Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-20/2023 08.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Yevlax şəhəri, X7 küçəsi ev 41-da qeydiyyatda olan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi 13 iyul 2022-ci il tarixdə Yevlax şəhəri Salatın Əsgərov küçəsində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə aparılmış, üzərində həmin gün saat 20:10-dan saat 20:30-dək olan vaxtda müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində onun əynindəki göy rəngli şalvarının sağ yan cibində bir ədəd ağ sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,993 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 13 iyul 2022-ci il tarixdə səhər saat 11 radələrində Yevlax şəhəri Salatın Əsgərova küçəsində olan zaman yerdən 01 ədəd ağ rəngli sellofan torbaya bükülmüş bükülü tapmış, həmin bükülünü açıb içərisinə baxdıqda bükülünün içərisində psixotrop maddə olan metamfetamin olduğunu görüb həmin metamfetamindən gələcəkdə istifadə etmək üçün bükülünü cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 19:10 radələrində Yevlax şəhəri Salatın Əsgərova küçəsində olmuş və həmin gün yaşadığı küçədə yerdən tapdığı psixotrop maddə olan metamfetamin üzərində olmuş, həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün polis şöbəsinə getməyini təklif etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və ona orada vəkil təyin olun Polis şöbəsində vəkilin iştirakı ilə və video çəkilişlə mənim razılığımla üstümə şəxsiaxtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı polis əməkdaşları əynindəki göy rəngli şalvarının sağ yan cibindən özü qəbul etmək üçün saxladığı 01 (bir) ədəd ağ sellofan bükümdə psixotrop maddə olan metamfetamini aşkar edib götürmüşlər. Sorğu-sual zamanı o, həmin psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə yaşadığı küçədə yerdən tapdığını bildirmiş, polis işçiləri, vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetamini elektron tərəzi vasitəsi ilə çəkdikdən sonra zərfə qoyaraq möhtirləmiş, sonra isə bu barədə protokol tərtib etmişlər. O, həmin protokolla tanış olmuş, düzgün tərtib olunduğuna görə o da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmasını, əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X4 patrul xidməti bölüyü polis nəfəri Şahid2 ifadəsində bildirmişdir ki, 13 iyul 2022-ci il tarixdə polis şöbəsində olan zaman məlumat daxil olmuşdur ki, Yevlax şəhəri, S.Əsgərova küçəsi ev 90-da yaşayan Təqsirləndirilən şəxs hal-hazırda Yevlax şəhəri ərazisindədir və onun üstündə psixotrop maddə olan metamfetamin var. Bu barədə rəhbərliyə məlumat verildikdən və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra Yevlax RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ilə birlikdə təxminən saat 19:10 radələrində Yevlax şəhəri S.Əsgərov küçəsi yaxınlığına getmiş, Eyvazı Yevlax şəhəri S.Əsgərova küçəsində görmüş, Eyvaza yaxınlaşaraq özlərini təqdim etmiş, Eyvaza özlərini təqdim etdikdən sonra narkotik vasitələrin və psixotrop maddələrin saxlanılması və daşınmasında şübhəli olduğu üçün onlarla polis şöbəsinə getməsini təklif etmiş, Eyvaz da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkil dəvət edilmiş və Eyvaza hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Eyvazın əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğusual zamanı Eyvazın özü həmin bükümün içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və bükülünü Yevlax şəhərində yerdən tapdığını, özünün psixotrop maddələrin istifadəçisi olduğunu, bükülünü açan zaman içərisində psixotrop maddə olan metamfetamin oluğunu gördüyünü və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə elektron tərəzi vasitəsi ilə çəkilərək və zərfə qoyularaq qablaşdırılıb 85 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. İştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 13 iyul 2022-ci il tarixdə polis şöbəsində olan zaman məlumat daxil olmuşdur ki, Yevlax şəhəri, S.Əsgərova küçəsi ev 90-da yaşayan Təqsirləndirilən şəxs hal-hazırda Yevlax şəhəri ərazisindədir və onun üstündə psixotrop maddə olan metamfetamin var. O, bu barədə rəhbərliyə məlumat verdikdən və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə təxminən saat 19:10 radələrində Yevlax şəhəri S.Əsgərov küçəsi yaxınlığına getmiş, Eyvazı Yevlax şəhəri S.Əsgərova küçəsində görmüş, Eyvaza yaxınlaşaraq özlərini təqdim etmiş, Eyvaza özlərini təqdim etdikdən sonra narkotik vasitələrin və psixotrop maddələrin saxlanılması və daşınmasında şübhəli olduğu üçün onlarla polis şöbəsinə getməsini təklif etmiş, Eyvaz da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkil dəvət edilmiş və Eyvaza hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Eyvazın əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu-sual zamanı Eyvazın özü həmin bükümün içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və bükülünü Yevlax şəhərində yerdən tapdığını, özünün psixotrop maddələrin istifadəçisi olduğunu, bükülünü açan zaman içərisində psixotrop maddə olan metamfetamin oluğunu gördüyünü və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə elektron tərəzi vasitəsi ilə çəkilərək və zərfə qoyularaq qablaşdırılıb 85 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. İştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuş, sonuncunun azadlığı həmin gün 19:10-da məhdudlaşdırılmışdır. (iş vər. 7-8); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş “şüşə, patı” adlanan psixotrop maddə olan metamfetaminə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 20-28); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/564 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üstündən götürülmüş...” sözləri ilə imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0.993 qram olan maddə kustal üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi -0.993 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 0,943 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (iş vər. 36-37); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, saat 11.40-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 63-64); Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlinin 201 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları vardır. (iş vər. 65); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( iş vər.68); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs təmiz çəkisi 385 qram narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq saxladığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 0,943 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər.76); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1103 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.81); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixonevroloji dispanserinin 494 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. (iş vər. 95-96); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2022-ci il tarixli, 121 saylı rəyindən görünür ki, Yoxlanılan Təqsirləndirilən şəxs halhazırda “Psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsiyyəti dəyişikliyi” müəyyən edilir. Təqsirləndirilən şəxs yaranan şəxsiyyət dəyişikliyi psixoaktiv maddələri uzunmüddətli qəbulundan sonra yaranmışdır. Lakin həmin əlamətlər qabarıq şəkildə ifadə olunmadığından hal-hazırki psixi vəziyyəti ilə əlaqədar olaraq onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Yoxlanılan Təqsirləndirilən şəxs hal-hazırda “Psixoaktiv maddələrinin müştərək qəbulu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsiyyət dəyişikliyi” müəyyən edilir. Lakin Təqsirləndirilən şəxs müəyyən edilən şəxiyyət dəyişikliyi cinayət əməlini törətdiyi dövürdə onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Buna görə də X2 törətdiyi cinayət əməlinə görə anlaqlı hesaba edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1.maddəsinin təsiri altında düşmür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməmişdən əvvəl öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməmişdən əvvəl öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22.1-ci maddəsinin təsiri altında düşmür. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur (iş vər. 117-121); Penitensiar Xidmətin 5 Saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli 3-16xx/xx/2845-2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 1(039)-42/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonuncu xx.xx.2023-cü il tarixdən 5 Saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun eyni və müxtəlif cinayət əməllərini törətməyə görə məhkum olunmasını, islah olunmayaraq yenidən cinayəti törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməlindən (xx.xx.2022-ci il tarixdə törədilmişdir) öncə yəni xx.xx.2022-ci il tarixdə törətdiyindən ona Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələri tətbiq olunmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli, Yevlax Rayon Məhkəməsinin 1(039)- 42/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi və 5 Saylı Cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.2-ci və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 1(039)-42/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi və 5 Saylı Cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0.943 qram psixotrop maddə olan metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 69 (atmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza Eyvaz Çoban oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-20/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-20/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver