Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-20/2022 14.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi və katibli ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları, Təqsirləndirilən şəxs video konfrans vasitəsi ilə iştirakı ilə, xx xxxxx 1983-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 1(039)-91/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli qərarı ilə 04 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, 03 mart 2020-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,197 qram miqdarında narkotik vasitə - heroin əldə edərək əynindəki şalvarının sağ yan cibində bir ədəd qara-ağ rəngli kağız bükümdə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 30 iyul 2021-ci il tarixdə, saat 14:30 radələrində, Yevlax şəhəri Neft kəməri küçəsində yaşadığı evin qarşısında saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 15:10 dəqiqədən saat 15:20 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və hal şahidlərinin iştirakı ilə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən həmin narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan mütəmadi olaraq istifadə edir. 2021-ci ilin iyul ayının sonlarında Bakı şəhərində olarkən, küçədə yerdən kibrit qutusunu görüb götürmüş və həmin qutunun içində ağ-qara rəngli bir ədəd kağız bükümünün olduğunu aşkar etmişdir. Bükülünün içində isə heroin olduğunu görmüşdür. Narkotik maddələrdən istifadə etdiyi üçün həmin heroini sonra istifadə etmək məqsədi ilə əynindəki şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır. Növbəti gün Yevlax şəhərinə yaşadığı evə qayıtmışdır. 30 iyul 2021-ci il tarixdə, təxminən günorta saatlarında yaşadığı Yevlax şəhəri Neft Kəməri küçəsində olan zaman 2 nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və ona polis şöbəsinə getməyi təklif etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirilmişdir. Baxış zamanı üzərində saxladığı bir ədəd içində heroin olan bükülünü çıxarıb təqdim etmişdir. Etiraf etmişdir ki, heroini bir neçə gün əvvəl Bakı şəhərində olarkən tapmış və üzərində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 iyul 2021-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün, saat təxminən 14:30-da, məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, Neft kəməri küçəsində saxlanılmış və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinin inzibati binasına getmişdir. Burada ona müdafiəçi təqdim edilmiş və hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 1 ədəd bükülü çıxarıb təqdim etmişdir. Bildirmişdir ki, bükülünün içində olan maddə narkotik vasitə olan heroindir, Bakı şəhərində olan zaman küçədən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid3 bildirmişdir ki, Yevlax şəhər sakinidir, əvvəllər hal şahidi qismində hər hansı cinayət işində iştirak etməmişdir. 30 iyul 2021-ci il tarixdə, təxminən günorta saatlarında Yevlax şəhəri Nizami prospektində, Yevlax Rayon Polis Şöbəsinin inzibati binasının yaxınlığında dayanan zaman polis əməkdaşı ona yaxınlaşıb hal şahidi qismində şəxsin üzərinə baxış keçirilməsində iştirak etməyi xahiş etmişdir. Buna etiraz eməmiş, həmin polis əməkdaşı ilə birlikdə Yevlax rayon polis şöbəsinin inzibati binasına getmişdir. Burada ona və tanımadığı başqa mülki şəxsə hal şahidinin hüquq və vəzifələri izah edilmiş və daha sonra əvvəllər tanımadığı, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Bu zaman Vüqar əynindəki şalvarının sağ yan cibindən bir ədəd qara-ağ rəngli kağız bükülüsü çıxarıb təqdim etmişdir. Həmin bükülünün içində toz halında olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir, bir gün öncə Bakı şəhərindən yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin X1 30 iyul 2021-ci il tarixli 17/558 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən axtarış zamanı ... şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,197 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (səh.48) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin 25 noyabr 2021-ci il tarixli 4685 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (səh.190-191) Yevlax Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 1(039)-91/2018 saylı hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli qərarı ilə 04 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, 03 mart 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət Məcəlləsi: Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Maddə 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməldən peşman olmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan 0,147 qram miqdarında narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 71.94 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 90 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 30 iyul 2021-ci il tarixdən hesablansın . Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - X2 saxlanılan 0,147 qram miqdarında narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir ) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-20/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-20/2022
14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver