Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-201/2022 16.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1968-ci il tarixdə Yevlax rayonu, Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(039)-130/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(107)-88/2022-ci il tarixli qərarı ilə həmçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən cəzalara birləşdirilməklə qəti olaraq üzərində 01 il 09 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Yevlax şəhəri Havarlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz şəxsi istehlak miqdarından artıq, cəmi 15,93 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib yaşadığı Yevlax rayonu, Havarlı kəndində yerləşən evdə saxlamış, 23 iyul 2022-ci il tarixdə saat 19:10-dan 19:40-dək olan müddət ərzində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Havarlı kəndində yerləşən evə video çəkiliş ilə keçirilmiş baxış nəticəsində həmin evin qonaq otağında, qara rəngli soyuducudan həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik maddələrdən ara-sıra istifadə edir. xx.xx.2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları onun Yevlax rayonu, Havarlı kəndində yerləşən, yaşadığı evə gələrək özlərini təqdim edib onun evin həyətində narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olmağında şübhələr olduğunu və həyətə baxış keçirmək istədiklərini bildirmişlər. Buna etiraz etməmiş və video çəkiliş aparılmaqla həyətə və evə baxış keçirilmələrinə şərait yaratmışdır. Həyətə baxış keçirilən zaman polis əməkdaşları onun həyətdə öz istifadəsi üçün əkib becərdiyi və qulluq etdiyi 01 ədəd narkotik tərkibli çətənə kolu aşkar etmişlər. Etiraf etmişdir ki, həmin çətənə kolunu öz istifadəsi üçün əkib ona qulluq etmişdir. Daha sonra polis əməkdaşlarını sualın cavab olaraq etiraf etmişdir ki, həmin koldan kəsərək qurudub öz istifadəsi üçün evdə olan soyuducunun içində saxlayır. Onun razılığı və iştirakı ilə polislər evə daxil olmuş və qonaq otağındakı soyuducunun içindən öz istifadəsi üçün saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edib götürmüşlər. Bu barədə protokol tərtib edilmişdir. Əməlindən peşman olduğunu, üç övladından ikisinin əqli xəstə və bununla əlaqədar əlil olduqları üçün onun himayəsində olduğunu bildirərək, bunları nəzərə almağı və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 Rəfail oğlu bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsi CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 iyul 2022-ci il tarixdə polis şöbəsinə Yevlax rayonunun Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə (kannabis) bitkisinin əkini və kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə şöbənin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvləri, təhqiqatçı Elnur Cəlilov, polis nəfəri Şahid2 və aqronom X2 Əsədovun yaşadığı ünvana, Yevlax rayonu, Havarlı kəndinə getmişlər. Təqsirləndirilən şəxs şəxsən özü həyətin qapısını açmış və onlar özlərini təqdim edib, onun narkotik bitkilərin kultivasiyası ilə məşğul olduğundan şübhələrin olduğunu bildirib həyətə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onları həyətə buraxmışdır. Video çəkiliş vasitəsilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin həyətyanı sahədə 01 ədəd narkotik tərkibli çətənə bitkisini əkib-becərdiyini etiraf etmişdir. Aqronom, Təqsirləndirilən şəxs əkmiş olduğu çətənə bitkisinə aqrotexniki qaydada qulluq edildiyini təsdiqləmişdir. Bundan sonra təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin çətənə bitkisinin yarpaqlarından yığıb bir miqdarını qurudaraq öz istifadəsi üçün evdə olan soyuducuda saxlayır. Bunun əsasında Təqsirləndirilən şəxs özü onları evə dəvət edərək soyuducuda narkotik maddənin yerini göstərmişdir. Orada narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş iştirak edənlərlə birlikdə o, da protokolun doğruluğuna imza etmişdir. Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində və evdə axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun yaşadığı evdə yerləşən soyuducunun içində bitki mənşəli kütlənin aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 24 iyul 2022-ci il tarixli 17/580 aylı ekspert rəyində qeyd olunur ki, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs məxsus həyətdən aşkar edilmiş ...” yazısı olan sintetik kisənin içərisindəki , nəm vəziyyətdə təmiz çəkisi 240.0 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kanabis) bitkisidir. Aqronom (mütəxəssis) Vüqar Mahmudovun 23 iyul 2022-ci il tarixli rəyinə əsasən çətənə (kanabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus evdən aşkar olunmuş kütlə” yazısı olan zərfin içərisində açıq vəziyyətdə təmiz çəkisi -15.93 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (səh.46) Məhkəmə-narkoloji ekspertizasının 05 avqust 2022-ci il tarixli 1105 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür.(səh.87) Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(039)-130/2020 nömrəli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(107)-88/2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bu qərarla həmçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilmiş, Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən cəzalar qismən toplanılmaqla qəti olaraq üzərində 01 il 09 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin 16 noyabr 2022-ci il tarixli, 98/2 nömrəli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 1(107)-88/2022 saylı qərarı ilə təyin edilmiş cəzadan 05 ay 06 gün çəkilməmiş olaraq qalmışdır. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, aparılmış video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, belə ki, törətdiyi əməldən peşman olmasını, himayəsində iki əlil övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini, islah olunmadığını nəzərə alaraq hesab edir ki, ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza tətbiq edilərsə, onun yenidən eyni cinayəti törətmək imkanı olacaqdır və bu cəza, onun islah olunmasına xidmət etməyəcəkdir. Bu səbəbdən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı iki gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Maddə 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 1(107)-88/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş qəti cəzanın çəkilməmiş qalan 05 (beş) ay, 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 gün hesablanmaqla 02 ay 18 gün azadlıqdan məhrum etmə cəzası müəyyən olunmalı və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə üzərində qəti cəzanın təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 15.88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, 34.55 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə alınmalıdır. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 33 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 1(107)-88/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın xx.xx.2022-ci il tarixə çəkilməmiş qalan 05 ay 06 gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının 2 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 gün hesablanmaqla, 02 ay 18 gün azadlıqdan məhrum etmə cəzası müəyyən olunsun və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan 15,88 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-201/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-201/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver