Məhkəmə qərarları › İş №1(039)-2/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-2/2020

18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-2/2020 18.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı, Müdafiəçi X4, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.2 , 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, özgənin əmlakını gizli talamaq məqsədi ilə 2017-ci il yanvar ayının 10-da, kirayədə yaşadığı, Zərərçəkmiş şəxs2 məxsus olan ünvan 2 mənzil 9 ünvanında yerləşən evdən “Noffmann” markalı iki kameralı 600 manat dəyərində soyuducunu, 1 ədəd 100 manat dəyərində yorğan-döşək dəstini, 3 ədəd 10 manat dəyərində bıçaq dəstini, 6 ədəd 6 manat dəyərində çay qaşıqlarını, 6 ədəd 6 manat dəyərində xörək qaşıqlarını, 1 ədəd 16 manat dəyərində çayniki, 3 ədəd 33 manat dəyərində alüminium materialından olan ləyənləri, 5 ədəd 10 manat dəyərində bulud boşqablarını, 1 ədəd 9 manat dəyərində olan baltanı, 3 ədəd 30 manat dəyərində nikel materialından olan məcməyni və 4 ədəd 30 manat dəyərində qazan dəstini, beləliklə cəmi 850 manat miqdarında özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi X6 ilə birlikdə bir qrup təşkil etməklə, 2017-ci il fevral ayının 5-də saat 23.00 radələrində, Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin zirzəmisinin qapısını sındırmaqla qanunsuz olaraq içəri daxil olub oradan 1 ədəd 1,000 manat dəyərində 30 L gücündə kombi “Ariston” markalı Türkiyə istehsalı olan istilik sitemini, 7 ədəd 10 seksiyalı 840 manat dəyərində istilik radiatorlarını, 1 ədəd Türkiyə istehsalı olan 40 manat dəyərində qazan dəstini və 1 ədəd mis materialından olan 130 manat dəyərində normal vəziyyətdə su tutumu 7 L samovarı beləliklə cəmi 2,010 manat miqdarında özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə, 2018-ci il iyun ayının 12-də saat 21.00 radələrində X1 idarə etdiyi “Mercedes- Sprinter” markalı sərnişin daşıdığı avtobusla Bakı şəhərindən gələrkən avtobusda sərnişin olmuş Zərərçəkmiş şəxs3 yatmasından istifadə edərək Yevlax şəhəri H.Əliyev prospektində onun cibindən 1,650 manat miqdarında pulu gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, himayəsində üç azyaşlı övladı var, heç yerdə işləmir və maddi çətinliklərlə üzləşir. 2016-cı ilin dekabr ayından Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 4 nömrəli evin 9 nömrəli mənzilində faktiki nikah münasibətlərində olduğu qadınla kirayədə yaşamağa başlamışlar. Həmin ərəfədə Adil adlı tanışından icarəyə götürdüyü avtomobil də ondan geri alınmış və buna görə də Adilə əlavə 500 manat borcu yaranmışdır. xx xxxxxx 2017-ci il tarixdə kirayədə yaşadığı mənzilin sahibi evdə olmadığı zaman icarəyə götürdüyü avtomobilin sahibi Adilə zəng edərək Vüsaləyə məxsus olan və mənzildə yerləşən soyuducunun ona məxsus olduğunu bildirib, girov olaraq həmin soyuducunu ona verəcəyini 500 manat ödəyəcəyi zaman isə soyuducunu geri götürəcəyini bildirmişdir. Adil ona inanıb razılaşmışdır. Bundan sonra həmin soyuducunu Adilə vermişdir. Həmin soyuducu artıq sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxs2 məxsus evdən başqa heçnə götürməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 yaşadığı evi təmir edən zaman tanış olduğu Nazim Mehtiyevlə xx.xx.2017-ci il tarixdə söhbət edən zaman Nazim ona bildirmişdir ki, Hicranı Samux rayonuna aparmış və hazırda Hicranın evində heç kəs yoxdur. Nazim təklif etmişdir ki, Hicranın yaşadığı evin zirzəmisindən oğurluq etsinlər. Pula ehtiyacı olduğundan Nazimlə razılaşmışdır. xx xxxxxx 2017-ci il tarixdə, razılaşdıqları kimi, saat təxminən 23:00-da Nazimin idarə etdiyi avtomobillə Hicranın yaşadığı binanın qarşısına getmişlər. Nazim idarə etdiyi OKA markalı avtomobildə olan dəmir linki zirzəminin qapısını açmaq üçün götürüb getmiş, o da, kiminsə gəlib-gəlməməsinə baxmaq üçün çöldə gözləmişdir. Nazim zirzəminin qapısının kilidini sındıraraq içəri daxil olmuşdur. Bundan biraz keçmiş Nazim əlində 4 ədəd istilik radiatorlarını çölə çıxarmış, həmin radiatorların 2 ədədini Nazim, 2 ədədini isə özü götürərək Nazimin avtomobilinə qoymuşlar. Bundan sonra Nazim geri qayıdaraq zirzəmidən 1 ədəd Ariston markalı kombi istilik sistemini götürüb gətirərək avtomobilə qoymuşdur. Daha sonra o, Nazimlə birlikdə oğurladıqları radiatorları və kombi aparatını aparıb onun kirayədə yaşadığı evə qoymuşlar. Növbəti gün Nazim tanışı olan Elnur adlı şəxsə radiatorları və kombi istilik sistemini 600 manata satmış, ona isə 100 manat pul vermişdir. Həmin istilik sistemi artıq Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Zərərçəkmiş şəxs1 məxsus zirzəmindən başqa heçnə götürməmişlər. Bundan başqa xx xxxx 2018-ci il tarixdə Bakı şəhərində olarkən tanışları ona müraciət edib Qırmızı körpüdən turistləri gətirmək lazım olacağını bildirmişlər. Öz avtomobili işlək vəziyyətdə olmadığından Yusif adlı tanışı ilə razılaşmışdır ki, turistləri onun avtomobili ilə gətirəcəklər. Bu məqsədlə Yusiflə birlikdə, sonuncunun idarə etdiyi Mercedes Sprinter markalı mikroavtobusla elə həmin gün Qırmızı körpü istiqamətində çıxmışlar. Bu zaman mikroavtobusda ondan başqa da sərnişinlər olmuş, habelə yol boyu Yusif qarşıya çıxan sərnişinləri qazanc əldə etmək məqsədi ilə götürmüşdür. Yol gedərkən onunla yanaşı, sürücünün yanında oturan Zərərçəkmiş şəxs3la aralarında münasibət yaranmış və o, yolda üşüdüyünü bildirərək Səbuhinin əynində olan gödəkçəni alıb geyinmişdir. Kürdəmir rayonu ərazisində yerləşən yeməkxanaların birinin qarşısında Yusif mikroavtobusu saxlamış və onlar düşərək yeməkxanada yemək yemişlər. Həmin vaxtı Səbuhi ondan gödəkçəni alaraq özü geyinmiş və yedikləri yeməyin pulunu Səbuhi həmin gödəkçənin cibindən çıxararaq ödəmişdir. Bu zaman Səbuhinin cibində çoxlu miqdarda pul olduğunu görmüşdür. Bundan sonra yolla gedərkən Lək kəndinin ərazisində bütün sərnişinlər düşüb getmişlər, mikroavtobusda ondan, sürücü və Səbuhidən başqa heç kim qalmamışdır. Yevlax şəhərinin ərazisində yerləşən dairənin yanına bir qədər qalmış Səbuhi oturduğu yerdə yatmışdır. Dairənin yanına çatanda isə o, sürücü Yusifdən xahiş etmişdir ki, Səbuhinin Bərdəyə getməsi üçün taksi çağırsın. Yusif də mikroavtobusdan enərək taksi çağırmağa getmişdir. Bundan istifadə edərək Səbuhinin cibində olan pulu çıxarıb mikroavtobusdan enib qaçmışdır. Həmin pulu sonradan saydıqda 1,000 manat olduğunu bilmişdir. Həmin puldan 170 manat Zərərçəkmiş şəxs3 qaytarmış, qalan hissəsini isə ona gələcəkdə ödəyəcəyi barədə razılıq əldə etmişdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 4 nömrəli evin 9 nömrəli mənzili ona məxsusdur. Gədəbəy şəhərində yaşadığından həmin mənzili kirayəyə vermək qərarına gəlmişdir. 2016-cı ilin dekabr ayında, əvvəllər tanımadığı Zaur adlı şəxs ona zəng edərək ailəsi ilə birlikdə həmin mənzili kirayəyə götürmək istədiyini bildirmişdir. Zaurla görüşmüş, mənzili ona göstərmiş və aylıq kirayə haqqını 150 manat razılaşmışlar. Bundan sonra hər dəfə ev kirayə pulunu Zaurdan istədikdə Zaur müxtəlif bəhanələrlə ona pul verməmişdir. Bu səbəbdən xx xxxx 2017-ci il tarixdə usta apararaq evinin qapısını sındırmış və içəri daxil olduqda evində olan 645 manat dəyərində Noffmann markalı soyuducunun, 150 manat dəyərində müxtəlif adlarda qab-qacağın və 150 manat dəyərində yorğan-döşək dəstinin yerində olmadığını aşkar etmişdir. Həmin əşyaların Zaur tərəfindən oğurlanması qənaətinə gəlmiş və polis orqanlarına müraciət etmişdir. Ona məxsus soyuducu xarab olmuş vəziyyətdə ona qaytarılsa da, digər əşyalar ona qaytarılmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs qanuni cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı elan edilmiş Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ünvan 4 ünvanında yaşayır. 2014-cü ildə evini təmir etdirmək məqsədi ilə 1 ədəd kombi sistemi və 7 ədəd 10 seksiyalı istilik radiatorlarını 1855 manat alaraq yaşadığı evin zirzəmisinə yığıb saxlamışdır. 2017-ci ilin yanvar ayının 27-də həmin zirzəmiyə baxmış oraya qoyduğu əşyaların hamısının yerində olmasını görmüşdür. Bundan sonra o, Samux rayonunda olan yas mərasiminə getmiş, orada başı qarışıq olduğundan zirzəmiyə baxmaq imkanı olmamışdır. xx xxxxxx 2017-ci il tarixdə yaşadığı evdə olan artıq əşyaları yığıb zirzəmiyə düşürüb qoyan zaman, ona məlum olmuşdur ki, zirzəmidən ona məxsus 1 ədəd 1855 manat məbləğində “Ariston” markalı kombi sistemi, 7 ədəd ona aid 10 seksiyalı istilik radiatorları, 1 ədəd 480 manat dəyərində Türkiyə istehsalı olan nitgel qazan dəsti və 1 ədəd qədim mis materialından olan 500 manat dəyərində samovarı kənar şəxslər tərəfindən oğurlanmışdır. Buna görə də o, şikayət ərizəsi ilə Kəpəz rayon polis idarəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və satışı ilə məşğuldur. xx xxxx 2018-ci il tarixdə yaşadığı Bərdə rayonu Arabaçılar kəndində alver məqsədi ilə tərəvəz məhsulunu yığaraq aparıb Bakı şəhərində satmış və əldə etdiyi 1,650 manat pulu əynində olan gödəkçənin sol qoltuq cibinə qoymuşdur. xx xxxx 2018-ci il tarixdə Bakı şəhərinin ərazisində olan Binə yarmarkasının yanında Yevlax şəhərinə, oradan isə Bərdə şəhərinə getmək məqsədi ilə Mercedes Sprinter markalı mikroavtobusa əyləşmişdir. Mikroavtobusda yanında oturan yeni tanış olduqları Zaur adlı oğlan ona üşüdüyünü bildirmiş və onun gödəkçəsini istəmişdir. Gödəkçəsini Zaura vermişdir. Kürdəmir rayonu ərazisindən keçəndə sürücü avtomaşını saxlamış və onlar yemək yeməyə gedərkən Zaur tualetə getmiş və təxminən 5 dəqiqədən sonra Zaur tualetdən çıxıb gələrək gödəkçəsini ona qaytarmışdır. Dərhal gödəkçənin pul olan cibini yoxlayıb pulların yerində olduğunu görmüşdür. Bundan sonra birlikdə oturub yemək yemişlər və hesabı o, özü ödəmişdir. Yenidən mikroavtobusa əyləşərək oradan çıxmışlar. Bu zaman yenə sürücünün yanında olan oturacaqda Zaurla yanaşı oturmuşlar. Ağdaş rayonu Lək kəndi ərazisində sərnişinlər mikroavtobusdan enib getmiş və mikroavtobusda sərnişin olaraq yalnız Zaurla o, qalmışdır. Yorğun olduğundan Yevlax şəhərində yerləşən dairəyə çatmamış onu yuxu tutmuş və o, yatmışdır. Yolun Yevlax şəhərinin ərazisindən keçən hissəsində olan dairənin yanında sürücü onu oyadaraq, ona taksi tapmaq üçün mikroavtobusdan enib getdiyini, qayıtdıqda isə Zaurun orada olmadığını gördüyünü bildirmişdir. Dərhal əlini cibinə ataraq pulun yerində olduğunu yoxlamış və aşkar etmişdir ki, cibində olan 1,650 manat pul yoxdur. Həmin ərazidə Zauru axtarsa da tapa bilməmişdir. Təqsirləndirilən şəxs ziyanın 170 manatı hissəsini ödəmiş, qalan hissəsinin isə hissə-hissə ödənilməsi barədə onunla razılığa gəlmişlər. Nəzərə alınmasını xahiş etmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, özünə məxsus Mercedes Benz markalı avtomobili dostu Elçinin tanış etdiyi Təqsirləndirilən şəxs Gəncə-Bakı marşurutu ilə reysə çıxması üçün etibarnamə ilə vermişdir. Belə ki, razılığa əsasən Zaur hər reysinə görə ona pul ödəməli idi. 2016-cı ilin dekabr ayının sonunda Zaur ona bildirmişdir ki, DYP-nin əməkdaşları avtomobili cərimə meydançasına aparmışlar və ona cərimə protokolu tərtib etmişlər. Bundan sonra o, DYP-nin cərimə meydançasının yanına gedərək Zaurla görüşüb ondan cəriməsini ödəyib avtomobili cərimə meydançasından çıxarmasını tələb etmişdir. Zaur isə pulunun olmadığını evindəki soyuducunu satdıqdan sonra cəriməni ödəyib avtomobili götürəcəyini bildirmişdir. Məcburiyyət qarşısında özü cəriməni ödəyərək avtomobili cərimə meydançasından çıxarmışdır. Bundan sonra Zaur ona təklif etmişdir ki, soyuducunu götürsün və nə zaman pulunu gətirəcəksə onda soyuducunu qaytarsın. Zaurla razılaşmış, bir neçə gündən sonra Zaurla görüşüb soyuducunu alıb öz evinə aparmışdır. Həmin vaxtdan Zaur onun pulunu verməmişdir. Həmin soyuducunun oğurluq olduğunu bilməmiş, bunu bildikdə isə dərhal soyuducunu qaytarmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 6310 saylı rəyində qeyd olunur ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, bazarlarda və təsərüfat mallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən tədqiqat obyektlərinin xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan müddətdə respublikadaxili orta bazar satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: istifadə olunmamış kombi “Ariston” markalıdır. Türkiyə istehsalıdır, təxminən 30L gücündədir 1000manat; - 7 ədəd istifadə olunmamış istilik radiatorlar 10 seksiyalıdır 840 manat; - soyuducu “Noffmann” markalıdır, iki kameralıdır 600 manat; - 1 ədəd Türkiyə istehsalı olan qazan dəsti barədə qərarın təsviri hissəsində heç bir məlumat olmadığından şərti olaraq emalı üç ədəddən ibarət qazan dəsti istifadə olunmuş kimi qiymətləndirilir 40 manat; - 1 ədəd mis materialından olan samovar barədə qərarın təsviri hissəsində heç bir məlumat olmadığından şərti olaraq normal vəziyyətdə su tutumu 7 L samovar istifadə olunmuş kimi qiymətləndirilir 130 manat; - 1 ədəd yorğan-döşək dəsti barədə qərarın təsviri hissəsində heç bir məlumat olmadığından şərti olaraq 1 nəfərlik istifadə olunmuş kimi qiymətləndirilir 100 manat: Zərərçəkmiş Zərərçəkmiş şəxs2 evindən oğurlanmış 3 ədəd 10 manat dəyərində bıçaq, 6 ədəd 6 manat dəyərində çay qaşığı, 6 ədəd 6 manat dəyərində xörək qaşığı, 1 ədəd 16 manat dəyərində çaynik, 3 ədəd hər biri 11 manat dəyərində olmaqla cəmi 33 manat dəyərində olan alüminium ləyən, 5 ədəd hər biri 2 manat dəyərində olmaqla cəmi 10 manat dəyərində bulud boşqabı, 1 ədəd 9 manat dəyərində olan balta, 3 ədəd hər biri 10 manat cəmi 30 manat dəyərində nikel materialından olan məcmə və 4 ədəd 30 manat dəyərində qazan dəstinin qiyməti barədə Məhkəmə Əmtəşünaslıq ekspertizasının rəyində göstərilmədiyindən zərərçəkmişin ifadəsində əşyalar barədə göstərdiyi məbləğ dəyəri nəzərə alınmışdır. (səhv 78-80, 278-280) Mövcud sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilsə də, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə daxil olmaqla, zərərçəkmiş şəxsin cibindən çıxarmaqla oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin istinad edilən cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir və bu səbəbdən qeyd edilən maddələrin sanksiyası haddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə xərcləri və maddi sübutla əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalı, maddi sübut kimi ifadəni yerində yoxlanılmasını özündə əks etdirən 1 ədəd videoçəkiliş kompakt diski cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd ARİSTON markalı kombi istilik sistemi və 4 ədəd istilik radiatorlarının Zərərçəkmiş şəxs1 və 1 ədəd HOFFMAN markalı soyuducunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlandığı habelə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu cəmi 1 ay 28 gün müddət nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 3 (üç) ay 26 (iyirmi altı) gün müddət çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş–həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə maddi sübut 1 ədəd ARİSTON markalı kombi istilik sistemi və 4 ədəd istilik radiatorlarının Zərərçəkmiş şəxs1 və 1 ədəd HOFFMAN markalı soyuducunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın, 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗxx xxxx 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkillər Bürosunu vəkili X3 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X5 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: imza Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar