Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-2/2022 05.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1977-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,382 qram miqdarında narkotik vasitə heroini tanışı X1 20 iyul 2021-ci il tarixdə, saat 18 radələrində Yevlax şəhəri, F.Kərimov küçəsində 15 manata alaraq əldə edib əynindəki köynəyin döş cibində bir ədəd sellofan bükümdə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 20 iyul 2021-ci il tarixdə saat 20:15 radələrində, Yevlax şəhəri, İ.Əfəndiyev küçəsində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 21:10 dəqiqədən saat 21:30 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, video çəkilişlə aparılmış şəxsi axtarış zamanı əynində Köynəyin döş cibindən bir ədəd sellofan bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,382 qram miqdarında narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 20 iyul 2021-ci il tarixdə heroin və metamfetamin almaq məqsədi ilə tanışı Ramil Abışovun yaşadığı Yevlax şəhəri, F.Məmmədov küçəsində yerləşən evinə getmişdir. Ramilə bildirmişdir ki, ona heroin və metamfetamin lazımdır. Ramil buna görə ondan 15 manat pul istəmişdir. 15 manat pulu Ramilə vermiş və əvəzində bir büküm heroin və bir büküm metamfetamin almışdır. Həmin heroini və metamfetamini daha sonra istifadə etmək üçün əynindəki köynəyinin sol sinə cibinə qoyaraq piyada yaşadığı ev istiqamətində getmişdir Təxminən saat 20:00-da, yaşadığı Yevlax şəhəri İ.Əfəndiyev küçəsində olan zaman 2 nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və ona polis şöbəsinə getməyi təklif etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirilmişdir. Baxış zamanı üzərində saxladığı bir ədəd içində heroin olan bükülünü və bir ədəd içində metamfetamin olan bükülünü çıxarıb təqdim etmişdir. Etiraf etmişdir ki, heroini və metamfetamini Ramil Abışovdan özü istifadə etmək üçün almışdır. Əməlindən peşman olduğunu, himayəsində 4 uşağının olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax RPŞ Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 iyul 2021-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri, İ.Əfəndiyev küçəsinə getmişlər. Saat təxminən 20:15-də həmin ərazidə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinin inzibati binasına getmişdir. Burada müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs özü, əynində olan köynəyinin sol sinə cibindən 2 ədəd bükülü çıxarıb təqdim etmişdir. Bildirmişdir ki, bükülülər ona məxsusdur, bir bükülünün içində olan heroindir, digərində olan isə metamfetamindir, özü istifadə etmək üçün 15 manata tanışı Ramil Abışovdan almışdır. Narkotik vasitə tərəzidə çəkilmiş və sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şahid X3 bildirmişdir ki, Yevlax RPŞ ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləyir. 20 iyul 2021-ci il tarixdə əməliyyat qrupunun üzvü olaraq Təqsirləndirilən şəxsun saxlanılmasında iştirak etmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə onun üzərində baxış keçirilərkən üzərindən iki ədəd bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülülərdən birində narkotik maddə olan heroindir, digərində isə metamfetamindir, özü istifadə etmək üçün Ramil Abışovdan almışdır. Məhkəmə iclası zamanı Ramil Abdullayevin üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxsun üzərində şəxsi axtarış aparılan zaman əynindəki köynəyinin sol sinə cibindən iki ədəd bükülünün aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X4 21 iyul 2021-ci il tarixli HK-1/1469 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ...kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -0,382 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,064 qram olan maddə kustar üsulla hazırlanmış psixotrip maddə -metamfetamindir. (səh. 46-47) Məhkəmə Ekspertizası Mərkəzinin X4 05 avqust 2021-ci il tarixli 17/578 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs X2 üzərindən aşkar edilmiş 5 ədəd sellofan bükümdə ...” sözləri yazılmış zərfin içərisindəki, 5 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 2,432 qr., 2,124 qr., 2,148 qr., 2,935 qr., 2,285 qr., ümumi təmiz çəkisi - 11,924 qram olan maddələ kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş həmin bükümlərdə olan heroinlər ilə üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ...kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan heroin tərkinlərinə görə eynidir. (səh.101-102) Məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli 1407 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(səh.233) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, eyni zamanda törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Onun şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X5 saxlanılan 0,312 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 71.94 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 90 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 27 oktyabr 2021-ci il tarixdən hesablansın . Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X5 saxlanılan 0,312 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-2/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-2/2022
05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver