Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-20/2025 08.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax rayon Əkşəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Yevlax rayon Əkşəm kəndində qeydiyyatda,olmaqla həmin ünvanda yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 24 radələrində Yevlax rayonu, Əkşəm kəndi ərazisində yerləşən kənd sakini X3 məxsus kafedə tanışları X24 ilə Şahid3 arasında yaranmış mübahisəni sakitləşdirmək məqsədilə Musa Orucova şillə ilə bir dəfə qəsdən vurmasına sonuncunun da ona cavab olaraq sillə vurmasından qəzəblənib bu hərəkətlərinə aydınlıq gətirmək üçün narkotik vasitə olan marixuananın təsiri altında və yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Musa Orucovun yaşadığı evin yaxınlığına gəlib həmin vaxt xeyli sayda kənd səkilərinin yaşadıqları və nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ictimai yer olan küçədə dayanmış sonuncuya yaxınlaşaraq nə üçün onu şillə ilə vurmasını bəhanə edib Musa Orucovu orada olan digər şəxslərin gözü qarşısında nalayiq söyüşlərlə ucadan söyüb təhqir edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına etinasızlıq göstərib, xuliqanlıq niyyətilə Musa Orucovun sifət nahiyəsindən bir dəfə qəsdən yumruq zərbəsi vuraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etməklə Musa Orucova sağlamlığına az ağır zərər vuran “əng sümüyünün sınığı” və sağlamlığa yüngül zərər vuran “üst dodağın selikli qişasının əzilmiş yarası” xəsarətləri yetirməklə zərərçəkmiş şəxs X10 həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə həmkəndliləri ilə danışıqlarına əsasən kafeyə getmişlər və orada görüşərək kabinetdə əyləşmişlər. Onlar kabinetdə oturan zaman həmkəndliləri Musa və Fəqan onların yanına gələrək görüşüb getmişlər. Həmin vaxt o İsmayıllı rayonunda yaşayan münasibətdə olduğu şəxslə telefonla danışmışdır. Oturduqları kabinetdə səs-küydən danışmaq mümkün olmadığından o kafenin ümumi böyük zalına gedib orada telefonla danışmışdır. O, İsmayıllı rayonuna getməli olmuş, lakin spirtli içki qəbul etdiyindən avtomobilini idarə etmək üçün ayıq sürücü axtarmışdır. Kafenin ümumi zalında telefonla danışan zaman küçədə nalayiq ifadələrin işləndiyini və Musanın səsini eşitmişdir. Musaya görə çölə çıxmış və Musa ilə Şəhliyarın mübahisə etdiklərini görmüşdür. Həmin vaxt birinci Şəhliyarı, Fəqanı sonra isə Musanı şillə ilə vurmuşdur. Musa da qəzəblənərək şillə ilə onu vurmuşdur. Şəhriyarı həmkəndliləri maşına əyləşdirib oradan aparmışlar. Gedən maşının arxa stoplarının işığında Musanın həmin avtomobilin arxasınca qaçdığını görmüşdür. Kafedən çıxıb öz avtomobilinə əyləşib Musanın arxasınca getmişdir. Kəndin mərkəzinə getmiş orada Musa qarşısına çıxmamışdır. Yevlax rayon Əkşəm kənd ərazisində seyidlər deyilən yerə çatanda Şəhliyarı aparan maşınla rastlaşmış və Şəhliyara maşından düşməsini demişdir. Şəhliyardan nə baş verdiyini, niyə dalaşdıqları barədə maraqlanmışdır. Şəhliyar da aydınlıq gətirmişdir ki, yeyib-içmək üstündə mübahisə etmişlər və Musa onun ailəsini söymüşdür. O Şəhliyarı evlərinin qarşısına aparıb “evinə get sonra danışarsınız demişdir”. Şəhliyar isə evə getməyəcəyini və Mahir əmi (Musanın atası) ilə görüşmək istədiyini bildirmişdir. Oradan kənddə həmişə toplaşdıqları mağazanın yanına gəlmişlər. Həmin vaxt ora Nurlanın maşını ilə Kamil də gəlmişdir. Kamil nə baş verdiyi ilə maraqlanmış, Şəhliyar isə Musanın ondan üzr istəməli olduğunu, əks halda ailəsini söydüyünü ona bağışlamayacağını bildirmişdir. Kamil və o, Şəhliyara Musanın evdə tək oğlan olduğunu, onun atası olduğunu, belə hərəkətlər etmək lazım olmadığını demişlər. Musanın atası Mahirə telefonla zəng etmişlər, Şəhliyar maşından enib Mahirlə yüksək səslə danışdığı üçün telefonu onun əlindən alıb Mahirlə özü danışmışdır. Mahirə Musanın çox tərəfini saxladığını, hər səhvlərinə bəraət qazandırdığını demiş və olanları bildirmişdir. Mahir isə məsələni həll etməsini, yəni yoluna qoymasını ondan (Tahirdən) xahiş etmişdir. Əvvəllər də Musa oxşar vəziyyətdə olanda, Musanın atası Mahir ondan məsələnin həlli üçün xahiş etmişdir. Musanın atası Mahirə «telefonu Musaya ver başa salım. Belə olmaz hamı ilə dalaşır, üstündə bıçaq gəzdirir, söyüş söyür» demişdir. Musanın atası ondan fikirinin nə olduğunu və nə etmək istədiyini soruşmuşdur. O da Şəhliyarı onlara gətirəcəyini, birinci Şəhliyarı sonra isə Musanı başa salacağını, sonra da barışdıracağını demişdir. Mahir də ona Şəhliyarı ora gətirməməsini demişdir. O da belə halda kənara çəkiləcəyini bildirmişdir. Mahir ona kənara durmamasını və Şəhliyarı onlara gətirməməsini demişdir. Danışıb qurtaran zaman Kamil gəlmiş və Kamil onu götürmüşdür. Bu zaman Şəhliyar onlardan aralanıb kafe tərəfə getmişdir. Bununla əlaqədar Orxan adlı şəxsə də zəng edib baş verənləri söyəmiş və Şəhliyarın onun sözünü eşitdiyini bildirib Şəhliyarı sakitləşdirməsini demişdir. Sonra Şəhliyarı kənd ərazisində maşından düşürüb Musanın atası Mahirgilə getmişlər. Mahir telefon danışığı zamanı kimlə gəldiyini maraqlanmış, o da Kamil ilə gəldiyini demişdir. Musanın atası Mahirlə görüşməyə gedəndə evlərinə təxminən 200 metr qalmış Pənah, Fəqan və Musanın dayanacağın yanında olduqlarını və Şəhliyargilə tərəf getdiklərini görmüşdür. O Fəqanın Musanı dayandırmaq istədiyini fikirləşmişdir. Onların dal-qabaq getdiklərini görüb Kamilə maşını saxlamasını demiş və maşından düşüb Musaya onu vurduğuna görə irad bildirmişdir. Musa da onun üstünə coşmuşdur ki, onu vurduğu üçün o da əsəbləşib cavab vermişdir. Bu cavabı eşidib Musanı vurmuşdur. Həmin vaxt arxadan maşın gəldiyini eşitmişdir. Həmin maşında Şəhliyar gəlmişdir. Şəhliyar orada sakit durmuşdur. O Musanı vurduqdan sonra Musa da onu vurmaq istəmiş, lakin Fəqan onu saxlamışdır. Sonra xatırlamadığı şəxslər onları ayırmışlar. Həmin vaxt Fəqan ondan Musanı Şəhliyara görə vurduğunu soruşmuş, o da Fəqana Şəhliyara görə vursaydı onu da vurard cavabını vermişdir. O Fəqanla danışan zaman Musa boşluq hiss edib Şəhliyarın üstünə qaçmışdır. Həmin vaxt qaranlıq olmuş, səs-küy düşmüş və Musa yeriyə-yeriyə onun maşınının yanına gəlmişdir. O da çevrilib Şəhliyarın üzünə baxmış, lakin həmn vaxt Şəhliyarın Musanı bıçaqla vurduğunu bilməmişdir. Ümumiyyətlə Şəhliyarın əlində bıçaq görməmişdir. Musa tərəfə çönən vaxt isə Musanı görməmiş, sonra Musanın yerdə uzandığını görmüşdür. Əlini Musanın sinəsinə vurmuş, Musanın sinəsinin qan olduğunu görmüş və şok yaşamışdır. Musanı maşına qoyub xəstəxanaya çatdırmışlar. Xəstəxanada da 5 dəqiqə keçmədən öldüyünü demişlər. Musa ilə ölən günə kimi qardaş kimi olmuşlar. Hazırda əməlindən çox peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa dəfələrlə cəhd etmiş, lakin barışıq mümkün olmamışdır. Himayəsində azyaşlı uşaqları var. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, hazırkı cinayət işi üzrə təkcə Təqsirləndirilən şəxs ittiham olunur, lakin əlbir olan cinayətkar qrupun digər 3 üzvu cəlb edilməmişdir. Kamil, Orxan və Anarın adı belə çəkilmir. Hadisə baş verən gün oğlu Musa evdə olmuş və oğlunu Anar dəfələrlə zəng edib çağırmış və kafeyə aparmışdır. Bunlar hamısı əvvəlcədən planlaşdırılmışdır. Ola bilsin ki, Tahirin planın əvvəlindən məlumatı olmasın, lakin sonradan Tahir bu planın içində olmuşdur. Onun oğlu ya Anargilin ya da Kamilgilin stolunda oturmalı idi. Kamilnən onun oğlu arasında münaqişə olmuş, amma Tahirlə münaqişəsi olmamışdır. Şahidlər göstərir ki, onun oğlu içkili olmuşdur. Lakin onun oğlu evdən gedəndə içkili olmamış və Tahirgilin stolunda araq 1-2 rumka qalmışdır. Məhkəmə tibbi ekspertiza rəyində də göstərilir ki, onun oğlu sərxoş olmamışdır. İş üzrə əsas şahid Pənah olmuşdur. İbtidai istintaqın gedişatından razı deyildir. İş üzrə düzgün araşdırma aparılmamışdır. Orxan da şahid qismində cəlb olunmuşdur. Onun oğlunda bıçaq məktəbdə oxuyan vaxtlar olmuş, onu da oğlunun əlindən almışdır. Onun oğlunda başqa bıçaq olmamışdır. Orxan, Kamil və Tahir kriminal qrupdur və kənddə razborkaya baxırlar. Belə şəxsləri də başqalarının yanında vuranda onlara ağır gəlir. Bunlar planlı şəkildə Musanın üstünə getmişlər və məqsədləri həmin gecə Musanın ölməsi olmuşdur. Bu məqsədlə Şəhliyarı da plana qatmışlar və Emil Şəhliyarı evlərinə gətirmiş, Şəhliyar da evdən Musaya xəsarət yetirməsi üçün bıçaq götürmüşdür. Həmin vaxt Emil də onu orada gözləmiş və X25 xəsarət yetirəcəyini demişdir. Tahir onlara qoşulmaya da bilərdi. Emil kənddə Tahirin maşınını görüb sürüb Tahirin maşınının yanında saxlamış və Tahir Şəhliyara onun maşınına əyləşməsini demişdir. Tahir maşında onların küçəsindən 2 dəfə keçmiş və Şəhliyarın həmin vaxt onun oğlunu vurmaq niyyəti olsaydı düşüb onun oğlunu evində vurardı. Tahir Şəhliyarı kəndin ortasına aparmışdır, Anar, Emil, Pənah və Şəhliyar qohumdurlar. Şəhliyar ona zəng etmiş, həmin vaxt yatdığından zəngi eşitməmiş, saat iki radələrində durub buraxılmış zəngi görüb Şəhliyara zəng etmişdir. Şəhliyardan zəng etməsinin səbəbləri barədə maraqlanmış, o, da oğlunun onu söyüb təhqir etdiyini bildirmişdir. O da indi aydınlaşdırcağını, oğlunun səhv etdiyini demişdir. Oğluna zəng edəndə oğlu ona “saat birdə kafeyə nə üçün getdiyi barədə maraqlanacağı barədə demişdir” və Pənahla danış deyib telefonu Pənaha vermişdir. Pənah ona Şəhliyarın Musanın bacısına söydüyünü, Musanın da Şəhliyarın ailəsinə söydüyünü demişdir. O da Pənahə götür Musanı gəl evə demişdir. Onlar 01:30 radələrində evə gəlmiş və oğlu paltarını dəyişməyə getmişdir. Bu zaman Anar anası ona zəng etdiyini, onlarda səs-küy olduğunu, Pənahın orda qalmasını gəlib onu aparacağını deyib maşına oturub getmişdir. Pənah isə onlarda qalmışdır. Üç-dörd dəqiqə sonra oğlunun telefonuna zənnə gəlmişdir. Oğlundan nə baş verdiyi barədə maraqlananda, Anarın zəng edib Pənahı küçəyə çıxmasını xahiş etdiyini, gəlib onu aparacağını bidirmiş, lakin Anar gəlməmiş və həmin dörd nəfəri göndərmişdir. Küçədə mübahisə baş verən yer işıqlıdır və həmin yerdə dirəkdə güclü yol işıqlandıran lampa qoşuludur. Maşın döndərməyin rahat olduğunu deyib evlərindən 120 metr aralıda olan dayanacağın yanına gəlmələrini demişlər. Pənah, Fəqan və onun oğlu Musa yola doğru gedən zaman maşını onun oğlunun üzərinə surətlə sürmüşlər, güclü toz olmuş və maşınların işığı oğlunun gözunə düşmüşdür. Bu zaman Tahir maşından enib onun oğlunun üz nahiyyəsindən vurub çanaq sümüyünü qırmışdır. Tahir qeyd edir ki, Musanı yumruqla vurub, lakin Tahirin əlində soyuq silah qismində alət olmuş və oğlunu həmn alətlə vurmuşdur. Qaranlıqla oğlunun vurulmasını Tahirin görməməsi yalandır. Onun oğlu idmançı olmuş və dəfələrlə üz nahiyəsindən vurulmuşdur. Onun oğlu Bakı şəhərində Mübariz İbrahimov adına keçirilən Kiq-boks döyüş növü üzrə yarışda birinci yeri və dəfələrlə ayrı-ayrı rayonlarda birinci yeri tutmuşdur. Oğlu Musa dava-dalaşdan uzaq adam olmuşdur. Tahiri də ora Kamil gətirmiş, lakin Tahiri ora gətirən cinayətkar Kamil istintaqdan kənarda qalmışdır. Orxan da Şəhliyarı gətirmiş və məsələnin həmin gecə həll olunması barədə aralarında danışıqlar olmuşdur. X21, Tahir isə Kamilin maşınına əyləşib gəlmişlər. Cinayət işinin istintaqı düzgün aparılmamışdır. Orada Kamil, Şəhliyar, Orxan oğlu Musanın üstünə hücum etmişlər və onun oğlunu birinci Şəhliyar vurmuşdur. Onun oğlu da Şəhliyarı vurmuşdur. Şəhliyar söydüyünə görə onun oğlu da söymüşdür. Məmməd və Ümid ora hadisədən sonra çatmışlar, Pənah isə əvvəldən orada olmuşdur. Şəhliyar bıçağı sol cibindən çıxartdığını bildirir, lakin bunların hamısı yalandır. Belə ki, bıçaqda Kamilin də əl izləri var. Onun oğlu Şəhliyarı vuran kimi yerə düşmüş, sonra Kamil bıçağı yerdən göütrmüşdür. Pənah onun oğlunun sağ qolunu, Orxan isə Şəhliyarın sol qolunu tutmuş, Kamil Pənahı arxadan tutub dartmış və arada boşluq yaranan kimi Kamil bıçağı açıq vəziyyətdə Musanı vurmsı üçün Şəhliyara vermişdir. Hadisə 2-3 dəqiqə davam etmişdir. Oğlu ilə danışandan sonra Şəhliyara ikinci dəfə zəng etmişdir. Ona iki balası olduğunu, evə getməsini, sabahsı gün onları barışdıracağını, oğlu ona nə söyübsə ona getməsini demişdir. Şəhliyar isə əmi baş üstə deyib bildirmişdir. Tahir demişdir ki, gəlirəm sizə, o da Tahirə gəlirsən gəl sənlə Musaya fərq qoymamışam, həmişə gəldiyin evdir demişdir. Sonra Tahir ona zəng etmiş, Orxanı da çağırdığını, razborkaya qəbirstanlığa gedəcəklərini, bu gecə məsələni həll edəcəklərini demişdir. Hadisədən on gün əvvələ kimi Tahir və digərləri ilə ünsiyyətləri çox yaxşı olmuşdur. Bir Şəhliyarla ünsiyyətləri olmamışdır. Hadisədən on gün əvvəl X22 rayonuna getmişlər. X36 arasında nəsə baş vermişdir. Hər şey də oradan başlamışdır. Hətta onun oğluna Orxan və Tahir narkotik vasitələrin satışı ilə məşğul olmağı təklif etmiş, lakin oğlu bu təklifi qəbul etməmişdir. Münaqişə də oradan yaranmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Onun əməlində daha ağır cinayətin tərkibi var. Buna görə də, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru qaytarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, evdən çıxıb çayçıya getmişdir. Yolda gedən zaman Şəhliyar ona zəng edib aşağı ilə gedən şəxsin onun olduğu barədə maraqlanmışdır. Hə deyəndə Şəhliyar onu gözləməyini və bir yerdə getmələrini xahiş etmişdir. O da Şəhliyarı gözləmiş sonra bir yerdə kafeyə düşmüşlər. Kafedə bir az söhbət etmişlər, adama bir bakal pivə içmişlər. Pivə içəndən sonra o, Şəhliyar, Emil və Anar yemək yeməyə oturmuşlar. Yemək yeməyə başlamışlar və adama bir rumka araq içmişlər. Həmin vaxt Musa onların yanına gəlmiş və Musa da həmin vaxt dediyinə görə sərxoş olmuşdur. Musa onlarla araq icmək istəmiş, o da Musa artıq sərxoş olduğu üçün razı olmamışdır. Bir qədər sonra Musa yenidən yaxınlaşıb onlarla oturub bir rumka araq içmək istədiyini bildirmişdir. O da Musaya ancaq bir rumka içmək şərti ilə razılığını bildirmişdir. Bir rumka içdikdən sonra Musa yenə kafenin həyətində gəzməyə başlamışdır. Musa onların yanından getdikdən sonra Musanın əmisi oğlu Fəqan gəlmiş və Musanın harada olmasını soruşmuşdur. Onlar da Musanın kafenin arxa tərəfində kupedə olduğunu demişlər və Fəqan Musa olan yerə getmişdir. Onlar da özləri üçün yeyib içmişlər. Bir müddət sonra Musa, Ümid, Fəqan, Məmməd, Bəxtiyar gəlmişlər və kafenin həyətində söhbət etmişlər. X26 arasında mübahisə yaranmış, ancaq mübahisənin nə üstündə düşdüyünü bilməmişdir. X23 ünvanına tək gəlməyənə söyüş söymüş və Musa Şəhliyarın üzərinə hücum etmişdir. Orada Musa ilə Şəhliyar dalaşmışlar, onlar da hamısı birlikdə dalaşanları bir-birindən ayırmışlar. Sonra isə Tahir gəlmişdir. Tahir gələndən sonra Musaya, Şəhliyara və Fəqana hərəsinə bir şillə vurmuşdur ki, belə olmaz dalaşmayın. X37 dava olan yerdən bir az kənarda dalaşmışlar və Musa Tahiri bir dəfə təpiklə vurmuşdur. O isə Musanın sinəsindən tutmuşdur ki dalaşmasınlar. Həmin zaman Şəhliyarın Emilin maşınına minib oradan getdiyini görmüşdür. O, da Musanı buraxmış və sonra kafenin içərisinə kənd camaatının yanına gəlmişdir. Həmin vaxt orada kimsə Musanın Şəhiyarın arxasınca getdiyini demişdir. Sonra Fəqan, Anar və o Anarın maşınına minib Şəhliyarın yaşadığı evin qapısının ağzına getmişlər ki, Musa gələndə oradan aparsınlar. Elə orada onun telefonundan Musaya zəng etmişlər və harada olduğu ilə maraqlanmışlar. Musa ona kəndin içərisində olan digər çayçıda olduğunu bildirmişdir. O Musaya orda gözləməsini və həmin çayçıya gələcəyini demişdir. Çayçıya gedən zaman Tahirə zəng etmişdir ki, Tahirgil kəndin yuxarı hissəsinə, onlar isə aşağı hissəsinə getsinlər. Belə demişdir ki, bir-birlərinə uzaq düşsünlər dalaşmasınlar. Musanı olduğu yerdən götürüb üstünü toz-torpaqdan və palçıqdan təmizləməsi üçün kəndin aşağı hissəsinə yanacaq doldurma məntəqəsinə getmişlər. Yanacaq doldurma məntəqəsində Musaya atası Mahirdən zəng gəlmiş və maşından enən zaman Musaya atası ilə danışması üçün telefonu ona verməsini demişdir. Musadan telefonu alıb Musanın atası Mahirlə danışmışdır. Mahir ondan nə olduğu barədə maraqlanmış, o, da Şəhliyarla Musanın dalaşdığını və bir-birinə söyüş söydüklərini demişdir. Mahir ona oğlumu evə gətirməsini demişdir. Musa üstünü təmizləmiş, maşına əyləşmiş və Musanı evə kəndin içərisindən keçən yol ilə yox digər qıraq yol ilə aparmışlar ki, mübahisə etdiyi şəxslərlə görüşüb mübahisə etməsinlər. Musagilin evinə çatmışlar və həmin vaxt Anarın telefonuna zəng gəlmişdir. Anarın anası zəng etmişdir ki, küçədə dava-dalaş var, söyüş söyürlər gəlsin görsün nə baş verir. Musagilə getmişlər ki, Musanın atası Mahirə desinlər ki, uşaqdırlar mübahisə ediblər. Mahir də oğlu Musanı danlamışdır ki, belə etmək olmaz. Sonra Musagildən çıxmış və gəlib onu evlərinə aparması üçün Anarı gözləmişdir. Çünki Anar onu gəlib oradan aparacağını demişdir. Anar onu gəliö götürmüş və bir qədər getdikdən sonra Emilə məxsus qara rəngli «Kia» markalı maşının gəldiyini və maşın sürətlə gəldiyinə görə toz qalxdığını görmüşlər. Həmin maşından qabaq tərəfdən Tahir düşmüş və Musanın üstünə getmişdir. Həmin vaxt Musa Tahirə nəsə demişdir. Nə dediyini hazırda xatırlamır. Həmin sözlərə görə Tahir Musanı bir dəfə yumruqla vurmuşdur. Bu zaman onların arasına girmiş, yenə dalaşmayın, Tahir dinc dur demişdir. Tahirin sinəsindən tutanda, üzünü digər tərəfə çevirmişdir. Bu zaman onun sol tərəfində Şəhliyarla Musanın dalaşdığını görmüşdür. Tahiri buraxıb Şəhliyarla Musanın sinə hissəsindən tutumuşdur ki, dalaşmasınlar. Onları tutan zaman qabaq tərəfdən onu itələmişlər. Bir qədər arxaya gedəndən sonra Şəhliyarın Musanın sinə nahiyyəsinə yumruq zərbəsi endirdiyini görmüşdür. Bıçaqla vurduğunu görməmişdir. Vurandan sonra Şəhliyar Musanı bıçaqla vurduğunu və “ona soxdum” demişdir. Şəhliyar Musanı onun arvadına, uşağına söydüyünə görə bıçaqla vurduğunu demişdir. Musa bir qədər getmiş və Tahirin maşınının qabaq hissəsində yerə yıxılmışdır. Musa yıxılan yerdən bir az qabaqda Tahir, Fəqan və Orxan olmuşlar. Onlar Musaya ondan tez çatmışlar. Telefonunu çıxarıb telefon işığında baxmışdır ki, görsün Şəhliyar bıçaqla Musanın hansı hissədən vurmuşdur. Köynəyi qaldıranda Musanın ürək nahiyyəsindən vurulduğunu görmüş və tez kömək edin maşına qoyulub xəstəxanaya aparaq demişdir. Orada həmin vaxt Emilin maşını olmuşdur. Musanı Emilin maşınına qoymuşlar. Musanı yerdən qaldıran Fəqan və Tahir olmuşlar. O həyəcandan Musaya əlini vura bilməmişdir. X29 Emilin maşınına qoymuşlar və xəstəxanaya aparmışlar. Sonra Musanın atası Mahir gəlmiş və orada nə baş verdiyi barədə maraqlanmışdır. O da Mahirə Musanın bıçaqla vurulmasını demişdir. Mahir Musanı kimin vurduğunu soruşmuş və Şəhliyar Musanı vurduğunu bildirmişdir. Sonra hər kəs çıxıb oradan getmişdir. Şəhliyarla bir də o, ikisi qalmışdır. Şəhliyar ona Mingəçevirə getdiyini demişdir. O da Şəhliyardan Mingəçevir şəhərinə getməyinin səbəbini soruşmuşdur. Şəhliyar da Mingəçevir şəhər Polis İdarəsinə təslim olmağa getdiyini bildirmişdir. O da Şəhliyara əvvəl atası evinə gedib olanları bildirib sonra gedib təslim olmağını demişdir. Sonra Şəhliyar ona etdiyi hərəkət barəsində bildirməsi üçün atasına zəng etməsini və danışmaq üçün telefonu ona verməsini bildirmişdir. O Şəhliyarın atası Zahidə zəng etmiş, Şəhliyar atasına etdikləri barədə danışmış və dəstəyi asmışdır. Şəhliyarın arası Zahid onun telefonuna zəng etmiş və kim olduğunu soruşmuşdur. O da Pənah olduğunu demişdir. Zahid harada olduqları barədə maraqlanmış o, da qapıya çatqıqlarını demişdir. Şəhliyargilə çatıb məhəlləyə girmişlər, sonra isə Elsevər gəlmişdir. Elsevər də onlardan nə baş verdiyini soruşmuş, onlar da Şəhliyarın bıçaqla Musanı vurduğu barədə söyləmişlər. Onalar Şəhliyargildə oturmuşlar. Şəhliyar bıçağı cibindən çıxarıb anası gətirdiyi paketə qoymuşdur ki, heç kim əlini vurmasın. Sonra onlara Yevlax rayon Polis Şöbəsinə getməli olduqları barədə demişlər. Yolda Murad adlı şəxsin maşınına minib şöbəyə gedəndə Yevlax rayon Polis Şöbəsinin əməkdaşları onları götürüb Yevlax rayon Polis Şöbəsinə aparmışlar. Bıçağı Şəhliyarın atası X17 polis əməkdaşlarına vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, hadisə birinci kafedə başlamışdır. Kənddən əmisi oğlu Musa ilə birlikdə kafevə gəlmişlər. Kafeyə gələrkən Elvinin maşınında yanacaqdoldurma məntəqəsinə qədər gəlmişlər. Kafeyə getməmişdən əvvəl Elvinlə bir az söhbət etmişlər, sonra kafeyə getmişdir. Onları həmkəndlisi Anar kafeyə çağırmşdır. Kafeyə getməmişdən əvvəl evdə olmuşlar. Anar ona demişdir ki, gəl Nurlanın kafesindəyik. Kafeyə gedəndə Musa da onunla getmək istəmiş və evdən bir yerdə çıxmışlar. Elvin onları yoldan götürmüş yanacaq doldurmanın yanına qədər apara biləcəyini bildirmişdir. Yanacaq doldurmanın yanında Musa düşmüş, o da Musaya Elvinə sözü olduğunu, onun kafeyə getməsini, Elvinə olan sözünü bitirib gələcəyini demişdir. Elvinlə yarım saat söhbət etmişlər. Sonra Musanın arxasınca kafeyə getmişdir. Ümüd, Bəxtiyar, Məmməd, Tahir kafenin arxa hissəsində kupedə oturmuşlar. O da gedib onların yanında oturmuşdur. Ortada olan araq şüşəsində 150-200 qram araq qalmışdır. Həmin kupedə deyə-gülə kefləri yerində qonaq olub oturmuşlar. Sonra hamı qalxmış, hesabı verməyə gedənlər bir tərəfə onlar isə kupedən kafenin çöl hissəsinə getmişlər. Orada Pənah, Anar, Şəhliyar bir də Emil oturmuşlar. Həmin vaxt o Ümüdlə çöldə söhbət etməyə getmişdir. Bu zaman arxada söyüş söymüşlər, o da arxaya çevrilmişdir ki, söyüş söyənin kim olduğunu və niyə söydüyünü görsün. Həmin vaxt Şəhliyar söyüşü o söydüyünü demiş və təkrar yenə eyni söyüşü söymüş və Musaya demişdir ki, onunla təkbə tək gəlməyənə söyüşü ünvanlayır. Şəhliyar Musanın bacısına söymüşdür. O da Şəhliyara demişdir ki, Musanın bacısı onun da bacısıdır. Bu zaman Şəhliyar demişdir ki, təkbə təkə gəlir gəlsin. Şəhliyar bu sözləri deyəndə əmisi oğlu əsəbləşib telefonu Şəhliyara atmışdır. Musa telefonu Şəhliyara atanda onlar Musa ilə Şəhliyarın arasına girmişlər ki, başqa söhbət olmasın. Bu zaman Tahir gəlmiş, onu, sonra Şəhliyarı, daha sonra Musanı vurmuşdur ki, onlar niyə Şəhliyarla dalaşırlar. Bu nə hərəkətdir, Şəhliyar onlardan böyükdür, ailəlidir. Əmisi oğlu Musa ilə Tahir mehriban olmuşlar. Tahir Musanı vurandan sonra aralarında narazılıq yaranmışdır. Həmin vaxt Musa bir neçə dəfə Şəhliyarı yola vermişdir ki, çıxıb getsinlər evlərinə, orada vəziyyət yaxşı deyil. Musa birinci çıxıb oradan evə getmiş, Musanın arxasınca o, Anar, Pənah oradan çıxıb getmişlər. X38 zəng etmiş, Musa telefonu açmamışdır. Sonra o Musaya zəng etmiş və Musa telefonu açmışdır. Kəndin içi ilə yanacaq doldurma məntəqəsinin yanına gəldiyini demişdir. Yanacaq doldurma məntəqəsinin yanında olan avto yumada üstünü təmizləmişdir. Maşına minib evlərinə getmişlər. Tahirgildən və başqalarından kimin harada olmasından məlumatları olmamışdır. Şəhliyarın evlərinə getməyi barədə məlumatı olmuşdur. Evə gedəndə əmisinin Tahirnən telefonla danışdığını görmüşdür. Tahirin nə dediyini eşitməmişdir, lakin əmisi telefonda Tahirə Musanın valideyni o olduğunu, “kim nə söymüşdürsə mənə gəlsin” demişdir. Musanın adından üzr istəmiş və hazırda yeyib içdiklərini, sərxoş olduqlarını, sabahısı gün gəlib söhbət etmələrini demişdir. Əmisi eyni sözləri dəfələrlə təkrarlamış, bu sözləri də Musa eşitmişdir. Anar onları evə gətirmiş, lakin əmisinin söhbətindən əvvəl anası çağırdığını, küçədə səs-küy olduğunu bildirib evə getmişdir. Anar gedəndə saat təxminən birin yarısı olmuşdur. Həmin vaxt Anar 15 dəqiqəyə gələcəyini və Pənahı küçəyə çıxarmalarını demişdir. Sonra Anar zəng etmişdir ki, Pənahı çıxarsınlar gəlib götürsün. Pənah, o və əmisi oğlu Musa birlikdə təxminən Musagilin evindən 100 metr məafədə yerləşən dayanacağa çıxmışlar. Həmin vaxt Anarın maşını deyil, Orxanı maşınını və Kamil sürən Emilin maşınını görmüşdür. İkisi bir yerdə dal-qabaq onların üstünə gəlmişlər. O Musanı kənara çəkmişdir ki, onları vurmasınlar. Musa da onu kənara çəkmişdir ki, hələ bir gəlib çatsınlar. Həmin maşınlar gəlib çatmışlar. Birinci Tahir maşından düşmüşdür, arxasınca isə digərləri maşınlardan düşmüşlər. Dörd nəfər olmuşlar. Çatan kimi Tahir yumruqla Musanın çənəsindən vurmuşdur. Tahir Musanı çox bərk vurmuşdur. Musanın çənəsindən gələn səsi o bir metr məsafədən eşitmişdir. O Musa ilə Tahirin arasına girmiş, bu zaman onun gücünün çatmadığını görüb Pənah da dalaşanların arasına girmişdir. Pənah Musanı kənara çəkəndə Tahir onun yaxasından tutub çəkmiş və nalayiq ifadələr işlədərək, Musanın onu vurmaq üçün kim olduğunu demişdir. O Tahirin əlindən çıxmaq istəmiş və kənara çəkilmək üçün yan tərəfə çevriləndə görmüşdür ki, Şəhliyar, Kamil, Orxan və əmisi oğlu Musa tək, yəni üç nəfər tək Musaya qarşıdır. Musa ilə Şəhliyar dalaşmağa başlamışlar. Həmin vaxt Tahir onun boynunu özünə tərəf çəkdiyindən o Musagil arasında baş verənləri görməmişdir. Tahirin əlindən çıxıb Musaya kömək etməyə gücü çatmamışdır. Musa vuruldu deyib kimsə qışqırmışdır. O həmin vaxt arxaya çevrilmiş, Musanın olmadığını və uşaqların dağılışdıqlarını görmüşdür. Kamil gedib maşında oturmuşdur. Musa da orada olmamışdır. O Musa haradadır deyib soruşmuşdur. Fikirləşmişdir ki, Musa harasa getmişdir. O zaman Orxanın maşınının qabağında Musanın ayaqlarını görmüşdür. Qabaq tərəfə keçmiş, Musanın yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Musadan nə olub deyə soruşmuş və ağlamışdır. Əlini Musanın sinəsinə vurmuş, fikirləşmişdir ki, sinəsindən zərbə ilə vurmuşlar. Bıçaq ilə vuracaqlarını güman etməmişdir. Əlin sinəsinə vurub işıqda baxanda əlinin qan olduğunu, sonra əlini Musanın paltarının altına aparanda Musanın isti qanının axdığını görmüşdür. Musanın paltarını qaldırıb baxmış və telefon işığında bıçağın Musanın ürəyini deşdiyini görmüşdür. Orada Musanın bərk vurulduğunu bilmiş və kim vurduğunu soruşa bilməmişdir. Orxana maşının qapısını açmasını, Musanı tez şəhərə xəstəxanaya çatdırmalarını demişdir. Orxan maşının qapısının qarşısında dik durmuş və Musanı xəstəxanaya aparmağa razılaşmamışdır. Orxanın bu hərəkətləri qorxudan və ya şokdan olduğunu bilmir. Emil qara KİA optimanın qapısını açmış, bu zaman Tahir gəlib Musanın ayağından tutmuşdur ki, kömək etsin. O da Musanın qolundan tutub maşına otuzdurmuşlar. Tahir maşının qabaq sərnişin yerində, Emil isə sükan arxasına oturmuşlar. Əmisigilin qapısının ağzından keçəndə Tahir “Şəhliyar mən sənə bıçağı götürmə demişdim” deyib qışqırmışdır. O da Tahirə “xəbərin var idi, onu nə üçün gətirmişdiniz bura” demişdir. Tahir ona belə olacağını bilmədiyini demişdir. Sonra xəstəxanaya çatmışlar. Daha sonra isə Musanın atası gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən gecə Tahir ona zəng etmişdir ki, Musa ilə Şəhliyar dalaşırlar onları ayırsınlar, barışdırıb getsinlər. Saat bir, ikiyə işləmiş olmuşdur. O da işdən yeni gəldiyini, yuyunub çıxacağını, gəlib qapıdan onu götürmələrini demişdir. Hamamdan çıxandan sonra gəlmədikləri üçün Tahirə zəng etmiş, gəlmələrini soruşmuşdur. Tahir ona zəng edəcəyini demişdir. 5-10 dəqiqə gözləmiş və öz maşını ilə küçəyə çıxmışdır. Yavaşyavaş getmişdir. Maşın gəlmiş Şəhliyar düşmüş maşın isə getmişdir. Şəhliyar gəlib onunla görüşmüş və onun maşınına oturmuşdur. Heç bir söhbət etməmişlər. Başı telefona qarışmış və digər Şəhliyarı gətirən maşının arxası ilə getmişdir. Çatanda uşaqların birbirini itələdiyini görmüşdür. Hadişə yerinə çatıb yerə düşəndə Fəqanın söyüş söydüyünü eşitmişdir. Uşaqlar dalaşmaq istəmişdir. O da Fəqanı ayırmaq istəmişdir. Fəqana gecə saat 1-2 olduğunu, söyüş söyməməyini izah etmişdir. Həmin vaxt Musanın Şəhliyar tərəfə qaçdığını görmüşdür. Çevrilib baxanda Pənahın Musa ilə Şəhliyarı ayırdığını görmüş, sonra baş verənlərə fikir verməmişdir. Həmin vaxt bir anlıq Musanın yıxıldığını görmüşdür. Musanın üstunə getmişlər, əvvəl ürəyinin getdiyini fikirləşmişlər və su vermək istəmişlər. Sonra kimsə qan olduğunu demişdir. X27 yerdən qaldırıb qara rəngli KİA-ya qoyaraq xəstəxanaya aparmışlar. Sonra onlar da Musanın atası ilə xəstəxanaya getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, onlar 4 nəfər kafedə oturub yeyib içmişlər. Həmin vaxt Orucov Musa gəlmişdir. Musa gəlib yeyib-içmək istədiyini bildirmişdir. Həmin vaxt Musa sərxoş olmuş və evdə dayısıgilnən konyak içdiyini bildirmişdir. Uşaqlarla belə razılığa gəlmişlər ki, Musa içki içməsin. O Musaya konyakın üstündən araq içməməsini demişdir. Mussa əl çəkməmiş və onların stolunda bir rumka araq içmişdir. Bir rumka içdikdən sonra Musa onların stolunu tərk etmiş və kafenin arxa tərəfinə kupeyə getmişdir. Orada kimlərlə oturmaqlarından və nə etdiklərindən məlumatı olmamışdır. Xeyli vaxtdan sonra hesabı verib getmək üçün durmuşlar. Həmin vaxt Musa gəlmiş və Məmmədlə 500 manat barədə mübahisə etmişdir. O Musaya müəyyən ifadələr işlətmiş, Musa da onu vurmuşdur. X39 birlikdə onun üstünə gəlmişdir. O həmin vaxt nalayiq ifadə işlətmişdir ki, tək gəlsinlər. Musaya demişdir ki, onunla mübahisəyə o tək gəlsin. Sonra onları ayırmışlar. Tahir, onu Musanı və Musanın əmisi oğlu Fəqanı da vurmuşdur. Tahir onu vurandan sonra o Musadan aralaşmışdır. Onu həmkəndliləri maşına mindirib şəhərə aparmışlar. Musanın Tahiri vurmasını görməmişdir. O Məmmədov Elmirin maşını ilə evə getmiş və özü işlətdiyi bıçağı evdən götürüb çıxmışdır. Gəlib kəndin mərkəzində Musanın atası Mahirə zəng etmişdir. Mahirə oğlu ilə belə bir hesabı olduğunu demişdir. Mahir nə baş verməsi barədə maraqlanmış o, da oğlu ilə dalaşdıqlarını, oğlunun onun ünvanına nalayıq ifadələr işlətdyini demişdir. Mahir ondan harada olduğunu soruşmuş, o da Anargilin yolunda olduğunu demişdir. Mahir ona orada ol 5 dəqiqəyə gəlirəm demiş, lakin gəlməmişdir. Mahir gəlmədiyindən o kəndin aşağısına kafeyə tərəf getmişdir. Həmin vaxt Kamilnən Tahir gəlmişlər onu maşınla götürmüşlər. Emil işlətdiyi KİA optima markalı maşınla gəlmişlər. Ondan soruşmuşlar ki, hara gedir. O da kəndin aşağısı tərəfə getdiyini demişdir. Gətirib onu Qaqarin küçəsində düşürtmüşlər ki, evinə getsin. Onu düşürdüb çıxıb getmişlər. Həmin maşın küçənin sonuna çatmışdır ki, digər maşın gəlmişdir. Həmin maşında Orxan olmuşdur. Maşını saxlamış və görüşmüşlər. Orxan nə baş verdiyi barədə maraqlanmış, o da Musa ilə dalaşdığını, Musanın ona söydüyünü demişdir. Sonra maşına oturub hadisə yerinə getmişlər. X30 də görmüşdür. Musa, Fəqan, Pənah da orada olmuşdur. Maşından düşüb qapını örtməmiş Musa onu vurub yıxmışdır. Musanın onu vurmağını gözləməmişdir. Musa onu vurduqdan sonra o tam yıxılmamış, əlini yerə verib durmuşdur. Musa ikinci dəfə onun üstünə gələndə, o bıçaqla həmin hadisəni törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə kənddə yas yerində olmuşlar. Orada Coşqun adlı həmkəndlisi ona kafeyə gedəsi olduqlarını, onun maşınını sürməsini, kafeyə gedib gəlmələrini xahiş etmişdir. Cosqunun maşınına Coşqun, Tahir, o, bir də Bəxtiyar oturub kafeyə getmişlər. Kafedə oturmuşlar və Coşqun, Tahir, Bəxtiyar araq içmişlər. O da gözləmişdir ki, onlar yeyib qurtarsınlar onları evlərinə aparsın. Oturduqlarından 20-25 dəqiqə sonra Musa gəlmişdir. Musa onlarla təxminən 2 rumka araq içmiş, deyib-gülmüşlər. Yeməyi bitirib kafedə olan navesin altına çıxmışlar. Orada stolun birində Pənah, Anar, Emil bir də Şəhliyar oturmuşlar. O onlarla, Musa isə qıraqda Coşqunla söhbət etmişdir. Musa ilə Coşqun arasında söhbət olmuşdur. Şəhliyar ona deyərsən eliyənməzsən demişdir. Söhbət nə barədə olduğunu bilmir. 5 dəqiqə sonra Coşqunla Musa arasında mübahisə olmuşdur. Bu vaxt Şəhliyara olar-olmaz barədə soruşmuşlar. Bu söhbətlər zamanı birinci Şəhliyar Musaya söymüşdür. Həmin vaxt Şəhliyarla Musa dalaşmaq istəmiş, onlar da mane olub onları aralaşdırmışlar. Həmin vaxt Fəqan gəlmişdir. Aralıq qarışmş və kafedə olan adamlar yığışmışdır. Musa ilə Şəhliyar biribirinə söymüşlər. Şəhliyarı gül kollarının arasından çıxan görüb onu Emilin maşınına qaytarmışdır ki, onu evlərinə aparsınlar. Şəhliyarı aparmışlar. O kafeyə geri qayıdanda Musa ilə Fəqan orada olmamışlar. Həmin vaxt öyrənmişlər ki, Musa evdədir. Musanın atası ilə danışmışlar və atası Musagilin evdə olduğunu bildirmişdir. Sonra Coşqun ilə siqaret alıb kəndə girmişlər. Onlar kəndə gedəndə məktəbin yanında ağ rəngdə Priora maşını onların qarşısından keçib üzü asfalt yola getmişdir. Anarın evinin qarşısında onlar Tahirin maşını ilə qabaq-qabağa gəlmişlər. Maşını sürən Tahir, yanında oturan isə Şəhliyar olmuşdur. Coşqunun maşınını sürən də o olmuşdur. Haradan gəldiklərini soruşmuşlar. Tahir Mahirə zəng edib «küçüyü çölə çıxartmasını, onun başını əzəcəyini» demişdir. Şəhliyara Mahirdən zəng gəlmiş, əvvəlcə Şəhliyar arxasınca isə onlar yerə düşmüşlər. Tahir də düşmüş, Nurlan gəlmiş, sonra Kamil, Emil gəmişlər. Onlar orada toplaşıb söhbət etmişlər. Şəhliyar da qıraqda telefonla Mahirnən danışmışdır. Tahir də telefonla kiminləsə danışmışdır. Şəhliyar telefon qulağında əmi oldu, baş üstə deyə-deyə onların yanına gəlmişdir. Nurlan Şəhliyardan nə olduğu barədə soruşmuşdur. Şəhliyar da Mahirin günah kimdə olmasından asılı olmayaraq, oğlu ona nə söyülübsə ona getsin dediyini bildirmişdir. Sabahısı gün ayıq başına bu söhbəti aydınlaşdırarlar. Şəhliyar da Mahirlə razılaşdığını, sabahısı gün aydınlaşdıracaqlarını bildirmişdir. X28 çağırmış və onlardan təxminən 50 metr məsafədə telefonla danışmışlar. Nurlan, o, Kamil, Emil, Coşqun dayanmışlar. Nurlan bunlar hara getdilər deyə soruşmuşdur. Emil də Kamilə maşının açarının üstündə olduğunu, götürüb maşına qoymasını, birdən harasa gedərlər demişdir. Kamil oturub Emilin maşınına getmişdir. Emil də gəzə-gəzə onların yanına getmiş, onlar bir yerdə cəmləşmişlər. Emilin maşınına oturub üzü asfalt yola tərəf getmişlər. Kamil onları götürmüşdur. Emili də Anar maşınla götürüb üzü asfalta getmişlər. Nurlan, Coşqun bir də o olduqları yerdə qalmışlar. 30 dəqiqə sonra Anar gəlmişdir ki, onlar orada danışırlar, evdən onların dalaşdıqlarını bilirlər. Nurlan maşina oturmuş, Tahirin maşını onların yanında olmuşdur. Emil Anarın maşınından düşmüş, onu Anar gətirmişdir. Anar Tahirin maşını harada olması barədə soruşmuşdur. X40 maşınına oturub üzü yuxarı, yəni hadisə yerinə tərəf getmişdir. Məmmədlə o da hadisə yerinə tərəf getmişlər. Onlar hadisə yerinə çatanda orada Anarın maşını Orxanın maşınının arxasında olmuşdur. Anarın maşını oradan üzü aşağı düşəndə onu çağırıb saxlatmışlar. Onlar qorxuda olmuşlar ki nəsə olmuşdur. Camaat yığışmış, Şəhliyar isə əlində bıçaq dayanmışdır. Nə baş verdiyi barədə soruşanda X18 bıçaqladığını, Emilin maşınına qoyub apardıqlarını demişdir. Həmin vaxt Musanın atası Mahiri və əmisi Məzahiri Cosqunun maşınına mindirib xəstəxanaya gəlmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, dava olanda kafedə içəridə olmuş, telefonda kinoya baxmış, davadan xəbəri olmamışdır. Çölə çıxanda dava olub dağılışdıqlarını bilmişdir. Həmin vaxt maşını olmadığından kafeni işlədən Nurlan adlı şəxsi gözləmişdir ki, hamı gedəndən sonra Nurlan onu evə aparsın. Hamı dağılışandan 20 dəqiqə sonra Nurlanın maşınına oturub evə gedəndə atası ona zəng edib harada olması barədə maraqlanmışdır. Yolda Anargilin evinin qarşısında mağazanın yanında Məmməd, Şəhliyar, Tahir, Emilin maşınla dayandıqlarını görmüşdür. Nurlan Şəhliyarı evə aparmaq istədiyi üçün maşını saxlamışdır. Orada o, Məmməd, Nurlan Şəhliyarı başa salmışlar ki, söhbətlərini sabah davam etsinlər. İndi həm gecdir, həm də içkilidirlər. Şəhliyara evə getməsini demişlər. Şəhliyar Emilə onu yanacaq doldurma məntəqəsinə aparıb orada düşürməsini demişdir. Emil də Şəhliyara açarın onda deyil Kamildə olduğunu demişdir. Bir dəqiqə sanra Emil açarı saxlaması üçün ona vermişdir. Şəhliyar onlara əli-ayağı olduğunu özü gedəcəyini deyib gemişdir. Şəhliyar məktəb yolunu keçib gözdən itmişdir. Şəhliyarın arxasınca getmişdir ki, Şəhliyarı evə aparsın və Şəhliyar kəndin sedmoy deyilən yerindən kəndin mərkəzinə tərəf gəlməsin. Yolda bir az aşağıda Tahir telefonla danışmışdır. Əl elədiyi üçün Tahiri maşına mindirmişdir. Sonra Şəhliyarı görüb düşüb onu da maşına mindirmişdir. Şəhliyarı öz küçələrinə gətirib maşından düşürüb Şəhliyara evinə getməsini demişdir. Sonra həmin küçədən çıxıb Tahirgilin küçəsinin girişində saxlamışdır. Həmin vaxt Tahir telefonla Musanın atası Mahir ilə danışmışdır. Tahir ona telefonda Mahirlə danışdığını, onu Mahirin yanına aparmasını demişdir. Maşında Tahirlə ikisi olanda, Tahir Mahirə onun yanına gəldiyini ikisinin söhbət etmələrini demişdir. O da Tahiri Mahirin yanına düşürüb maşını Emilə qaytarmaq istəmişdir. Mahirgilə qalxanda orada Pənahı, Fəqanı və Musanı görmüşdür. Tahir düşməsi üçün maşını saxlamasını demişdir. O da maşını saxlamış və Tahir maşından düşmüşdür. O gedib maşını döndərib gələndə artıq Şəhliyar da orada olmuşdur. Şəhliyar Orxanın maşını ilə gəlmişdir. O yerə düşəndə Musanın yerdə olduğunu görmüşdür. Sonra Emil və Anar gəlmişdir. O, maşından düşəndə Emil və Anar ondan əvvəl gəlmişlər. Anar yumruqla maşının kapotuna vuranda Musanın vurulduğunu başa düşmüşdür. Sonra Musanı maşına qoyub xəsətəxanaya aparmışlar. Onlarda Musanın arxasınca xəstəxanaya getmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, kafedə çörək yemişlər. Musa əmisi oğlu Fəqanla gəmişdir. Musagil gələndə sərxoş olduqlarından, içki içməmələrini demişlər. Sonra onlar gedib Tahir, Məmməd, Ümüd və Bəxtiyarla arxa kupedə oturmuşlar. Onların kupedə içib-içmədiklərini bilmir, lakin içkili olduqlarını bilirdilər. Sonra kafe bağlanacağı üçün getməyə hazırlaşmışlar. Həmin vaxt Musa, Fəqan, Tahir, Məmməd, Ümüd və Bəxtiyar kupedən çıxıb gəlmişlər. Musagil orada kiminsə barəsində söhbət etmişlər. Şəhriyar da onlara onun yanında bu söhbəti etməmələrini demişdir. Mübahisə bu səbəbdən başlamışdır. Orada hamı kömək etmiş, Musa ilə Şəhliyarı aralaşdırmışlar, sonra çıxıb getmişlər. O Şəhliyarı maşına əyləşdirib aparıb qapılarında düşürtmüşdür. Şəhliyar evə getməmiş, qapının yanından geri qayıdıb maşına oturmuşdur. O da kəndin mərkəzinə qayıtmamış, ferma yolu ilə Mingəçevir şəhərinə getmək istəmişdir. Yolda Tahirlə rastlaşmışlar, Şəhriyar da onun maşınından düşüb Tahirin maşınına oturmuşdur. O da avtobus (marşrut) yolu ilə kəndin mərkəzinə gəlmişdir. Kənd uşaqları oraya yığışmışlar. Şəhriyarı başa salmaq istəmişlər ki, belə olmaz söhbətlərini sabaha saxlasınlar. Həmin vaxt ona zəng gəlmiş, o da kənara çəkilib telefonla danışmışdır. Sonra Şəhriyar oradan getmişdir. Sonra olan söz-söhbətə Anar gəlmişdir. Anası Anarı yığıb küçədə söz-söhbət olduğunu evə gəməsini demişdir. Anar gəlmiş, onlar dağılışmışlar. Onun maşını da Kamildə olmuşdur. Şəhriyar ona “məni apar aşağı” demişdir. O da maşının açarını Kamilə verdiyini demişdir. Kamil ondan böyük olduğundan Kamilin maşını sürməyini istəmişdir. Kamil maşınla gedib onu götürmüşdür. Anar gələndə Anarın yanında oturub getmişdir ki, maşınını götürsün. Anar maşını onun maşının yanında saxlayıb, hamının evə getdiyini bildirib, onların da evə getmələrini, sabah söhbətlərini etmələrini demişdir. Şəhliyar da Anara təhqir kimi ifadə işlədib “sənlik deyil” demişdir. Tahirin maşını Anargilin yolunda olmuşdur. Orada Tahirin maşınına oturmuşdur ki, gedib öz maşınını götürsün. Fikiri evinə, Mingəçevir şəhərinə getmət olmuşdur. Tahirin maşınını sürüb Anarla hadisə yerinə yuxarı qalxmışdır. Onlar çatanda hadisə artıq baş vermişdir. Sonra o Musanı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs vəsatəti əsasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, kafedə oturub yemək yemişlər. Həmin vaxt Musa onların yanına gəlmiş, oturub deyib-gülmüşlər. Sonra kafedən çıxanda çöldə olan stolda Musanın Şəhliyarla söz-söhbəti olmuşdur. Söz-söhbətin nə üstə olmasından indi də məlumatsızdır. Kəndin mərkəzində olanda Tahirlə Şəhliyarın bir maşında gəlib düşdüklərini görmüşdür. Tahir maşından düşəndən sonra əlində telefon danışa-danışa getmişdir. Şəhliyar isə orada qalmışdır. Onlar Şəhliyarı sakitləşdirmək istəmişlər ki, hər ikisi içkilidirlər, sabahı gün söhbət edərlər. Şəhliyar razılaşmamış, Musagilə gedəcəyini demişdir. Tahirlə Şəhliyar maşında olan zaman Şəhliyara zəng gəlmişdir. Şəhliyar telefona baxmış, Musanın atası Mahirin zəng etdiyini bildirmişdir. Şəhliyar telefonu götürüb danışa-danışa onlardan aralaşmışdır. Sonradan Şəhriyar gəlmiş, Mahir əmi çağırdığını, onlara söhbətə gedəcəklərini demişdir. Sonra Şəhliyarın kimlə getdiyini xatırlamır. İşdə olan xx.xx.2024-cü il tarixli, ********* nömrəli cinayət işindən ********* nömrəli cinatyət işinin ayrılması haqqında qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid3 törətdiyi cinayət əməlinə görə ittiham edildiyi cinayətlərə bərabər və onunla bağlı olmadığından ********* nömrəli cinayət işinin istintaq materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işinin ayrılması və həmin cinayət işinin istintaqının aidiyyəti üzrə Yevlax RPŞ-nin İstintaq bölməsinə göndərilməsi, ayrılmış cinayət işinə ********* nömrəli cinayət işindən müvafiq sənədlərin əsli və ya surətinin siyahı üzrə əlavə edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Yevlax rayonunun Əkşəm kəndində yerləşən 3 (üç) küçənin kəsişdiyi ərazidədir. Həmin əraziyə torpaq yolla gəlinir. Yol ayrıcında dayanacaqda sol tərəfə və önə doğru torpaq yol ayrılır. Sol tərəfə- ayrılanyolun kənarında dayanacaq və su bulağı yerləşir. Hadisə yerini təqdim edən Yevlax rayonunun Əkşəm kənd sakini Şahid1 dostu Şəhliyar Məmmədovun həmkəndlisi Musa Orucovla aralarında olan mübahisənin 3 (üç) yol ayrıcısında sağ tərəfdə yerləşən hissədə baş verdiyini və X15 Orucovu bıçaqladığını, sonra isə həmin ərazidən 4 metr öndə yolun orta hissəsini təqdim edərək, həmin ərazidə Musa orucovun müqavimətini itirib yıxıldığını gördüyünü bildirmişdir. Həmin ərazidə 01 ədəd boz rənglı başmağın sol tayı aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 339 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təsvir olunmuş cinayət hadisəsini törədərkən ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). İşdə olan xx.xx.2024-cü il tarixli, 345 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC (+) marixuana aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli, 1006 nömrəli rəydən görülür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiədlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, PHŞ-2998/24 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İşdə olan Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-9-18/2-207/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonunun Havarlı kəndində yaşamaqla, ailə üzvləri arvadı- xx.xx.1991-ci il təvəllüdlü X6, qızı - xx.xx.2016-cı il təvəllüdlü X7 və qızı - xx.xx.2017-ci il təvəllüdlü X8 ibarətdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 14 №-li (meyitin məhkəmə-tibbi ekspertizası) ekspert rəyindən görünür ki, X10 meyitində ürəyin tamponadası, ürəyin sağ qulaqcığının dəlib keçən deşilmiş-kəsilmiş, sağ əlin İ barmağının və sağ əlin arxa sıthinin səthi kəsilmiş yaraları, əng sümüyünün sınığı, üst dodğın selikli qişasının əzilmiş yarası; Bu xəsarətlərdən ürəyin tamponadası, ürəyin sağ qulaqcığının dəlib keçən deşilmişkəsilmiş yarası, sağ əlin İ barmağının və sağ əlin arxa sıthinin səthi kəsilmiş yaraları deşici kəsici alətin alətlərin təsirindən, əng sümüyünün sınığı, üst dodğın selikli qişasının əzilmiş yarası küt alətin təsirindən yaranmışdır. Bu xəsarətlər həyatidir, ölüm baş verməmişdən az müddət əvvəl yetirilmişdir. Döş qəfəsinin sol-yuxarı-iç hissəsinin daxildə nüfuz edən (1 ədəd) deşilmiş-kəsilmiş yarası sağlamlığa AĞİR zərər vuran xəsarətlərə xas əlamətlərə malikdir, ölümə birbaşa səbəbli əlaqəlidir. Əng sümüyünün sınığı sağlamlığa AZ AĞİR zərər vuran xəsarətlərə, üst dodağın selikli qişasının əzilmiş yarası sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. Sol əlin İ barmağının və sağ əlin arxa sıthinin səthi kəsilmiş yaralarının dərəcəsi təyin edilmir. X1 meyitində aşkar edilmiş xəsarətlərinin yerləşdiyi nahiyələrlə hadisə vaxtı onun əynində olmuş paltarlarda olan zədələr cüzi fərqlə üst-üstə düşür. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onu deməyə əsas verie ki, həmin xəsarətləri aldıqdan sonra mərhum hər-hansı iradi hərəkət etməsi mümkün ola bilməzdi. Xəsarətlərin xarakterini və yerləşdiyi nəzərə alaraq güman etmək olar ki, xəsarət yetirilən zaman zərərçəkmişlə xəsarət yetirən böyük ehtimalla qarşı-qarşıya olmuşlar. X1 bilavasitə ölümünə səbəb ürəyin sağ qulaqcığının zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan döş qəfəsinin sol yuxarı iç hissəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 4-6 saat əvvəl baş verdiyini göstərir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs həmin cinayət işində adları qeyd edilən digər şəxslərin məsliyyətə cəlb edilmələri üçün cinayət işinin ibtidai araşdırmaya proessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə onu qeyd etməyi zəruri hesab edir ki, X1 öldürülməsi ilə əlaqədar Şəki Ağır Cinayətlər məhkəməsində cinayət işinə baxılmış, Zərərçəkmiş şəxs vəsatəti ilə əlaqədar hüquqi mövqe bildirilməklə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Yevlax Rayon Məhəməsinin 09 aprel 2024-cü il tarixli, 3(039)-200/2024 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 21:30-dan hesablanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına zərurət olmadığından, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs statusunda saxlanılmış və Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)- 200/2024 nömrəli qərarı ilə 25 gün müddətinə inzibati qaydada həbs edilməsi nəzərə alınmışdır. İşdə olan Yevlax Rayon Məhəməsinin 03 may 2024-cü il tarixli, 4(039)-45/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 may 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 08 aprel 2024-cü il tarixdən 10 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 03 may 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-20/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-20/2025
08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver