Məhkəmə qərarları › İş №1(039)-20/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-20/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-20/2024 08.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə 15 noyabr 2018-ci il tarixdə Yevlax şəhər 5 saylı Mənzil- Təmir-İstismar Sahəsinin rəisi işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs Yevlax şəhəri H.Əliyev prospektində yerləşən yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binasından dəyərindən ucuz qiymətə üç otaqlı mənzil alıb verəcəyi vədini verib Zərərçəkmiş şəxs aldadaraq 15 noyabr 2018-ci il tarixdə saat 11 radələrində sonuncunun yaşadığı Yevlax şəhəri B.İmanov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs 21000 (iyirmi bir min) manat məbləğində xeyli miqdarda pulunu alıb ələ keçirməkə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla əmlakını qəsdən ələ keçirməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü əvvəlki iclaslarda təqsirli bilməsə də, sonradan sözügedən əməl üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun dostu olmuşdur. Onlar bir-birilərini uzun illərdir ki, tanıyırlar. Zərərçəkmiş şəxsla onun arasında hər hansı bir düşmənçilik, ədavət və yaxud da qərəzli bir münasibəti olmamışdır. Onların yaxın dostluq münasibətləri olmuşdur. O, 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək ona Yevlax şəhəri H.Əliyev prospektində yerləşən və tikilməkdə olan 9 mərtəbəli binada üç evin satılıq olmasını və həmin evlərdən birini alaraq Zərərçəkmiş şəxs verə biləcəyini vəd verərək Zərərçəkmiş şəxs arvadı Şahid2 və həmin günü onun evində təmir işləri aparan Şahid1 yanında 21000 (iyirmi bir min) manat pul almamışdır. Belə bir hadisə baş verməmişdir. O, Zərərçəkmiş şəxs hər hansısa bir yerdən Ramilə ev alacağını vəd verməmiş və Ramilə ev almaq üçün Ramildən 21000 (iyirmi bir min) manat və yaxud da hər hansısa bir məbləğdə pul almamışdır. O, Zərərçəkmiş şəxs onun arvadı Şahid2 və Şahid1 yanında pul almamışdır. Belə bir hadisə baş verməmişdir. O, Zərərçəkmiş şəxs Ramilə ev alıb vermək adı ilə pul almamış, lakin o, Ramildən borc olaraq pul almışdır. Belə ki, Zərərçəkmiş şəxs 2018-ci ilin sonlarında bir ay müddət içərisində 17000 (on yeddi min) manat bir və 19000 (on doqquz min) manatda bir olmaqla ümumilikdə 36000 (otuz altı min) manat pul almışdım. O, həmin puldan ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 17400 (on yeddi min dörd yüz) manatını ona geri qaytarmışdır. Lakin geri qalan 18600 (on səkkiz min altı yüz) manatını isə hazırda maddi vəziyyəti pis olduğu üçün qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs almış olduğu pulu həmin vaxt öz şəxsi problemləri üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs həmin pulları öz evində almışdır. Ramil həmin pulları onun evinə gələrək ona vermişdir. O, Ramildən həmin pulları alan zaman onun anası X3 və arvadı X4 yanlarında olmuşdur. O, 2018-ci ilin noyabr ayında Yevlax şəhəri İcra Hakimiyyətinin nəzdində olan 5 saylı Mənzil-Təmir-İstismar sahəsinin sahə rəisi vəzifəsində işləmişdir. Yevlax şəhəri H.Əliyev prospektində yerləşən 9 mərtəbəli bina inzibati ərazi vahidi üzrə onun işlədiyini 5 saylı Mənzil-Təmir-İstismar sahəsinin ərazi hüdudlarında olmamışdır. Həmin binaya o baxmamış və hər hansı bir əlaqəsi olmamışdır. Onun vəzifəsi üzrə hər hansısa bir vətəndaşa ev ala bilmək, onun adına ev yazdırmaq, ev ala bilmək üçün növbə yazdımaq kimi bir səlahiyyəti, həmçinin Yevlax şəhəri H.Əliyev prospektində olan 9 mərtəbəli binada yerləşən evlərin alqı-satqısı ilə məşğul olmaqla bağlı hər hansı bir icazəsi, ev alqı-satqısına buraxılışı və ya nəzarəti olmamışdır. Həmçinin həmin binadan ev ala bilmək üçün hər hansısa bir şəxslə şəxsi əlaqələri olmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək, habelə vurduğu ziyanın 25% hissəsini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır və onların dostluq münasibətləri olmuşdur. 2018-ci ilin noyabr ayının əvvəllərində Atakişi onun yaşadığı evə gələrək ona Yevlax şəhəri H.Əliyev Prospektində yerləşən 9 mərtəbəli binada üç evin satılıq olduğunu və onun həmin evləri istədiyi adama alıb verə biləcəyini və evlərdən birini onun almağını demişdir. O, ilk öncə onunla razılaşmamışdır. Həmin vaxt Atakişi Yevlax şəhərində yerləşən 1 saylı Mənzil-Təmir-İstismar sahəsinin müdiri vəzifəsində işləmişdir. Həmçinin Atakişi onun Yevlax rayonunun Yuxarı Qarxun kəndində yerləşən fermasını satdığını və onun pulunun olduğunu bilmişdir. Bundan bir neçə gün sonra Atakişi yenidən onun evinə gəlmiş və ona dosd olduqları üçün həmin evi əlindən çıxartmağını istəmədiyini, qiymətinin dəyərindən aşağı olduğunu və buna görə də həmin evi başqasının almasını istəmədiyini, evi aldıqdan sonra daha baha qiymətə sata biləcəyini deyərək onu həmin evi almağa razı salmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs həmin evi 21000 (iyirmi bir min) manata alıb ona verə biləcəyini və binaya digər ev sahibləri köçən zaman onunda öz evinə yerləşə biləcəyini demişdir. O, Atakişiyə inanmış və 15 noyabr 2018-ci il tarixdə səhər saat 11 radələrində yaşadığı evin qarşısında arvadı Şahid2 və həmin günü evində təmir işi aparan Şahid1 yanında Təqsirləndirilən şəxs 21000 (iyirmi bir min) manat pul vermişdir. Həmin vaxt o, Atakişiyə pulu sayaraq vermiş və Atakişi də pulu sayaraq ondan götürmüşdür. Bundan bir müddət sonra həmin binanın təmiri yekunlaşmış və digər ev sahibləri binadakı evlərinə köçərək yerləşdikdən sonra o, Atakişiyə zəng edərək onun evinin ona verilmədiyini demişdir. Lakin Atakişi ona müxtəlif bəhanələr gətirərək evinə yerləşəcəyini, lakin evin sənədlərinin hazır olmadığını və onu gözləməyini demişdir. Uzun müddət keçdikdən sonra ona hər hansı bir mənzil verilmədiyi üçün o, Atakişinin onun etibarından sui-istifadə edərək onu aldadaraq dələduzluq yolu ilə onun pulunu ələ keçirtdiyini başa düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Şahid2 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun əridir. O, Təqsirləndirilən şəxs tanıyır. Atakişi onun ərinin dosdu olduğundan onların ailəlikcə dostluq münasibətləri olmuşdur. 2018-ci ilin noyabr ayında əri Zərərçəkmiş şəxs onunla məsləhətləşərək Atakişinin ona Yevlax şəhəri H.Əliyev prospektində tikilməkdə olan yeni yaşayış binasından ev alıb verə biləcəyini və hazırda onun bununla razılaşmadığını demişdir. O, həmin vaxt Ramilə bu barədə özünün qərar verməyini demişdir. Bundan sonra da Atakişi onun əri Ramilə təkidlə dediyi evi alası olsa xeyli irəli düşəcəyini deyərək ərini razı salmışdır. 15 noyabr 2023-cü il tarixdə saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs onların evinin qarşısına gəlmiş və orada əri Ramillə söhbətləşdikdən sonra Ramil evə gəlmiş və evdən onun yanında 21000 (iyirmi bir min) manat pulu sayaraq götürmüş və darvazanın qarşısında Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtdan bəri Atakişi müxtəlif bəhanələr gətirərək əri Ramili aldadaraq həmin 9 mərətəbəli binadan ev veriləcəyini demişdir. Hətta onlar dəfələrlə Atakişinin evinə gedərək Atakişinin ailə üzvləri ilə də bu barədə söhbətlər aparmışlar. Hətta Atakişinin də ailə üzvləri onların evinə gəlmiş və Ramilin ona ev alıb verməsi üçün vermiş olduğu pulun qaytarılması ilə bağlı söhbətlər aparmışlar. Lakin Təqsirləndirilən şəxs hər dəfəsində müxtəlif bəhanələr uyduraraq pulu geri qaytarmamışdır. Bildirmək istəyirəm ki, Təqsirləndirilən şəxs yalan ifadə verərək məsuliyyətdən yayınmaq istəyir. Təqsirləndirilən şəxs onun əri Zərərçəkmiş şəxs 21000 (iyirmi bir min) manat pulu onlara Yevlax şəhəri H.Əliyev prospektində yerləşən 9 mərtəbəli binadan ev alıb vermək üçün almış və vermiş olduğu vədə də əməl etməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsilə birlikdə yaşayır, ev tikintisi və təmiri sahəsində fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəldən Yevlax şəhər sakinləri kimi tanıyır. Həmçinin onun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxslə hər hansı bir qohumluq, yaxın dosdluq, düşmənçilik və ədavəti yoxdur. O, 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsində olan tikilinin içərisinə beton tökmüş və orada təmir işləri aparmışdir. 15 noyabr 2023-cü il tarixdə saat təxminən 10-11 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinin darvazasının qarşısına gələrək Ramillə orada söhbət etmişlər. Bundan sonra Ramil evə daxil oldu və içəridən əlində pulla evin həyətinə çıxmışdır. Onun əlindəki pul çox idi və o, Ramildən nə pul olduğunu soruşduqda Ramil ona təzə tikilən 9 mərətbəli binadan ev aldığını demiş və evin qarşısına, yəni darvazının çölünə çıxmış və orada Atakişi ilə görüşmüşdür. Həmin vaxt Atakişi evə və evin həyətinə daxil olmamışdır. Həmin vaxt Ramilin yanında arvadı Şahid2 olmuş, Ramil evin qarşısında Atakişi iə görüşdükdən sonra onun yanına qayıtmış və artıq onun əlində pul olmamışdır. Həmin vaxtda söhbət əsnasında Ramil həmin evi dosdu Atakişinin alaraq ona verdiyini və Atakişiyə ona 9 mərətəbli binadan ev alması üçün 21000 (iyirmi bir min) manat pul verdiyini bildirmişdir. O da həmin vaxt ona xeyir-dua vermişdir. Lakin bunun üzərindən bir xeyli müddət keçdikdən sonra Ramillə Yevlax şəhərində qarşılaşıb söhbətləşən zaman Ramil ona demişdir ki, Atakişi onu aldadaraq ona həmin binadan ev alıb verməmiş və onun pulunu ələ keçirtmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata götürülməsi barədə 30 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlansın və istintaq aparılması üçün icraata götürülmüşdür (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.29); 30 iyul 2023-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. (iş vər.49-51); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməməsi qərara alınmışdır.(iş vər.71-77); Qətimkan tədbirinin seçilməsi haqqında 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına varmə qətimkan tədbiri seçilmişdir (iş vər.78-79); Yevlax şəhər İcra Hakimiyyəti Başçısının aparatının 03 avqust 2023-cü il tarixli, 5- 9/2-1190/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2017-ci ildən 16 iyun 2020-ci il tarixədək Yevlax şəhər 5 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində işləmişdir. Həmin vəzifənin funksiyaları Mənzil Təmir İstismar Sahəsinin kommunal xidmətlər göstərdiyi yaşayış binalarının ərazisində təmizliyin və məişət tullantılarının mütəmadi olaraq yığılması, həmin binalarda yaşayan sakinlərə yaşayış yeri və ailə tərkibi haqqında arayışların verilməsi və Azərbaycan Respubliaksının Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzilkommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq hesablanmış kommunal ödənişlərin yığılmasının təmin olunmasından ibarət olmuşdur.(iş vər.82); Tibbi Ərazi Bölmələrini X5 rayon X2 Hüquqi şəxsin Psixonevroloji Kabinetinin xx.xx.2023-cü il tarixli PHŞ-4896/23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır.(iş vər.94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(iş vər.96); Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmiş və hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Təqdim edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 5250 manat pul ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hisssinin 1-ci bəndinə əsasən Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan tələbnamədən də göründüyü kimi Təqsirləndirilən şəxs hazıradək cinayət məsuliyyətinə cəlb olunmayan şəxsdir. Odur ki, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq olunmasında hər hansı bir qadağa müəyyən edilmir. Belə olan halda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 5250 manat pul ödənildiyi, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar