Məhkəmə qərarları › İş №1(039)-203/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-203/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-203/2022 24.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi ev 75-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi 07 avqust 2022-ci il tarixdə gecə saat təxminən 01 radələrində Yevlax şəhəri C.Kərimov küçəsi 95 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin həyətinə darvazanı açmaq yolu ilə qanunsuz daxil olub həyətdə olan yaşayış evinin giriş hissəsində masanın üzərindən Zərərçəkmiş şəxs2 məxsus 399 manat dəyərində 1 ədəd «X4 A7 Lite» markalı planşeti qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 399 manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədi ilə 10 avqust 2022-ci il tarixdə gecə saat təxminən 03 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin həyət darvazasını açmaq yolu ilə evin həyətinə qanunsuz daxil olub oradan da yaşayış evinə qapını açmaq yolu ilə daxil olub evin otağında olan siyirməli kamodun üstündəki taxta qabın içərisindən Zərərçəkmiş şəxs1 məxsus məxsus 400 manat pulu və evin həyətindən 38 manat dəyərində 1 ədəd su matorunu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 438 manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanıyır, Gülnarın evi onlarla qonşuluqda yerləşir, Hafizin evi isə qonşu küçədə yerləşir. O, əvvəllər oğurluq etdiyi üçün xx.xx.2022-ci il tarixdə Yevlax rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşlırılması cəzasına, həmçinin xx.xx.2022-ci il tarixdə Yevlax rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Son vaxtlar maddi çətinliyi olduğu üçün yenidən oğurluq etmək qərarına gəlmidir. 06 avqust 2022-ci il tarixdə axşam saatlarında qonşusu Gülnargilin həyətindən su gətirməyə gedən zaman həyətdəki masanın üzərəində 1 ədəd planşet olduğunu görmüş və həmin planşeti oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt Gülnargil həyətdə olduğu üçün o, həmin planşeti götürə bilməmidir. Həmin gecə yəni 2022-ci il avqust aynın 6-dan 7-nə keçən gecə saat təxminən 01 radələrində Gülnargilin evlərinin qarşısından keçən zaman evin həyət darvazasının əl qapısının açıq olduğunu görmüş və həyətə daxil olmuş, həyətdə olan masanın üzərində olan 1 ədəd planşeti götürərək getmişdir. Səhəri gün saat təxminən 11-12 radələrində həmin planşeti qaraçı millətindən olan üzdən tanıdığı Sirac adlı şəxsə 50 manata satmış və həmin 50 manatı da özü üçün xərcləmişdir. Bundan başqa 2022-ci il avqustun 10-da gecə saat təxminən 03 radələrində qonşu küçədə yaşayan Hafizin yaşadığı evinin qarşısından keçən zaman evin işiqlarının yanmadığını görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt o, evin həyət darvazasına yaxınlaşıb qapını yoxlamış, darvazadan həyətə daxil olmuş, oradan isə evə daxil omuş, və evi axtarmağa başlamışdır. O, otaqlardan birində pul kassası tapmış və kassanın qapağını kəsib içərisində olan 400 manat pulu götürüb evdən çıxmışdır. O, evdən çıxan zaman evin həyətində olan bir ədəd su matorunu da götürüb aparmışdır. Səhəri gün su matorunu küçədə metal qırıntıları yığan, üzdən tanıdığı və adını soyadını bilmədiyi qaraçı millətindən olan şəxsə 20 manata satmış, 400 manat pulu isə özü üçün pal-paltar və digər təlabatları üçün xərcləmişdir. Əməlindən peşman olduğunu, zərəzçəkmişlə barışıq əldə etməyə cəhd etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinə şikayət ərizəsini vermişdir. ünvan 1 ünvanında fərdi yaşayış evi var. O, həmin evində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Ağdaş rayonu Qaradeyin kəndinə yaşayan qaynatasıgilə qonaq getmiş, xx.xx.2022-ci il tarixdə yaşadığı evə gələn zaman evin qapısının açıq olduğunu görmüş, o, evə girəndə evin əşyalarının dağınıq olduğunu və evə oğru girdiyini bilmişdir. O, evə nəzər saldıqda yataq otağında olan kassanın qapağının kəsildiyini və içərisində olan 400 manat pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra evə və həyətə baxdıqda da oğurlandığını aşkar etmişdir. Ona görə də 102 xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlmat vermiş, bir qədər sonra polis əməkdaşları ora gəlmiş, onun iştirakı ilə evə baxış keçirmişlər və o, polis əməkdaşları ilə polis şöbəsinə gedərək şikayət ərizəsi vermişdir. Bir neçə gün sonra ona məlum olmuş ki, onun evindən oğurluq edən şəxs qonşu küçədə yaşayan Təqsirləndirilən şəxsdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında fərdi yaşayış evi var. O, həmin evində ailə üzvləri ilə birlikdə yaşayır. Həyat yoldaşı Şahid2 xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində yerləşən «İrşad» elektronika mağazasından ona kreditlə 399 manata 1 ədəd «X4 A 7 Lite» markalı planşet almışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində həmin planşeti həyətlərindəki masanın üzərində qoyaraq qonşuluqda yaşayan qohumları gildə olan pltarları götürməyə getmiş, bir qədər sonra evə qayıdanda panşetin masanın üzərində olmadığını və oğurlandığını bilmişdir. Ona görə də o, 102 xidmətinə zəng edərək planşetin oğurlanması barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları ora gəlmişlər, onun iştirakı ilə evə baxış keçirmişlər və o, planşetimin oğurlanması barədə ərizə vermişdir. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, həmin planşet oğurlanmazdan 1-2 saat əvvəl qonşuluqda yaşayan Allahverdinin oğlu Tağı onların həyətinə gələrək içməli su aparmış, Tağı həyətə gələndə həmin planşet masanın üzərində olmuş və Tağı həmin planşeti görmüşdür. Ona görə də o, polis əməkdaşlarına planşetin oğurlanmasında qonşuluqda yaşayan Tağıdan şübhələndiyini bildirmişdir. Bir neçə gün sonra isə məlum olmuş ki, onun planşetini oğurlayan qonşusu Təqsirləndirilən şəxs tutularaq həbs edilmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, ona məxsus oğurlanan planşetin içərisində nə mobil nömrə olmamış, nədə ki, planşetin üzərində kabro olmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və onun qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax şəhər sakini Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən evdən ona məxsus 1 ədəd planşetin oğurlandığını bildirmişdir. Bundan başqa Yevlax şəhər sakini Zərərçəkmiş şəxs1 da xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən evdən ona məxsus 400 manat pulunun və 1 ədəd su matorunun oğurlandığını bildirmişdir. Həmin oğurluq haisələri ilə bağı keçirilmiş əməliyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmiş ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 evindən oğurluq edən şəxs Yevlax şəhər sakini Təqsirləndirilən şəxsdur. Ona görə də o, Təqsirləndirilən şəxs yerini müəyyən edərək dindirilməsi üçün polis şöbəsinə gətirərək Təhqiqat bölməsinə təqdim etmiş, polis şöbəsində Təqsirləndirilən şəxs dindirilərkən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 evlərindən oğurluq hadisəsini törətdiyini etiraf etmiş, oğurladığı əşyalardan 1 ədəd planşeti Yevlax şəhərində qaraçı millətindən olan Sirac adlı şəxsə 50 manata satdığını, 1 ədəd su matorunu isə Yevlax şəhərində qaraçı millətindən olan tanımadığı şəxsə satdığını bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Yevlax şəhəri C.Kərimov küçəsi 95 ünvanında fərdi yaşayış evi var. O, həmin evində ailə üzvləri ilə birlikdə yaşayır. Həyat yoldaşı Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində yerləşən «İrşad» elektronika mağazasından ona kreditlə 399 manata 1 ədəd «X4 A 7 Lite» markalı planşet almışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində həmin planşeti həyətlərindəki masanın üzərində qoyaraq qonşuluqda yaşayan qohumları gildə olan pltarları götürməyə getmiş, bir qədər sonra evə qayıdanda panşetin masanın üzərində olmadığını və oğurlandığını bilmişdir. Ona görə də o, 102 xidmətinə zəng edərək planşetin oğurlanması barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları ora gəlmişlər, onun iştirakı ilə evə baxış keçirmişlər və o, planşetimin oğurlanması barədə ərizə vermişdir. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, həmin planşet oğurlanmazdan 1-2 saat əvvəl qonşuluqda yaşayan Allahverdinin oğlu Tağı onların həyətinə gələrək içməli su aparmış, Tağı həyətə gələndə həmin planşet masanın üzərində olmuş və Tağı həmin planşeti görmüşdür. Ona görə də o, polis əməkdaşlarına planşetin oğurlanmasında qonşuluqda yaşayan Tağıdan şübhələndiyini bildirmişdir. Bir neçə gün sonra isə məlum olmuş ki, onun planşetini oğurlayan qonşusu Təqsirləndirilən şəxs tutularaq həbs edilmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, ona məxsus oğurlanan planşetin içərisində nə mobil nömrə olmamış, nədə ki, planşetin üzərində kabro olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” 07 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi hadisə yeri ünvan 5ünvanında yerləşən fərdi yaşayış evidir. Baxış keçirilməsinə səbəb oğurluq edilməsi barədə vətəndaş Gülnarə Abdullayevanın müraciət ilə həmin fərdi yaşayış evinin həyətindəki masanın üzərində olmuş 1 ədəd «X4 A 7 Lite» markalı planşetin oğurlanması olmuşdur. (iş vər. 08-10); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə saat 17:00-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.30); “hadisə yerinə baxış keçirilməsi haqqında” 12 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi hadisə yeri ünvan 6ünvanında yerləşən fərdi yaşayış evidir. Baxış keçirilməsinə səbəb fərdi yaşayış evinin yataq otağında yerləşən kassanın qapağının kəsilməsi və içərisində olan 400 manat pulun və həyətdə olan 1 ədəd «AQD» markalı su matorunun oğurlanması barədə vətəndaş Zərərçəkmiş şəxs1 müraciəti olmuşdur. (iş vər. 47-49); “ifadənin yerində yoxlanılması haqqında” 14 avqust 2022-ci il il tarixli protokoldan və protokola əlavə edilmiş fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, ünvan 5də yerləşən fərdi yaşayış evin həyətindən Zərərçəkmiş şəxs2 məxsus olan 1 ədəd planşeti, Zərərçəkmiş şəxs1 məxsus olan yataq otağından olan kassanın qapağını kəsərək və içərsində olan 400 manat pulun və evin həyətindən 1 ədəd su matorunu oğurladığı yeri göstərmişdir. (iş vər. 59-68); Yevlax Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablanmışdır. (iş vər. 87-89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə başlanılmış cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir.( iş vər.132-133); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-55/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş vər. 105-106); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-156/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 02 ay 26 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (01 il 01 ay 13 gün), habelə CMnin 66.2 və 66.5-ci maddələri tətbiq olunaraq hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən toplanmaqla üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. "xxxx" MMC-nin ƏQ-208/2022 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 01 ədəd “Samsung Galaxy” markalı “Tab A Lite7” modelli planşetin 2022-ci ilin avqust ayında real bazar dəyəri 399 manat təşkil edir. 01 ədəd “AQD” markalı su motorunun 2022-ci ilin avqust ayında real bazar dəyəri 38 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır ( iş vər. 88-90); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ödənilməsə də, sonuncu hazırki cinayəti sözügedən hökm çıxarılmamışdan öncə törətdiyindən Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirilə bilməz (CM 18.1-ci maddəqəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır). Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun eyni və müxtəlif cinayət əməllərini törətməyə görə məhkum olunmasını, islah olunmayaraq yenidən cinayəti törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədlərinə çatmaq üçün kifayət etdiyi qənaətinə gəlir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaqla qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar