Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Bayramov Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Bayramov Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Bayramov Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Bayramov Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Bayramov Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Bayramov Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Bayramov Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bayramov Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bayramov Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 06 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Bayramov Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 1,689 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir, həmin məbləğ Bayramov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Bayramov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bayramov Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bayramov Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 06 avqust 2022-ci il tarixdən hesablansın. Bayramov Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bayramov Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 1,689 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 69 manat 10 qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxs Bayramov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Bayramov Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar