Məhkəmə qərarları › İş №1(039)-21/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-21/2020

18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-21/2020 18.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X2 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.2001-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxx 2001-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs özündən iki yaş kiçik olan xx xxxxxx 2003-cü ildə anadan olmuş yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs ilə 2019cu il may ayının 19-da 16 yaşına çatmadığını bildiyi halda onunla evlənərək faktiki nikah münasibətlərinə girmiş və onun 16 yaşı tamam olanadək, yəni həmin il avqustun 14-dək olan müddətdə ünvan 2 ünvanındakı evində ər-arvad kimi yaşayaraq onunla mütəmadi olaraq cinsi əlaqədə olmuş və bu nikahdan xx xxxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs 18-19 həftəlik hamilə qalmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qonşu küçədə yaşayan Zərərçəkmiş şəxs ilə bir-birlərini istədikləri üçün evlənmək qərarına gəlmişlər. Aycanın anası vəfat etdiyindən, bu müddətdən bir il keçmədiyinə görə Aycanı ona verməyəcəklərini güman edib Aycanla ailə qurmaq qərarına gəlmişlər və bu məqsədlə 2019-cu il may ayının 19-da könüllü olaraq Aycanı qaçırmışdır. Onun valdeynləri Aycanın atasının yanına gedib razılığa gəlmişlər ki, Aycanın anasının ili çıxsın sonra toyları olsun. Aycan onlarda yaşamağa başlamış və həmin vaxtdan Aycanın razılığına əsasən onunla yaşadıqları evdə cinsi əlaqədə olmuşdur. Anasının ili çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdə onların toyu olmuşdur. Birgə yaşadıqları müddətdə Aycan hamilə qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 11:05 radələrində işdə olmuş, həmin vaxt eşitmişdir ki, anası Aycanla yaşadıqları evdə dalaşmışdır. Ona görə evə gedərək anasına iradını bildirib Aycanın əsəbləşdiyini görüb onu sakitləşdirərək işə qayıtmışdır. Sonradan eşitmişdir ki, Aycan acıq edərək atası evinə getmiş və qayınatası Cəsarət anasıgildən polis şöbəsinə gedərək şikayət etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə ailə kimi yaşadıqlarını, faktiki nikahlarından xx xxxx 2020-ci il tarixdə bir uşaqları doğulduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, qonşu küçədə yaşayan Təqsirləndirilən şəxs ilə bir-birilərini istədikləri üçün evlənmək qərarına gəlmişlər. Anası vəfat etdiyindən və bu müddətdən bir il keçmədiyinə görə onu Tacirə verməyəcəklərini güman edib Tacirlə ailə qurmaq məqsədilə 2019-cu il may ayının 19-da könüllü olaraq qoşulub qaçmış, Tacirin valideynləri onun atasının yanına gedib razılığa gəlmişlər ki, o, Tacirgildə qalsın, 16 yaşı tamam olandan sonra toyları olsun. Buna baxmayaraq həmin vaxtdan onun öz razılığına əsasən Tacir onunla yaşadıqları evdə cinsi əlaqədə olmuşdur. Anasının ili çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdə Tacirlə onun toyu olmuşdur. Sonradan o, hamilə qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə onunla qayınanası yola getmədiyi üçün səhər vaxtlarında atası onlara gəlmiş, atası qayınanası Sevdaya iradını bildirdikdə sonuncu əliylə atasının sifətinə vuraraq ona xəsarət yetirmiş, atası çıxıb getmişdir. Səhəri gün saat 11:05 radələrində evdə olarkən qayınanası Sevda onu təhqir edərək əliylə onun sifətinə vurub xəsarət yetirdiyinə görə o, acıq edərək atasının evinə getmiş, atası isə polis şöbəsinə gedərək şikayət etmişdir. Təqsirləndirilən şəxs ilə hazırda bir ailə kimi bir evdə yaşayırlar. xx xxxx 2020-ci il tarixdə bir uşaqları doğulmuşdur. Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 2019-cu il may ayının 19-da Tacir qonşu küçədə yaşayan Zərərçəkmiş şəxs ailə qurmaq məqsədilə qaçırmışdır. Aycanın valideynləri ilə razılığa gəlmişlər ki, Aycanın vəfat etmiş anasının ili çıxdıqdan sonra onları evləndirsinlər. Buna baxmayaraq Aycan onlarda yaşamağa başlamışdır. xx.xx.2019-cu il tarixdə Tacirlə Aycanın toyunu etmişlər. Aycan hamilə qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 09:05 radələrində küçə ilə gedərkən Aycanın atası Cəsarət onu görüb təhqir etmiş və onu əlindəki ağacla vursa da o, Cəsarəti vurmamışdır. Səhəri gün Aycan onu yaşadıqları evdə təhqir etmiş, ona görə aralarında mübahisə düşmüşdür.O, Aycanı döyməmişdir. Aycan acıq edərək atasının evinə getmiş, atası isə polis şöbəsinə gedərək ondan şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun qızıdır. Arvadı vəfat etdiyinə görə uşaqlarına özü baxır. Arvadının ölməsindən bir il keçməmiş, xx xxx 2019-cu il tarixdə qızı Aycan qonşu küçədə yaşayan Təqsirləndirilən şəxs ilə ailə qurmaq məqsədilə qaçmışdır. Tacirin valideynləri onlara gəlmiş və razılığa gəlmişlər ki, Aycanın 16 yaşı tamam olduqdan sonra Tacirlə toyu olsun. Arvadının il mərasimi çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdə Tacirlə Aycanın toyu olmuş, Tacir Aycanın 16 yaşı tamam olmamış onunla cinsi əlaqədə olduğuna görə Aycan hamilə qalmışdır. İlk əvvəl onlar mehriban dolansalar da, sonradan Aycanın qaynanası Sevda Aycanla yola getməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 10:05 radələrində qızıgilə getmiş, Sevdanı görüb ona qızını incitməməsini demişdir, bu zaman Sevda əliylə onu vurmuşdur. Səhəri gün saat 12:05 radələrində Sevda Aycanla mübahisə edərək onu döymüş və ona görə Aycan evə qayıtmışdır. O, əsəbləşərək polis şöbəsinə gedib şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Aycanın onun bacısı qızı olduğunu bildirərək, şahid Qanuni nümayəndə ifadəsinə oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2003-cü ildə Yevlax şəhərində anadan olmuşdur.(iş vər.19); AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2001-ci ildə Yevlax şəhərində anadan olmuşdur. qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər.70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( iş vər. 47); məhkəmə tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 763 nömrəli rəyindən görünür ki, 2003-cü ildə anadan olmuş X3 bədənində onun xəsarət almasını göstərən obyektiv məhkəmə-tibbi əlamətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən (14 gündən) çoxdur. X9 18-19 həftəlik hamilədir.(iş vər. 33-34); Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər.36); Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsilə barışmışlar, hazırda bir ailə kimi yaşayırlar, xx xxxx 2020-ci il tarixdə bir uşaqları doğlulub, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxstərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmədə səsləndirdiyivəiş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxslə ailə kimi yaşamasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ibtidai istintaqda göstərdiyi 7 (yeddi) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 məhkəmədə göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7, 108 (bir yüz səkkiz) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili X8 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar