Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-200/2022 01.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax rayonu, Gülövşə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda Yevlax rayonu Gülövşə kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində qəsdən qanunsuz olaraq xeyli miqdarda 04 ədəd çətənə bitkilərini əkib həmin vaxtdan aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 25 iyul 2022-ci il tarixdə, saat 11:15-dən 11:55-dək olan vaxt ərzində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Gülövşə kəndində yerləşən evinin həyətyanı sahəsindəki torpaq sahəsinə onun razılıq ərizəsi əsasında videoçəkilişlə keçirilmiş baxış zamanı tərkibində narkotik maddələr olan hündürlükləri 70 sm və 90 sm, nəm vəziyyətdə ümumi çəkiləri 525.0 qram olan 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və uzunluqları 5 sm, ümumi çəkiləri 0,31 qram olan 02 ədəd çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitə olan marixuanadan istifadə edir. O, 2022-ci ilin aprel ayının ortalarında dəqiq yadında qalmayan tarixdə yaşadığı evin həyətyanı sahəsində, bağda iki ədəd dəmir qabda (vedrədə), hər qabın içərisində bir ədəd olmaqla ümumilikdə iki ədəd narkotik tərkibli çətənə bitkisini əkmiş və onlar bitdikdən sonra ona xüsusi qaydada qulluq göstərmişdir. O, onların yaxşı böyüdyünü gördüyü üçün həmin qabların yanında 2022-ci ilin iyul ayının əvvəllərində dəqiq yadında qalmayan tarixdə iki ədəd kapron su qabında hər birinin içərisində bir ədəd olamqla ümumilikdə iki ədəd narkotik tərkibli çətənə bitkisini əkmiş və onlara xüsusi qaydada qulluq göstərmişdir. O, etmiş olduğu əməlin cinayət olduğunu bilmişdir. Lakin o, narkotik vasitə olan marixuana istifasdəçisi olduğu üçün öz istifadəsinə görə narkotik tərkibli çətənə kollarını əkibbecərirmişdir. O, 25 iyul 2022-ci il tarixdə işdə olan zaman polis əməkdaşları tərəfindən yaşadığı evin həyətinə, yəni bağa baxış keçirilmiş və baxış zamanı onun əkib-becərdiyi ümumilikdə 04 (dörd) ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. O, törətmiş olduğu cinayət əməlinə görə peşmandır. Onun yaşadığı Yevlax rayon Gülövşə kəndində yerləşən evin həyətindən, yəni bağdan aşkar edilərək götürülmüş cəmi 04 ədəd xüsusi qulluq göstərilmiş çətənə bitkisi ona məxsusdur. Həmin çətənə bitkilərinin toxumlarını 2021-ci ilin yay aylarında yabanı halda bitən çətənə kolarından yığaraq saxlamışdır. O, bilirmiş ki, yabanı halda bitən çətənə kollarının toxumlarını əkib ona qulluq göstərən zaman ondan narkotik vasitə olan qurudulmuş marixuana əldə olunur. O, həmin çətənə bitkilərinin köklərinə (dibinə) gübrə, bir neçə dəfə isə peyin vermiş, həmçinin onları vaxtı-vaxtında sulamışdır. O, həmin yerdə narkotik tərkibli çətənə bitkiləri əkib-becərən zaman hər hansı bir şəxslə qabaqcadan əlbir olmamış və ona heç kim köməklik göstərməmişdir. Onun həmin yerdə narkotik tərkibli çətənə bitkisi əkib-becərməyini heç kim bilməmiş, bu barədə heç kimə məlumat verməmişdir. Onunla birlikdə yaşayan ailə üzvlərinin, qonşularının və qohumlarının onun həmin yerdə narkotik tərkibli çətənə bitkisi əkib-becərməyimdən məlumatı olmamışdır. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik tərkibli çətənə bitkilərini gələcəkdə özü istifadə etmək üçün əkmişdir. Onun həmin bitkilərdən əldə etdiyi narkotik vasitəni satmaq niyyəti olmamışdır. O, cəmi 04 ədəd çətənə bitkiləri əkmiş və onlara qulluq göstərmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, habelə himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib becərməsi barədə 25 iyul 2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 25 iyul 2022-ci il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X2 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. O, bundan sonra Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş, həmin günü polis əməkdaşları X4, Şahid2 və X6 və aqranom X3 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayon Gülövşə kəndində yerləşən evinə getmişdir. Rüstəm Həsənov Təqsirləndirilən şəxs evin giriş darvazasının qarşısından ev yiyəsini səsləmiş, bu zaman Şahid3 evdən çölə, yəni evin həyətinin giriş darvazasının qarşısına çıxaraq Təqsirləndirilən şəxs anası olduğunu və oğlunun evdə olmadığını bildirmişdirdi. Bu zaman Yevlax RPŞ-nin USQİQ-nın operatoru X6 tərəfindən vidoçəkiliş aparılmağa başlamışdır. Bundan sonra X11 Cəfərovaya oğlu Təqsirləndirilən şəxs qanunsuz olaraq həyətyanı sahədə, yəni bağda narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, həyətə və həyətyanı sahəyə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, həyətə və həyətyanı sahəyə baxış keçirilməli olduğunu izah etmişdir. Baxışa başlamazdan əvvəl Rüstəm Həsənov Şahid3 həyətyanı sahəyə baxış keçirməyə icazə verib-vermədiyini soruşduqda sonuncu heç bir etirazının olmadığını bildirmiş və daha sonra bu barədə ərizə yazmışdır. Bundan sonra X11 Cəfərovaya baxışda iştirak edəcək şəxslər barədə və aqronom Vüqar Mahmudov barəsində məlumat vermişdir. Ondan bizə hər hansı etirazının olub-olmamasını, iştirakçılarla hər hansı qohumluq münasibətinin və ya ədavətinin olub olmamasını soruşmuşdur. O, da baxış iştirakçılarından heç birinə, həmçinin aqronom Vüqar Mahmudova heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Rüstəm Həsənov Şahid3 baxış zamanı “Panasonic” markalı videokamera vasitəsilə çəkiliş aparılacağını bildirmiş və hər hansı etirazının olubolmadığını soruşduqda heç bir etirazının olmadığını bildirmişdir. Həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkibbecərməsi barədə Yevlax RPŞ-nə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə Yevlax rayon Gülövşə kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməyə başlamışdırlar. Baxış keçirilən zaman evin həyətində üzüm çardağının altında Təqsirləndirilən şəxs aqrotexniki qaydada qulluq edib yetişdirdiyi narkotik tərkibli bitkiyə bənzər 05 sm və 90 sm uzunluqda 4 (dörd) ədəd bitki kolu aşkar edilmişdir. X5 Şahid3 həmin bitkilərin nə olmasını soruşduqda sonuncu həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin bitkiləri oğlu Təqsirləndirilən şəxs əkdiyini və həmin bitkilərə qulluq etdiyini, oğlu Rövşənin narkotik vasitə istifadə etdiyini, həmin bitkiləri də öz istifadəsi üçün əkdiyini bildirmişdir. Bundan sonra X5 aqronom Vüqar Məmmədova həmin bitkilər barəsində məlumat verməsini bildirmiş, aqronom isə həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, hər birinə ayrı-ayrılıqda vaxtı-vaxtında aqrotexniki qaydada qulluq göstərildiyini və onların əkib becərilməsinin qadağan olduğunu bildirmişdir. Bundan sonra X5 tərəfindən həmin narkotik tərkibli bitkiyə bənzər 4 (dörd) ədəd bitkilər maddi sübut əhəmiyyət kəsb etdiyindən kökündən çıxarıldı, ekspertizaya göndərilməsi üçün 2 ədəd böyükləri sintetik torbada və 2 ədədi ölçücə kiçik olduğundan zərfdə qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X10 təhlükəsizlik bölməsi sahəsinin polis nəfəri Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” xx.xx.2022ci il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Gülövşə kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsidir. Həmin həyətyanı sahədə Təqsirləndirilən şəxsin aqrotexniki qaydada quluq edib yetişdirdiyi narkotik tərkibli bitkiyə bənzər 70 sm və 90 sm, nəm vəziyyətdə ümumi çəkiləri 525.0 qram olan 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və uzunluqları 5 sm, ümumi çəkiləri 0,31 qram olan 02 ədəd çətənə bitki kolları aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub). (iş vər.15-18); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 25 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 31-32); məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 17/589 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş...” sözləri yazılmış sintetik kisənin içərisindəki, uzunluqları 70 sm və 90 sm, nəm vəziyyətdə ümumi çəkiləri – 525,0 qram olan 02 (iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki, uzunluqları 5 sm, ümumi çəkiləri – 0,31 qram olan 02 (iki) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqranom mütəxəssis Vüqar Mahmudovun 25 iyul 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə və ştillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata sərf edildi çətənə bitkilərinin ümumi çəkisi – 525,0 qram, tədqiqata sərf edildi – 0,10 qram, (hər bitkidən 0,05 qram,) qalıq – 524,90 qram,. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. (iş vər. 45-47); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 iyul 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 77-78); əşyanın maddi sübut kimi tanınma haqqında 27 iyul 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd sintetik torbada qablaşdırılmış 02 (iki) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 ədəd zərfdə qablaşdırılmış 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər. 80-81); məhkəmə narkoloji ekspertizasının 19 avqust 2022-ci il tarixli, 1220 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 95); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb.( iş vər.85); AZE seriyalı 18793116 nömrəli şəxsiyyət vəsiqəsinin və AZ-İV seriyalı 170315 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cu il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü uşaqları vardır. (iş vər. 90); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, habelə ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik bitki kolları məhv edilməli, hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdən 27 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut- 01 ədəd sintetik torbada qablaşdırılmış 02 (iki) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 ədəd zərfdə qablaşdırılmış 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 34 (otuz dörd) manat, 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-200/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-200/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver