Məhkəmə qərarları › İş №1(039)-2/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-2/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-2/2023 17.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və müdafiəçisi Nümayəndə iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, Mehmandarov küçəsi, ev 19-da yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-nın inşa etdiyi binanın 13-cü mərtəbəsində yerləşməklə 2 otaqlı 87.4 kvadratmetr sahəsi olan mənzili 16770 manata təmir edəcəyinə vəd verərək, 19 avqust 2020-ci il tarixdə Könül Məmmədovdan 4000 manat, 06 sentyabr 2020-ci il tarixdə 1500 manat, 17 sentyabr 2020-ci il tarixdə 2500 manat, 21 sentyabr 2020-ci il tarixdə 1000 manat, 24 sentyabr 2020-ci il tarixdə 500 manat, 26 sentyabr 2020-ci il tarixdə 3500 manat, 30 sentyabr 2020-ci il tarixdə 1200 manat, 08 oktyabr 2020-ci il tarixdə 1000 manat, 19 oktyabr 2020-ci il tarixdə 1300 manat və xx.xx.2020-ci il tarixdə 270 manat, ümumilikdə isə 16770 (on altı min yeddi yüz yetmiş) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və əri Şahid1 təxminən 1 ildən çoxdur ki, tanıyır. 2020-ci ilin təxminən may-iyun aylarında Ülfət onun mobil nömrəsinə zəng edib Abşeron rayonundan ev aldığını, evi təmir etməyini istədiyini demişdir. O, Ülfətə 18000 manata evi təmir edib başa çatdıracağını demiş, Ülfətlə razılaşmışdır. 2020-ci ilin iyun ayının axırlarında həmin evi təmir etməyə başlamış, orada üç usta ilə işləmiş və evə bugünə qədər 14034 manat pul xərcləmişdir. Zərərçəkmiş şəxs ona evin təmiri üçün 15300 manat pul vermiş, lakin ustaların əlavə zəhmət haqqısını verməmişdir. Sonuncu dəfə Könül ona Yevlax şəhərində evdəki kondisionerin xəttini düzəltmək üçün 270 manat onlayn pul göndərmişdir. Evin təmirini başa çatdırmışdır. Məhkəmədən son sözündə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin iyun ayında övladları Bakı şəhərində təhsil aldıqları üçün Yevlax rayonundakı evlərini satıb Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “MİL "xxxx" MTK-ya məxsus yaşayış kompleksindən ev almaq qərarına gəlmiş, həmin ilin avqust ayında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən iki otaqlı 87,4 kvadratmetr evi bəyənib ilkin olaraq 32000 manat pul ödəyib beş il müddətində ayda 600 manat vermək şərti ilə daxili kredit yolu ilə ev almış, həmin evi öz adına müqavilə ilə keçirtmiş, həmin mənzil 82 nömrəli olmaqla binanın 13-cü mərtəbəsində olmuş, evin təmirini şirkət rəhbərliyi öz üzərinə götürmüş, ilkin olaraq 18000 manat ödəməli olduğunu demişdir. Şirkətə 18000 manat pul vermiş, şirkət rəhbərliyi bir ay ərzində evi təmir etdirib ona təhvil verəcəklərini bildirmiş, həmin ərəfələrdə əri Şahid1 Qazax rayon sakini Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, Elnur adlı şəxs əri Ülfətə evlərini super vəziyyətdə təmir edəcəklərini, şirkətdən pulu geri götürmələrini demiş, əri Ülfət ona bu barədə məlumat vermiş, onlar şirkətdən pullarını istəmiş, şirkət rəhbərliyi onlara pulu bir ay ərzində qaytara biləcəklərini demişdir. 19 avqust 2020-ci il tarixdə şirkətdən 5000 manat pulu almış, qalan 13000 manatı isə hissə-hissə geri almış, şirkətdən aldığı 5000 manat pulun 4000 manatını 19 avqust 2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Masazır dairəsində Elnur adlı şəxsə vermiş, Elnur həmin pulla material alıb evlərinə yığmış, Elnur adlı şəxs pulun qalan hissəsini isə onun razılığı ilə "xxxx" MTK-dan hissə-hissə almışdır. Elnura pulu şirkətdən alan kimi ona zəng edib bu barədə məlumat verməsini demiş, Təqsirləndirilən şəxs 06 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində mobil nömrəsinə zəng edərək şirkətdən 1500 manat pulu, 17 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində zəng edərək 2500 manat pulu, 21 sentyabr 2020-ci il tarixdə saat 10:30 radələrində zəng edərək 1000 manat pulu, 24 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində zəng edərək 500 manat pulu, 26 sentyabr 2020-ci il tarixdə saat 11:30 radələrində zəng edərək 3500 manat pulu, 30 sentyabr 2020-ci il tarixdə saat 15:30 radələrində zəng edərək 1200 manat pulu, 08 oktyabr 2020-ci il tarixdə saat 12:00 radələrində zəng edərək 1000 manat pulu və 19 oktyabr 2020-ci il tarixdə 16:00 radələrində zəng edərək 1300 manat pulu şirkətdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin 2020-ci ilin dekabr ayının 4-də saat təxminən 17:30 radələrində ona zəng edərək evdə quraşdırılacaq kondisionerin avadanlığını təmir etmək üçün 270 manat pul lazım olduğunu demiş, Elnurla razılaşmış və həmin gün saat 18:13 radələrində Elnurun telefonuna göndərdiyi kart hesabına Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən 3 Qardaş 5+ marketin yaxınlığındakı “Million” ödəmə terminalı vasitəsilə 270 manat pul göndərmişdir. Elnur materialları alıb evini təmir etmək üçün həmin materialları öz evinə yığdığını bildirmiş, ancaq indiyənə qədər evində usta pulu ilə material qarışıq birlikdə təxminən 2500 manatlıq iş görmüş, Elnura ümumilikdə evini təmir etmək üçün 16770 manat pul vermiş, həmin pulun 2500 manatı ilə material alıb usta pulu verib iş görmüş, qalan 14270 manatı isə hara xərcləməsindən xəbəri olmamış, Elnura qalan pulu geri qaytarmasını bildirmiş, ancaq Elnur bugünə qədər həmin pulu geri qaytarmamış, evində görülən iş yarımçıq, keyfiyyətsizdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, Elnur Məmmədova 4000 manatını verdiyi vaxtlarda Təqsirləndirilən şəxs onlarla birlikdə inşaat materialları bazarına getmişlər, Elnurla birlikdə bazarda müxtəlif növ materialları seçmişlər, həmin materialları almaq istəyərkən, seçdiyi materiallardan eynisini başqa mağazadan daha ucuz qiymətə alacağını bildirməklə yalandan vəd verib materialları almayaraq onları aldatmış və bir daha onun telefon zənglərinə cavab verməmişdir. Belə hallar Elnur tərəfindən onlara qarşı bir neçə dəfə baş vermişdir. Ona görə də o, artıq Təqsirləndirilən şəxs onların evini təmir etmək adı ilə pullarını ələ keçirmək məqsədinin olduğunu tam dərk edərək, hüquq mühafizə orqanına müraciət etmişdir. Məhkəmədən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini nəzərə alaraq ona qanunla nəzərdə tutulan daha ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Məmmədov Şahid1 Könül Rza qızı ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, "xxxx" MTK-da menecer vəzifəsində işləyir, 16 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsində 13-cü mərtəbəsində yerləşən 87.4 kvadratmetr olan iki otaqlı evi ümumilikdə 61180 manata satmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ilkin olaraq 32000 manat pul ödəmiş, qalan pulu isə daxili kreditlə 60 ay müddətində ödəməyə razılaşmışdır. Zərərçəkmiş şəxs evin təmirindən ötrü 18000 manat pul keçirmiş, təxminən üç gün sonra Zərərçəkmiş şəxs əri Şahid1 ilə birlikdə şirkətə gələrək mənzillərini başqa şəxsə təmir etdirəcəklərini demiş, pullarını geri istəmişdir. O, Könülə şirkətin həmin pulu hissə-hissə qaytara biləcəyini deyərək pulun 5000 manatını Zərərçəkmiş şəxs vermişdir. Qalan 12500 manatı isə Ülfətin göndərdiyi Elnur adlı şəxsə hissə-hissə ödəmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs mənzilində təmir-bərpa işləri ilə məşqul olmuşdur. Təmir işləri zamanı o, Təqsirləndirilən şəxs mənzilin döşəmə hissəsinin oynadığını, tavanın üzlüyünün vurulmadığını və tavanın sallandığını bildirsə də Elnur ona “sənin nəyinə lazımdır” işini gör demişdir. Ona cəmi 480 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, məhkəməəmtəəşünaslıq ekspertizasının 05 mart 2021-ci il tarixli 10/417 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən təzə tikilidə 87,4 kvadratmetr ölçüdə olan 2 otaqlı suvaq vurulmuş mənzilində aparılan təmir-bərpa işlərinin dəyərini mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 2526 manat məbləğində olduğu müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, məhkəmə- ekspertizası xidmətləri MMC tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli 02-08/22 nömrəli rəydə göstərilir ki, Abşeron rayonu, Masazır qəsəbəsində, MİL-1 MTK tərəfindən inşa edilən 15 mərtəbəli yaşayış binasının 1B blokunun 13-cü mərtəbəsində yerləşən 92 saylı mənzilin təmir-tikinti işlərində çəkilmiş xərcin məbləği 16883.3 manat 30 qəpik təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/1500 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş 10/417 saylı, 05 mart 2021-ci il tarixli ekspert rəyi ilə məhkəməyə təqdim olunmuş "xxxx" MMC tərəfindən hazırlanmış xx-xx/2022 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi arasındakı ziddiyətlər ilkin ekspertiza rəyi verildikdən sonra mənzildə aparılmış əlavə təmir-tikinti işlərinin qiymətləndirilməsi ilə izah olunur. Aparılmış 8 adda təmir işlərinin dəyərini avqust 2020-ci il tarixə bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 3459.0 manat məbləğində olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ilkin ekspertiza zamanı görülmüş işlərin yarımçıq olduğu və sonradan görülmüş təmir-tikinti işlərinin keyfiyyətsiz aparıldığı müəyyən olunmuşdur. Belə ki, ilkin ekspertiza zamanı görülmüş işlərin dəyəri 2526.0 manat təşkil etdiyini, eləcə də sonradan görülmüş əlavə təmir-tikinti işlərinin keyfiyyətsiz aparıldığını, eyni zamanda Təqsirləndirilən şəxs aparılmalı olan təmir-tikinti işlərinə 16770 manat məbləğində pul ödənildiyini nəzərə alaraq, yarımçıq və keyfiyyətsiz görülmüş işlərə görə Zərərçəkmiş şəxs təqribən 14479 manat məbləğində ziyan dəymişdir. Abşeron rayonu Masazır qəsəbəsində yerləşən təzə mənzildə 87.4 kv.m ölçüdə olan 2 otaqlı suvaq vurulmuş mənzilə Təqsirləndirilən şəxs tərəfindən aparılmış təmir-bərpa işlərinin dəyəri avqust 2020-ci il tarixdən bu günə qədər təqribən 10-15% qalxmış və bunun nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyanın dəyəri 15096 manat məbləğində müəyyən olunur. 05 mart 2021-ci il tarixdən sonra Abşeron rayonu Masazır qəsəbəsində "xxxx" MTK tərəfindən inşa edilən 15 mərtəbəli yaşayış binasının 1B blokunun, 13-cü mərtəbəsində yerləşən 92 saylı mənzildə yeni təmir işləri görülmüş və həmin görülmüş təmir-tikinti işlərinin dəyəri təqribən 3459 manat müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə hərbi məhkəməsinin 11 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə apellyasiya məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qərarına əsasən hökm dəyişdirilərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-15/2022 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs məhkəmə iclaslarından gizləndiyi üçün onun barəsində elan edilmiş və Təqsirləndirilən şəxs yeri müəyyən edilənə qədər iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-15/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şahid1 və MİL-1 MTK-ya qarşı pul tələbinə qarşı iddia qaldırmış, tələbi təmin edilməmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraiciət edərək, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 87.4 kvadratmetr olan iki otaqlı yaşayış evini təmir etmək məqsədilə aldığı 16770 manat, 500 manat vəkilə ödənilmiş xidmət haqqını və 142 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 17412 manat məbləğində pulun ona qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Beləliklə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi ifadəsindən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi aldatmaq niyyəti pulları əldə etdikdən sonra aşağıdakı hallarla tam sübut olunur. Əvvəla o, 16770 manat puldan cəmi 3459 manatlıq iş görür, işlər keyfiyyətsiz və yarımçıq şəkildə görüntü yaratmaq məqsədilə aparılmışdır. Nəticədə Təqsirləndirilən şəxs tərəfindən görülmüş təmir işlərinə görə 2020-ci ildə zərərçəkmiş şəxsdən təmir üçün pul almağına baxmayaraq, 2526 manat dəyərində apardığı işi zərərçəkmiş şəxsin çoxsaylı müraciətlərindən sonra həyata keçirmişdir. Daha sonra mülki qaydada zərərçəkmiş şəxsin həyat yoldaşına qarşı pul tələbinə dair mülki iddia qaldırır, iddiası təmin olunmur. Bütün hallarda həmin mənzildə 15300 manatlıq iş gördüyünü, hətta öz təşəbbüsü ilə cinayət işi üzrə mötəbər sübut sayılmayan orqanından mütəxəssis rəyi təqdim edərərk, guya 16883 manat mənzilin tikinti-təmir işlərini gördüyünü bildirir, halbu ki, iş üzrə daha mötəbər sübuta malik Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəylərində cəmi 3459 manatlıq təmir-tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Nəticədə zərərçəkmiş şəxs 2 ildən artıq müddətdir ki, mənzilindən istifadə hüququndan məhrum olmuşdur. Bunda əlavə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, dəymiş ziyanı ödəməməsini, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növüazadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli № 7 saylı qərarından görünür ki, Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61- ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun az ağır cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər.Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə ə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququna bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakın məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə cinayət prosesinin qanunvericliyin mükli iddiaya aid yuxarıda sadalanan normaları rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını, təqdim edilmiş sübutları, dəymiş ziyanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmasını araşdırıb belə nəticəyə gəlir ki, mülki iddia qismən ekspert rəyini əsas götürməklə təmin edilməli, 15096 manat dəymiş ziyan, 500 manat vəkilin xidmət haqqı və 142 manat ödənilmiş dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Аzərbаycаn Rеspublikаsı CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdən 01 may 2021-ci il tarixədək, 06 noyabr 2021-ci il tarixdən 07 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 29 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Mülki iddia qismən təmin edilməli, 15096 manat dəymiş ziyan, 500 manat vəkilin xidmət haqqı və 142 manat ödənilmiş dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Аzərbаycаn Rеspublikаsı CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdən 01 may 2021-ci il və 06 noyabr 2021-ci il tarixdən 07 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 29 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin, 15096 manat dəymiş ziyan, 500 manat vəkilin xidmət haqqı və 142 manat ödənilmiş dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar