Məhkəmə qərarları › İş №1(039)-2/2019

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-2/2019

11.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-2/2019 11.09.2019 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərova Elmira Rafik qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Yevlax rayonu Hacımahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, Yevlax rayonu Hacımahmudlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd edilir ki, o, xx xxxx 2017-ci il tarixdə saat 23:00 radələrində ictimai yer olan Yevlax rayonunun Hacımahmudlu kəndində küçədə, bir gün əvvəl günəmuzd işləyərək onun aldığı 50 manat puldan Vüqara 25 manat verməli olduğu halda 20 manat vermiş, Vüqar ona “niyə mənə 5 manat əskik verirsən ?” dedikdə o, Vüqara “sənə 20 manat düşür” hikkəsi bəhanəsi ilə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, qohumu X4 ilə bir qrup halında, heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozub, mövcud davranış qaydalarına məhəl qoymadan qərəzli hərəkətlər edərək X7 ucadan nalayiq söyüşlərlə söyüb təhqir edərək, zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Vüqar Rəcəbovu yumruq və təpiklə, həmçinin hadisə yerindən götürdükləri və silah qismində istifadə etdikləri küt alət olan daş parçası ilə vurub, səhhətin qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, bu səbəbdən hadisə yerinə çoxlu sayda kənar şəxslərin söyüş-dalaşma səslərini eşidib toplaşmasına, orada toplaşmış vətəndaşların istirahətinin, dincliyinin pozulmasına, onların həyəcanlanmalarına, həmçinin ümumilikdə ictimai qaydanın iyirmi dəqiqədən artıq müddət ərzində pozulmasına yönələn hərəkətlərə qərəzli şəkildə yol verməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində söyləmişdir ki, Vüqar Rəcəbovu tanıyır, hadisədən öncə aralarında hər hansı ədavət olmamışdır. xx xxxx 2017-ci il tarixdə onlara qonaq gəlmiş bibisi oğlu Namiq İsmayılovla birlikdə axşam saatlarında kəndin kənarında yerləşən çinar ağacının yanında dayanıb söhbət edən zaman Vüqar Rəcəbov sərxoş halda onlara yaxınlaşaraq ondan özü üçün 2-3 ədəd pivə almağını tələb etmişdir. Onun tələbini yerinə yetirməkdən imtina etdikdə Vüqar ona kişi olmadığını, kişilikdə payının olmadığını bildirmiş və onu təhqir etmişdir. Bu səbəbdən aralarında xırda mübahisə olmuş və Vüqar onun üzərinə gəlmişdir. Bu zaman əli ilə Vüqara yüngül zərbə yetirmişdir. Bibisi oğlu Namiq İsmayılov və orada olan həmkəndlisi Elşad Mikayılov onları aralamışdır. Həmin zaman orada başqa şəxslər olmamışdır. Aralarında olan mübahisə cəmi 5 dəqiqə çəkmiş və bundan sonra onlar biri birindən aralanaraq oradan çıxıb getmişlər. Vüqar Rəcəbovla artıq barışmış, ona qarşı hər hansı bir tələbinin olmadığını bildirmişdir. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Vüqar Rəcəbov teleqramla məhkəməyə müraciət edərək vermiş olduğu ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı tələbinin olmadığını bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Namiq İsmayılov onun barəsində olan cinayət işi üzrə keçirilən məhkəmə baxışı zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, xx xxxx 2017-ci il tarixdə Yevlax rayonu Hacımahmudlu kəndində yaşayan qohumu Təqsirləndirilən şəxsgilə qonaq getmişdir. Həmin gün axşam, təxminən saat 22:00-da, Mansurla küçəyə çıxıb kəndin kənarında olan çinar ağacının yanında dayanmışlar. Onların yanında tanımadığı bir şəxs də, atı ilə dayanıb Mansurla söhbət etmişdir. Bu zaman Vüqar Rəcəbov onlara yaxınlaşaraq Mansurla söhbət etməyə başlamışdır. Onlar söhbət edərkən o, və digər şəxs kənarda dayanmış, onların nə danışdıqlarını eşitməmişlər. Bu zaman onların arasında mübahisə baş vermişdir. Orada olan, adını tanımadığı şəxs ata minərək oradan uzaqlaşmışdır. Vüqarla Mansuru sakitləşdirərək aralamışdır. Mübahisə təxminən 5 dəqiqə davam etmiş, mübahisə səsinə heç kim gəlməmişdir. Vüqarla Mansuru sakitləşdirdikdən sonra Vüqar oradan çıxıb getmiş, o isə Mansurla oradan uzaqlaşmışdır. Şahid X5 teleqramla məhkəməyə müraciət edərək məhkəmədə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı Vüqar Rəcəbovun və X10 Rəcəbovla, Namiq İsmayılovun təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası zamanı verdikləri ifadələri elan edilmişdir. Belə ki, Vüqar Rəcəbov həmin məhkəmə iclası zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs və onun qohumu Namiq İsmayılovu tanıyır, hadisədən öncə aralarında hər hansı ədavət olmamışdır. xx xxxx 2017-cı il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxsla birlikdə Yevlax rayonunun Qaramanlı kəndinə gedib orada Zahid adlı şəxsin otunu həyətinə yığmışlar. Həmin şəxs bunun müqabilində fəhlə haqqı olaraq onlara 50 manat pul çatdıracağını vəd etmişdir. Otu yığıb qurtardıqdan sonra çıxıb atasıgilə getmiş və orada yemək yeyərək bir az alkoqollu içki içmişdir. Həmin gün axşam təxminən saat 23:00-da Hacımahmudlu kəndində atası evindən çıxıb öz evlərinə gedərkən kənddəki evlərdən kənar bir yerdə olan çinar ağacının yanında Təqsirləndirilən şəxs və onun qohumu Namiq İsmayılovu görüb onlara yaxınlaşaraq görüşmüşdür. Bu zaman Mansur cibindən çıxarıb ona ot yığımı üçün aldığı puldan 20 manat vermişdir. Buna etiraz edərək 50 manatdan ona 25 manat verməli olduğunu Mansura bildirmişdir. Mansur bildirmişdir ki, ona 20 manat düşür və onu təhqir etmişdir. Mansurun cavabını qaytardıqda Mansur onu yumruqla vurmuşdur. Bu zaman o, da Mansuru nalayiq söyüşlərlə söyüb təhqir edərək onunla əlbəyaxa olan zaman Namiq İsmayılov da onu nalayiq söyüşlərlə söyüb təhqir edərək yumruq və təpiklə onu vurarkən onların arasında yaranmış mübahisə zamanı o, da İsmayılov Namiqi nalayiq söyüşlərlə söyüb təhqir edərək yumuqla vurmuşdur. İçkili olduğundan Mansur və Namiqin onu daşla vurmasını xatırlamır. Həmin zaman orada başqa şəxslər olmamışdır. Aralarında olan mübahisə cəmi 5 dəqiqə çəkmiş və bundan sonra onlar biri birindən aralanaraq oradan çıxıb getmişlər. Yolda qardaşı Bəxtiyar Rəcəbovla qarşılaşmış və Bəxtiyar onu evlərinə aparmışdır. Namiq İsmayılovla artıq barışmış, ona qarşı hər hansı bir tələbinin olmadığını bildirmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Eyni zamanda X5 həmin məhkəmə iclası zamanı bildirmişdir ki, Vüqar Rəcəbov onun qardaşı, Təqsirləndirilən şəxs isə uzaq qohumudur. Onlarla onun heç bir düşmənçiliyi, ədavəti olmayıb. Yevlax rayonu Hacımahmudlu kəndində valideynləri ilə birgə yaşayır. Qardaşı Vüqar isə həmin kənddə başqa evdə yaşayır. xx xxxx 2017-ci il tarixdə axşam saatlarında evdə olarkən, qardaşı Vüqar da onlara gəlib axşam yeməyi yedikdən sonra, təxminən saat 22:00-da çıxıb öz evlərinə getmişdir. Bundan bir müddət keçdikdən sonra evdən çıxaraq kənddəki dükana getmişdir. Dükandan xırda alış-veriş etdikdən sonra geri qayıdarkən yolda qardaşı Vüqarla qarşılaşmışdır. Vüqarın üst-başı batdığından ondan nə baş verdiyini soruşmuş, Vüqar isə bildirmişdir ki, qohumları Təqsirləndirilən şəxsla dalaşmışdır. Vüqarı götürüb öz evlərinə aparmışdır. Yol ilə gedərkən kəndin kənarında, evlərdən təxminən 100-150 metr aralıda yerləşən çinar ağacı tərəfdən hər hansı mübahisə səsi eşitməmiş, Vüqarla təsadüfən yolda rastlaşmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Vüqar Rəcəbova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə bəraət verilmiş, eyni tarixli qərarla Namiq İsmayılovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmiş və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət üzrə cinayət təqibinə, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından, xitam verilmişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 96/309 saylı rəyində qeyd olunur ki, X3 gözaltı nahiyyənin qançırı, sol gözün ağlı qişasının iç bucağına qansızma, sol qaşüstü nahiyyənin yarası, döş qəfəsinin arxa səthinin çoxsaylı sıyrıqları, sol baldırın yuxarı 1/3-nin yan səthinin şişkinliyi olmuşdur. Həmin xəsarətlər küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2017-ci il tarixə uyğundur. Həmin xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran aiddir. Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 97/318 saylı rəyində qeyd olunur ki, X1 bazunun orta 1/3-nin yan səthinin sıyrığı olmuşdur. Həmin xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2017-ci il tarixə uyğundur. Həmin xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 98/319 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri aşkar edilməmişdir. İlk olaraq qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd edilən hərəkətlər Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ittihamdan xaric edilməlidir. Bundan başqa, məhkəmə, tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci madəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, qeyd edilənlərə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirli olması sübuta yetirilməmişdir. Belə ki, X13 İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisənin olması, bu zaman Təqsirləndirilən şəxs tərəfindən Vüqar Rəcəbova sağlamlığa yüngül zərər vuran xəsarət yetirməsi hər iki təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri ilə, ekspertiza rəyləri ilə təsdiqini tapsa da, onun tərəfindən xuliqanlıq cinayətinin əsas əlaməti olan ictimai qaydanı kobud surətdə pozan qərəzli hərəkətlərin edilməsi və cəmiyyətə açıqca hörmətsizlik etməsi sübuta yetirilmir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azrəbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında qeyd edilir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli olmasının təsdiqi olaraq şahidlər Bəxtiyar Rəcəbovun, Hamlet Xanəliyevin və Asif Quliyevin ifadələri, habelə ekspertiza rəyinə istinad edir. Lakin, Bəxtiyar Rəcəbov məhkəmə iclasında ifadə verərək istintaq zamanı verdiyi ifadəni təkzib edərək yol ilə gedərkən kəndin kənarında, evlərdən təxminən 100-150 metr aralıda yerləşən çinar ağacı tərəfdən hər hansı mübahisə səsi eşitmədiyini, Vüqar Rəcəbovla təsadüfən yolda rastlaşdığı bildirmişdir. Digər şahidlər Hamlet Xanəliyevin və Asif Quliyev isə istintaq zamanı, habelə məhkəmə iclası zamanı mübahisə zamanı orada olmadıqlarını bildirmişlər. Bununla da, Mənsur İbrahimovun hərəkətləri nəticəsində ictimai qaydanın pozulması sübuta yetmir. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Maddə 145.1. hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Maddə 145.3. ittihamın subut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni hesab edilir. Beləliklə, qanunvericiliyin istinad edilən normalarını rəhbər tutaraq və məhkəmədə araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, məhkəmə qərarı mülahizələrə əsaslana bilməz, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli olması işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmur. Lakin eyni zamanda Təqsirləndirilən şəxs təqsirli hərəkətləri nəticəsində Vüqar Rəcəbova, sağlamlığa yüngül dərəcəli xəsarət yetirməsi təsdiqini tapdığından onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Cinayət Məcəlləsi: Maddə 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxs Vüqar Rəcəbovla artıq barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ona münasibətdə cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət üzrə cinayət təqibinə, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar